kirpikli sözü azərbaycan dilində

kirpikli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kirpikli • 90.0000%
  • Kirpikli • 10.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kirpikli acılıq
İran da, Orta Asiya da təbii halda bitir. Hündürlüyü 5 m-ə qədər olan, saemaşan gövdəli və lifli, boz qabıqlı, qol-budaqlı kol bitkisidir. Budaqcıqları dəstəli, sarımtıl, göyümtül-yaşıl olub, uzundur. Yarpaqlarının 2-4-ü bir yerdədir, xətvarı, ucu sivriləşmişdir, uzunluğu 30 mm-ə, eni isə 1 mm-ə qədərdir, qaidəsində zər pərdəcikli qın əmələ gəlmişdir. Tozcuq sünbüllərinin bir neçəsi bir yerdə olub, yumurtavarıdır. Çiçəkləri ikicinsli və bəzən bircinslidir. Erkək çiçəkləri təkdir və ya 2-4 ədəd olmaqla qısa dəstələrdə yığılmışdır. Dişi çiçəkləri tək və ya təbəqə şəklində 2-3 ədədi bir yerdə yerləşir. Erkəkcik yarpağı ümumi qələmşəkilli bünövrədə yerləşir. Ləpəyarpaqları təkdir, toxumun qabığından çıxır.
Kirpikli infuzorlar
Kirpikli infuzorlar (lat. Oligohymenophorea) İbtidailərin infuzorlar tipinə aid sinif. Bu sinfə daxil olan nümayəndələrin bədəni xaricdən çoxlu sayda kirpikİərlə örtülmüşdür. Bədəndə, 2 cür nüvə vardır. Çoxalma qeyri-cinsi və cinsi yolla baş verir. Tənəffüs bədən səthi ilə tənzim olunur. Həzm və ifrazat sistemi həzm qovuqcuqlarından, iki ədəd yığılıb-açılan qovuqcuqdan və tullantı dəliyindən ibarətdir. Sərbəst yaşayan və parazit nümayəndələri vardır.
Kirpikli qurdlar
Kirpikli qurdlar (lat. Turbellaria) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Bu sinfin nümayəndələri adətən sərbəst yaşayan yırtıcı formalardır, nadir hallarda parazit və quruda yaşayanlarına rast gəlinir. Dəri örtüyü çox sayda vəzilərlə təchiz olunmuş kirpikli və ya qamçılı epitelidən ibarətdir. Parazit növlərdən fərqli olaraq, turbellarilərin ixtisaslaşmış xüsusi fiksasiya orqanı və mürəkkəb həyat tsikli yoxdur. Kirpikli qurdların 3500 növü məlumdur. Onların çoxu dənizlərdə və şirinsularda, az hissəsi isə quru üzərində nəm yerlərdə, torpaqda rast gəlir, nadir hallarda ektoparazitlik edən formaları mövcuddur. Kirpikli yastı qurdların əsasən də planarilərın bədəni yastılanmış oval və ya uzunsov formadadır. Bədənin ön ucunda hiss orqanları – gözlər, statosist, qoxu (iybilmə) çuxurları yerləşir. Müxtəlif növlərdə bədən ölçüləri müxtəlifdir, yəni həm mikroskopik, həm də 30-40 sm uzunluğa malik olan formalara rast gəlinir.
Kirpikli qurdlar və ya Turbellarilər (Turbellaria)
== Ümumi xarakteristika == Kirpikli qurdlar və ya turbellarilər (Turbellaria) ən primitiv və yastı qurdlardır. Onların uzunluğu 1–2 mm-dən 50 – 60 mm-ə qədər dəyişir. Onların 3000 növü məlumdur. Əsasən, duzlu və şirin su hövzələrində yaşayırlar. Əksəriyyəti sərbəstyaşayan, bəzi növlər isə parazitdir (məsələn, temnosefallar). Bu sinfin tipik nümayəndəsi ağ planaridir (Procotyla fluviatilis). Onun uzunluğu bir neçə mm-dən 1.5 m-ə qədər dəyişir. Bəzi turbellarilər xərçəngkimilərin, balıqların və digər heyvanların orqanizmində parazitlik edir. Bəzi növləri diridoğandır (Bothromesostoma personatum). == Azərbaycanda yayılması == Kirpikli qurdlar (Turbellaria)sinfinə aid Xəzər dənizində 31 növ, Azərbaycanın şirin su hövzələrində isə 5 növ və 3 alt növ tapılmışdır.
Kirpiklilər və ya İnfuzorlar
Bir çox mütəxəssislər bu taksonda 30 000-dən çox növün olduğunu bildirir. Sərbəstyaşayan və parazitlik edən infuzorlar ayırd edilir. İnfuzorların ən geniş yayılmış növü infuzor tərlikdir (Paramecium caudatum). Əsasən, dənizlərdə və şirin su hövzələrində, bentos və planktonların tərkibində yaşayırlar. Torpaqda və mamırlarda yaşayan nifuzorlar da mövcuddur. Bu canlıların əksər hissəsi digər heyvanlarla (əsasən, həlqəvi qurdlar, molyusklar, balıqlar, amfibilər, məməlilər) kommensal, simbiont və parazitik münasibətlərdə olur. Bəzi kirpikli növləri (məsələn, Paramecium caudatum, Oxytricha trifallax) molekulyar biologiyada model obyekti qismində istifadə edilir. Sinif Növlər == Ümumi xarakteristikası == Onların bədənləri sabit və uzunsov formaya malik olub xaricdən sıx pellikula ilə əhatə olunur. Ölçüləri 10 mkm – 4.5 mm intervalında dəyişən bu canlıların iki nüvəsi vardır (makronukleus və mikronukleus). Vegetativ nüvə (makronukleus) hüceyrə daxilindəki maddələrin sintezinə cavabdehdir.
Kirpikliqarın qurdlar
Qarnıkirpiklilər (lat. Gastrotricha) — heyvanlar aləminə aid heyvan tipi. Bədənin qarın tərəfi kirpiklərlə örtülü olduğu üçün sinfə bu ad verilmişdir. == Ümumi xarakteristika == Kirpiklər subsrat üzərində hərəkət etməyə xidmət edir. Bu tipin nümayəndələrinin baş hissəsində də kirpiklər vardır. Müasir dövrdə şirin sularda və dənizlərdə yaşayan 150-dən çox növü məlumdur. == Xarici quruluşu == Qarnıkirpiklilərin bədəni nazik kutikula ilə örtülmüşdür. Kutikulanın altında uzununa əzələlər yerləşir, ancaq bütöv qat əmələ gətirmir. Qarnıkirpiklilərdə dəri-əzələ kisəsi yoxdur. Şirin sularda yaşayan formaların baş hissəsi gövdədən tam seçilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2019 •••••••••••••••••••• 0.14

kirpikli sözünün rus dilinə tərcüməsi

  • 1 с ресницами

    Azərbaycanca-rusca lüğət / kirpikli
  • 2 прил. 1. с ресницами, имеющий ресницы 2. ресничный, реснисчатый, с ресничками. Kirpikli hüceyrələr эмбр. ресничные клетки, зоол. kirpikli qurdlar ресничные черви, kirpikli infuzorlar ресничные инфузории

    Azərbaycanca-rusca lüğət / kirpikli

"kirpikli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kirpikli nədir? #kirpikli sözünün mənası #kirpikli nə deməkdir? #kirpikli sözünün izahı #kirpikli sözünün yazılışı #kirpikli necə yazılır? #kirpikli sözünün düzgün yazılışı #kirpikli leksik mənası #kirpikli sözünün sinonimi #kirpikli sözünün yaxın mənalı sözlər #kirpikli sözünün əks mənası #kirpikli sözünün etimologiyası #kirpikli sözünün orfoqrafiyası #kirpikli rusca #kirpikli inglisça #kirpikli fransızca #kirpikli sözünün istifadəsi #sözlük