* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Yamağı və ya yamaqları olan, yamaq vurulmuş; yamanmış. Yamaqlı paltar. Yamaqlı palaz. – Arvad Cumanın … yamaqlı çəkməsini geydi. Ə.Əbülhəsən. [Qəhrəmanın] paltarı boz şal pencəklə yamaqlı qara şalvardan və sağanağı tamam bozarmış bir köhnə papaqdan ibarət idi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / yamaqlı1 YAMAQLI – SÖKÜK Arvad Cumanın... yamaqlı çəkməsini geydi (Ə.Əbülhəsən); Sökük köynəyindən qolu görünürdü (“Ulduz”). YAMAQLI – YIRTIQ Yamaqlı ayaqqabılarda gəzərək pul yığırdı (C.Əmirov); Ayaqqabıları yırtıq idi.
Azərbaycan dilinin antonimlər lüğəti / yamaqlı2 прил. латаный, залатанный, заплатанный, с заплатой, с латкой. Yamaqlı şalvar латаные брюки, yamaqlı geyim заплатанная одежда, yamaqlı ayaqqabı заплатанная обувь
Azərbaycanca-rusca lüğət / yamaqlı1 s. patched; ~ şalvar patched trousers; ~ köynək patched shirt; ~ palto patched coat; ~ corab patched sock
Azərbaycanca-ingiliscə lüğət / yamaqlı