Çırpılı
Çırpılı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 36 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Çirpili kimi qeyd edilmişdir.
Toponim "quru budaq, kol qırıntısı" mənasında işlənən çırpı sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Crapi, sonra Nerkin Crapi
qoyulmuşdur.