damğalı sözü azərbaycan dilində

damğalı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • damğalı • 88.8889%
  • Damğalı • 7.4074%
  • DAMĞALI • 3.7037%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Damğalı
Damğalı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Damğalı kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == XIII əsrdə monqol yürüşlərində iştirak etmiş, sonralar Azərbaycan ərazisində məskunlaşmış damğalı tayfasının adı ilə bağlı olduğu ehtimal edilir. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Damğalı xalçaları
Damğalı xalçaları — Qazax xalçaçılıq məktəbinə aid xovlu Azərbaycan xalçaları Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları 4 müxtəlif tərəfə ayrılan svastikanı andıran bu bəzəklər elə real səpgidə toxunmuşdur ki, sanki onlar bir nöqtə ətrafında fırlanaraq hərəkət edir. Bu ornament elementinə biz təkcə “Damğalı”adını almış bu tipli Qazax xalçalarında deyil, dekorativ – tətbiqi sənətimizin başqa növlərində də rast gəlirik. “Damğalı” tipli xalçalarda diqqəti cəlb edən ikinci element latın əlifbasındakı “S” hərfini xatırladn elementdir. Deyilənə görə, bu element əjdahanı təmsil edir. Xalçada diqqəti çəkən üçüncü element isə qoç buynuzlarını xatırladan naxışdır. Sənətşünas alim, Azərbaycan xalçalarının ən gözəl bilicisi Lətif Kərimov bu naxışın “qoç”,”qoyun”mənaları verdiyini bildirmişdir. Diqqəti ən çox cəlb edən isə xalçanın alt tərəfindəki simmetrik şəkildə iki dəfə təkrarlanan 3 oxdur. Görünür bu oxlar, haqqında “Oğuznamə”də söz açılan üçoxları təmsil edir. “Oğuznamə”də deyilir”. Oğuz Kağanın yanında ağ saqqallı, ağ saçlı bir kişi vardı.

damğalı sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Damğası olan, dağ basılmış. …Alnı damğalı adam qulağı damğalı heyvandan pisdir. S.Rəhimov. 2. məc. Ləkəli, üstündə ləkə olan, eyibli, nöqsanlı. [Carçiyev:] Sən onda səhv eləmisən ki, belə bir damğalı nəsildən özünə dost seçmisən. İ.Hüseynov.

    Azərbaycan dilinin izahlı lüğəti / damğalı

damğalı sözünün sinonimləri (yaxın mənalı sözlər)

damğalı sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DAMĞALI – TƏMİZ Sən onda səhv eləmisən ki, belə bir damğalı nəsildən özünə dost seçmisən (İ.Hüseynov); O, qızın təmiz məhəbbətinə özünü layiq bilmirdi (S.Qədirzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / damğalı

damğalı sözünün rus dilinə tərcüməsi

  • 1 клейменый, имеющий тавро, клеймо

    Azərbaycanca-rusca lüğət / damğalı
  • 2 прил. 1. с клеймом, клеймёный: 1) имеющий на себе клеймо 2) маркированный (о товаре, изделии и т.п.) 2. перен. заклеймённый, опозоренный, запятнанный

    Azərbaycanca-rusca lüğət / damğalı

damğalı sözünün inglis dilinə tərcüməsi

damğalı sözünün fransız dilinə tərcüməsi

damğalı sözünün ləzgi dilinə tərcüməsi

"damğalı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#damğalı nədir? #damğalı sözünün mənası #damğalı nə deməkdir? #damğalı sözünün izahı #damğalı sözünün yazılışı #damğalı necə yazılır? #damğalı sözünün düzgün yazılışı #damğalı leksik mənası #damğalı sözünün sinonimi #damğalı sözünün yaxın mənalı sözlər #damğalı sözünün əks mənası #damğalı sözünün etimologiyası #damğalı sözünün orfoqrafiyası #damğalı rusca #damğalı inglisça #damğalı fransızca #damğalı sözünün istifadəsi #sözlük