* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Düşünmə, düşüncə, təfəkkür; təfəkkür prosesi. 2. Niyyət, məqsəd, məram. Fikrini başa düşmək. Fikrini anlatmaq. Getmək fikrindən daşınmaq. – [Süleyman:] Yaxşı, xala, bəs sənin fikrin? Ü.Hacıbəyov. Qızın fikrində bunların heç biri yox idi. Mir Cəlal. 3. Fikirləşmə, düşünmə, mühakimə nəticəsində hasil olan qənaət, ideya. Dərin fikir. Maraqlı fikir. Ciddi fikir. Boş fikir. Ağlıma belə fikir gəldi. – [Sərvər:] Doğru deyirsən, mən dünəndən bəridir ki, fikirdəyəm. Ü.Hacıbəyov. 4. Rəy, görüş, mülahizə. Nə fikriniz var? Bu barədə fikrin nədir? – [İkinci fəhlə:] Gedək görək camaatın fikri nədir? H.Nəzərli. [Qoşqar:] Soyuqqanlı fikir mübadiləsi olmayan yerdə heç vaxt ümumi işə xeyir dəyməz, yoldaş Əmirli! İ.Hüseynov. 5. Bilik. Elmi fikir. Bədii fikir. 6. Adamın ağlını məşğul edən şey, daim düşünülən şey (bəzən “fikir-zikir” şəklində işlənir). Öz fikirləri ilə məşğul olmaq. Fikrindən ayrıla bilməmək. Fikri özgə yerdədir. Başında ancaq bir fikir var: – Uçmaq! Uşağın fikri oynamaqda qalıb. – Mirzə Cəmilin dedikləri Ataşın başına girmirdi, çünki bütün fikri-zikri Qönçənin yanında qalmışdı. Ə.Vəliyev. Cəmilə Manafovanın isə fikri-zikri kitabdır. H.Seyidbəyli. 7. Hafizə qüvvəsi, yaddaş, xatır. Fikrimdə qalmadı. Fikrindən çıxmaq. Fikrində saxlamaq. 8. Əqidə, görüş, baxış. Fikrinlə razı deyiləm. – [Vəzir:] Mən də o fikirdəyəm. Ü.Hacıbəyov. 9. Fikrimcə, fikrincə, fikrimizcə, fikrinizcə və s. şəkillərdə – məncə, mənə görə; səncə, sənə görə; bizcə, bizə görə; sizcə, sizə görə. Sonanın fikrincə, Bahar hər incə mətləbi gözdən oxuyan bir qızdı. B.Bayramov. ◊ Fikir aparmaq (götürmək) – 1) bir şey, hadisə haqqında fikir etmək, fikirləşmək, fikrə getmək, fikrə dalmaq, düşünmək. Fikir məni apardı, heykəl kimi dayandım. M.Rahim. Qız danışdıqca məni fikir aparırdı. M.İbrahimov; 2) təşvişə düşmək. Fikir çəkmək – 1) dərd çəkmək, ruhən iztirab çəkmək, narahat olmaq. [Gültəkin Aydına:] Paltar da istəmirəm, təki sən fikir çəkməyəsən, nə eləyirəm paltarı? C.Cabbarlı; 2) gələcəyi haqqında fikirləşmək, taleyini düşünmək. Fikir dəryasına qərq olmaq – çox dərin fikrə getmək, fikrə dalmaq. Fikir eləmək (etmək) – 1) fikirləşmək, düşünmək. [Mozalanbəy:] Bu gecə dürüst fikir elə, peşman olmazsan. Ə.Haqverdiyev; 2) bir şeyin fikrini çəkmək, bir şeyin dərdinə qalmaq. Çox fikir eləmə… – [Gülnisə Bəhrama:] Vallah, öz qızımçın nə qədər fikir edirəmsə, sənin üçün də o qədər fikir edirəm. C.Cabbarlı. Fikir götürmək – fikrini məşğul etmək, fikrə qərq olmaq, təşvişə, narahatlığa səbəb olmaq. Ənuşirəvanı fikir götürdü, çünki onun heç övladı olmayırdı. (Nağıl). Fikir vermək – fikrinə qalmaq, diqqət vermək, diqqət yetirmək, qayğı göstərmək, qeydinə qalmaq. Ekskavatorçular … çox qazmağa çalışmaqla bərabər, yanacağa qənaət etməyə də xüsusi fikir verirdilər. Ə.Sadıq. [Həsrət Hümmətə:] İndi camaatın yaşayışına fikir vermək lazımdır. B.Bayramov. Fikir verməmək – əhəmiyyət verməmək, qulaqardına vurmaq, etinasızlıq göstərmək. O, deyilənlərə fikir vermir. – Bəy arvadın yalvarışına fikir vermədi. Ə.Abasov. Fikir yürütmək – bir şey haqqında fikir irəli sürmək, fikir söyləmək, yeni söz demək. Fikrə dalmaq – bax fikrə getmək. [İsmət:] Keçən gecə bir xeyli fikrə daldım; Düşündüm, düşündüm, uyqusuz qaldım. H.Cavid. Şəkərəli böyük bir fikrə dalaraq irəliləyir və sürüdən dala qalan qoyunların qılcalarına əlindəki ağacını endirirdi. T.Ş.Simurq. Fikrə düşmək – bir iş görmək qərarına gəlmək, niyyətində olmaq. [Abbas:] Sizin fikriniz başqadır, elə fikrə düşməyin. “Abbas və Gülgəz”. [Müəllimin] qarşısını alan, hətta başqa fikirlərə düşməsinə yol verməyən ancaq Telliyə qarşı bəslədiyi hörməti, səmimi bir məhəbbəti idi. S.Hüseyn. Fikrə getmək – fikirləşmək, düşünmək. Bir an fikrə getdikdən sonra [yolçu] yenə qaranlığı yarıb irəli getməyə başladı. Ə.Məmmədxanlı. Fikrə gəlmək – qərara gəlmək, qət etmək. [Məsmə:] Mən qəti bir fikrə gəldim. S.Hüseyn. Fikrə qərq olmaq – bax fikir dəryasına qərq olmaq. Bu halda Zeyd ki o da Leylaya aşiqdir, xəyal və fikrə qərq olmuş bir surətdə zahir olub deyir… Ü.Hacıbəyov. Fikrə salmaq – fikirləşməyə, fikrə getməyə, düşünməyə məcbur etmək. Rüstəm bəy Məcidi nəzərdən keçirdi, onun sadəlövh siması və axmaq sözləri Rüstəm bəyi bir az fikrə saldı. Çəmənzəminli. Fikri dəyişmək – əvvəlki fikrindən əl çəkib ayrı fikrə düşmək, rəyini dəyişmək. Bir il o dağılmışda qalıb var-yoxu qandı; Az vəqtdə fikri dəyişib, rəyi dolandı. Ə.Nəzmi. Fikri dolanmaq – bax fikri çaşmaq. [Sərvinaz Əsədə:] Ağlına gələn dağa-daşa, ay kişi, yenə fikrin niyə dolanıb? B.Bayramov. Fikri özündə olmamaq – dalğın, fikri dağınıq halda olmaq. Fikrində durmaq – bax fikrinin üstündə durmaq. Kazım … yenə fikrində durub dedi… Mir Cəlal. Fikrində (fikrinə) qoymaq – qərara gəlmək, qərarlaşdırmaq. [Qurbani] fikrində qoymuşdu ki, gedib qonşunun həyətində gizlənsin… “Qurbani”. Molla fikrinə qoyur ki, sövdəgərə bir-iki şirin söz desin. “M.N.lətif.” Fikrindən daşındırmaq – fikrindən əl çəkməyə məcbur etmək, fikrini dəyişdirmək. [Əbülhəsən bəy:] O səsin qüvvəti … məni qayıdıb getmək fikrindən daşındırdı. M.S.Ordubadi. Fikrindən daşınmaq – fikrindən əl çəkmək, niyyətindən, istədiyi şeydən vaz keçmək, fikrini dəyişmək. Qoca kişi … qapını açıb içəri girmək, palaz atıb taxtın üstündə uzanmaq fikrindən daşındı. İ.Şıxlı. Fikrindən dönmək – fikrindən əl çəkmək, fikrindən qaçmaq, dəbbələmək. Zəfər fikrimdən dönə biləcəyimi görüb qəribə bir çevikliklə məndən aralandı. M.Hüseyn. Fikrindən keçirmək – xəyalən yadına salmaq, xəyalından keçirmək, təsəvvürünə gətirmək. Düşündü yazıqlar gələn boranı; Keçirtdi fikrindən dağı, aranı. H.K.Sanılı. İdris bütün bunları bir anda fikrindən keçirirkən alman tankı artıq komanda məntəqəsinə yaxınlaşmışdı. Ə.Məmmədxanlı. Fikrindən keçmək – 1) xəyalından keçmək, xəyalən yada salmaq, arzulamaq. Göy üzündə görür-görməz hilalı; Keçər fikrimdən yarın xəyalı. H.Cavid; 2) fikrən bir şeyi arzulamaq, ürəyindən keçmək. Aşıq Ələsgərin fikrindən keçdi ki, bu gözələ bir tərif desin. “Aşıq Ələsgər”. Fikrinə düşmək – bir iş görmək qərarına gəlmək. Kişi qonaqlıq fikrinə düşdü. Mir Cəlal. Fikrinə gəlmək – 1) ağlına gəlmək, təsəvvürünə, xəyalına gəlmək. Fikrinə min cür şeylər gəlir; 2) qərara gəlmək. İslamın fikrinə gəlmişdi ki, yuxarı kəndə getsin. S.Hüseyn. Fikrinə (fikrimə) gətirmək – təsəvvürünə gətirmək, təsəvvür etmək, mümkün hesab etmək. Belə bir növ fikrimə gətirə bilərəm ki, məsələn, 100, 200, 500 adam bir yerdə necə otururlar?… H.Nəzərli. Fikrini açmaq – fikrində olanları açıb söyləmək, niyyətini bildirmək, ürəyini açmaq. Telefonda fikrimi açarkən sənə; Həsrətlə baxdığım üzün də bəlkə; Uzaqdanuzağa görünər mənə. M.Müşfiq. Fikrini azdırmaq – azdırmaq, karıxdırmaq. Mən yolumu azmadım; Mənə “Az!” deyənlərin; Fikrini azdırmışam. B.Vahabzadə. Fikrini çəkmək – 1) qayğısına qalmaq, qeydinə qalmaq, haqqında düşünmək. [Bəhram Pəriyə:] Əlbət ki, ana öz övladının fikrini hamıdan artıq çəkir. C.Cabbarlı. [Gülzar Bəhruza:] [Atan və Fərhad] da sənin fikrini çəkirlər, bala. Ə.Məmmədxanlı; 2) narahat olmaq (bir adam haqqında). Fikrini dağıtmaq – 1) dərdini, kədərini dağıtmaq, kefini açmaq, şənləndirmək, pis fikirlərdən uzaqlaşdırmaq. Qızlar Pərinin fikrini dağıtmaq üçün çalıb-oynadılar… “Abbas və Gülgəz”; 2) fikirləşməsinə, fikrini toplamasına mane olmaq, fikrini bir yerə yığmağa qoymamaq, fikrini yayındırmaq. Səsküy adamın fikrini dağıdır. Fikrini dəyişmək – bax fikri dəyişmək. İzzət qarı obaya yaxınlaşıb dincini almaq istədisə də, lakin üfüqdə qızartı işarəsi görüb fikrini dəyişdi… Ə.Məmmədxanlı. Fikrini yayındırmaq – qəsdən birinin diqqətini başqa şeyə cəlb etmək. Cavahirin fikrini yayındırmaq … üçün Ləman böyük fədakarlıq göstərir. H.Seyidbəyli. Fikrinin üstündə durmaq – öz dediyində israr etmək, sözünün üstündə durmaq, fikrindən dönməmək. [Nəsir] hələ bəzi vaxt öz fikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi. S.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / fikir3 1) düşünmə, düşüncə, təfəkkür; təfəkkür prosesi; 2) niyyət, məqsəd, məram; 3) fikirləşmə, düşünmə, mühakimə nəticəsində hasil olan qənaət, ideya. Məsələn, dərin fikir; 4) rəy, görüş, mülahizə; 5) bilik. Məsələn, elmi fikir, bədii fikir; 6) adamın ağlını məşğul edən şey, daim düşünülən şey (bəzən "fikir-fikir" şəklində işlənir). Məsələn, öz fikirləri ilə məşğul olmaq, fikrində ayrıla bilməmək, fikri özgə yerdədir; 7) hafizə qüvvəsi, yaddaş, 8) əqidə, görüş, baxış.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / fikir4 1. FİKİR, QƏNAƏT Belə bir qənaət var idi ki, artist mütləqa suflyor altında getməlidir (S.Rəhman); ƏQİDƏ [Vəli:] Mənim əqidəmcə, duel haram bir əlamətdir (Ə.Haqverdiyev); NÖQTEYİ-NƏZƏR İbrahim: Doktor, papağın zərərini, kəsafətini bizdə ona bir “namus” və “müqəddəs” kimi baxılmağı ve ekonomiya cəhətincə kəndliyə əlverişli olmadığını unudub, fəqət bir millətçilik nöqteyi-nəzərdən baxır (S.S.Axundov). 2. FİKİR Canıma olsun fəda bir də üzü gülməsə; Ta ki, o zehnindəki fikirləri silməsə (M.Ə.Sabir); BAXIŞ (məc.) Bu baxışlar Nadiri dəli edib çöllərə salır (Talıblı); ƏFKAR (köhn.) Yormuşdu bütün ruhumu, əfkarımı aləm (A.Şaiq); QƏRAR Heç bir təhlükə, heç bir qorxu [Firudini] qərarından döndərə bilmirdi (M.İbrahimov); RƏVİYƏ (köhn.) ..Mənim məram və rəviyəmə zidd olmuş və ölən hər bir kəsin öldürülməsini vacib bilmiş və bilirəm (M.İbrahimov). 3. fikir bax rəy I; ideya 1
Azərbaycan dilinin sinonimlər lüğəti / fikir2 сущ. 1. мысль: 1) мыслительный процесс; мышление 2) размышление, рассуждение. пед. -псих. Fikrin genişliyi широта мыслей 3) результат процесса мышления (в форме суждения или понятия). Müstəqil fikir самостоятельная мысль, dərin fikir глубокая мысль, maraqlı fikir интересная мысль 4) предложение, соображение. Fikrini aydın söyləmək ясно выразить свою мысль 5) намерение, замысел. Fikrim yayda Moskvaya getməkdir у меня мысль – летом поехать в Москву 6) то, что заполняет сознание; дума. Gizli fikir тайная мысль, qorxulu fikirlər страшные мысли, qara fikirlər черные мысли 7) убеждения, взгляды, воззрения. Fikir ayrılığı расхождение в мыслях (во взглядах) 8) знание, познание в какой-л. области. Elmi fikir научная мысль, texniki fikir техническая мысль 2. идея (мысль, замысел, намерение, план). Bu, yaxşı fikirdir это хорошая идея, boş fikir пустая идея 3. мнение, точка зрения. Yekdil fikir единодушное мнение, alimlərin fikrinə görə по мнению учёных, ictimai fikir общественное мнение, fikir mübadiləsi обмен мнениями, fikir azadlığı свобода мнений; fikri ilə razı olmaq kimin разделять мнение чьё 4. дума (то, что заполняет сознание, мысль, размышление). Fikrə dalmaq погрузиться в думы 5. задумка (намерение, желание). Bu fikir mənim ürəyimcədir эта задумка мне по душе 6. память (способность сохранять и воспроизводить в сознании прежние впечатления). Fikrində saxlamaq держать в памяти ◊ fikir aparmaq: 1. задумываться, задуматься над чемлибо; 2. забываться, забыться; fikir verilir kimə, nəyə уделяется внимание кому, чему; fikir vermək kimə, nəyə обращать, обратить внимание на кого, на что; уделять, уделить внимание кому, чему; fikir ver обрати внимание; fikir verməmək не обращать внимания на кого-л., что-л., не уделять внимания кому-л., чему-л.; fikir dəryasına qərq olmaq погрузиться в думы; fikir eləmək (etmək) думать, размышлять о ком-, о чем-л., fikir eləmə: 1. не думай; 2. не горюй, не переживай; fikir yürütmək выдвигать, выдвинуть идею, мысль; fikir götürmək kimi быть озабоченным какой-л. мыслью; fikrə qərq olmaq см. fikir dəryasına qərq olmaq; fikrə dalmaq см. fikrə getmək; fikrə düşmək задумывать, задумать (мысленно решить что-л.), замыслить; fikrə getmək углубляться, углубиться, уходить, уйти в размышления; fikrə gəlmək: 1. приходить, прийти на ум, на мысль; 2. приходить, прийти к мнению, заключению; fikrə gətirmək представлять, представить себе, воображать, вообразить; fikrə salmaq: 1. наводить, навести на мысль; 2. kimi заставлять, заставить думать, переживать; fikri dağılmaq рассеиваться, рассеяться (о мыслях); fikri dağınıq рассеянный, невнимательный, fikri dəyişmək передумывать, передумать; fikri dolanmaq мысленно представлять, представить себе; fikrində dolandırmaq nəyi крутить, вертеть в мыслях, fikri özündə olmamaq быть не в себе; fikri özündə deyil сам не свой, не в себе; fikrinə gətirmək kimi, nəyi представлять, представить себе кого, что; fikrində həll etmək решать, решить про себя; fikrində durmaq настаивать, настоять на своем; fikrində olmaq: 1. намереваться; 2. иметь в мыслях; fikrindən atmaq выбросить (выкинуть) из головы, fikrindən daşındırmaq переубеждать, переубедить кого; заставлять, заставить, отречься, отказаться от своих намерений; fikrindən daşınmaq передумать, раздумать, отказаться от своих намерений; отрекаться, отречься о т чего-л.; fikrindən dönmək отказываться, отказаться от своих намерений; fikrindən keçirmək мысленно представлять, представить себе; fikrindən keçmək мелькнуть, пролетать в мыслях; fikrindən çıxmaq выпадать, выпасть из памяти, забывать, забыть; fikrinə düşmək см. fikrində olmaq; fikrinə gəlmək приходить, прийти на ум; fikrinə salmaq напоминать, напомнить: fikrini azdırmaq заговаривать зубы к ому, сбивать, сбить с толку кого; fikrini açmaq делиться, поделиться мыслями с кем-л.; fikrini bəyan etmək объявлять, объявить свои намерения; fikrini dağıtmaq kimin рассеивать, рассеять мысль (внимание); fikrini dəyişmək передумывать, передумать; fikrini yayındırmaq kimin отвлекать, отвлечь чье-л. внимание; fikrini toplamaq собираться, собраться с мыслями, сосредоточивать, сосредоточить мысли; fikrini çəkmək kimin, nəyin думать о ком-л., о чем-л.; fikrinin üstündə durmaq стоять на своём; fikrini cəmləşdirmək см. fikrini toplamaq; yüz fikir bir borcu ödəməz думами не поможешь; из размышлений шубы не сошьёшь
Azərbaycanca-rusca lüğət / fikir1 i. thought; idea; conception; mind; (düşüncə, xəyalat) mediation; reflection; (rəy, mülahizə) opinion; notion; (niyyət) thought, intention; aydın ~ bright / clear thought / idea / conception; lucid mind; qərəzli ~ preconceived idea, preconception; qəfil yaranan ~ sudden thought; dolaşıq ~ confused / tangled / muddled thought (idea, conception); knotty idea; əsas ~ fundamental / basic idea; yanlış ~ wrong / incorrect idea / conception; Bu fikir yanlışdır This conception is wrong; köhnə ~ old / out-of-date idea (conception, thought); təhrif olunmuş ~ mispresented / perverted / distorted idea (conception); ~ aydınlığı clarity of thought / idea; lucidity of mind; ~ ayrılığı difference / cleavage / divergence of opinion; ~ dolaşıqlığı confusion of thought; ~ aparmaq to fall* into thinking, to become* thoughtful; Onu fikir apardı He / She fell into thinking; ~ vermək: 1) to pay* attention (to), to take* notice (of); Ona fikir verməyin Take no notice of him; 2) (qayğısına qalmaq) to take*care (of), to think* (of); Səhhətinizə fikir verin Take care / Think of your health; ~ etmək: 1) (fikirləşmək) to think* (about, of), to ponder (over); Nə fikir eləyirsən? What are you thinking about? 2) (kədərlənmək, qəm yemək) to grieve (about, at, for, over); to lament (d.), to brood (over); ~ irəli sürmək to put* forward an idea / a conception; ~ yaratmaq to form an opinion (about); to give* an idea (of); ~ yürütmək to reason; ~ söyləmək / demək to speak* (about, on); to utter / to express an opinion (about); öz fikrini söyləmək to express / to utter one’s opinion (about), to give* one’s view (on); O, bu haqda öz fikrini söyləyib He / She has given his / her view on it; bir / şeyin əleyhinə / lehinə ~ söyləmək to declare opinion against / for smth.; ~ çəkmək to grieve (about); ağlına ~ gəlmək: Qəflətən ağlıma belə bir fikir gəldi Suddenly such an idea entered / flashed across my mind, Suddenly such a thought struck me / occured to me; (filan) ~də olmaq to keep* the idea that...; Abide* by the thought / Notion that...; Mən bu fikirdəyəm ki,... I am of the opinion that...; özü haqqında yüksək ~də olmaq to have* a high opinion of oneself, to think* very well / highly / too much of oneself; to think* no small beer of oneself idiom.; eyni ~də olmaq to be* of the same opinion; əvvəlki / həmin ~də qalmaq to remain of the same opinion; dərin fikrə getmək / dalmaq to be* lost / sunk in thought, to be* plunged in a deep reverie (on, about); to muse (on, upon, over); Dərin fikrə dalaraq o, saatlarla oturdu He / She sat musing for hours; qəmgin ~ (lər)ə dalmaq / qərq olmaq to be* lost in gloomy reflection (on); to brood (on, over); O, küncdə oturub öz müsibətləri haqqında qəmgin fikirlərə qərq olmuşdu Sitting in the corner he / she was lost in gloomy reflection on his / her own misfortunes; fikrə tərəfdar olmaq / çıxmaq to uphold* the idea / conception / option; fikri aydınlaşdırmaq to elucidate the idea / thought / conception; fikri bəyənmək to approve the idea; fikri izah etmək to explain / to interpret the idea / conception; fikri müdafiə etmək to make* a stand for the idea / conception / opinion; öz fikrini müdafiə etmək to assert one’s point of view / opinion / idea; fikri təsdiq etmək to confirm the idea / conception; fikri təhrif etmək to distort / to pervert / to mispresent the thought; qəti fikri olmaq to have* a good mind; Onun qəti fikri vardı ki, mənim haqqımda polisə xəbər / məlumat versin He / She had a good mind to report me to the police; öz fikri olmaq to have* one’s own idea / notion / opinion (about); fikrində olmaq (niyyətində olmaq) to have* a thought / an intention (to+inf. / of+ger.); Onun fikri var ki, yeni bir kitab yazsın He / She has a thought / an intention of writing a new book; fikrində araşdırmaq / götür-qoy etmək to deliberate (d.), to ruminate (over, about, on, upon), to meditate (on, upon), to turn over in one’s mind (d.); O son hadisələri fikrində araşdırdı He / She was ruminating over the recent events, He / She was turning over the recent events in his / her mind; fikrində bir şey tutmaq to think* of smth.; Fikrində bir rəqəm tut Think of a number; fikrindən daşınmaq / əl çəkmək to give* up the thought / idea (of+ger.); Oraya getmək fikrindən əl çək / daşın Give up the thought / idea of going there; fikrindən çıxmaq bax unutmaq; fikrindən çıxmamaq / getməmək (bir kəs, bir şey) to have* smb. / smth. on one’s mind; fikrinə düşmək (bir şey etmək) to have* an intention (to+inf.); O, evlənmək fikrinə düşüb He has an intention to marry; ~ini dağıtmaq to disperse one’s thoughts; ~ini dəyişmək to change one’s mind; O, getmək istəyirdi, lakin fikrini dəyişdi He / She wanted to go, but changed his / her mind; ~ini toplamaq / cəmlə(şdir)mək to collect one’s thoughts; Fikrimcə,... In my opinion; Müəllifin fikrincə,... According to the author...; Mən bu fikirdəyəm ki,... I am of the opinion that..., Fikir məni üzür The thought tortures / tears me
Azərbaycanca-ingiliscə lüğət / fikir1 is. idée f ; pensée f ; reflexion f ; opinion m ; notion f ; intention f ; conception f ; faire attention ; être triste, avoir le cœur gros ; ~ ini toplamaq recueillir (se) ; Fikrimcə,. . A mon avis. .
Azərbaycanca-fransızca lüğət / fikir1 [ər.] сущ. фикир (1. фагьум, кьатӀун; 2. макьсад, ният; 3. фикир (фагьум, веревирд) авунин нетижада арадал атанвай идея; boş fikir буш фикир; 4. чирвилер, билиг; 5. гаф; килигунин тегьер, кьатӀунин тегьер; 6. хурун зигьин, рикӀел аламукьунин, хиялда амукьунин (хиялда хуьз хьунин, хуьз жедай) къуват, алакьун; fikrindən çıxmaq фикирдай акъатун, рикӀелай алатун, хиялдай акъатун; 7. fikrimcə, fikrincə, fikrimizcə, fikrinizcə зи (ви, чи, куь) фикирдалди, завай (вавай, чавай, квевай) хьайитӀа, заз (ваз, чаз, квез) чирвал (чиз); ** fikir aparmaq (götürmək) фикирди тухун (кьун) а) са затӀунин (кардин) гьакъинда фикир авун, фикирдиз фин, фикирун, веревирдун; б) гъалаб акатун; fikir çəkmək фикир чӀугун а) дерт чӀугун, руьгьдин азаб чӀугун, нарагьат хьун; б) гележек патал фикирун, пакаман югъ фикирун, веревирдун; fikir dəryasına qərq olmaq гзаф дерин фикирдиз фин, фикирди тухун; fikir eləmək (etmək) фикир авун а) фикирун, веревирдун, фагьумун; б) са затӀунин фикир чӀугун, къайгъуда амукьун; fikir götürmək фикирди кьун, дерин фикирди тухун, тешвишдиз, нарагьатвилиз себеб хьун; fikir vermək фикир гун, дикъет авун, къайгъуда амукьун; fikir verməmək фикир тагун, яб тагун, япалай авун (тавун), саймазвал авун; fikir yürütmək фикир лугьун, са затӀунин гьакъинда жуван (вичин) цӀийи фикир (гаф) лугьун; fikrə dalmaq кил. fikrə getmək; fikrə getmək фикирдиз фин, фикирун, фагьумун, веревирдун; fikrə qərq olmaq кил. fikir dəryasına qərq olmaq; fikri dəyişmək фикир дегишун, эвелан фикирдилай гъил къачун, маса фикирда гьатун; fikri özündə olmamaq фикир жував (вичив) тахьун, фикирар акахьнавай (чкӀанвай) гьалда хьун; fikrində durmaq фикирдал акъвазун (кил. fikrinin üstündə durmaq); fikrindən daşındırmaq фикирдилай элкъуьрун, фикирдилай гъил къачуз тун, фикир дегишарун; fikrindən daşınmaq фикирдилай элкъуьн, фикирдилай гъил къачун, фикир дегишун; fikrindən dönmək фикирдилай элкъуьн, фикирдилай гъил къачун; fikrindən keçirmək фикирдай ракъурун, хиялдай ракъурун, хиял хьиз рикӀел гъун, карагарун; fikrindən keçmək фикирдай фин а) хиялдай фин, хиял хьиз рикӀел атун, кӀан хьун; б) фикирда гьатун, фикирдай са затӀ кӀан хьун, рикӀяй фин; fikrinə gəlmək фикирдиз атун а) акьулдиз атун, хиялдиз атун, рикӀел атун; б) къарардиз атун; fikrini açmaq фикир ахъаюн (ачухун), фикир лугьун, рикӀе авайбур ахъайна лугьун; fikrini azdırmaq фикир акадарун, какадарун, ягъалмишарун; fikrini çəkmək фикир чӀугун а) къайгъуда амукьун, къайгъу чӀугун, гьакъинда веревирдун; б) нарагьат хьун; fikrini dağıtmaq а) фикир аладарун, дерт (гъам, рикӀ) аладарун; кефияр ахъаюн, шадарун, пис фикирривай яргъазун; б) фикир чукӀурун, фикир акадарун, фикируниз, фикир санал кӀватӀуниз манийвал авун; fikrini dəyişmək кил. fikri dəyişmək; fikrini yayındırmaq фикир акадарун, къастунай садан фикир (дикъет) маса затӀуниз желб авун; fikrinin üstündə durmaq фикирдал акъвазун, гафунал акъвазун, фикирдилай элкъуьн тавун.
Azərbaycanca-ləzgicə lüğəti / fikir