fikrə sözü azərbaycan dilində

fikrə

Yazılış

  • fikrə • 99.0972%
  • Fikrə • 0.7639%
  • FİKRƏ • 0.1389%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fikrət
Fikrət — kişi adı. Fikrət Babazadə — texnika elmləri doktoru, professor Fikrət Əmirov — Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Həşimov — rəssam, dəzgah boyakarı. Fikrət Məmmədov Fikrət Məmmədov (aktyor) — Aktyor. Filmlərdə iştirak edən. Fikrət Məmmədov (hüquqşünas) — Azərbaycan Respublikasının ədliyyə naziri. Fikrət Məmmədov (televiziya işçisi) — Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri. Fikrət Mursaqulov — baş redaktor.
Fikrət Abdullayev
Fikrət İlyas oğlu Abdullayev — Alim, biologiya elmləri doktoru, professor, Meksikanın "Eksperimental onkologiya laboratoriyasının" rəhbəri, Meksika Elmlər Akademiyasının akademiki (2000). == Həyatı və elmi fəaliyyəti == 1943-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini bitirdikdən sonra Elmlər Akademiyasında əmək fəaliyyətinə başlamışıdr. 1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1973-cü ildə Moskva şəhərinə ezam olunub və 5 il Rusiya Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunda çalışmışdır. Vətənə qayıtdıqdan sonra Elmlər akademiyasının Fizika, daha sonra isə Botanika institutunda genomin biokimyası laboratoriyasına rəhbərlik etmişdir. 1978-ci ildə İsveçrənin Stokholm Universitetinə göndərilmişdir. 1982-ci ildən 1983-cü ilədək Almaniyanın Münhen Universitetinin Biokimya İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir. 1989-cu ildə Ukrayna Elmlər Akademiyasının Biokimya İnstitutunda dissertasiya müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır.
Fikrət Abdullayev (alim)
Fikrət İlyas oğlu Abdullayev — Alim, biologiya elmləri doktoru, professor, Meksikanın "Eksperimental onkologiya laboratoriyasının" rəhbəri, Meksika Elmlər Akademiyasının akademiki (2000). == Həyatı və elmi fəaliyyəti == 1943-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini bitirdikdən sonra Elmlər Akademiyasında əmək fəaliyyətinə başlamışıdr. 1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1973-cü ildə Moskva şəhərinə ezam olunub və 5 il Rusiya Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunda çalışmışdır. Vətənə qayıtdıqdan sonra Elmlər akademiyasının Fizika, daha sonra isə Botanika institutunda genomin biokimyası laboratoriyasına rəhbərlik etmişdir. 1978-ci ildə İsveçrənin Stokholm Universitetinə göndərilmişdir. 1982-ci ildən 1983-cü ilədək Almaniyanın Münhen Universitetinin Biokimya İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir. 1989-cu ildə Ukrayna Elmlər Akademiyasının Biokimya İnstitutunda dissertasiya müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır.
Fikrət Adıgözəlli
Fikrət Adıgözəlli — Əməkdar jurnalist, idman verilişlərinin şərhçisi və aparıcısı. == Həyatı == Fikrət İlyas oğlu Adıgözəlli 10 may 1961-ci ildə anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub və 1983-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. Hələ tələbə olduğu vaxt "Araz" radiosunda verilişlər hazırlayıb. Universiteti bitirdikdən sonra, 29 avqust 1983-cü ildə Teleradio Verilişləri Komitəsinə işə götürülüb. Televiziyada ştat üzrə boş yer idman redaksiyasında olduğu üçün orada kiçik redaktor kimi işə başlayıb. İlk vaxtlar idman redaksiyasında müvəqqəti işləyəcəyini və gələcəkdə başqa redaksiyada boş yer olan kimi yerini dəyişəcəyini düşünüb. Lakin bir müddət sonra hamı onu idman jurnalisiti kimi tanıdığından başqa redaksiyaya keçmək fikrindən daşınaraq idman redaksiyasında qalıb və orada şöbə müdiri vəzifəsinə qədər yüksəlib. Bu günə qədər idman verilişlərinin aparıcısı və şərhçisi kimi fəaliyyət göstrərir. AzTV və İdman TV-dən başqa "İdman", "Bakı", "Kommunist", "Azərbaycan gəncləri" qəzetlərində də çalışıb.
Fikrət Adıgözəlov
Adıgözəlov Fikrət Salam oğlu — iqtisad elmləri doktoru, professor. == Həyatı == Fikrət Adıgözəlov 1943-cü ildə Qubadlı rayonunda anadan olub. Ali təhsilin başa vurduqdan və ordu sıralarında xidməti vəzifəsini yerinə yetirdikdən sonra 1968-ci ildə Azərbaycan Dövlət Plan komitəsinin ET iqtisadiyyat institutunda kiçik elmi işçi, baş elmi işçi işləmiş, 1976-cı ildə isə su resursları və su təsərrüfatı tikintiləri bölməsinə rəhbərlik etmişdir. O, 1983-1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri institutunda "Hidrotexnika işlərinin təşkili və texnologiyası" kafedrasının dosenti, 1991-1997-ci illərdə həmin kafedranın professoru seçilmişdir. 1988-1999-cu illərdə isə humanitar və ictimai fənlər kafedrasının müdiri işləmişdir. 1999-cu ilin sentyabrından o, "İnşaatın iqtisadiyyatı" kafedrasının professoru vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Fikrət Adıgözəlov elm və tədris ocaqlarında işlədiyi müddətdə su problemlərinə dair dövlət əhəmiyyətli elmi-tədqiqat işləri yerinə yetirmiş, respublikamızda su təsərrüfatı təyinatlı çoxlu tikinti obyektlərinin inşasının səmərəliliyini elmi cəhətdən əsaslandırmışdır. Bunların əksəriyyəti ölkənin xalq təsərrüfatı planına daxil edilərək, tikintisi həyata keçirilmişdir ki, bu da respublikamızda ucuz elektrik enerjisi istehsalının artmasına və suvarılan sahələrdə kənd təsərrüfatının inkişafına böyük təsir göstərmişdir. Fikrət Adıgözəlov su təsərrüfatının aktual problemlərinə dair apardığı elmi-tədqiqat işlərinə yekunlaşdıraraq 1976-cı ildə "Sudan səmərəli istifadə olunmasının və mühafizəsinin Naxçıvan MSSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsiri"nə dair aktual bir mövzuda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. F.S.Adıgözəlovun tədqiqatları konkret nəzəri, metodoloji və praktiki əhəmiyyət kəsb edən problemlərin dərindən həllinə yönəldiyindən geniş aprobasiya olunmuşdur.
Fikrət Alper
Fikri Takbak və ya Fikrət Alper (25 avqust 1952 – 31 iyul 2014) — Türk musiqiçi və müğənni.
Fikrət Aslanov
Aslanov Fikrət Əlövsət oğlu Azərbaycanın filoloq alimi, filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin professoru. == Həyatı == Fikrət Aslanov 1943-cü il yanvarın 1-də Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. 1950-ci ildə Xaçmaz rayonunun Dədəli kənd orta məktəbinin 1-ci sinfinə daxil olur. 1960-1965-ci illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunun, Qərbi Avropa dilləri fakültəsinin Alman dilləri və Azərbaycan dilləri ixtisası üzrə təhsil alır. 1965-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, Xaçmazın Qusarçay və Dədəli kənd orta məktəbində alman dili müəllimi kimi əmək fəaliyyətinə başlayır. 1974-cü ildən həmin institutda laborant, müəllim, baş müəllim, kafedra müdiri, dekan vəzifələrində çalışıb. Hazırda Azərbaycan Dillər Universitetinin Praktik alman dili kafedrasının professorudur. 2006-2011-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetinin Xarici dillər kafedrasında işləyib. == Elmi fəaliyyəti == 1977-ci ildə Xarici Dillər İnstitutunda german dilləri ixtisası üzrə aspirantura təhsili almağa başlayır. 1981-ciildə "Müasir alman dilində sintagm vurğusu" mövzusunda namizədlik dissertasiyasını Kiyev Dövlət Universitetinin müdafiə şurasında müvəffəqiyyətlə müdafiə etmiş və bundan sonra filologiya elmlər namizədi alimlik dərəcəsi verilmişdir.
Fikrət Babayev
Fikrət Babayev (kimyaçı)
Fikrət Babayev (alim)
Fikrət Rzaqulu oğlu Babayev (1943, Bakı) — Azərbaycanın kimyaçı alimi, professor, Amerika Neftçi-geoloqlar Assosiasiyasının üzvü (1994), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı. Əməkdar ali məktəb işçisi. == Həyatı == 1943-cü ildə anadan olmuşdur. 1950-1960-cı illərdə orta təhsil almışdır. 1966-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini "Lenin" təqaüdü ilə bitirərək "Qeyri-üzvi kimya" ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. Aspiranturanı bitirdikdən sonra Qeyri-üzvi kimya kafedrasında 1978-ci ilə qədər assistent, dosent, 1978-1993-cü illərdə Neft kimyası və kimya texnologiyası kafedrasında dosent və professor vəzifələrində işləmişdir. 1974-1977-ci illərdə BDU-da Kimya fakültəsinin, 1987-1990-cı illərdə isə BDU hazırlıq şöbəsinin dekanı vəzifələrində çalışmışdır. 1990-1991-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin birinci müavini, 1991-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin Beynəlxalq və İqtisadi Əlaqələr üzrə prorektoru, 1992-2003-cü illərdə Kimya kafedrasının müdiri, 2003-cü ildən həmin kafedrada professor vəzifəsində işləyir. 1970-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1988-ci ildə "Neft kimyası" ixtisası üzrə professor adına layiq görülmüşdür.
Fikrət Babayev (hakim)
Fikrət Babayev (1 iyul 1938, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (1998–2012). == Həyatı == 1 iyul 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun (indiki Kəngərli rayonu) Qıvraq kəndində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1967-ci ildən Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində Daxili İşlər Nazirliyinin müstəntiqi vəzifəsində fəaliyyətə başlamışdır. 1967-ci ildən 1975-ci ilədək Daxili İşlər Nazirliyində müstəntiq, 1975–1978-ci illərdə Daxili İşlər Nazirliyinin şöbə rəisinin müavini, 1978-ci ildən 1981-ci ilədək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq şöbəsinin rəisi vəzifəsində, 1992-ci ildən 1998-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləmişdir. 14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının qəbul olunmuş bir sıra qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmişdir. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Ailəlidir dörd övladı var. 2012-ci il oktyabrın 8-də prezident İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında sərəncam imzalayıb.
Fikrət Ələkbərov
Fikrət Ələkbərov (18 fevral 1946, Bakı) — rəssam, aktyor, rəssam assistenti, Azərbaycan Respublikasının əməkdar rəssamı (2008). == Həyatı == 18 fevral 1946-cı ildə Bakıda anadan olmuşdur. 1962-ci ildə rəssamlıq məktəbinin rəngkarlıq şöbəsinə daxil olmuşdur. 1967-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini, 1973-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstititunun rəssamlıq fakültəsini bitirmişdir. "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Bir neçə filmdə quruluşçu rəssam, həm də geyim uzrə rəssam olmuşdur. 2008-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. Kinooperator Ağa Zeynal Ələkbərovun oğludur. == Filmoqrafiya == 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Adi əhvalat (film, 1991) (qısametrajlı bədii süjet-Mozalan № 161) — rəssam Arxadan vurulan zərbə (film, 1977) Atamın sənəti (film, 1980) Avqust gələndə (film, 1984) Beş nömrəli kameranın məhbusu (Türkiyə) Bir anın həqiqəti (film, 2003) Bir nömrəli… (film, 1980) Bombardıman (film, 1991) Böyüyəndə bilərsən… (film, 1981) Cazibə qüvvəsi (film, 1985) Cəza (film, 1986) Çarə (film, 1981) Dərviş Parisi partladır (film, 1976) DHD (film, 1982) Dua (film, 1982) Ekskursiya (film, 1991) Evlənmək istəyirəm (film, 1983) Əbədi mühərrik (film, 1985) Əhməd haradadır? (film, 1983) Əlavə təsir (film, 2010) Əlvida (film, 2007) Fədailər (film, 1986) Gedərgəlməz (film, 1984) Gedərsən bizə… (film, 1990) Gənc qadının kişisi (film, 1988) Gethagetdə (film, 1983) Girişmə, öldürər!
Fikrət Əmirov
Fikrət Məşədi Cəmil oğlu Əmirov (22 noyabr 1922[…], Gəncə – 20 fevral 1984, Bakı) — Sovet-Azərbaycan bəstəkarı, musiqi xadimi, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956–1959), Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1947), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1959-cu ildən), Azərbaycan SSR Ali Sovetinin IV–IX çağırış deputatı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980-ci ildən). Fəaliyyətinə görə Sosialist Əməyi Qəhrəmanı (1982), SSRİ xalq artisti (1965), Azərbaycan SSR xalq artisti (1958), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1955) fəxri adlarına layiq görülmüş, SSRİ Dövlət mükafatı (1980), Azərbaycan SSR Dövlət mükafatı (1974), II dərəcəli Stalin mükafatı (1949), Azərbaycan SSR Lenin komsomolu mükafatı (1967) laureatı olmuş, iki dəfə "Lenin" ordeni (1959, 1982), iki dəfə "Qırmızı əmək bayrağı" ordeni (1967, 1971) ilə təltif edilmişdir. Bakı Musiqi Akademiyasında bəstəkar Üzeyir Hacıbəyovun və Boris Zeydmanın sinfində təhsil alıb. Səhnə musiqisi sahəsində fəaliyyətinə "Ürəkaçanlar" və "Gözün aydın" musiqili komediyaları ilə başlayan Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı "Nizami" simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə ifa olunub. 1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazıb. Bu simfonik muğamlar Bolqarıstanın, Belçikanın, Fransanın, ABŞ-nin konsert salonlarında səsləndirilib. 1950-ci ildə dördhissəli "Azərbaycan" simfonik süitasını bəstələyən Fikrət Əmirov onun ardınca müasir mövzuda milli musiqi tarixinə ilk milli lirik opera kimi daxil olan "Sevil" operasını yazıb. Operaya ictimai baxış 8 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib. Bəstəkarın geniş çeşidli yaradıcılığında vokal janrının da özünəməxsus yeri var.
Fikrət Əmirov (1985)
Fikrət Əmirov (film, 1985)
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası — Gəncədə fəaliyyət göstərən konsert kompleksi. Filarmoniya binası 2012-2017-ci illərdə Cavad xan və Zərrabi küçələrinin kəsişməsində memar Ramiz Hüseynovun layihəsi əsasında inşa edilib. Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir, lakin, 1990-cı ildən Gəncədə Dövlət Filarmoniyası yenidən fəaliyyətə başlayır. == Tarixi == Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. Böyük Vətən Müharibəsi zamanı Fikrət Əmirov döyüşlərdən kantuziya ilə qayıtdığından onu işləmək üçün Gəncə Filarmoniyasına göndərirlər. 1946-1949-cu illərdə Filarmoniyaya xalq artisti Məhəmməd Bürcəliyev rəhbərlik edir. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir. 1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə Gəncədə yeni mahnı və rəqs ansambılı fəaliyyətə başlayır. Gəncədə ilk simfonik orkestr 1969-cu ildə Şirin Rzayev tərəfindən yaradılmışdır.
Fikrət Əmirov adına Musiqi Məktəbi (Sumqayıt)
Fikrət Əmirov adına Musiqi Məktəbi — Sumqayıtda musiqi məktəbi. == Ümumi məlumat == 1991-ci ildə fəaliyyətə başlamışdır. Ümumi sahəsi 500 kv.m olan məktəbin 40 sinif otağı, 150 nəfərlik zalı şagirdlərin ixtiyarındadır. Məktəbdə 217 nəfər müəllim çalışır ki, onlardan 39 nəfəri ali, 178 nəfəri isə orta ixtisas musiqi təhsillidir. 9 ixtisas üzrə fortepiano, skripka, tar, kamança, qarmon, saz, klarnet, nağara, xanəndəlik-muğam üzrə 627 nəfər şagird təhsil alır. Məktəbin məzunları Əliyeva Natəvan, Rzayev Rəşad, Əliyev Vüqar, İbrahimov Şamxal, Quliyeva Mətanət və b. doğma kollektivə müəllim kimi qayıdıb musiqinin sirlərini şagirdlərə həvəslə öyrədirlər. Tarixi günlərin, bayramların lazımi səviyyədə qeyd olunması, Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına həsr edilmiş gecələrin, konsert proqramlarının təşkil edilməsinin öhdəsindən məktəbin kollektivi bacarıqla gəlir. 1996-cı ildə məktəbin 5 illik, 2001-ci ildə isə 10 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Yubileylə bağlı "Ömrün musiqi yaşantıları" adlı kitab nəşr edilmişdir.
Fikrət Əmirovun heykəli (Bakı, 2011)
Fikrət Əmirovun heykəli — Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı laureatı Fikrət Əmirova 2011-ci ildə Bakı şəhərində qoyulmuş heykəl. Heykəlin müəllifi Namiq Dadaşovdur. Heykəlin ətrafı abadlaşdırılmış, burada yeni park salınmışdır.
Fikrət Əmirovun əsərlərinin siyahısı
Fikrət Əmirovun yaratdığı əsərlərin siyahısı — Azərbaycanlı bəstəkar, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı , Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı laureatı Fikrət Əmirovun əsərlərinin verildiyi ümumi bir siyahı. Fikrət Əmirov 1942–1984-cü illərdə fəaliyyət göstərmiş, bu illər ərzində opera, simfoniya, simfonik muğam, konsert üslublarında əsərlər yaratmışdır. O, bir çox orkestr üçün bəstələr, kamera əsərləri, uşaq mahnıları, biblioqrafiyalar yazmışdır. Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncədən anadan olub. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirib. Gəncə Dövlət Filarmoniyası və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmişdir. Fikrət Əmirovun yaradıcılığı geniş və çoxşaxəlidir. O, musiqinin bir çox janrlarında əsərlər bəstələmişdir. Bəstəkarın "Sevil" operası, "Min bir gecə", "Nəsimi dastanı", "Nizami" baletləri, "Şur", "Kürd Ovşarı", "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamları, "Nizami" simfoniyası, "Azərbaycan kapriççiosu", skripka və fortepiano üçün "Muğam-poema"sı, suitaları, instrumental konsertləri, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi Azərbaycan mədəni irsinin qiymətli əsərlərindəndir.
Fikrət Əsgərov
Fikrət Hacı Abrek oğlu Əsgərov (9 may 1943 – 31 may 2013) — kinooperator və assistenti, fotoqraf-rəssam, rəssam assistenti. == Həyatı == 1943-cü ildə Gəncə şəhərində doğulmuşdur. 1972-ci ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini - B.Volçekin emalatxanasını bitirmişdir. 1959-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. == Filmoqrafiya == Arşın mal alan (film, 1965) Ailə (film)(tammetrajlı bədii film)-quruluşçu operator Çətin yol (film, 1975) "Azərbaycan"da dəniz səyahəti (film, 1976) Bizi bağışlayın (film, 1979) Cazibə qüvvəsi (film, 1964) Daş dözür (film, 1973) Etimad telefonu (film, 2001) Günlərin bir günü...
Orxan Fikrətoğlu
Orxan Fikrətoğlu (Sadıqov Orxan Fikrət oğlu; 21 mart 1966, Bakı) — azərbaycanlı yazıçı, ssenarist, rejissor, jurnalist,Əməkdar incəsənət xadimi. Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri (2023). == Həyatı == Orxan Fikrətoğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983–1991-ci illərdə Moskva şəhərindəki Dünya Ədəbiyyatı İnstitutunu bitirib. 1983-cü ildə kinoda işıqçı kimi fəaliyyətə başlamışdır. Müxtəlif dövrlərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, "Günay" qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası MİR Teleşirkətinin direktor müavini, Mozalan Satirik Kinojurnalının direktoru və ANS Teleşirkətinin baş icmalçısı olub. On dörd bədii , üç publisitik kitabın müəllifidir. İlk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib.
Tofiq Fikrət
Tofiq Fikrət (türk. Mehmet Tevfik Fikret; 26 dekabr 1867, İstanbul – 19 avqust 1915, İstanbul — Osmanlı dövründə yaşamış büyük türk şairi, pedaqoqu və jurnalisti, türk ədəbiyyatında "Sərvəti-fünun" və ya "Ədəbiyyati-cədidə" adlanan cərəyanın banisi. == Həyatı == 1888-ci ildə Qalatasaray liseyini bitirmiş, bir müddət xarici işlər nazirliyində işləmiş, 1894–1915-ci illərdə Türk dili və ədəbiyyatından dərs demişdir. İlk şeirlərini və ədəbiyyatın ictimai roluna dair məqalələrini redaktoru olduğu "Sərvəti-fünun" jurnalında dərc etdirmişdir. O, Türk şeirinə məzmum və formaca yenilik gətirmişdir. "Sənət həyat üçündür" prinsipini həm əməldə, həm də nəzəriyyədə tətbiq edən ilk Türk şairidir. İnqilabi ruhlu şeirlərində zülm, fanatizm və istibdadı qətiyyətlə qamçılamış, humanizm və azadlıq ideyalarını, xalqlar dostluğunu tərənnüm etmişdir. Qadağan edilməsinə baxmayaraq, əsərləri gənclər və hərbçilər arasında əldən-ələ keçərək əzbərlənmiş və yayılmışdır. Hakim dairələr tərəfindən ömrünün sonunadək təqib olunsa da, inqilabi ideyalara və xalqa sadiq qalmışdır. Əsərlərində ərəb-fars kəlmələrinin, tərkiblərinin sıx-sıx işlədilməsi Tofiq Fikrətin dilini xeyli qəlizləşdirirdi.
Xəlil Fikrət Kanad
Xəlil Fikrət Kanad (5 yanvar 1892 – 1974, Ankara) — Türkiyə yazıçısı və pedaqoqu. == Həyatı == Xəlil Fikrət Kanad 5 yanvar 1892-ci ildə Yunanıstanda — o zaman türklərin sıx yaşadığı Manastrın Serficə qəsəbəsində Osman bəyin ailəsində anadan olmuşdur. Çox erkən – altı aylığında atası vəfat etmiş, ailənin bütün ağırlığı anasının üzərinə düşmüşdü. X. Fikrət doğma kəndlərində ibtidai təhsil almış, 10 yaşında Manastrda yeni açılan sənaye məktəbinə (sənət məktəbinə) göndərilmişdi. Sənət məktəblərində tədris olunan fənlər o zamankı rüşdiyyələrdə-orta məktəblərdə öyrədilən fənlərlə, əsasən, eyni idi. Sənət məktəblərində əlavə olaraq dərzilik, pinəçilik, mürəttiblik öyrədilirdi. O dövrdə Türkiyədə orta məktəblərin son imtahanlarında uğur qazananlardan yaşca böyük olanlar Fransaya, kiçik olanlar isə Almaniyaya göndərilirdi. Almaniyadakı təhsil mühiti Xəlil Fikrətin görkəmli təhsil işçisi və bir alim kimi formalaşmağında mühüm rol oynamışdır. O, 1910–1912-ci illərdə Almaniya liseylərinin birində almanca mükəmməl öyrənmiş, əvvəlcə Berlin Universitetinin fəlsəfə, sonra Leyspiq Universitetinin pedoqoji fakültəsində təhsil almışdır. O, Türkiyədə təhsil sahəsində dissertasiya müdafiə edən ilk elmlər doktorudur.
Fikrət Axundov
Axundov Fikrət Xosrov oğlu (14 mart 1951, Şuşa şəhəri) — Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Elmi Tədqiqat İnstitutunda şöbə rəisi. == Həyatı == Axundov Fikrət Xosrov oğlu 14 mart 1951-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. Fikrət Axundovun atası Axundov Xosrov Mirzə Əli oğlu müəllimlik etməklə yanaşı şerlər yazmış, Qarabağın o cümlədən Şuşanın tarixi ilə bağlı dərin biliklərə malik olmuşdur. Həmçinin babası Mirzə Əli Aşiq Axunzadə və ulu babası Molla Zeynalabdin Sağəri dövrünün tanınmış müəllim, şair və musiqişünaslarından olmuşlar. Fikrət Axundov 1959-cu ildən 1965-ci ilədək Şuşada orta məktəbdə təhsil almışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq 1965-ci ilin sonunda Bakıya köçmüş və təhsilini Bakıda davam etdirmişdir. Fikrət Axundov 1969-cu ildə Bakıda 240 saylı orta məktəbi bitirərək D. Bünyad-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsinə daxil olmuş və 1973-cü ildə oranı iqtisadçı ixtisası üzrə bitirmişdir. Həmin ilin avqustunda təyinatla Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda əmək fəaliyyətinə başlamış və 1976-cı ilədək iqtisadçı vəzifəsində işləmişdir. 1973–1974-cü illərdə Ukraynada Sovet ordusu sıralarında xidmət etmişdir. 1976–1986-cı illərdə Kənd Tikinti Nazirliyinin "Tikinti-quraşdırma" trestində böyük iqtisadçı, Əmək haqqı, kadr və Plan şöbələrində rəis vəzifələrində çalışmışdır.
Aysel Fikrət
Aysel Fikrət (tam adı: Əhmədova Aysel Fikrət qızı; 28 mart 1976, Bakı şəhəri) — Azərbaycanlı yazıçı, dramaturq, ssenarist, müəllim və jurnalist. Azərbaycan Milli Konservatoriyasının (AMK) mətbuat katibi (2023). Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. == Həyatı == Aysel Fikrət 1976-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-1992-ci illərdə orta təhsilini bitirmişdir. O, 1992-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ekran Dramaturgiyası fakültəsində təhsil almış və bu təhsili fərqlənmə diplomu ilə başa vurmuşdur. 1997-ci ildən etibarən Azərbaycan Milli Konservatoriyasının tərkibində olan İncəsənət Gimnaziyasında teatr dramaturgiyası fənni üzrə müəllim vəzifəsində çalışır. Aysel Fikrət ailəlidir və iki övladı var. == Ədəbi fəaliyyəti == Aysel Fikrətin ədəbi fəaliyyəti 1990-cı illərin əvvəllərində dövrü mətbuatda çap olunmuş hekayələri ilə başlamışdır. İlk hekayələri oxucular tərəfindən maraqla qarşılanmış və yazıçının ədəbi dünyaya ilk addımlarını atmasına təkan vermişdir.
Fikrət Xalıqov
Fikrət Xalıqov— filologiya elmləri doktoru, dilçi və folkşunas alim. Azərbaycan Dövlət Pedaqoji Universitetinin azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru, Şəkinin ensiklopedik şəxslərini əhatə edən bioqrafik məlumatlar toplusunun – Şəki: Alim və ziyalılar kitabının həmmüəllifi. == Həyatı == Fikrət Xalıqov 28 mart 1949-cu ildə Nuxa rayonunun Baş Layısqı kəndində anadan olub. 1966-cı ildə orta məktəbi bitirib. 1966 – 1971-ci illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsində alman və azərbaycan dilləri ixtisası üzrə təhsil alıb. 1971 − 1973-cü illərdə Qəbələ rayonunu Mirzəbəyli kənd məktəbində ixtisası üzrə müəllim, 1974-cü ildə Ağdam şəhərində Maarif işçiləri evində müavin vəzifəsində çalışıb. Fikrət Xalıqov daha sonra 1979 − 1992-ci illərdə Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, şöbə müdiri işləyib. == Elmi fəaliyyəti == Fikrət Sadıqov 1984-cü ildə "Milli -Qarabağ düzü toponimiyası (Ağdam, Ağcabədi və Bərdə rayonlarının materialları əsasında)" mövzusunda namizədlik, daha sonra 2004-cü ildə isə "Azərbaycan dilinin folklor onomastikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2011-ci ildə professor elmi adını alıb. Azərbaycan dilinin tədrisi metodikası sahəsində də tədqiqatlar aparmış və N. Abdullazadə ilə birlikdə 2 cildlik Azərbaycan dili (didaktik materiallar) kitabını nəşr etdirmişdir.

"fikrə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fikrə nədir? #fikrə sözünün mənası #fikrə nə deməkdir? #fikrə sözünün izahı #fikrə sözünün yazılışı #fikrə necə yazılır? #fikrə sözünün düzgün yazılışı #fikrə leksik mənası #fikrə sözünün sinonimi #fikrə sözünün yaxın mənalı sözlər #fikrə sözünün əks mənası #fikrə sözünün etimologiyası #fikrə sözünün orfoqrafiyası #fikrə rusca #fikrə inglisça #fikrə fransızca #fikrə sözünün istifadəsi #sözlük