Yuxarı Çardaqlar
Yuxarı Çardaxlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 14 km məsafədə, mərkəzə nəzərən şimal-şərq hissəsində, Böyük Qafqazın cənub ətəklərində yerləşir.
== Mədəniyyəti ==
Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, EATS, rabitə şöbəşi, məscid, futbol meydançası vardır.
=== Tarixi abidələr ===
XIII əsrə aid bürc,
alban kilsəsi qalıqları,
X1X əsrdə tikilmiş məscid,
qədim qəbristanlıq,
III-IV əsrlərə aid olan, el arasında "Qız qalası" mağarası adlanan Pəriqalası. Qala bir neçə otaqdan ibarətdir. Əvvəllər qalaya dağ ətəyi ilə pilləkən olub, sonralar isə təbii aşınma nəticəsində yol dağılmışdır.
== Coğrafiyası və iqlimi ==
Yuxarı Çardaxlar kəndi, rayon mərkəzindən 16 km şimali-şərqdə yerləşir. Şimal tərəfdən Böyük Qafqaz sıra dağları, cənubdan Muxax kəndi ilə həmsərhəddir.
Kəndin ərazisi 1293 hektardır.
== Əhalisi ==
Əhalisi 2141 nəfər, əsasən avarlardan ibarətdir.