* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. din. Başına sarıq qoymuş, başında sarıq olan, çalmalı. Bu küçənin … başı sarıqlı axundları ilə başı silindrli ziyalıları bir müqəddərat daşıyırdılar. S.Hüseyn. Sarıqlı mollanın “cahad” haqqındakı sözləri çox adamlara yer elədi. Mir Cəlal. // is. Molla, ruhani, müsəlman din xadimi (bu mənada adətən “başısarıqlı” şəklində işlənir). 2. Bint, sarğı və s. ilə sarınmış, bağlanmış (yara, sınıq və s. haqqında). Sarıqlı qol. Sarıqlı ayaq. Üzü sarıqlı olmaq. – Bir gün Hacı Rüstəmin dükan qonşusu usta Həsən papaqçı gördü: budur Hacı, başı, gözü sarıqlı yaman bir halda gəlir. Ə.Haqverdiyev. Xavər dörd aylıq dəhşətli əzablardan arıqlamış, ordları batmış Kərimxana baxır, gözünü sarıqlı gözündən çəkə bilmirdi. M.İbrahimov. 3. İp, sarğı və s. ilə bağlanmış. Dərviş gözünü açıb gördü ki, bir divin dalısında əlayağı sarıqlı gedir. (Nağıl). 4. Üzərinə bir şey sarınmış. Şəkildə görünən zatın başındakı sarıqlı fəs, əynindəki gen və biçimsiz şalvar, onun ayağındakı qıvraq çarıq qızın diqqətini özünə cəlb etmişdi. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / sarıqlı1 SARIQLI – AÇIQ Üçüncü həftə idi ki, o, gözləri sarıqlı gəzirdi (S.Qədirzadə); Qolları açıq gəzir (A.Məmmədrza).
Azərbaycan dilinin antonimlər lüğəti / sarıqlı1 1. повязанный, перевязанный, обмотанный; 2. в чалме, в тюрбане; чалмоносец;
Azərbaycanca-rusca lüğət / sarıqlı2 прил. 1. с повязкой, повязанный. Sarıqlı qol повязанная рука 2. с перевязкой, перевязанный 3. с чалмой; зоол. carıqlı safsar хорёк-перевязка (хищный зверёк сем. куньих)
Azərbaycanca-rusca lüğət / sarıqlı1 прил. 1. дин. кьилел сирих алай, чалма алай; 2. бинт (жуна ва мс.) алай, бинтиналди, жунадалди, епиналди ва мс. кутӀуннавай (мес. гъил, хер, гъилер-кӀвачер ва мс.); 3. са затӀ алчукнавай (арушнавай).
Azərbaycanca-ləzgicə lüğəti / sarıqlı