Çıraqlı sözü azərbaycan dilində

Çıraqlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Çıraqlı • 95.6175%
  • çıraqlı • 3.5857%
  • ÇIRAQLI • 0.7968%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çıraqlı
KəndlərÇıraxlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Çıraqlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Çıraqlı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çıraqlı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Çıraqlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Çıraqlı (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. Çiraxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Çıraqlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonundakı kənd. Çıraqlı — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Çıraqlı — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda dağ.
Çıraqlı (Ağdam)
Çıraxlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əhmədağalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Çıraxlı kəndi Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əhmədağalı kəndi mərkəz olmaqla, Əhmədağalı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Çıraqlı etnotoponimdir. Q.Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur.Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak (kənd, çay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Çıraqlı (Daşkəsən)
Çıraqlı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çıraqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == "Çıraqlı" etnotoponimdir. Q. Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak (kənd, çay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Çıraqlı (Laçın)
Çıraqlı — Azərbaycan Respublikasının Laçın rayonu Kamallı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd rayon mərkəzindən 56 km qərbdə yerləşir. Çıraqlı kəndi rayonun Alxaslı, Qarakeçdi, Minkənd, Kamallı və Bozlu kəndlərinin əhatəsində yerləşmişdir. Kəndin ərazisində Alban mədəniyyətinin yadigarı olan, qədim məbəd mövcud olmuşdur. Məbədin uzunluğu 45 eni isə 10 metr olmaqla yerin üst qatına çıxan hissəsində qədim daş kitabə yerləşmişdir. Kitabənin yan fiqurları qoç heykəlləri ilə bəzədilmişdir. Çiraqlı toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və Çiraklı adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun əazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur.1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Çıraqlı (Tərtər)
Çıraqlı — Azərbaycan Respublikasının Tərtər rayonunun Ortakənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. Hazırda erməni silahlı qüvvələrinin işğalı altındadır. == Toponimikası == "Çıraqlı" etnotoponimdir. Q.Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü.
Çıraqlı (Vərziqan)
Çıraqlı — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. 11 avqust 2012-ci il tarixinin zəlzələ vurmuş kəndlərdəndir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 104 nəfər. yaşayır (22 ailə). Bu kəndin Tarixi: Gorkan məzarlarının kəşfi Və bir şəhərin qalıqları Tapılıb və Kəşf olduğu üçün , Tarixçilər bu dəfnlərin Dəmir dövrünə aid olduğunu söyləyirlər Bu Gorkanların qalıqlarında Dəmir dövrünə aid alətlər, əşyalar və silahlar tapılmışdır Hansı ki, muzeyə təhvil verildi Və bu türbələr birdən tarixdən itməyən bu şəhərin əldə edilmiş dəlillərlə bir Türk Xalqı şəhəri olduğunu göstərir. bu kənd və bu dəfn yerləri İranda milli olaraq qeydiyyata alınmışdır Ancaq Buranın tarixi antitürkçülüyün kölgəsindədir.
Çıraqlı (Şamaxı)
Çıraqlı — Azərbaycan Respublikasının Şamaxı rayonunun Sabir inzibati ərazi vahidində kənd. == Tarixi == Ləngəbiz silsiləsinin ətəyində, Pirsaat çayının sahilindədir. Qızılbaşların çıraqlı tayfasının adını əks etdirir. Etnotoponimdir. Onu da deyək ki, Çiraqlı toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və Çiraklı adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun əazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur. == Toponimikası == "Çıraqlı" etnotoponimdir. Q.Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər.
Çıraqlı (Şörəyel)
Çıraqlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonundakı kənd. == Tarixi == Rayon mərkəzindən 13 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Toponim çiraq (<şirak <sirak) etnoniminə (235, s.23-24, 38, 48-56; 287, s.336-337, 350-351) "-lı" mənsubluq bildirən şəkilçisinin artırılması ilə əmələ gəlib «çiraq (şirak-sirak) tayfasına mənsub yaşayış yeri, kənd» deməkdir. Qızılbaş tayfalarından birinin adı da «çıraqlılar»dır. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Crarat qoyulmuşdur. Onu da deyək ki, Çiraqlı toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və Çiraklı adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər.
Çıraqlı (Şəbüstər)
Çıraqlı (fars. چراغلو‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (9 ailə).
Çıraqlı bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çıraqlı xalçaları
Çıraqlı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Gəncə şəhərindən 35 km cənubda yerləşən Çıraqlı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Qazaxça", "Gəncə", "Faxralı", "Şamxor" adlandırırlar. Çıraqlı xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir. == Tarixi == Çıraqlı xalçaları əvvəlcə Gəncə şəhərindən 35 km cənubda, hal-hazırda Daşkəsən rayonunun ərazisində yerləşən Çıraqlı kəndində istehsal olunmağa başlamışdır. Çıraqlı xalçaları bir müddət sonra Gəncə zonasının bütün xalçaçılıq məntəqələrində istehsal olunmağa başlayır. Bu xalçalar bəzən "Qazaxça xalçası", "Gəncə xalçası", "Fəxralı xalçası", "Şamxor xalçası" və digər adlarla adlandırılmışdır. Buna səbəb isə xalçanın digər ərazilərdə istehsal olunmağa başlanması olmuşdur. == Bədii analiz == Ara sahənin yerliyi göy rəngdədir və ara sahədə bir-birinin ardınca yerləşmiş altıbucaqlı göllərin yerliyi isə qırmızı rəngdədir. Göllərin daxilindəki elementlər qədim Muğan xalçalarının naxışları və həmçinin kilim ornamentləri ilə oxşarlıq təşkil edir.
Çıraqlı (Duzluca)
Çıraqlı — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kəndin adı 1918-ci il qeydlərində ermənicə "sulu dərə" mənasını verən Çıratsor, 1928-ci il qeydlərində Çırıqlı kimi qeyd olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.95 dəfə / 1 mln.
2006 •• 0.23
2007 •••••••••••••••••••• 2.54
2008 •••••••• 0.97
2010 ••••••••••••• 1.54
2011 ••••••• 0.77
2012 ••••••••• 1.03
2013 •••••••••••••• 1.75
2014 ••••••• 0.86
2015 ••••••••••••• 1.53
2016 ••••••••••• 1.39
2017 •••• 0.49
2018 •• 0.15
2019 •••••• 0.70
2020 •••••••••• 1.19

çıraqlı sözünün sinonimləri (yaxın mənalı sözlər)

çıraqlı sözünün rus dilinə tərcüməsi

"çıraqlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çıraqlı nədir? #çıraqlı sözünün mənası #çıraqlı nə deməkdir? #çıraqlı sözünün izahı #çıraqlı sözünün yazılışı #çıraqlı necə yazılır? #çıraqlı sözünün düzgün yazılışı #çıraqlı leksik mənası #çıraqlı sözünün sinonimi #çıraqlı sözünün yaxın mənalı sözlər #çıraqlı sözünün əks mənası #çıraqlı sözünün etimologiyası #çıraqlı sözünün orfoqrafiyası #çıraqlı rusca #çıraqlı inglisça #çıraqlı fransızca #çıraqlı sözünün istifadəsi #sözlük