* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. İlin qış ilə yay arasında olan fəsli: bahar. Yaz gəldi. Yaz çıxdı. Yaz çiçəyi. Yaz fəsli. Yaz yağışı. Yaz şumu. – Bir gül ilə yaz olmaz. (Ata. sözü). [Qurbanəli:] Elə ki genə yaz açıldı, hamısı genə kənd işlərinə gedəcəklər. N.Nərimanov. Bu yaz başqa yazdır, bu yaz daha da xoşdur; Vay o qəlbə ki boşdur. M.Müşfiq. □ Yaz ağzı – yazın başlanğıcı. Yaz ağzı molla bazardan bir ikicanlı keçi alır ki, südü ilə uşaqlarını dolandırsın. “M.N.lətif.” Yaz başı – yazın əvvəli. Bax dumana dağ başında; Dərdə düşmüş gül yaşında; Coşmuş gözlər, yaz başında; Duman ağlar, bən ağlaram! Ə.Cavad. O enən, o qalxan səslər, avazlar; Yaz başı dağların selidir, bəlkə? B.Vahabzadə. Yazdan-yaza – hər ilin yazında, hər yazda.
Azərbaycan dilinin izahlı lüğəti / yaz1 Fəsil adı olan yaz və rəng bildirən yaşıl sözləri eyni kökə malikdir. Qaynaqlarda yazar sözü (göy-ər-mək qəlibi üzrə yaranıb) “göyərmək” anlamında acıqlanıb. Yaş bir sıra türk dillərində “cavan”, “gənc” mənasında da işlədilir (bahar təbiətin cavanlıq dövrüdür), çaş formasında da yazılır, yaş həm də “sulu” deməkdir. Yaz təbiətin yaşıllıq və sulu (yağışlı) dövrüdür, məhz “su” mənası ilə bağlıdır. Bahar isə fars mənşəlidir (ətraflı məlumat üçün bax: “Yaz sözünün mənşəyinə dair”; Novruz bayramına həsr olunmuş konfransın materialları, “Futuroloq” institutunun nəşri, 1997, s. 5-7). Yaşılvə yazıl sözləri bir vaxt sinonim kimi işlədilib, görünür, -ıl şəkilçisi sifətdən sifət düzəldib (müqayisə et: yaş və yaş+ıl). Tuva dilində ças (çaz) kimi işlədilir ki, bu da fəslin adının su anlamı ilə bağlı olduğunu sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yaz2 YAZ (dörd fəsildən biri) Dünya deyir: mən ikiyəm; Sağımda yaz, solumda qış (S.Vurğun); BAHAR (şair.) Yurdumuza bahar kimi gəldi aprel günləri; Doğma kəndlər, gur şəhərlər al qumaşa büründü (S.Rüstəm).
Azərbaycan dilinin sinonimlər lüğəti / yaz1 YAZ – QIŞ Yazda çalan, qışda oynar (Ata. sözü). YAZ – POZ Ey, da dığ olduq, gah deyir yaz, gah deyir poz (Anar).
Azərbaycan dilinin antonimlər lüğəti / yaz1 YAZ I is. İlin fəsillərindən birinin adı. Qaydadır, boranlı, qarlı qışların; Sonunda çiçəkli, güllü yaz olar (S.Vurğun). YAZ II f. İş görmək. Öz eşqimi könlümdəki yarpaqlara yazdım (S.Rüstəm).
Azərbaycan dilinin omonimlər lüğəti / yaz2 I сущ. весна. Yaz gəldi весна пришла, yaz keçdi весна прошла, yaz girdi наступила весна, erkən yaz ранняя весна, keçən yaz прошлая, минувшая весна, yazın axır ayı последний месяц весны, yazın axırları конец весны, последние дни весны, yazın müjdəçisi предвестник весны, yazın ilıq nəfəsi тёплое дыхание весны, yazın gözəl çağı прекрасное время, прекрасная пора весны, yazın əvvəllərində в начале весны II прил. весенний. Yaz fəsli весеннее время, yaz mövsümü весенний сезон, yaz ayları весенние месяцы, yaz günləri весенние дни, yaz axşamı весенний вечер, yaz səhəri весеннее утро, yaz günəşi весеннее солнце, yaz havası весенняя погода, yaz yağışları весенние дожди, yaz daşqını весеннее половодье, yaz suları весенние (вешние) воды, yaz küləyi весенний ветер, yaz çiçəkləri весенние цветы, yaz gecə-gündüz bərabərliyi астр. весеннее равноденствие, с.-х. yaz aratı весенний арат, yaz əkini (səpini) весенний сев, yaz əkin kampaniyası весенняя посевная кампания, yaz tarla işləri весенне-полевые работы, yaz heriyi весенний (ранний) пар, yaz şumu весенняя вспашка ◊ bir gül ilə yaz olmaz (açılmaz) одна роза весны не делает; один в поле не воин; yaz buludu kimi dolmaq быть готовым расплакаться; yaza çıxmaq дожить до весны; ömrün yazı весна жизни (молодость, пора молодости)
Azərbaycanca-rusca lüğət / yaz1 I. i. spring; erkən ~ early spring; keçən / ötən ~ last spring; gələn ~ next / forthcoming spring; ~ da in spring; ◊ həyatın ~ı the spring of the life; ◊ Bir güllə / çiçəklə yaz olmaz at. söz. ≅ One swallow does not make a summer II. s. spring; ~ əkini spring sowing; ~ fəsli springtime; ~ səhəri spring morning; ~ yağışı spring rain
Azərbaycanca-ingiliscə lüğət / yaz1 is. printemps m ; erkən ~ printemps précoce ◊ ata. söz. Bir güllə ~ olmaz une hirondelle ne fait pas le printemps ; ~ yağışı pluie f du printemps
Azərbaycanca-fransızca lüğət / yaz1 сущ. гатфар; yaz gəldi гатфар алукьна; // гатфарин; yaz yağışı гатфарин марф; yaz şumu гатфарин цан; yaz ağzı гатфарин сифте кьил, эвел кьил; yaz başı гатфарин кьил, гатфарин эвел кьил; yazdan-yaza гатфарилай-гатфаралди, гьар йисан гатфариз, гьар гатфарихъ.
Azərbaycanca-ləzgicə lüğəti / yazyaz adam: (Tovuz) işsiz adam
Azərbaycan dilinin dialektoloji lüğəti.