Birliyi sözü azərbaycan dilində

Birliyi

Yazılış

  • Birliyi • 75.7781%
  • birliyi • 24.1373%
  • BİRLİYİ • 0.0564%
  • Bİrliyi • 0.0282%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Erfurt Birliyi
Erfurt Birliyi — Prussiya kralı tərəfindən Erfurtda təklif edilən və alman dövlətlərinin federasiyada birləşməsini nəzərdə tutan plan. Erfurt Birliyi Parlamentinə malik idi və 1850-ci ilin 20 martından 29 aprelə qədər mövcud olmuşdur. Birlik Erfurtdakı keçmiş Avqustiniyan monastırında fəaliyyətə başlamışdı. Birlik heç vaxt təsirli ola bilmədi və Avstriyanın təzyiqi ilə 1850-ci ilin 29 noyabrında Olmütz punktasiyası ilə sonlandırıldı. Olmütz punktasiyası bəzən "Olmütz alçaltması" da adlandırılır. 1848-ci il inqilabları Avstriyanın hegemon olduğu Alman Konfederasiyasının çökməsi ilə nəticələndi. Frankfurt Məclisi alman dövlətləri çoxluğu üçün konstitutsiya hazırlamaq istəyirdi. Lakin Məclis Prussiya kralı IV Fridrix Vilhelmin alman tacını rədd etməsindən sonra fəaliyyətini davam etdirə bilmədi. Prussiya hökuməti general Jozef Mariya fon Radovitzin planı əsasında alman dövlətlərini Hohensollernlərin təsiri altında birləşdirmək üçün yaranmış fürsəti dəyərləndirmək qərarına gəldi. Eyni zamanda, IV Fridrix Vilhelm xalqın konstitutsiya tələblərini və birləşmiş Almaniyanın rəhbəri olmağı qəbul etdi.
Kalmar birliyi
Kalmar Birliyi (Dat., Nor., İsveç. Kalmarunionen) — Danimarka kralların ali hakimiyyəti altında olan Danimarka, Norveç və İsveç krallıqlarının şəxsi birliyi (1397–1523). Ölkələr öz suverenliklərindən imtina edib, geniş muxtariyyətləri qoruyub saxlayırdılar. Maraqların fərqliliyi (xüsusilə İsveçin Danimarka hökmranlığından narazılığı) münaqişəyə və 1523-cü ildə ittifaqın son dağılmasına səbəb oldu. Birlik 14-cü əsrdə Skandinaviyada alman iqtisadi və siyasi genişlənməsinə qarşı əks-təsir göstərmək üçün yarandı. Bu dövrdə sərbəst şəhərlər və Hansa tədricən Skandinaviya ticarətini inhisara aldı. Almanların bölgəyə nüfuz etməsi Skandinaviya inteqrasiyasını gücləndirdi. Kalmar Birliyinin peyda olmasına səbəb olan ikinci amil iqlimin pisləşməsi ilə əlaqədar XIII–XIV əsrlərdəki iqtisadi böhranlar idi. Bir çox nəcib Skandinaviya ailəsinin Şimali Avropada mülkləri var idi, ortaq bir kral onlar üçün mülklərin qorunması, separatizmdən qorunma qarantiyası təşkil edə bilərdi. Danimarka təkbaşına siyasi iddialarını gerçəkləşdirə bilməzdi: Şlezviq və Baltikyanı ölkələri tərk etmək məcburiyyətində qalmışdı.
Millətlər Birliyi
Millətlər Birliyi (ing. Commonwealth of Nations), və ya Birlik (ing. Commonwealth); 1946-cı ilə qədər Britaniya Millətlər Birliyi (ing. British Commonwealth of Nations) — Hökumətlərarası təşkilatdır. Millətlər Birliyində 56 müstəqil ölkə bir-birini dəstəkləyir, demokratiya və inkişaf istiqamətində birgə məqsədlər yolunda çalışır. Dünyanın ən böyük və ən kiçik, ən varlı və ən kasıb ölkələri birləşərək Birliyi əmələ gətirir. Millətlər Birliyi müxtəlif inanc və etnik mənşəyə mənsub iki milyard insanı özündə birləşdirir. Üzv ölkələri altı qitə o cümlədən Afrika (21), Asiya (9), Okeaniya, Amerika (3) Karib hövzəsi (10), Avropa (2), Cənub Sakit okean təmsilçiləri (11) birləşdirir. Bu ölkələrin ikisindən başqa hamısı keçmiş Böyük Britaniya İmperiyasının tərkibində olmuşdur. Britaniya İmperiyası Kanada, Hindistan, Qərbi Hindistandakı bəzi mülkləri və bir sıra dağınıq və ucqar yaşayış yerlərini geridə qoyaraq 13 Amerika koloniyasını itirməsindən sonra, metropoldə iki siyasi xətt göstərildi.
Cənubi Afrika Birliyi
Cənubi Afrika İttifaqı (afrik. Unie van Suid-Afrika; ing. Union of South Africa; nid. Unie van Zuid-Afrika), CAİ — 31 may 1910-cu ildən 31 may 1961-ci ilə qədər mövcud olmuş dominion krallıq. Böyük Britaniya parlamenti tərəfindən 31 may 1910-cu ildə qəbul edilmiş Cənubi Afrika haqqında aktın əsasında özündə dörd britaniya müstəmləkəsini — Kap koloniyasını, Natal Respublikasını, Narıncı çay koloniyasını və Transvaalı birləşdirən Cənubi Afrika Briliyi yaradıldı. CAB Britaniya İmperiyasının dominionu oldu.
Dinlərin birliyi (Bəhailikdə)
Dinlərin birliyi Bəhai dinində əsas prinsiplərdən biridir və iddia olunur ki, dünya dinləri fundamental olaraq birdir. Bu prinsipə əsasən dünya dinlərinin təlimləri eyni İlahi Qüvvə tərəfindən irəlilədilən vahid planın parçalarıdır. Bu təlim, Bəhai dinində "Allahın birliyi" və "bəşəriyyətin birliyi" ilə yanaşı əsas təlimlərindən biridir. Bəhai təlimlərinə görə, Allahın ancaq bir dini var və bu din bəşəriyyət yetkinləşdikcə və anlayış səviyyəsi artıqca Allah tərəfindən insanlığa peyğəmbərlər vasitəsilə tədricən açılır. Bəhai yazılarına görə, dini təlimlər arasındakı zahiri fərqlər ona görədir ki, vəhylər dövrün və ərazinin şəraitinə uyğun nazil edilib. Bəhai yazılarına görə, Məzhərlərin (Peyğəmbərlərin) mahiyyəti iki tərəflidir: insani və ilahi. İlahi tərəf onunla bağlıdır ki, onların hər biri eyni Allah tərəfindən göndərilir və Allahın təlimlərini bəyan edirlər. Bu baxımdan onların hamısı sanki eyni və birdir. Bununla belə onların hər biri fərqli şəxsiyyətlərdir və fərqli adlarla tanınıblar. Hər biri müəyyən missiya ilə gəlir və hər birinin ilahi vəhydə öz payı vardır.
Fransa-Britaniya Birliyi
Fransa-Britaniya Birliyi — iki müstəqil suveren dövlət olan Birləşmiş Krallıq və Fransa arasında birlik layihəsi. Bu layihə XX əsrdə baş vermiş böhranlar zamanı təklif edilmişdir. Fransa-Britaniya Birliyi layihəsi Fransa Baş naziri Gi Molle tərəfindən 10 sentyabr 1956-cı ildə Birləşmiş Krallıq Baş naziri Entoni İden ilə keçirilən bir görüşdə təklif edilmişdir. Alternativ olaraq, Molle Fransanın Millətlər Birliyinə üzv olmasını, II Yelizavetanın Fransanın dövlət başçısı və iki ölkə arasında ortaq vətəndaşlığın olmasını təklif etmişdir. Eden hər iki təklifi rədd etmişdir.
Karib Ölkələri Birliyi
Karib Ölkələri Birliyi — 1973-cü ildə Caquaramaz müqaviləsi ilə qurulmuş Karib Ölkləri Birliyinin üzvləri : Bahamalar, Barbados, Beliz, Qvatemala, Yamayka, Trinidad və Tobaqo, Antiqua və Barbuda, Dominikan, Qrenada, Montserrat, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadindir. CARİCOM kiçik bir bölgədir və əhalisi 5 milyona yaxındır. Bölgədəki ölkələr inkişaf səviyyələri baxımından çox geridədir və başlıca ixrac məhsullar neft, boksit, alminium və şəkərdir. Yamayka, Trinidad və Tabaco, Barbados öz aralarında ən inkişaf etmiş ölkələrdir. Adıçəkilən qurum üzv ölkələr arasında gömrük birliyinin qurulmasını məqsədəuyğun hesab edir. Qurumun dünya ixracatında payı 0,1 % -ə və idxalatında payı 0,2 % — dir. Bölgədaxili ticarət nisbəti isə 9,1 % — dir.
Kürdüstan İslam Birliyi
Kürdüstan İslam Birliyi (kürd. یەکگرتووی ئیسلامیی کوردستان, Yekgirtiya Îslamî ya Kurdistanê; ərəb. الاتحاد الاسلامي الكوردستاني‎, translit. əl-İtithad əl-islami əl-kurdistani) və ya sadəcə Yekqirtu (kürd. Yekgirtû) — İraq Kürdüstanında islamçı siyasi partiya. Kürdüstan İslam Birliyi 6 fevral 1994-cü ildə Səlahəddin Bahəddin və onun həmkarları tərəfindən təsis edilmişdir. O, birinci ümumi konfransda partiyanın baş katibi seçilmişdir. Bahəddin daha sonra ikinci, üçüncü və dördüncü konfranslarda yenidən baş katib seçilmişdir. Bundan sonra onu Hadi Əli və Məhəmməd Fərəc əvəzləmiş, lakin 2016-cı ildə yenidən baş katib seçilmişdir.
Myanma Birliyi Respublikası
Myanma, rəsmi adı: Myanma İttifaqı Respublikası (1989-cu ilədək Birma İttifaqı, 1989–2010-cu illərdə Myanma Birliyi) — Cənub-şərqi Asiyada dövlət. Paytaxtı — Naypyida. "Myanma" sözü tərcümədə "cəld", "güclü" mənalarını verir və zümrüd mənasını verən "mya" sözündən götürülmüşdür. Myanmada insan və coğrafi məkan adlarının seçilməsinə ənənəvi olaraq Myanmalı astroloqların böyük təsiri olur. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Birmalılar tərəfindən öz seçdikləri ad "Bama" istifadə olunur. 1989 cu ilədək ölkə rəsmi olaraq Birma Birliyi Sosialistik Respublikası və ya qısaca olaraq — Birma adlanırdı. Amma "Birma" adı alınma mənşəli olduğun üçün ölkə daxilində populyar deyil. 2010-cu ilin Oktyabr ayında ölkənin adı "Myanma İttifaqı"ndan "Myanma İttifaqı Respublikası"na dəyişdi. Həmçinin ölkənin gerbi və bayrağı da dəyişdirildi. Myanmanın paytaxtı — Naypyida şəhəri(Mandalay inzibati dairəsi) Pyinmana şəhərinin yaxınlığındakı kiçik bir kəndin yerində yaradılmışdır.
Müstəqil Dövlətlər Birliyi
Müstəqil Dövlətlər Birliyi — keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlik. Qərargahı Minsk şəhərində yerləşir. Təşkilat, 8 dekabr 1991-ci ildə yaradılmışdır. İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belarusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi. Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər. Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu. 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.
Afrika Birliyi
Afrika İttifaqı — 55 Afrika ölkəsini birləşdirən beynəlxalq təşkilat, Afrika Birliyi Təşkilatının hüquqi varisi. 9 iyul 2002-ci il tarixində yaradılmışdır. 2011-ci ilin yanvar ayında Azərbaycan Aİ-də müşahidəçi statusu əldə etmişdir.
Avropa Birliyi
Avropa İttifaqı (Aİ) və ya Avropa Birliyi — 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat. Formal olaraq 1 noyabr 1992-ci ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradılması ilə qoyulub. Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir. Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. 1951-ci il — Avropanın Polad və Kömür Cəmiyyətinin yaradılması haqqında müqavilə. 1957-ci il — Avropanın Atom Enerjisi İttifaqının yaradılması haqqında müqavilə. 1957-ci il — Avropanın İqtisadi İttifaqının yaradılması haqqında Roma müqaviləsi 1965-ci il — Avropa İqtisadi İttifaqının, Avropa Atom Enerjisi İttifaqının, Avropa Polad və Kömür Cəmiyyətinin vahid şəkildə birləşməsi üçün Brüssel müqaviləsi 1986-cı il — Vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında vahid Avropa aktı 1990-cı il — Şengen müqaviləsi [mənbə göstərin] 1992-ci il — Maastrixt sazişi 1997-ci il — Amsterdam müqaviləsi Avropa idealı real bir siyasi proyektə çevrilib Avropa İttifaqı üzvü olan dövlətlərin hökumət siyasətlərində uzun müddətli bir hədəf halına gəlməmişdən əvvəl sadəcə filosofların və uzaqgörən insanların düşüncələrində yaşayırdı. Avropa Birləşmiş Ştatları və ya Dövlətləri humanist və sülhsevər bir xəyalın parçası idi. Avropa illərcə tez-tez baş verən qanlı müharibələrə şahid olmuşdur.
Qırğız birliyi
Qırğız Birliyi (qırğ. Кыргыз бирлиги) — 1514-cü ildə Moğolistan dövlətinin süqutu nəticəsində müasir Qırğızıstan və qonşu dövlətlərin ərazilərinə əsaslanan qırğız dövləti və qəbilə birliyidir.
Rüzgar Birliyi
Rüzgar birliyi (türk. Rüzgâr Birliği) və ya Rüzgar qrupu (türk. Rüzgâr Grubu) — türk milliyətçilərindən ibarət könüllü piyada taboru. 1992-ci ildə Milliyyətçi Hərəkat Partiyasının və Ülkü Ocaqlarının təsisçisi Alparslan Türkeş tərəfindən qurulan taborun məqsədi SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş bütün türk ölkələrində turançılıq ideyasını yaymaq idi. Əksəriyyəti Türkiyənin keçmiş xüsusi təyinatlılarından ibarət olan "Rüzgar birliyi" 500-ə yaxın üzvü 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı baş tutmuş Xocalı soyqırımından sonra Azərbaycan hərbçilərinə təlim keçmək üçün Azərbaycana getmişdilər. Onlar həmçinin, Azərbaycan ordusunun müharibə səylərinə məhdud töhfə vermişdilər. Hər halda, taborun üzvləri 1993-cü ildə Azərbaycandan çıxarılmış, bir il sonra Türkiyə hökumətinin təzyiqi ilə tabor ləğv edilmişdir. "Rüzgar birliyi" Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş bütün türk ölkələrində turançılıq ideyasını yaymaq üçün Milliyyətçi Hərəkat Partiyasının və Ülkücü Ocaqlarının qurucusu Alparslan Türkeşin göstərişi ilə yaradılmışdır. Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri və MDB-nin 366-cı motoatıcı alayının iştirakı ilə baş tutmuş, 613 nəfərin qətl edildiyi Xocalı soyqırımından sonra Alparslan Türkeş Aydoğan Aydın və digər türk zabitlərinə Azərbaycan hərbçilərinə hərbi əməliyyatlarda dəstək olmaq və "bölgədəki insanları qırğınlardan qorumaq" təlimatı vermişdir. Tovuzda xidmət edən azərbaycanlı polis zabiti, Novruz Həsən Bozalqanlı kimi tanınan Novruz Həsənovun sözlərinə görə, türk zabitləri hətta Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəylə görüşmüş, təlimlərin keçirilməsi ilə bağlı icazə almışdılar.
Sovetlər Birliyi
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Türk birliyi
Türk birliyi (Turan) — Türk dövlətlərinin bir olması düşünülən qavram. Türk Birliyinin qurulması haqqında iki əsas fikir mövcuddur: Müstəqil və qeyri-müstəqil Türk dövlətlərinin bir dövlət altında birləşdirilməsi. Avropa Birliyinə bənzəyən bir Türk birliyinin qurulması. Hər keçən gündə Türk birliyi haqqında Türk insanlarının marağı artır, lakin Türk düşmənləri bu fikrin elə də çoxalmaması üçün müəyyən addımlar atırlar. Bunun səbəbi isə Türk dövlətləri bir olacağı halda onların məğlub olma düşüncəsində olmalarıdır. Getdikcə Turanın yaranması üçün müəyyən addımlar atılır. Bu addımlara misal olaraq Türk dövlətlərinin prezidentlərinin bir araya gəlməsini, Türk dövlətlərinin ümumi bir telekanal açmasını, təhsil birliyini göstərmək mümkündür. Türkdilli ölkələr arasında olan qarşılıqlı əlaqələrə bunları misal göstərmək mümkündür: Türkdilli ölkələrin zirvə sammitinin keçirilməsi. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının keçirilməsi. Ortaq universitetlərin qurulması.
Utrext birliyi
Utrext birliyi və ya Utrext uniyası(nid. Unie van Utrecht) — Niderlandın şimal əyalətlərinin İspan hökmranlığına və Katolik İspaniyanı dəstəkləyən Valloniyada yaradılan Arras Birliyinə qarşı hərbi-siyasi birləşməsi . Ölkənin şimalında müstəqil bir dövlət qurmağın təməlini qoydu. Əyalətlər birliyi 23 yanvar 1579-cu ildə Utrextdə bağlanıldı. Utrext birliyi müəyyən dərəcədə yeni bir qanunun aliliyi üçün əsas rolunu oynadı — Birləşmiş Əyalətlər Respublikası. Niderlandın əvvəlcə beş daha sonra yeddi şimal vilayətlərini birləşdirən hərbi-siyasi ittifaq. 23 yanvar 1579-cu ildə cənub əyalətlərinin Arras uniyasına cavab olaraq yaradılmışdır. Utrext Uniyası İspaniyanın Niderlandda ağalıq cəhdlərinə və daxili feodal katolik irticasına qarşı yönəlmişdir. Utrext Uniyasına Flandriya və Barbant şəhərləri də qoşuldular. Birləşmiş Əyalətlər Respublikasının müstəqil dövlət mövcudiyyətinin əsasını qoydu.
Ərəb Birliyi
Ərəb Dövlətləri Liqası (ƏDL) (ərəb. جامعة الدول العربية‎; Cəmiyyət əd-Düval əl-Ərəbiyyə) və ya sadəcə Ərəb Liqası (ərəb. الجامعة العربية‎; əl-Cəmiyyə əl-Ərəbiyyə) — ərəb dövlətlərinin beynəlxalq təşkilatı. Hal-hazırda təşkilata 22 dövlət daxildir. Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir, indiki baş katibi Əmir Musadır. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. ƏDL-in yaradılması, Osmanlı imperiyasının keçmiş ərəb vilayətlərində Birinci Dünya Müharibəsindən sonra yaranan ərəb birliyi hərəkatının ən nəzərə çarpan nəticəsi olmuşdur. Ərəb millətçiləri bu ərazinin beş ayrı suveren dövlətə parçalanmasına qarşı çıxırdılar. Fransa və Böyük Britaniyanın mandat sistemi və Fələstində yəhudi dövlətinin yaradılması, daha çox narazılığa səbəb olmuşdur.
Avropa Birliyi-Türkiyə Gömrük Birliyi
Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı — 6 mart 1995-ci il tarixində Ankara müqaviləsi ilə qurulan AT-Türkiyə Əməkdaşlıq Şurasının tətbiq qərarı almasıyla 31 dekabr 1995 tarixindən qüvvədə olan gömrük ittifaqı. Hər iki tərəf arasında ticari məhsullar hər hansı bir gömrük məhdudiyyəti olmadan satıla bilər. Gömrük İttifaqı əsas iqtisadi sahələrdə (kənd təsərrüfatı kimi) ikitərəfli ticarət güzəştlərini, xidmət və ya dövlət satınalmalarını tətbiq etmir. 1996-ci ildə Avropa Kömür və Polad Birliyi üzrə məhsulların satışı üçün Türkiyə və Avropa Birliyi arasında bir sərbəst ticarət bölgəsi qurulmuşdur. Birlik Şurasının 1/98 saylı qərarı kənd təsərrüfatı məhsullarının ticarətini əhatə edir.
Naxçıvan Aşıqlar Birliyi
Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyi - Naxçıvan Muxtar Respublikasında milli xalq sənəti olan aşıq yaradıcılığının inkişafı üçün yaradılmış yaradıcılıq birliyi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncamdan sonra muxtar respublikada yaradılıb. 2009-cu ilin dekabrında yaranan muxtar respublikanın Aşıqlar Birliyi gənc və istedadlı aşıqları bir araya gətirib. 2010-cu ilin avqust ayında Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində birliyin təşkilatçılığı ilə ilk konsert keçirilib. Birliyin 2016-cı ildə keçirilən növbəti konfransında isə Aşıqlar Birliyinin İdarə Heyətinin yeni tərkibi seçilib. 2009-2016-cı illərdə birliyə Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri İxtiyar Seyidov (Aşıq İxtiyar) olub. 2016-cı ildə birliyin yeni sədri Tural Bağırov seçilib.
Naxçıvan Yazıçılar Birliyi
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şair, yazıçı və dramaturqların yaradıcı təşkilatı XX əsrin 20-ci illərində Naxçıvanda "Qızıl qələmlər" cəmiyyətinin Naxçıvan şöbəsi fəaliyyət göstərmişdir.. 1928-ci ildə Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin filialı kimi yaradılmışdır. 1958-ci ildə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsinə çevrilmişdir. 1958-ci ildə Naxçıvanda Azərbaycan Yazıçılar Birliyinin səyyar plenumu keçirilmiş, həmin plenumun məqsədi Naxçıvan ədəbi mühitinin canlandırılması olmuşdur. O zaman bir sıra şair və yazıçılar (Hüseyn Razi, Əliyar Yusifli, Əhməd Mahmud, Kəmalə Ağayeva) yenidən Azərbaycan Yazıçılar Birliyinə (həmin dövrdə SSRİ Yazıçılar Birliyi adlanırdı) qəbul olunmuşdur. Beləliklə, Naxçıvanda ədəbi mühitin formalaşması üçün bir növü zəmin yaradılmışdır. XX əsrin 70–80-ci illərində Naxçıvanda SSRİ Yazıçılar Birliyinin əvvəlcə 13, sonra isə 19 üzvü vardı. Azərbaycan yazıçılarının X qurultayında (1997) Naxçıvan Yazıçılar Birliyi statusu almışdır. Azərbaycan Yazıçılar Birliyinin tərkibindədir. Azərbaycan müstəqillik qazandıqdan sonra, 1998-ci ildə Naxçıvan Yazıçılar Birliyi müstəqil bir təşkilata çevrilmişdir.
Qafqaz Universitetlər Birliyi
Qafqaz Universitetlər Birliyi (türk. Kafkasya Üniversiteler Birliği - KÜNİB) — Qafqazda yerləşən universitetlər arasında təcrübə mübadiləsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi məqsədilə yaradılmış universitetlər birliyi. Rəhbəri Ərdəhan Universitetinin rektoru Ramazan Qorxmazdır. 11 noyabr 2009-cu ildə yaranmışdır. 2011-ci ilin may ayında isə Türkiyənin Ərdəhan Universitetində Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Rusiyanın 21 universitet rəhbərinin imzası ilə təsis olunmuşdur.
Qərbi Avropa Birliyi
Qərbi Avropa Birliyi (QAB) (ing. Western European Union, fr. Union de l'Europe occidentale) — 1948-2011-ci illərdə mövcud olmuş müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq təşkilatı. "Soyuq müharibə" siyasətinin yeridilməsi, Marşal planının elan edilməsi və onun həyata keçirilməsi hərbi blokların yaradılmasına təkan verdi. Hərbi blokların yaradılmasına hazırlıq dövründə İngiltərə bu prosesdə aparıcı rol oynamağa cəhd göstərdi. Almaniyanın iştirakı ilə antisovet blokun yaradılması ideyası Çörçillin 1946-cı il Fulton nitqində irəli sürülmüşdü. Çörçill bu blokda rəhbər rolu İngiltərənin rəsmi dairələrinə verirdi. Bu, onun 1946-1948-ci illərdə söylədiyi nitqlərində özünü büruzə verdi. Bu nitqlərdə Çörçill SSRİ və onun təsiri altında olan ölkələrə qarşı "Birləşmiş Avropa"nın yaradılmasına çağırdı. Hərbi blokun yaradılması yolunda İngiltərə diplomatiyasının ilk addımı 1947-ci il martın 4-də Dünkerkdə İngiltərə və Fransa arasında ittifaq və qarşılıqlı yardım haqqında müqavilənin bağlanması oldu.
Rumıniyanın Qurtuluş Birliyi
Rumıniyanın Qurtuluş Birliyi (rum. Uniunea Salvați România; USR) Rumıniya parlamentinin siyasi partiyası, yerli seçkilərdə Buxarest Qurtuluş Birliyinin (rum. Uniunea Salvați Bucureștiul, USB) müvəffəqiyyətindən sonra 2016-cı ildə meydana gəldi. 2016-cı il siyasi partiya olaraq rəsmən qeydiyyatdan keçdikdən sonra , 21 avqust 2016-cı ildə Buxarest Qurtuluş İttifaqı və Kodla Birliyi (rum.Uniunea pentru Codlea) ilə birləşdi. Rumıniyanın Qurtuluş Birliyinin Vitse-prezidenti Klotilda Armand, partiyanın müəyyən bir ideologiyasının olmadığını bildirirdi. 1 iyul 2015-ci il, Buxarest Xilasetmə Assosiasiyasının prezidenti (Rum. Asociaţiei Salvaţi Bucureştiul) Nikuşor Dan Buxarest Qurtuluş Partiyası Birliyinin yaradılmasını açıqladı. Yeni təşkilatın vəzifələri arasında şəhərin tarixi tikililərinin qorunması, idarəetmənin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının qorunması olmuşdur. 23 fevral 2016-cı ildə Nikuşor Dan Buxarest bələdiyyə başçılarının seçilməsi üçün proqramını Facebook-da yerləşdirdi. Dan, Bələdiyyə seçkilərində ikinci yeri tutdu.
Sabah (yaradıcılıq birliyi)
Cənubi Afrika İnkişaf Birliyi
Cənubi Afrika İnkişaf Birliyi (SADC, ing. Southern African Development Community) — baş qərargahı Botsvananın paytaxtı Qaborone şəhərində yerləşən hökumətlərarası təşkilatdır. Onun məqsədi 15 cənubi Afrika dövlətləri arasında sosial-iqtisadi əməkdaşlıq və inteqrasiya, həmçinin, siyasi və təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı inkişaf etdirməkdir. CAİB 1992-ci il Müqaviləsinin imzalanması nəticəsində yaradılmışdır və ümumi dəyərləri və məqsədləri olan ölkələrin postaparteid regional təşkilatı kimi inkişaf etmişdir. Əsas məqsədi nəqliyyat, demokratik idarələrin qurulması, münaqişələrin təhlükəsiz həll edilməsi sahəsində iqtisadi inteqrasiyaya və sıx əməkdaşlığa təkan verməkdən ibarətdir. Dövlət başçıları ildə bir dəfə, xarici işlər nazirləri isə ildə iki dəfə görüşlər keçirirlər; Anqola Botsvana Konqo Demokratik Respublikası Zambiya Lesoto Mavritius Malavi Mozambik Namibiya Esvatini Tanzaniya Cənubi Afrikadır CAİB-in katibliyi Qaboronedə yerləşir.
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlıları təmsil edən ictimai birlik idi. İcma, keçən əsrin 80-ci illərin sonlarında vüsət alan Qarabağ müharibəsinin nəticəsində azərbaycanlıların Qarabağ bölgəsindən qovulmasından sonra, 1994-cü ildə fəaliyyətə başlamışdı. 2020-ci ildə Azərbaycan Respublikası İkinci Qarabağ müharibəsi nəticəsində işğal altındakı ərazisinin böyük hissəsini azad etdikdən sonra, 2021-ci ildə İcma öz fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir. Bununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratdı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayının keçirilməsi oldu. Qurultaya 65 min nəfərdən çox icma üzvünü təmsil edən 350 nəfər nümayəndə seçilmiş, eləcə də qurultayın işində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən çox nümayəndəsi qonaq kimi iştirak etmişdir.
Dünya Azərbaycanlı Gənclər Birliyi
"Dünya Azərbaycanlı Gənclər Birliyi" (ing. “World Union of Azerbaijanis Youth”) — Azərbaycan Respublikasında ictimai birlik. "Dünya Azərbaycanlı Gənclər Birliyi"nin təsis qurultayı 12 mart 2012-ci il tarixində Bakı şəhərində keçirilmişdir. Qurultayda dünyanın bir çox ölkələrində fəaliyyət göstərən beynəlxalq təşkilatların və xaricdə yaşayan azərbaycanlı gənclər birliklərinin nümayəndələri iştirak etmiş və bu təşkilatın yaranmasını müsbət hal kimi qiymətləndirmişlər. Sözü gedən Birlik, öz sıralarında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir. Bu da gələcəkdə Dünya Azərbaycanlı Gənclər Birliyinin səmərəli fəaliyyət göstərməsinə zəmin yaradır. Dünya Azərbaycan Gənclər Birliyinin başlıca məqsədi Azərbaycan Rеspublikasında və xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hərtərəfli inkişafının təmini, elm, təhsil, mədəniyyət, sahibkarlıq, idman, könüllülük işinin inkişafı və vətənpərvərlik sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması dünya azərbaycanlılarının milli-mənəvi dəyərlər əsasında səfərbər olmasıdır. Bundan əlavə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin Azərbaycan Rеspublikasının milli maraqlarının qorunması, xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi işinə cəlb olunması və beynəlxalq səviyyədə əməkdaşlığın təmin olunmasıdır. Ölkədən kənarda təhsil almış vətəndaşlarımızın uyğun fəaliyyətlərini təşkil etmək, gənc kadrlar bazasının təşkili, ölkədən kənarda yaşayan azərbaycanlı gənclərin şəbəkələşmə işinin təşkil edilməsində fəal rol oynamaq. Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə intеqrasiyası, ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması məqsədilə layihələr həyata kеçirmək, habеlə bu cür layihələrin həyata kеçirilməsinə dəstək vеrmək.
Dünya Gənc Türk Yazarlar Birliyi
Dünya Gənc Türk Yazarlar Birliyi — uluslararası hüquqi şəxs olaraq fəaliyyət göstərən, onlarla kitab nəşr edən, saytlar quran, layihələr gerçəkləşdirən, konfrans, festival, görüşlər düzənləyən türk dünyasında yaşayan gənc türk yazarların birləşdiyi qurum. Dünya Gənc Türk Yazarlar Birliyi 1998-ci ildə təsis olunub. 1999-cu il dövlət qeydiyyatından keçərək ictimai fəaliyyətlə məşğuldur. Təşkilatın təsisçisi Əkbər Mehdi oğlu Yolçuyevdir. Təşkilat Uluslararası hüquqi şəxs olaraq fəaliyyət göstərən, onlarla kitab nəşr edən, saytlar quran, layihələr gerçəkləşdirən, konfrans, festival, görüşlər düzənləyən Dünya Gənc Türk Yazarlar Birliyi, mövzu ilə bağlı yetərli təcrübəyə, bilgilərə, əlaqələrə malikdir. Birlik indiyədək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və s. donor qurumların dəstəyi ilə bu sahədə onlarla layihə həyata keçirib. Təşkilata 1998–2013-cü illər tanınmış şair-publisist Əkbər Qoşalı, 2013–2014-cü illər yazıçı-dramaturq Rəvan Tohidoğlu, 2014–2016-cı illərdə isə yazar Əfsanə Ələsgərli rəhbərlik edib. 2019-cu ildə Cavanşir İntiqam Yaşar oğlu Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri seçilmişdir. DGTYB həmçinin ayrı-ayrı türk ölkə və topluluğunda düzənlənən onlarla konfrans, simpozium və festivalda Azərbaycanı təmsil edib.
Fransa Dənizaşırı Bölgələr Birliyi
Fransa Dənizaşırı Bölgələr Birliyi (fr. La France d’Outre-Mer) — Avropada yerləşən Fransanın yer kürəsinin müxtəlif bölgələrində mövcud olan ərazilərinin daxil olduğu birlik. Bölgələrin statusu Dənizaşırı departament, Dənizaşırı kollektivlik olmaqla bir necə dərəcədən ibarətdir. Fransa parlamenti və senatında təmsil olunan ərazilərin bəzi məsələlərdə daxili müstəqillikləri mövcuddur. Fransa Dənizaşırı Bölgələr Birliyinin daxil olduğu ərazilərdə yaşayan şəxslər Fransa vətəndaşlığı daşıyır və başda prezident seçkiləri olmaqla, Fransada keçirilən müxtəlif səviyyəli seçkilərdə iştirak etmək hüquqları mövcuddur. FDBB-yə Fransa Qvianası, Sakit okeanı, Hind okeanı və Antarktidada yerləşən bir çox ərazilər daxildir. Dənizaşırı departament və Dənizaşırı kollektivliklərin siyasi sərbəstlikləri eyni dərəcədə deyil. Dənizaşırı departamentlər Fransanın inzibati ərazi vahidlərindən olan departamentlərlə eyni statusa malikdirlər. Fransa Dənizaşırı Bölgələr Birliyinə daxil olan ərazilər Fransa Konstitusiyasında nəzərdə tutulmuş bütün qanunlara tabedir və ölkə hüquq sistemini tənzimləyən cinayət, vergi, sosial yönümlü qanunlar sözügedən ərazilərdə tətbiq edilməkdədir. Dənizaşırı kollektivliklər müdafiə, beynəlxalq münasibətlər, ticarət və valyuta, məhkəmə və inzibati hüquq qanunları istisna olmaqla, öz qanunlarını qəbul etməyə səlahiyyətlidirlər.
Gömrük Birliyi Komissiyası (Qazaxıstan)
Gömrük birliyi komissiyası — 2007-2012-ci illərdə fəaliyyət göstərən EurAsEC Gömrük İttifaqının vahid daimi tənzimləyici orqanı. Komissiya, Belarus Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası tərəfindən vahid gömrük ərazisinin yaradılması və Gömrük İttifaqının formalaşdırılmasına dair 6 oktyabr 2007-ci il tarixli müqaviləyə uyğun olaraq yaradılmışdır. Komissiyanın funksiyalarına aşağıdakılar daxildir: Gömrük İttifaqının ali orqanının - dövlət və hökumət başçıları səviyyəsində dövlətlərarası şuranın qərarlarının icrası; Gömrük İttifaqının formalaşmasına dair beynəlxalq müqavilələrin icrasına nəzarət; Gömrük İttifaqının ali orqanı üçün Gömrük İttifaqının formalaşması və fəaliyyət göstərməsi ilə bağlı tövsiyələrin hazırlanması. 18 avqust 2011-ci il tarixində "Avrasiya İqtisadi Komissiyası haqqında" müqavilənin imzalanması ilə əlaqədar ləğv edilmiş Gömrük İttifaqı Komissiyasının səlahiyyətləri yeni millətlərarası quruma - Avrasiya İqtisadi Komissiyasına verildi. Komissiya bir sədr və iki üzvdən ibarət idi: Şuvalov İqor İvanoviç - Komissiyanın sədri - Rusiya Federasiyası Hökuməti sədrinin birinci müavini, Rumas Serqey Nikolayeviç - Komissiyanın üzvü - Belarus Respublikası Baş nazirinin müavini, Şukeyev Umirzak Estayeviç - Komissiyanın üzvü - Qazaxıstan Respublikası Hökuməti sədrinin birinci müavini. Komissiyadakı səslər aşağıdakı kimi paylandı: Rusiya - 57%; Belarusiya - 21,5%; Qazaxıstan -% 21,5. Qərarlar 2/3 səs çoxluğu ilə qəbul edildi. Gömrük İttifaqının daimi orqanı Sergey Yurievich Glazyevin rəhbərlik etdiyi Komissiya Katibliyi idi .
Gürcüstan və Müstəqil Dövlətlər Birliyi arasında münasibətlər
Gürcüstan və Müstəqil Dövlətlər Birliyi (MDB) arasında münasibətlər üçüncü ölkə ilə dövlətlərüstü təşkilat arasında çoxtərəfli beynəlxalq əlaqələrdir. 3 dekabr 1993-cü ildə Dövlət Başçıları Şurasının qərarı ilə Gürcüstan Birliyə qəbul edildi və 9 dekabr 1993-cü ildə Gürcüstan MDB Nizamnaməsinə qoşuldu. Gürcüstan 3 fevral 2006-cı ildə MDB-nin Müdafiə Nazirləri üzvlüyündən çıxdı, çünki bu qrupa üzvlük NATO -da iştirakla uyğun gəlmirdi. 12 avqust 2008-ci ildə Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya-Gürcüstan müharibəsi səbəbindən MDB-dən çıxmaq istədiyini açıqladı. 2008-ci il avqustun 14-də Gürcüstan parlamenti yekdilliklə (117 səs) Gürcüstanın təşkilatdan çıxması barədə qərar qəbul edib. MDB Nizamnaməsinə (I fəslin 9-cu maddəsi) əsasən, üzv dövlətin Birlikdən çıxmaq hüququ vardır. Dövlət çıxışdan 12 ay əvvəl bu Xartiyanın depozitarisinə belə niyyət barədə yazılı məlumat verir. Eyni zamanda, bu Xartiyada iştirak müddətində yaranmış öhdəliklər müvafiq dövlətləri onların tam yerinə yetirilməsinə məcbur edir. 9 oktyabr 2008-ci ildə Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 2009-cu ilin avqustunda Gürcüstanın Birlik üzvlüyünə xitam verilməsi barədə rəsmi qərar qəbul etdiyini bildirdi. 2009-cu il avqustun 18-də Gürcüstan rəsmən MDB-dən çıxdı.
Gəncə İdman Klubu İctimai Birliyi
Gəncə İdman Klubu İctimai Birliyi — Azərbaycanda İdman Klubu. "Gəncə İdman Klubu" ilk dəfə 2016-cı aprelin 1-də Azərbaycan Respublikası Vergilər "Nazirliyində Məhdud Məsuliyyətli Cəmiyyət" kimi qeydiyyatdan keçib. Ölkəmizdə idmanın inkişafına və kütləviləşməsinə töhfə verən klubun idmançıları Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir, həyata keçirilən dövlət idman siyasətinə sadiqlik nümayiş etdirirlər. "Gəncə İdman Klubu" yalnız Gəncəni deyil, bütün respublikanı əhatə edən klub 2020-ci il oktyabrın 5-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1120-Q74–3850 nömrəli qərarı ilə "İctimai Birlik" kimi qeydiyyatdan keçib. Gəncə İdman Klubu İctimai Birliyi "Gəncə İdman Klubu" MMC-nin hüquqi varisi kimi hazırda fəaliyyətini uğurla davam etdirir. "Gəncə İdman Klubu" İctimai Birliyi-nin loqosu ağ fon üzərində qırmızı qalxan, mərkəzdə isə Gəncə şəhərinin qala divarları, Nizami Gəncəvi məqbərəsi, Cavadxan bayrağı, Azərbaycan bayrağının ay və səkkizguşəli ulduzu əks edilmişdir. Logoda istifadə edilən Qalxan müdafiə, eləcə də milli simvol məqsədilə istifadə edib, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Logoda istifadə edilən Qırmızı reng liderlik və önderlik xüsusiyyəti daşıyır, fiziki güc və hərəkətliliyin rəmzidir, qırmızı rəng çalışma şövqünü artırır həmcinin toplaşma, cəmləşmə simvolu kimi qəbul edilir. Qırmızı rəngin tanınma, tanıtma əlaməti də vardır. Logonun fonunda istifadə edilən Ağ rəng qalibiyyət mənasını əks etdirir, həmcinin ağ sakitləşdirici təsirə malikdir, ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı təmsil edir və insanın enerji sistemini tarazlaşdırır.
Həmkarlar İttifaqı Polşa Birliyi
Həmkarlar İttifaqı Polşa Birliyi və ya qısaca OPZZ (pol. Ogólnopolskie Porozumienie Związków Zawodowych) — Polşanın 2 əsas həmkarlar ittifaqı təşkilatından biri. 24 noyabr 1984-cü ildə yaranmışdır. Təşkilatın 3 milyon üzvü var, bunların 500 mini təqaüdçüdür. OPZZ "Solidarnost" ilə birlikdə Polşanın əsas müəssisələrində sahibkarlar, işçilər və hökumət arasında dialoqun əldə olunması üçün iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komitənin işində iştirak edirlər. Müvafiq komitənin əsas məqsədi sosial tarazlığı qorumaq üçün əməkhaqları və müavinətlər, vergi öhdəlikləri, büdcə və digər məsələlərə aid danışıqların aparılmasıdır. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Solidarnost Afaq HÜSEYNOVA. Polşanın həmkarlar ittifaqları Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 04.05.2012.
LEGO Betmen: Film - DC Super Qəhrəmanlar Birliyi (film, 2013)
LEGO Betmen: Film – DC Super Qəhrəmanlar Birliyi (ing. Lego Batman: The Movie – DC Super Heroes Unite) – LEGO Batman 2: DC Super Heroes video oyununa əsaslanan, komediya və ekşn janrlı superqəhrəman filmi. Film oyundakı bir çox səhnələri əhatə edir, amma oyunun süjeti yeni səhnələr ilə əvəz olunub. Film 21 may 2013-cü ildə DVD və Blu-ray tərəfindən nəşr edilmiş və filmin təşviqi tonunun tənqid olunmasına baxmayaraq ümumi müsbət rəylə ekşn və animasiya filmi kimi qəbul olunmuşdur. Betmen və Supermen LeksKorpa gələrək Leks Lütor və Coker tərəfindən idarə olunan Coker-botun üzərinə düşürlər. Cinayətkarlar robotun kriptonit silahından istifadə edərək Supermeni ram edir və böyük sandıqla Betmeni əzirlər. Bu hadisələrdən sonra filmdə iki gün əvvələ qayıdılır; həmin səhnədə Qotam şəhərində "Şəhərin ən yaxşısı" mükafat şousu keçirilir. Lütor, sonda Brus Ueynə aid olan "İlin adamı" mükafatını oğurlayır, lakin mərasim Cokerin rəhbərlik etdiyi "Cinayətkarlar" qrupu (Coker mükafatı oğurlayanda, qrup üzvləri də tamaşaçıları soymuşdular) tərəfindən sonlanır. Bütün bu hadisələr baş verərkən Coker özü haqqında bir film təqdim edir; bu film isə insanların Cokerə pərəstiş etməsi haqqındadır. O, bu film haqqında qısa şəkildə öz gülüş effektindən istifadə edərək danışır.
Macarıstan-Azərbaycan Gənclər Birliyi
Macarıstan Həmkarlar İttifaqı Milli Birliyi
Macarıstan Milli Həmkarlar İttifaqı Konfederasiyası (mac. Magyar Szakszervezetek Országos Szövetsége) — Macarıstanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Baş qərargahı Budapeştdə yerləşir. 1990-cı ilin martında yaranmışdır. Konfederasiyanın 465.000 fəal və 250.000 pensiyaçı və tələbə üzvü var. Konfederasiya ətrafında bir neçə sahə həmkarlar ittifaqını birləşdirir. Əsas prinsipləri demokratiya, həmrəylik, bərabərlik, öz müqəddəratını təyin etmək, azlığın hüquqlarını qorumaq, müxtəlif fikirlərin ifadəsi, dürüst demokratik seçkilərin təmin olunmasıdır. Konfederasiya siyasi təşkilatlardan asılı deyil. Müəyyən məqamlarda onların siyasətinə qarşı çıxır. Lakin nizamnaməsi onun siyasi qurumlarla əməkdaşlıq etməsinə də qadağa qoymur.
Müasir Memarlıq üzrə Avropa Birliyi Mükafatı
Müasir Memarlıq üçün Avropa Birliyi mükafatı və ya Avropa Birliyi Myes van der Roh mükafatı - Avropa Birliyinə üzv olan ölkələrdə memarlıq sahəsində maraqlı və keyfiyyətli işlərin tanıdılması üçün verilən mükafat. Mükafat 1987-ci ildə əslən İspaniyanın Barselona şəhərindən olan Myers van der Roh tərəfindən təsis edilmişdir. Mükafat hər iki ildən bir verilir.
Müasir Memarlıq üçün Avropa Birliyi mükafatı
Müasir Memarlıq üçün Avropa Birliyi mükafatı və ya Avropa Birliyi Myes van der Roh mükafatı - Avropa Birliyinə üzv olan ölkələrdə memarlıq sahəsində maraqlı və keyfiyyətli işlərin tanıdılması üçün verilən mükafat. Mükafat 1987-ci ildə əslən İspaniyanın Barselona şəhərindən olan Myers van der Roh tərəfindən təsis edilmişdir. Mükafat hər iki ildən bir verilir.
Mərkəzi Аsiyа İqtisadi Birliyi
Mərkəzi Asiya İqtisadi Birliyi (1993–2005) — Mərkəzi Asiya regionunda inteqrasiya proseslərinin gücləndirilməsi məqsədilə yaradılmış İqtisadi İttifaq. Mərkəzi Asiya inteqrasiya proseslərinin gücləndirilməsi məqsədilə 24 sentyabr 1993-cü ildə imzalanmış İqtisadi İttifaq yaradılması haqqında müqavilə əsasında Mərkəzi Asiya İqtisadi Birliyi yaradılmışdır. 1994-cü ilin yanvarında Qazaxıstan və Özbəkistan arasında "Vahid iqtisadi məkan yaradılması haqqında" müqavilə imzalandı. 1994-cü ildə bu müqaviləyə Qırğızıstan, 1998-ci ildə isə iki ildən artıq müşahidəçi statusunda olan Tacikistan qoşuldu. 2011-ci ilin yanvar ayından belə bir status Türkiyə, Gürcüstan və Rusiyaya verilmişdir. Mərkəzi Asiya İqtisadi Birliyinin işçi orqanı – İcraiyyə Komitəsinə malik Dövlətlərarası Şuradır. Dövlətlərarası Şuranın tərkibində baş nazirlər, xarici işlər və müdafiə idarələri rəhbərləri, şuraları fəaliyyət göstərir. Mərkəzi Asiya İqtisadi Birliyi çərçivəsində 1994-cü ildə Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında imzalanmış sazişə əsasən Mərkəzi Asiya Əməkdaşlıq və İnkişaf Bankı yaradıldı. Bank vasitəsilə hesablaşmalar dönərli valyuta, milli valyuta və Bank Şurası tərəfindən müəyyən olunmuş tərəflərin qarşılıqlı hesablaşmaları əsasında valyutanın məzənnələri ilə həyata keçirilir. 2001-ci ilin yanvarında keçirilən Almatı sammitində bu planın həyata keçirilməsi üçün ilk addımlar atmağa cəhd edildi: Mərkəzi Asiya İqtisadi Birliyinin iqtisadi forumu yaradıldı; Mərkəzi Asiyada sabitliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin inkişafı və elm və texnika sahəsində əməkdaşlıq məsələlərinə baxıldı; terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə birgə səylər müəyyən edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 155.09 dəfə / 1 mln.
2002 ••••••••••• 167.88
2003 •••••••••••••••• 247.63
2004 •••••••••••••••••••• 309.93
2005 •••••••••••••• 214.58
2006 •••••••••••• 172.31
2007 •••••••••• 144.40
2008 •••••••••• 142.27
2009 ••••••••••• 160.94
2010 ••••••••••• 162.48
2011 •••••••••• 153.31
2012 ••••••••••• 160.31
2013 •••••••••• 148.50
2014 ••••••••• 132.83
2015 ••••••••••• 161.44
2016 •••••••••• 150.29
2017 ••••••••• 134.30
2018 •••••••• 113.87
2019 •••••••• 118.78
2020 •••••••••• 143.35

"birliyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#birliyi nədir? #birliyi sözünün mənası #birliyi nə deməkdir? #birliyi sözünün izahı #birliyi sözünün yazılışı #birliyi necə yazılır? #birliyi sözünün düzgün yazılışı #birliyi leksik mənası #birliyi sözünün sinonimi #birliyi sözünün yaxın mənalı sözlər #birliyi sözünün əks mənası #birliyi sözünün etimologiyası #birliyi sözünün orfoqrafiyası #birliyi rusca #birliyi inglisça #birliyi fransızca #birliyi sözünün istifadəsi #sözlük