* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Yazmaq üçün tətbiq edilən qrafik işarələr sistemi; əlifba. Ərəb yazısı. Slavyan yazısı. Qot yazısı. Çin yazısı. □ Yazı ləvazimatı – yazmaq üçün lazım olan şeylər: qələm, mürəkkəb, kağız və s. Yazı masası (stolu) – yazı işləri üçün xüsusi şəkildə düzəldilmiş stol. Səlimnaz arvad yazı stolunun üstünə dağılmış xırdaca kağız parçalarına baxdı. M.Hüseyn. Yazı makinası – yazı yazmaq üçün xüsusi sistemli maşın. Yazı taxtası – üzərində təbaşirlə yazmaq üçün enli qara lövhə. – Divardakı yazı taxtasını, skamyaları, xəritəni görəndə bayaqkı kazak yenidən bağırdı: – Bu nədir? İ.Şıxlı. // Yazılmış şeyin zahiri görünüşü; xətt. Aydın yazı. Qarışıq yazı. Yazısı pis deyil. 2. Kağız və ya başqa material üzərində yazılmış şeylər; xətt. Şəklin altındakı yazılar. – Səlim baş-başa düzülən daşların yazılarını oxumaqla Mehribana məlumat verərək əylənirdi. S.Hüseyn. // Hər hansı bir dövrə və xalqa aid yazılı abidələr. Orxon yazıları. Qədim alban yazıları. Qədim yazılar. 3. Savad, yazı-pozu, yazma qabiliyyəti. Yazı yaza bilmir. – Nə yar yazı bilir, yazıb göndərəm; Nə deyən var o dildarə dərdimi. Q.Zakir. 4. Yazılmış hər hansı bir şey; əsər, məqalə, mətn və s. Yazının mətnini hazırlamaq. – [Zeynalın] xüsusi yazılar və tərcümələrdən də mədaxili vardı. S.Hüseyn. 5. məc. Bəxt, tale mənasında. Əlimə almışam sədəfli sazı; Fələk yazdı mənə belə bir yazı! “Aşıq Qərib”. Əzəl başdan belə yazıldı yazı; Şirindi söhbəti, şirindi sazı. Qurbani. ◊ Yazı qaydaları – düzgün yazma qaydaları; orfoqrafiya.
Azərbaycan dilinin izahlı lüğəti / yazı2 is. qəd. Çöl, səhra, düzən. [Əhməd tacirbaşı:] …Bayazid yazısında yaxşı ceyranlar olur, göndər, onlardan vurub gətirsinlər, bizə ceyran kababı ver. “Koroğlu”. Bu zəfilə, Qövsi, məni yazılara salmaz; Gər mur dilin bilsə Süleymani-zəmanın. Qövsi. // Çöl, eşik, bayır. Bu bəzmi-xasi-ünsdür, aramgahiqüdsdür; Aç qapını, sal yazıya biganəni, biganəni. Ə.Nəbati.
Azərbaycan dilinin izahlı lüğəti / yazı3 Çöl, düz, düzən. (“Koroğlu” dastanının lüğəti) – Koroğlu, əgər bizə yaxşı hörmət eləmək istəyirsənsə, Bayazid yazısında yaxşı ceyranlar olur. Göndər, onlardan vurub gətirsinlər. (“Koroğlunun Bayazid səfəri”) * Hasan xan, Əhməd tacirbaşı Koroğlunun üç dəlisini ceyran əti adı ilə aldadıb göndərib Bayazid yazısına. (“Qulun qaçmağı”) * Durna gəzər yazı-yazı, Göy üzündə səfi-sazı, Yaxşı olur xoş avazı, Bax gör, Eyvaz görünürmü? (Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikası / yazı4 1) tətbiqi proqram vasitəsilə tam hesab edilən verilənlər sahəsinin qarşılıqlı əlaqələndirilmiş qrupu; 2) bir neçə fiziki sahənin yığımı; 3) nitqi müəyyən dövrdə təsbit edən və xətti ünsürlərin köməyi ilə müxtəlif məsafələrə çatdırmağa imkan verən işarə sistemi.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / yazı1 YAZI I is. Qeyd, məktub, gözəl xətt. Stolun üstündə qaldı yarımçıq; Qızıl qələminlə yazdığın yazı (S.Rüstəm). YAZI II is. Çöl, səhra, düzənlik. Bunlar atları yazılara tərəf sürməyə başladılar (“Qaçaq Nəbi”).
Azərbaycan dilinin omonimlər lüğəti / yazı2 1 I сущ. 1. письмо, письменность (система графических знаков, принятых для писания). İdeoqrafik yazı идеографическое письмо, heroqlif yazısı иероглифическое письмо; Qafqaz xalqlarının yazısı письменность народов Кавказа, yazının yaranması зарождение письменности, yazının ümumiləşdirilməsi унификация письма 2. запись. Yazı texnikası техника записи, maqnitofon yazısı магнитофонная запись 3. надпись (короткий текст на обложке, на поверхности чего-л. и т.п.). Kitab üzərində yazı надпись на книге, daşlar üzərində qədim yazılar древние надписи на камнях, məzar yazısı надгробная (намогильная) надпись, эпитафия 4. разг. статья, заметка. Yazı dərc etdirmək опубликовать статью, yazı çap etmək напечатать статью (заметку), yazının müəllifi автор статьи 5. писание. Yazı yazmaq: 1) заниматься писанием 2) выполнять письменную работу 6. разг. рок, судьба, предписание. Yazısı belə imiş видимо, судьба такая II прил. письменный. Yazı dili письменный язык, yazı ənənəsi письменная традиция, yazı işləri письменные работы, yazı ləvazimatı письменные принадлежности, yazı masası письменный стол 2. пишущий. Yazı makinası (maşını) пишущая машинка 3. писчий. Yazı kağızı писчая бумага, yazı qaydaları лингв. правописание, yazı taxtası классная доска ◊ yazıya pozu yoxdur что написано пером, не вырубишь топором 2 сущ. диал. равнина, долина, поле, степь
Azərbaycanca-rusca lüğət / yazı1 I. i. 1. writing; calligraphy, script; written language; a written article; Qot ~sı Gothic script; ~nın yaranması the appearance of a written language; imtahan ~sı test-paper; 2. (tale) fate, fortune, destiny; ◊ alın ~ sı the decrees of Fate; Bu mənim alın yazımdır This is my destiny; Yazıya pozu yoxdur at. söz. ≅ He that is born to be hanged will never be drowned II. s. writing; ~ stolu writing-table, (writing-) desk; ~ ləvazimatı writing materials; ~ dəsti, desk-set; ~ işi writing work; ~ makinası typewriter
Azərbaycanca-ingiliscə lüğət / yazı1 is. écriture f ; calligraphie f ; style m ; imtahan ~sı épreuve f écrite, examen m par écrit ; tale ~sı destin m ; destinée f ◊ alın ~sı fatalité f ◊ ata. söz. ~ya pozu yoxdur ce qui est écrit est écrit ; ~ stolu bureau m
Azərbaycanca-fransızca lüğət / yazı1 сущ. 1. кхьин(ар); алфавит, хафалаг; ərəb yazısı араб кхьинар; yazı ləvazimatı кхьин патал лазим тир (кхьинардай) затӀар, къелем, ччар, чернил ва мс.; yazı masası (stolu) кхьинардай стол; yazı makinası кхьинардай машинка; yazı taxtası кхьинардай кьул; 2. хатӀ; хатӀар; qarışıq yazı акахьай кхьинар; 3. савад, кхьинрин алакьун; 4. кхьенвай затӀ; текст, эсер, макъала ва мс.; 5. пер. бахт, тале, кьисмет; ** yazı qaydaları кхьинрин къайдаяр, дуьз кхьинин къайдаяр, орфография.
Azərbaycanca-ləzgicə lüğəti / yazıI (Ağdam, Cəbrayıl, Füzuli, Qazax, Laçın, Oğuz, Ordubad, Şahbuz, Tərtər, Zəngilan) çöl, səhra, düzənlik. – Quvatdıya <Qubadlıya> gedəndə yazı getdix’cə qutarmır (Laçın); – Yazıdan çayacan yağış məni döydü (Zəngilan); – Qavaxlar susuz yazılar çoxudu (Füzuli); – Yazıda qoyun da otduyur, mal da otduyur (Şahbuz) II (Kəlbəcər, Kürdəmir) təzək. – Təzəgül, get yazı yığ (Kəlbəcər)
Azərbaycan dilinin dialektoloji lüğəti.