Kiprə sözü azərbaycan dilində

Kiprə

Yazılış

  • Kiprə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Modinos Kiprə qarşı
Modinos Kiprə qarşı — (16 EHRR 485 (25 mart 1993)) Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərar. == Faktlar == İş 1987-ci ildə, Apeleftherotiko Kinima Omofilofilon Kiprou (AKOK) və ya "Kipr Gey Azadlıq Hərəkatı"nın əsasını qoymuş gey hüquqlarının müdafiəçisi Aleksandros Modinos tərəfindən qaldırılmışdır. Eyni zamanda öz həmcinsi ilə cinsi əlaqəyə daxil olan iddiaçı bəzi homoseksual hərəkətlərə görə cinayət məsuliyyətini nəzərdə tutan Kipr Cinayət Məcəlləsinin 171-ci maddəsinin qüvvədə olması səbəbi ilə böyük gərginlik, narahatlıq və təqib qorxusu ilə yaşadığını bildirmişdir. == Qərar == Məhkəmə 8 səs lehinə, 1 səs əleyhinə olmaqla belə qərara gəlmişdir ki, qadağanın mövcudluğu ərizəçinin şəxsi həyatına birbaşa və davamlı olaraq təsir etmiş, nəticə etibarilə ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə olunmuşdur. Beləliklə, bu işdə 8-ci maddənin pozuntusu baş verib; ərizəçinin çəkdiyi məhkəmə xərcləri ona qaytarılmalı, eləcə də Strasburqda işin dinlənilməsi ilə bağlı çəkdiyi xərclər ona tam məbləğdə ödənilməlidir. == Əhəmiyyəti == Məhkəmə bu qərarı ilə təsdiq edir ki, homoseksual münasibətlər 8-ci maddə çərçivəsində müdafiə olunur. Bu münasibətləri qadağan edən qanun ərizəçiyə tətbiq olunmasa da, qadağanın açıq-aşkar dəstəklənməsi və təqib olunma riski (dövlət ittihamı və ya xüsusi ittiham əsasında) və digər zərərverici hüquqi hərəkətlər ərizəçinin şəxsi həyatının toxunulmazlığı hüququnun pozulduğunu hesab etmək üçün kifayətdir. == Ziddiyyətli məqamlar == Məhkəmə belə bir məsələ barəsində öz fikrini ifadə etmədi ki, ərizəçi yəqin ki, öz hərəkatının baxışlarını təbliğ etməkdə heç nə ilə məhdudlaşdırılmayan azadlığa malikdir; baxmayaraq ki, bu hal xüsusi rəyini bildirmiş hakim Pikisdə ərizəçinin həqiqətən şəxsi həyatına mümkün müdaxilə ilə bağlı qorxu hissi keçirdiyinə qarşı şübhə doğurdu, lakin bunu hər hansı qərəzlilik riskinin olmadığını təsdiq edən sübut hesab etmək çətin ki mümkün olsun. == Ədəbiyyat == Avropa İnsan Hüquqları Məhkəməsi: Konvensiyanın 8 və 14-cü maddələri üzrə məhkəmə təcrübəsi. Bakı, Qanun nəşriyyatı, 2005-ci il, 456 səh.
Türkiyənin Kiprə müdaxiləsi
Kipr əməliyyatı (türk. Kıbrıs Harekâtı), həmçinin Türkiyənin Kiprə müdaxiləsi (yun. Τουρκική εισβολή στην Κύπρο) və ya Atilla əməliyyatı (türk. Attila Harekatı) — 20 iyul 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə başlatdığı və 14 avqust tarixində türk silahlı birləşmələrinin paytaxt Nikosiyaya daxil olması ilə nəticələnən əməliyyat. Türkiyə hökuməti bu əməliyyatın Sürix və London müqaviləsinin 4-cü maddəsinə istinadən yerinə yetirildiyini bildirmişdir. Buna baxmayaraq BMT və Avropa Şurası bunu işğal olaraq qiymətləndirmişdir. Avropa Şurası Parlament Assambleyasının 29 iyul 1974-cü il tarixli 573 saylı qərarında və Afinadakı Apelyasiya Məhkəməsinin 21 mart 1979-cu il tarixli qərarında Türkiyənin müdaxiləsinin qanuni olduğu vurğulanmışdır. Ancaq, beynəlxalq qərarların çoxu bunu "işğal" olaraq adlandırmışdır. == Hadisə == Türklər və yunanlar arasında ilk hadisələr 1920-ci ildə, Osmanlı imperiyasının 1878-ci il tarixli 50 illik icarə müqaviləsi ilə adanı Böyük Britaniyaya verməsindən sonra, icarə müddətinin bitməsinə 8 il qalmış başladı. Bu hadisələr yalnız siyasi döyüşlər olsa da, silahlı toqquşmalar şəklini almayıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.20 dəfə / 1 mln.
2003 •••• 0.79
2004 •••••••••••••• 2.70
2005 •••••••••• 2.02
2006 •••••••••••••••••••• 4.05
2007 •••• 0.63
2008 ••• 0.49
2009 ••• 0.48
2010 •••••••• 1.54
2011 •••••••••• 1.97
2012 •••••••• 1.55
2013 •••••••••••••• 2.77
2014 ••• 0.51
2015 0.17
2016 ••• 0.52
2017 •• 0.33
2018 ••••• 0.90
2019 ••• 0.42
2020 •• 0.27

Oxşar sözlər

#kiprə nədir? #kiprə sözünün mənası #kiprə nə deməkdir? #kiprə sözünün izahı #kiprə sözünün yazılışı #kiprə necə yazılır? #kiprə sözünün düzgün yazılışı #kiprə leksik mənası #kiprə sözünün sinonimi #kiprə sözünün yaxın mənalı sözlər #kiprə sözünün əks mənası #kiprə sözünün etimologiyası #kiprə sözünün orfoqrafiyası #kiprə rusca #kiprə inglisça #kiprə fransızca #kiprə sözünün istifadəsi #sözlük