* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 vaz keçmək – əl çəkmək, fikrindən daşınmaq. Öz fikrindən, niyyətindən vaz keçmək. – Axırda mülahizələr yürütməkdən vaz keçərək sükuta daldım. Çəmənzəminli. [Sərdar Rəşid:] Təbiidir ki, mən sizin şərəfinizə toxunmamaq üçün ona cəza verməkdən vaz keçirəm. M.S.Ordubadi. Hətta qurdu nişan alıb vurmaq istədim. Nədənsə fikrimdən vaz keçdim. A.Şaiq.
Azərbaycan dilinin izahlı lüğəti / vaz2 vaz atmaq – hoppanmaq, sıçramaq, atılmaq, atılıb-düşmək. Sürü üstündə çobanlar yatmaz qorxudan; Çöldə heyvan ya maral vaz atmaz qorxudan. A.Səhhət. Budur, qız, getsənə, ilk qatar gəlir; Ürkərək vaz atıb qaçır dəvələr. S.Rüstəm. Dovşanlar çalınçarpaz yolla qaçaraq, tazıları çaşdırır, arabir də vaz atardılar. H.Sarabski.
Azərbaycan dilinin izahlı lüğəti / vaz3 is. Baramaçılıqda: kələfcə şəklində sarınan incə yalınqat ipək teli.
Azərbaycan dilinin izahlı lüğəti / vaz2 1 сущ. 1. тонкая шелковая нить (в шелководстве) 2. диал. грубо сотканный шелк 2 в сочет. vaz keçmək отказываться, отказаться; передумывать, передумать. Bu işdən vaz keçirəm отказываюсь от этого дела, suallardan vaz keçmək отказываться отвечать на вопросы, fikrindən vaz keçmək передумывать, передумать 3 в сочет. vaz atmaq прыгать, подпрыгивать, бегать, резвиться (о животных)
Azərbaycanca-rusca lüğət / vaz1 I. i. ~ keçmək to let* alone (d.), to give* up (d.) II. i. bax vaza
Azərbaycanca-ingiliscə lüğət / vaz1 сущ. тупучӀ хьиз арушнавай са тахан шуькӀуь пекдин гъал (барамачивиле).
Azərbaycanca-ləzgicə lüğəti / vaz(Culfa, Şəki) 1. keyfiyyətsiz sapdan toxunmuş kobud ipək (Şəki). – Vaz çıxar baramadan olur 2. keyfiyyətli ipək (Culfa). – Bı ipəx’ vazdı Vazı azmax (Mingəçevir, Oğuz) – həddini aşmaq, azğınlaşmaq. – Ay bala, vazı azma, dinc otu (Oğuz). Vazını itirmeg (Bakı) – həddini aşmaq, azğınlaşmaq. Vaz çəx’məx’ (Meğri) – paxıllıq etmək. – U adəm ki, vaz çəkey, heç artıp ağarmaz
Azərbaycan dilinin dialektoloji lüğəti.