Kiprin dövlət quruluşu
Kiprin dövlət quruluşu — 1960-cı ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
== Dövlət quruluşu ==
Kipr Respublikası əhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1960) 16 avqustda qeyd olunur. Ölkə Konstitusiyası 16 avqust 1960-cı ildən qüvvədədir.
(1983-cü ildə Kipr adasının Türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılmış Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan dövlət qurumudur. Şimali Kipr Türk Respublikası 1974-cü ildə yunan millətçilərinin qiyamından sonra Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılmışdır.
Adanın üçdə bir hissəsinə nəzarət edən Şimali Kipr Türk Respublikasısı dünya dövlətləri münaqişənin hüquqi həllinə qədər rəsmən tanımaq istəməsələr də, onlardan bir çoxu Şimali Kipr Türk Respublikası ilə qeyri-rəsmi iqtisadi və mədəni əlaqələr saxlayırlar).
== İnzibati bölgüsü ==
33 bələdiyyəni (icma) birləşdirən Nikosiya (Şimali Kipr Türk Respublikasının bir hissəsi), Kireneya (Şimali Kipr Türk Respublikasının böyük hissəsi), Larnaka (Şimali Kipr Türk Respublikasının bir hissəsi), Limasol, Pafos və Famaqusta (Şimali Kipr Türk Respublikasının tam hissəsi) rayonlarına (eparxiya) bölünür
.
== Dövlət başçısı ==
Ümumxalq səsverməsi yolu ilə, 5 il müddətinə seçilən Prezident dövlət və hökumət başçısıdır. Prezident icra hakimiyyətini Nazirlər Şurasının vasitəsilə həyata keçirir.