kirpik sözü azərbaycan dilində

kirpik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kirpik • 84.4828%
  • Kirpik • 13.7931%
  • KİRPİK • 1.7241%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kirpikcikli üskükotu
Kirpikcikli üskükotu (lat. Digitalis ciliata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü.
Kirpikimilər
Kirpilər (lat. Erinaceidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinə aid heyvan fəsiləsi. == Xalq inamı == Yuxuda kirpi görmək, təhlükəli əlaqələrə baxmayaraq, sizi həyatda uğur gözləyir.Yuxuda əlinə kirpi götürmək həyatda pis insanla əlaqəyə işarədir. Ola bilsin, ailədaxili mübahisələr olsun. Əgər yuxuda əlinizə kirpi götürmüsünzsə və o sizə heç nə eləmirsə, siz yeni tanışınız barədə düzgün təəssüratalara malik deyilsiniz. Əgər o sizi sancırsa, bu o deməkdir ki, yaxın çevrənizdə sizə tələ quran insan var. Əgər yumaq kimi bükülmüş kirpi yuxunuza giribsə, siz problemdən qaçmağa çalışacaqsınız. Yuxu başlanmış işi sona çatdırmaq barədə xəbərdarlıq edir.
Kirpikli acılıq
İran da, Orta Asiya da təbii halda bitir. Hündürlüyü 5 m-ə qədər olan, saemaşan gövdəli və lifli, boz qabıqlı, qol-budaqlı kol bitkisidir. Budaqcıqları dəstəli, sarımtıl, göyümtül-yaşıl olub, uzundur. Yarpaqlarının 2-4-ü bir yerdədir, xətvarı, ucu sivriləşmişdir, uzunluğu 30 mm-ə, eni isə 1 mm-ə qədərdir, qaidəsində zər pərdəcikli qın əmələ gəlmişdir. Tozcuq sünbüllərinin bir neçəsi bir yerdə olub, yumurtavarıdır. Çiçəkləri ikicinsli və bəzən bircinslidir. Erkək çiçəkləri təkdir və ya 2-4 ədəd olmaqla qısa dəstələrdə yığılmışdır. Dişi çiçəkləri tək və ya təbəqə şəklində 2-3 ədədi bir yerdə yerləşir. Erkəkcik yarpağı ümumi qələmşəkilli bünövrədə yerləşir. Ləpəyarpaqları təkdir, toxumun qabığından çıxır.
Kirpikli infuzorlar
Kirpikli infuzorlar (lat. Oligohymenophorea) İbtidailərin infuzorlar tipinə aid sinif. Bu sinfə daxil olan nümayəndələrin bədəni xaricdən çoxlu sayda kirpikİərlə örtülmüşdür. Bədəndə, 2 cür nüvə vardır. Çoxalma qeyri-cinsi və cinsi yolla baş verir. Tənəffüs bədən səthi ilə tənzim olunur. Həzm və ifrazat sistemi həzm qovuqcuqlarından, iki ədəd yığılıb-açılan qovuqcuqdan və tullantı dəliyindən ibarətdir. Sərbəst yaşayan və parazit nümayəndələri vardır.
Kirpikli qurdlar
Kirpikli qurdlar (lat. Turbellaria) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Bu sinfin nümayəndələri adətən sərbəst yaşayan yırtıcı formalardır, nadir hallarda parazit və quruda yaşayanlarına rast gəlinir. Dəri örtüyü çox sayda vəzilərlə təchiz olunmuş kirpikli və ya qamçılı epitelidən ibarətdir. Parazit növlərdən fərqli olaraq, turbellarilərin ixtisaslaşmış xüsusi fiksasiya orqanı və mürəkkəb həyat tsikli yoxdur. Kirpikli qurdların 3500 növü məlumdur. Onların çoxu dənizlərdə və şirinsularda, az hissəsi isə quru üzərində nəm yerlərdə, torpaqda rast gəlir, nadir hallarda ektoparazitlik edən formaları mövcuddur. Kirpikli yastı qurdların əsasən də planarilərın bədəni yastılanmış oval və ya uzunsov formadadır. Bədənin ön ucunda hiss orqanları – gözlər, statosist, qoxu (iybilmə) çuxurları yerləşir. Müxtəlif növlərdə bədən ölçüləri müxtəlifdir, yəni həm mikroskopik, həm də 30-40 sm uzunluğa malik olan formalara rast gəlinir.
Kirpikli qurdlar və ya Turbellarilər (Turbellaria)
== Ümumi xarakteristika == Kirpikli qurdlar və ya turbellarilər (Turbellaria) ən primitiv və yastı qurdlardır. Onların uzunluğu 1–2 mm-dən 50 – 60 mm-ə qədər dəyişir. Onların 3000 növü məlumdur. Əsasən, duzlu və şirin su hövzələrində yaşayırlar. Əksəriyyəti sərbəstyaşayan, bəzi növlər isə parazitdir (məsələn, temnosefallar). Bu sinfin tipik nümayəndəsi ağ planaridir (Procotyla fluviatilis). Onun uzunluğu bir neçə mm-dən 1.5 m-ə qədər dəyişir. Bəzi turbellarilər xərçəngkimilərin, balıqların və digər heyvanların orqanizmində parazitlik edir. Bəzi növləri diridoğandır (Bothromesostoma personatum). == Azərbaycanda yayılması == Kirpikli qurdlar (Turbellaria)sinfinə aid Xəzər dənizində 31 növ, Azərbaycanın şirin su hövzələrində isə 5 növ və 3 alt növ tapılmışdır.
Kirpiklilər və ya İnfuzorlar
Bir çox mütəxəssislər bu taksonda 30 000-dən çox növün olduğunu bildirir. Sərbəstyaşayan və parazitlik edən infuzorlar ayırd edilir. İnfuzorların ən geniş yayılmış növü infuzor tərlikdir (Paramecium caudatum). Əsasən, dənizlərdə və şirin su hövzələrində, bentos və planktonların tərkibində yaşayırlar. Torpaqda və mamırlarda yaşayan nifuzorlar da mövcuddur. Bu canlıların əksər hissəsi digər heyvanlarla (əsasən, həlqəvi qurdlar, molyusklar, balıqlar, amfibilər, məməlilər) kommensal, simbiont və parazitik münasibətlərdə olur. Bəzi kirpikli növləri (məsələn, Paramecium caudatum, Oxytricha trifallax) molekulyar biologiyada model obyekti qismində istifadə edilir. Sinif Növlər == Ümumi xarakteristikası == Onların bədənləri sabit və uzunsov formaya malik olub xaricdən sıx pellikula ilə əhatə olunur. Ölçüləri 10 mkm – 4.5 mm intervalında dəyişən bu canlıların iki nüvəsi vardır (makronukleus və mikronukleus). Vegetativ nüvə (makronukleus) hüceyrə daxilindəki maddələrin sintezinə cavabdehdir.
Kirpikliqarın qurdlar
Qarnıkirpiklilər (lat. Gastrotricha) — heyvanlar aləminə aid heyvan tipi. Bədənin qarın tərəfi kirpiklərlə örtülü olduğu üçün sinfə bu ad verilmişdir. == Ümumi xarakteristika == Kirpiklər subsrat üzərində hərəkət etməyə xidmət edir. Bu tipin nümayəndələrinin baş hissəsində də kirpiklər vardır. Müasir dövrdə şirin sularda və dənizlərdə yaşayan 150-dən çox növü məlumdur. == Xarici quruluşu == Qarnıkirpiklilərin bədəni nazik kutikula ilə örtülmüşdür. Kutikulanın altında uzununa əzələlər yerləşir, ancaq bütöv qat əmələ gətirmir. Qarnıkirpiklilərdə dəri-əzələ kisəsi yoxdur. Şirin sularda yaşayan formaların baş hissəsi gövdədən tam seçilir.
Kirpikcikli doqquzdon
Kirpikcikli doqquzdon (lat. Lonicera ciliosa) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2006 •••••••••• 0.23
2010 •••••••••••••••••••• 0.45
2012 •••• 0.09
2013 ••••••••••••• 0.29
2014 •••••••••••••••• 0.34

kirpik sözünün leksik mənası və izahı

  • 1 is. 1. Göz qapağının kənarlarındakı tükcüklər. Uzun kirpiklər. – Anamın buz məzarından; Bilirəm ki, neçə dəfə; Torpaq alıb kirpiklərin. M.Araz. Qızarmış yanaqları, uzun kirpikləri, iri gözlərinin süzgün baxışı ona məlahət verirdi. T.Ş.Simurq. □ Kirpiklərini endirmək – yerə baxmaq. Kəmalə məndən utanırmış kimi kirpiklərini aşağı endirdi. M.Hüseyn. Mehriban kirpiklərini ağır-ağır endirdi. H.Seyidbəyli. Kirpiklərini qaldırmaq – gözlərini açmaq; baxmaq, süzmək. O, kirpiklərini qaldırıb yarıaçılmış qapıya baxdı. M.İbrahimov. Məsum kişi … kirpiklərini qaldıranda havanın tamam qaranlıqlaşdığını görüb yatağını açdı… Mir Cəlal. Kirpiklərini qırpmaq – tez-tez gözlərini açıb yummaq. İmi … kirpiklərini tez-tez qırpmağa başladı. İ.Əfəndiyev. 2. xüs. bax kirpikcik. ◊ Kirpik çalmaq (çaxmaq) – heyrətdən, təəccübdən tez-tez gözlərini açıb yummaq. Ovçu gendən yayındı; Oxu məndən yayındı; Bir dəfə kirpik çaldım; Gözüm səndən yayındı. (Bayatı). Kirpik çaxdı, oğrun baxdı; Od saldı cana, yeridi. Aşıq Ələsgər. Səriyyə xanım … kirpik çalır və ağzındakı saqqızını yavaş-yavaş çeynəyirdi. M.S.Ordubadi. Kirpik (kirpiklərini) döymək – bax kirpik çalmaq. [Rəşid] ani olaraq uzun kirpiklərini döyərək qara, nazik qaşlarını tərpətdi. M.İbrahimov. Yusif kirpiklərini döyüb özünü oyaq göstərməyə çalışdı. B.Bayramov. Əlləzoğlu kirpiklərini tez-tez döyüb bic-bic irişdi. İ.Hüseynov. Kirpik (kirpiklərini) qırpmamaq (qırpmadan) – dik, diqqətlə, gözlərini yummamaq (yummadan). Qoca bunları görmür kimi kirpiyini belə qırpmır. Çəmənzəminli. [Gülsənəm:] də kirpiklərini qırpmadan Cəmilə baxırdı. M.Hüseyn. Kirpikləri titrəmək – hirslənmək, haldan çıxmaq. Bu ana qədər buxarının istisindən xumarlanan və qərarından getməyən Rəhim bəyin kirpikləri titrədi… M.Hüseyn. Kirpiyi (kirpikləri) ilə od götürmək (qaldırmaq) – çox ağır əziyyət, zülm çəkmək.

    Azərbaycan dilinin izahlı lüğəti / kirpik

kirpik sözünün etimologiyası

  • 1 Əsli kiprik kimi olub, kipləşmək sözü ilə qohumdur: kipləşir və gözü örtməklə onu hifz edir. İkinci yozuma görə, kirpi sözü ilə qohumdur və tikan (sancaq) anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / kirpik

kirpik sözünün sinonimləri (yaxın mənalı sözlər)

kirpik sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. 1. ресница (один из волосков, растущих по краю век); kirpiklər ресницы. Uzun kirpiklər длинные ресницы, мед. kirpiklərin əyri bitməsi трихиаз, kirpiklərin tökülməsi мадароз 2. биол. см. kirpikcik 3. прил. ресничный (относящийся к ресницам). Kirpik vəziləri мед. ресничные железы ◊ kirpiklərini qaldırmaq поднимать, поднять глаза, взгляд; kirpiklərini endirmək опускать, отпустить глаза, взор, взгляд; kirpik (kirpiklərini) qırpmamag, yummamaq не сомкнуть глаз, не заснуть; kirpik qırpmadan не моргнув глазом; кирпик (kirpiklərini) döymək хлопать глазами; kirpik çalmaq (çaxmaq) см. kirpik döymək; kirpiyi (kirpikləri) ilə yolları daramaq высмотреть все глаза, проглядеть все глаза; kirpiyi (kirpikləri) ilə od götürmək (qaldırmaq) мучиться, измучиться; kirpikləri titrəmək испытывать тревогу, нервничать

    Azərbaycanca-rusca lüğət / kirpik

kirpik sözünün inglis dilinə tərcüməsi

  • 1 i. eyelash; ~ qırpmaq / döymək / çalmaq to blink, to twinkle, to wink; to bat eyelids; ~ qırpmadan without batting an eyelid; ~lərini qaldırmaq to lift eyelids

    Azərbaycanca-ingiliscə lüğət / kirpik

kirpik sözünün fransız dilinə tərcüməsi

kirpik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кӀакӀам, кӀакӀ; uzun kirpiklər яргъи кӀакӀамар; // kirpiklərini endirmək кӀакӀамар агъузун, ччилиз килигун; kirpiklərini qaldırmaq кӀакӀамар хкажун, вилер ахъаюн, килигун; kirpiklərini qırpmaq кӀакӀамар элягъун, вилер элягъун, вилер фад-фад мичӀиз ахъаюн; 2. хуьс. кил. kirpikcik; ** kirpik çalmaq (çaxmaq) кӀакӀамар элягъун, виляр элягъун, мягьтелвиляй вилер фад-фад мичӀиз ахъаюн; kirpik (kirpiklərini) döymək кил. kirpik çalmaq; kirpik (kirpiklərini) qırpmamaq (qırpmadan) кӀакӀамар (вилер) эля тавун (тавуна), дикъетдивди, вилер мичӀ тавун (тавуна); kirpikləri titrəmək кӀакӀамар юзун, хъел атун, гьалдай акъатун.

    Azərbaycanca-ləzgicə lüğəti / kirpik

"kirpik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kirpik nədir? #kirpik sözünün mənası #kirpik nə deməkdir? #kirpik sözünün izahı #kirpik sözünün yazılışı #kirpik necə yazılır? #kirpik sözünün düzgün yazılışı #kirpik leksik mənası #kirpik sözünün sinonimi #kirpik sözünün yaxın mənalı sözlər #kirpik sözünün əks mənası #kirpik sözünün etimologiyası #kirpik sözünün orfoqrafiyası #kirpik rusca #kirpik inglisça #kirpik fransızca #kirpik sözünün istifadəsi #sözlük