Şahdağlı sözü azərbaycan dilində

Şahdağlı

Yazılış

  • Şahdağlı • 55.5556%
  • şahdağlı • 22.2222%
  • ŞAHDAĞLI • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tacəddin Şahdağlı
Məmmədov Tacəddin Abdulla oğlu — şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. == Həyatı == Tacəddin Abdulla oğlu Məmmədov (Şahdağlı) 29 mart 1928-ci ildə Qəbələ rayonunun Xırxatala kəndində dülgər ailəsində anadan olmuşdur. Şair 9 aprel 2019-cu ildə Qəbələ şəhərində vəfat etmişdir. Şairin bir oğlu, beş qızı, 14 nəvəsi, 15 nəticəsi var. == Təhsili və əmək fəaliyyəti == İbtidai təhsilini Qutqaşen (indiki Qəbələ) rayonunun Xırxatala kəndindəki ibtidai məktəbdə (1935 – 1939), orta təhsilini isə rayonun Bum kənd orta məktəbində (1939 - 1945) almışdır. O, Ağdaş Pedaqoji texnikumunda (1945 – 1948), Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat (1953 – 1957) və Azərbaycan Dövlət Universitenin jurnalistika fakültəsində (1969 – 1975) təhsil almışdır. 1950-1952-ci illərdə orduda xidmət edərək, kiçik leytenant rütbəsində ehtiyata buraxılmışdır. Qəbələ rayonunun müxtəlif məktəblərində və Xaldan rayon məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Qəbələdə vaxtilə çıxan "Qalibiyyət" qəzeti redaksiyasında əvvəlcə ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri və redaktor vəzifəsində çalışmışdır. == Ədəbi fəaliyyəti == Şair Azərbaycan Yazıçlar və Jurnalistlər Birliklərinin üzvü idi.
Şahdağlılar
Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu və ya Şahdağlılar — azərbaycanlıların tərkib hissəsi; Azərbaycanın aborigen əhalisi; etnik azlıqlar.Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say eetibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddi etnosun mərkəzi igamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir. XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi digər SSRİ xalqları, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnmişdir. == Ümumi məlumat == Şahdağ xalqları Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, Qrız və Yergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılar və yergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunan bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar. Yəni hər kəndin özünün dili var.

Oxşar sözlər

#şahdağlı nədir? #şahdağlı sözünün mənası #şahdağlı nə deməkdir? #şahdağlı sözünün izahı #şahdağlı sözünün yazılışı #şahdağlı necə yazılır? #şahdağlı sözünün düzgün yazılışı #şahdağlı leksik mənası #şahdağlı sözünün sinonimi #şahdağlı sözünün yaxın mənalı sözlər #şahdağlı sözünün əks mənası #şahdağlı sözünün etimologiyası #şahdağlı sözünün orfoqrafiyası #şahdağlı rusca #şahdağlı inglisça #şahdağlı fransızca #şahdağlı sözünün istifadəsi #sözlük