Yanıqlı sözü azərbaycan dilində

Yanıqlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Yanıqlı • 53.2609%
  • yanıqlı • 46.0145%
  • YANIQLI • 0.7246%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yanıqlı
Yanıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. 7 mart 2012-ci ildə Əhmədabad, Avdal və Qoçdərə kəndləri Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Əhmədabad kəndi olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Oykonimin etimologiyası haqqında üç fikir mövcuddur. Yerli əhalinin məlumatına görə, kənd monqol istilası zamanı (XIII əsr) dağıdılıb yandırılmış Xavər Zəmin adlı şəhərin yerində salındığı üçün belə adlanmışdır. Zəyəmçayın üstündəki xan körpüsü həmin şəhərin qalıqlarından hesab edilir. Bəzi tədqiqatçılara görə, kənd susuz (yanıq) ərazidə salındığına görə belə adlandırılmışdır. Bəzi tədqiqatçılar isə oykonimin Yanqılı variantına əsaslanaraq onu "yeni kənd, təzə kənd" kimi izah edirlər. == Tarixi == === Tarixi abidələri === Yanıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın hər iki sahilində, Cınqıldağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Aslanov Babək Sakit oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Emin Fərmayıl oğlu (1990-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Yanıqlı bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yanıqlı məscidi
Şah Abbas məscidi və ya Yanıqlı məscidi — Tovuzun Yanıqlı kəndində yerləşən XVII əsrə aid tarixi məscid. == Tarixi == Yanıqlı məscidi I Şah Abbasın Səfəvilər ərazisində inşasına fərman verdiyi 999 məsciddən biridir. Məscidin kitabəsi günümüzə gəlib çatmasa da, memarlıq üslubu və tikilmə vaxtına görə bu məscidin də memar Şeyx Bəhaəddin tərəfindən inşa edildiyi güman edilir.1930-cu illərə kimi fəaliyyət göstərən məscid binasından, Sovet dövründə anbar kimi istifadə edilib. 1984-1986-cı illərdə tikilidə əsaslı təmir işləri aparılıb. == Memarlıq xüsusiyyətləri == Yanıqlı məscidi xarici görünüşünə görə kvadrat formasına malikdir; daxildən binanın şərq tərəfindəki künclərdə bir mərtəbəli, qərb tərəfindəki künclərdə isə iki mərtəbəli künc otaqları yerləşdirilmişdir. Bina həcminin qalan hissəsini xaçvari ibadət zalı təşkil edir. Zalın mərkəzi hissəsi günbəzlə, xaçın qanadları isə tağ-tavanla örtülmüşdür.Məscidin dəqiq inşa tarixi naməlumdur. Mərkəzi günbəzlə örtülmüş kvadrat həcmli məscid tipi onun memarlığını Gəncədəki Şah Abbas məscidinin memarlığı ilə yaxınlaşdırır. Ə.Salamzadə tikilinin bu xüsusiyyətini və günbəz-tağ tipli tikililərə xas inşaat xüsusiyyətlərini nəzərə alaraq məscidin inşa tarixini XVII əsrə aid edir.Yanıqlı məscidi bəzi xüsusiyyətlərinə görə Gəncədəki Şah Abbas məscidindən fərqlənir. İlk növbədə Yanıqlı məscidinin xarici həcmində dərin portal nişləri yoxdur və onlar binanın daxili həxminə salınmışdır.
Yanıqlı türbələri
Yanıqlı türbələri — Tovuz rayonu Yanıqlı kəndində yerləşən və üç türbədən ibarət abidələr kompleksidir. Türbələrdən ikisi kvadrat, biri isə səkkizguşəli formaya malikdir. Türbələrin XVII əsrdə inşa edilməsi güman edilir. Türbələrin inşası zamanı çaydaşı və bişmiş kərpic istifadə olunmuşdur. == Tarixi == Yanıqlı türbələrinin XVII əsrdə inşa edildiyi güman edilir. Ə. Salamzadənin fikincə türbələrin memarlıq xüsusiyyətləri onların da, yaxınlıqdakı Şah Abbas məscidi kimi Səfəvi memarlığı nümunəsi olduqlarını göstərir. == Memarlıq xüsusiyyətləri == Türbələrdən ikisi kvadrat, biri isə səkkizguşəli formadadır. Hər üç türbə dövrümüzə yarıdağılmış vəziyyətdə çatmışdır. Səkkizguşəli türbə daha yaxşı qorunduğundan onun memarlıq xüsusiyyətləri daha aydın görünməkdədir. Həmin türbənin daxili divarları nişlərlə işlənmiş, xarici divarları isə düz saxlanılmışdır.
Məşədilər (Yanıqlı, Tovuz)
Məşədilər — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli məlumata görə, kəndin keçmiş tam adı Məşədiyusiflər olmuşdur. Sonralar oykonimin tərkibindən Yusif komponenti düşmüşdür. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Cınqıldağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Məşədilər kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.76 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••••• 0.79
2005 •••••••••••••••••••• 3.37
2006 ••• 0.45
2008 •• 0.24
2009 ••••••••••• 1.76
2010 •••••••• 1.27
2011 •• 0.26
2012 ••• 0.34
2013 •••••• 0.88
2016 •• 0.17
2017 •••• 0.65
2018 ••••••• 1.05
2019 ••••••••••••• 2.09
2020 •••••••• 1.33

yanıqlı sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Yanmış yeri olan, yanığı olan. 2. məc. Birindən acığı olan, birinə qarşı kini, qəzəbi olan; acıqlı (çox vaxt “əlindən” sözü ilə). Çoban padşahın əlindən çox yanıqlı idi. (Nağıl). Əşi, Fatmanisə xaladan nə yaman yanıqlısan! S.Rəhimov. Qızın məktubundan qeyzlənərək; Yanıqlı bir məktub yazdırdı ona. B.Vahabzadə. 3. məc. Kədərli, ələmli, qüssəli, qəmli, həzin; kədər gətirən, təsirli. Yanıqlı hava. Yanıqlı səs. – Birdən eşitdiyim yanıqlı bir fəryad məni yuxudan ayıltdı. S.Hüseyn. Çiçəklərin titrəşib bir-birinə baş-başa gəlmələri elə bil bülbülün yanıqlı səsinə səbəb olurdu. Çəmənzəminli. Rəhim bəy yanıqlı bir ah çəkdi. M.Hüseyn. 4. zərf Yanıqlı-yanıqlı, həzin-həzin. Yanıqlı oxumaq.

    Azərbaycan dilinin izahlı lüğəti / yanıqlı

yanıqlı sözünün etimologiyası

  • 1 1. Yanmaq feilindən yanıq ismi, ondan da yanıqlı sifəti törəyib. M.Cümə yazır: Bir su ver yanıqlıya... Sözün yanğılı forması da var, yana-yana mənasını əks etdirir. 2. Bu söz Tovuzda bir kəndin adıdır. Xınna dərəsində yerləşir. Z.Xasiyev doğru yazır ki, Xınna sözü hun sözünün təhrif olunmuş formasıdır. Yanıqlı isə, çox güman ki, arabanı kəşf etmiş qınıq (qayığ) tayfasının adı ilə bağlıdır, söz əvvəl qanıqlı kimi olub, sonra Yanıqlı şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yanıqlı

yanıqlı sözünün sinonimləri (yaxın mənalı sözlər)

yanıqlı sözünün antonimləri (əks mənalı sözlər)

yanıqlı sözünün rus dilinə tərcüməsi

  • 1 1. питающий злобу, озлобленный; 2. жалобный; 3. жалобно;

    Azərbaycanca-rusca lüğət / yanıqlı
  • 2 I прил. 1. горелый, обгорелый 2. kimdən питающий злобу к кому, озлобленный на кого. Yanıqlı olmaq kimdən быть озлобленным на кого, o məndən yanıqlıdır он озлоблен на меня 3. жалобный, жалостный, заунывный. Yanıqlı misralar жалобные строки, yanıqlı fəryadlar жалобные вопли, yanıqlı layla заунывная колыбельная, yanıqlı nəğmələr жалобные песни, yanıqlı səs жалобный голос II нареч. жалобно, жалостно, горько, с горечью. Yanıqlı (nəzərlə) baxmaq жалобно смотреть, yanıqlı çalmaq жалобно играть на чём-л., yanıqlı oxumaq жалобно петь, yanıqlı cavab vermək с горечью ответить, yanıqlı ağlamaq горько плакать, yanıqlı ah çəkmək жалобно (горько) вздохнуть ◊ əlindən yanıqlı olmaq kimin иметь зуб на кого, затаить злобу против кого

    Azərbaycanca-rusca lüğət / yanıqlı

yanıqlı sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. burnt, scorched; 2. embittered; ~ olmaq to be* / to become* embittered; 3. sorrowful, mournful; (mahnı haq.) sad plaintive, dolorous, doleful; ~ səs sad / plaintive voice; ~ baxış a doleful look / glance; ~ mahnı a sad / mournful / sorrowful song

    Azərbaycanca-ingiliscə lüğət / yanıqlı

yanıqlı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. кайи чка авай; 2. пер. хъел авай; 3. пер. гъамлу, дертлу, эсер ийидай, рикӀ сугъулардай (мес. ван, макьам); 4. нареч. ккуз-ккуз, зарул-зарул.

    Azərbaycanca-ləzgicə lüğəti / yanıqlı

"yanıqlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yanıqlı nədir? #yanıqlı sözünün mənası #yanıqlı nə deməkdir? #yanıqlı sözünün izahı #yanıqlı sözünün yazılışı #yanıqlı necə yazılır? #yanıqlı sözünün düzgün yazılışı #yanıqlı leksik mənası #yanıqlı sözünün sinonimi #yanıqlı sözünün yaxın mənalı sözlər #yanıqlı sözünün əks mənası #yanıqlı sözünün etimologiyası #yanıqlı sözünün orfoqrafiyası #yanıqlı rusca #yanıqlı inglisça #yanıqlı fransızca #yanıqlı sözünün istifadəsi #sözlük