* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Saçaqları olan, saçaq salınmış, saçaq qoyulmuş. Saçaqlı xalı. Saçaqlı süfrə. Saçaqlı yaylıq. Saçaqlı pərdə. – [Qadın] başına nə qədər sığal vurdusa da, kirpi saçlarını yatırda bilmədi, əlindəki saçaqlı dəsmalı başına dolamalı oldu. M.Hüseyn. Nazlı əlində bağlama, başında saçaqlı şal yüyürüb gəlir. Ə.Məmmədxanlı. □ Saçaqlı konfet – keçmişdə: saçaqlı kağıza bükülmüş konfet növü. Teybə … evə yolu düşəndə Bahadır üçün həmişə fındıq, qoz, saçaqlı konfet, iydə və bəzən xurma gətirərdi. M.Hüseyn. [Çərçi] bəzi vaxt saçaqlı konfet də gətirərdi. S.Rəhimov. 2. Saçaq kimi sallanmış uzun tükləri olan. Saçaqlı qoyun. Saçaqlı it. 3. bot. Kökü saçaq şəklində (tel-tel) olan. Saçaqlı köklər. – Eyvaz dayı da saçaqlı tütündən papiros çəkə-çəkə başlayırdı kolxozu tərifləməyə. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / saçaqlı2 прил. 1. бахромчатый, с бахромой, обшитый бахромой. Saçaqlı süfrə бахромчатая скатерть, saçaqlı şal шаль с бахромой 2. бот. мочковатый (с большим количеством мочек). Saçaqlı köklər мочковатые корни
Azərbaycanca-rusca lüğət / saçaqlı3 вторая составная часть нек-ых сложных прилагательных. İpəksaçaqlı örtük покрывало с шелковой бахромой
Azərbaycanca-rusca lüğət / saçaqlı1 прил. 1. цӀилер галай, цӀилер кутунвай, цӀилер квай (мес. шал, гам, перде); 2. сирсилар хьиз куьрс хьайи яргъи чӀарар авай (мес. хеб, кицӀ); 3. бот. дувулар сирсилар хьиз чӀун-чӀун тир.
Azərbaycanca-ləzgicə lüğəti / saçaqlı