Kiprdəki mədrəsələrin siyahısı
Kiprdə Osmanlı imperiyası dövründə tikilmiş on beş mədrəsə var idi. Qeydlərə əsasən isə qeydiyyatdan keçmiş on bir mədrəsə olub. Bu mədrəsələr orta məktəb səviyyəsində təhsil verirdilər. Adadakı ilk mədrəsə 1573-cü ildə Lefkoşada tikilmiş Böyük Mədrəsə idi. Lefkoşadakı Kiçik Mədrəsə isə ondan beş il sonra tikilib. On iki mədrəsədən yalnız səkkizi Britaniya Kipri dövrünə qədər təhsil fəaliyyətini davam etdirə bilib.
On beş mədrəsədən doqquzu yalnız Türkiyə tərəfindən tanınan Şimali Kiprdə, beşi isə adanın cənub hissəsində yerləşir. Onlardan birinin harada yerləşməsi ilə bağlı məlumat yoxdur. Ən çox mədrəsə olan qəsəbə yeddi mədrəsəsi ilə Lefkoşa, ikinci yerdə isə iki mədrəsəsi ilə Pafos gəlir. Famaqusta, Larnaka, Limasol, Peristerona və Lefkada də mədrəsə var.