* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Kəskin küləyi, sazağı, soyuğu olan; şaxtalı. Sazaqlı hava. – Sazaqlı bir sabah idi, yel adamı kəsirdi. Çəmənzəminli. Quru sazaqlı bir gündə Novruz yaş əlcəklərini topun qızmış lüləsi üstündə qurudurdu. R.Rza. Səhər tezdən sazaqlı qış gününün yenicə gözünü açdığı dəqiqələrdən [Ağabala] gəlib laboratoriya qabağında [Reyhanı] gözlədi. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / sazaqlı1 SAZAQLI – İSTİ Sazaqlı bir külək əsir canımda (M.Ələkbərli); İsti gün idi (“Ulduz”).
Azərbaycan dilinin antonimlər lüğəti / sazaqlı