* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••••••• | 68.52 |
2003 | •••••••••••••••••••• | 82.28 |
2004 | •••••••••••••••••••• | 81.19 |
2005 | ••••••••••••••••••• | 76.93 |
2006 | •••••••••••••••••••• | 78.61 |
2007 | •••••••••••••• | 56.45 |
2008 | ••••••••••••••••••• | 77.47 |
2009 | •••••••••••••••••••• | 78.71 |
2010 | ••••••••••••••• | 61.54 |
2011 | ••••••••••••••••• | 66.83 |
2012 | •••••••••••••• | 55.84 |
2013 | •••••••••• | 40.41 |
2014 | ••••••••••••• | 52.68 |
2015 | ••••••••••••• | 53.42 |
2016 | ••••••••••••••• | 60.39 |
2017 | •••••••••••• | 46.83 |
2018 | •••••••••••• | 47.64 |
2019 | ••••••••••• | 42.42 |
2020 | ••••••••••••••••• | 69.09 |
1 is. 1. Bir olma, bütün olma, parçalara ayrılmama; bütövlük, müttəhidlik, bölünməzlik, vəhdət, yekparəlik. Bizi ruhlandıran bu şanlı birlik; Bu qüdrət, bu qüvvət, məhəbbət olmuş. M.Rahim. Polad birliyimizi sarsıtmasın qoy bu qəm. Ə.Cəmil. 2. İttifaq. Buna görə də bizim birlik yaratmağımız lazımdır. M.S.Ordubadi. Əsgər, yadındadır o illər, böyük Qorki bütün dünyanı birliyə çağıraraq, bu bəlanı dəf etmək istəyirdi. Mir Cəlal. [Qoca:] Sənin kəlamına qulaq asıb mən də “qardaşlar” birliyinə qoşulmuşam. Ə.Məmmədxanlı. 3. məc. Ünsiyyət, əlaqə. Vəhşilər ilə nədir bu birlik? İnsan ilə xoş deyilmi dirlik? Füzuli. 4. Sıx əlaqə, həmrəylik, ümumilik, uyğunluq. Fikir birliyi. Mənafe birliyi. İş birliyi. 5. Ortaqlıq. 6. Ölçüsü, nömrəsi, sayı və s. bir olan. Birlik taxta. 7. Bax birləşmə 2-ci mənada. Azərneft birliyi.
Azərbaycan dilinin izahlı lüğəti1 həmrəylik — uyğunluq
Azərbaycan dilinin sinonimlər lüğəti2 ünsiyyət — əlaqə
Azərbaycan dilinin sinonimlər lüğəti3 ittifaq
Azərbaycan dilinin sinonimlər lüğəti4 bütövlük — bölünməzlik — vəhdət — yekparəlik
Azərbaycan dilinin sinonimlər lüğəti5 1. BİRLİK Bizi ruhlandıran bu şanlı birlik; Bu qüdrət, bu qüvvət, məhəbbət olmuş (M.Rahim); İTTİFAQ Bu ordunun gücü, hər şeydən əvvəl, köhnə qvardiya ilə gənc qvardiya arasında yaranmış möhkəm ittifaqdır (M.Hüseyn); VƏHDƏT [Qızıl Arslan:] Vəhdət təşkil edən bir xalqı əsirlikdə saxlamaq və yabançı bir nüfuza bağlamaq çox çətindir (M.S.Ordubadi); İTTİHAD (kl.əd.) Əsrimiz xahiş edərkən ittifaqü ittihad; Cümləmiz əmniyyət içrə almaq istərkən murad (M.Ə.Sabir); BÖLÜNMƏZLİK, BÜTÖVLÜK, SAZİŞ, UNİON, UNİYA. 2. BİRLİK (bir, vahid, tək olma) [Qoca:] Vallah, and olsun Allahın birliyinə bu işdən mənim xəbərim yoxdur (M.Hüseyn); TƏKLİK, VAHİDLİK.
Azərbaycan dilinin sinonimlər lüğəti1 BİRLİK – AYRILIQ Bizi ruhlandıran bu şanlı birlik; Bu qüdrət, bu qüvvət, məhəbbət olmuş (M.Rahim); Ayrılıq həyəcanlı vücudunu tutmuşdu (Çəmənzəminli).
Azərbaycan dilinin antonimlər lüğəti1 BİRLİK I is. Bir olmaq; bütövlük, vəhdət, ittifaq. Sənə çalışmaq yaraşır; Birlik uğrunda vuruşmaq yaraşır (S.Rüstəm). BİRLİK II is. Sıx əlaqə; həmrəylik, ümumilik. Fikir birliyi, iş birliyi. BİRLİK III sif. Ölçüsü, nömrəsi, sayı və s. bir olan. Birlik taxtaları ayrı seç, mənə lazımdır.
Azərbaycan dilinin omonimlər lüğəti1 1. единство; 2. объединение; 3. единение, солидарность;
Azərbaycanca-rusca lüğət2 сущ. 1. единство, общность, неразры вность. Baxışların birliyi единство взглядов, forma və məzmun birliyi единство формы и содержания, sarsılmaz birlik нерушимое единство, nəzəriyyə ilə təcrübənin birliyi неразрывность теории и практики; birliyi qorumaq беречь единство 2. содружество. Müstəqil Dövlətlər Birliyi (MDB) Содружество Независимых Государств (СНГ) 3. монолитность, сплочённость, единение. Dünya azərbaycanlılarının birliyi сплочённость азербайджанцев всего мира 4. объединение. “Azərneft” birliyinin əməkçiləri труженики объеденения “Азнефть”, iri istehsalat birlikləri крупные производственные объединения, kənd təsərrüfatı birliyi сельскохозяйственное объединение 5. сообщество. Avropa İqtisadi Birliyi Европейское экономическое сообщество (ЕЭС), dünya birliyi мировое сообщество 6. уния. Dövlət birliyi государственная уния, siyasi birlik политическая уния 7. ассоциация. Elmi işçilərin birliyi ассоциация научных работников
Azərbaycanca-rusca lüğət1 i. unity; fikir birliyi unity of opinion, unity of views; milli ~ national unity; məqsəd birliyi unity of purpose; hərəkət birliyi unity of actions
Azərbaycanca-ingiliscə lüğət1 is. communauté f, unité f ; fikir birliyi communauté (l’unité) d’opinions ; milli ~ unité f nationale ; məqsəd birliyi unité f d’objectif ; hərəkət birliyi unité f d’action
Azərbaycanca-fransızca lüğət1 сущ. 1. садвал, сад хьунухь; 2. объединение, союз; 3. пер. авсият, алакъа; 4. алакъа, рейсадвал, садвал (мес. фикиррин); 5. уртахвал; 6. садан; нумра сад тир; birlik taxta садан кьул; 7. кил. birləşmə 2).
Azərbaycanca-ləzgicə lüğəti\. Çoxluğun birliyi \ yaxud da birlik halında olan çoxluq. Özündə çoxluğu və bölünməzliyi də əhatə edən sırf bütün. Birlik müxtəlif formalarda və müxtəlif anlamlarda təzahür edə bilər. Məsələn, məntiqi birlik, fikir birliyi, kateqorial anlamda birlik – vəhdət, transandent-spekulyativ birlik və s. Kəlmə olaraq türk dilinə məxsusdur və müasir Azərbaycan dilində də həm fəlsəfi anlamda, həm də çox işlək söz kimi ittifaq mənasında geniş işlənir. Birlik terminini vəhdət mənasında filosoflar çox işlətmişlər. Varlığının birliyi, yaxud, vəhdəti mənasında İslam mədəni bölgəsi fəlsəfə-sində, Plotində hər növ müxtəlifliyi əhatə edən mənasında və Spinozada bütünlük mənasında işlənmişdir.
Fəlsəfə terminlərinin izahlı lüğəti