* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Özünü bəyəndirmək, istətmək məqsədi ilə edilən saxta, süni hərəkət; şivə, işvə, qəmzə. Belə işvə, belə qəmzə, belə naz; Belə qamət, belə gərdən olurmu? Q.Zakir. [Mirqasım:] Matanda naz və şivə əsla yox idi. Çəmənzəminli. □ Naz eləmək (qılmaq, satmaq, göstərmək) – nazlanmaq, əzilib-büzülmək, naz və işvə etmək. Bir belə cavanın ağlı kəm olsa; Baxasan ki, sevgisinə naz eylər. M.P.Vaqif. Hərçənd xublərdə bu adətdi, naz olur; Sən tək və leyk naz qılan yar az olur. S.Ə.Şirvani. Qızlardan birisi naz sata-sata həkimə bir şey anlatmağa başladı. Mir Cəlal. 2. bax naz-nemət. [Nəsir] istəyəcəkdi ki, qardaşı kimi naz və nemət içində yaşasın. S.Hüseyn. Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. Ə.Vəliyev. 3. məc. Nazənin, nazlı qız mənasında. Qızdı, nazdı, min tümən azdı. (Məsəl). [Nigar xanım:] Düşər daşın, qalar leşin; Dağlar, üç nazı neylədiz?! “Koroğlu”. 4. Özünü bəyənməyən kimi göstərmə, bir şeyi qəbul etmək üçün özünə yalvarmağa, xahiş etməyə məcbur etmə (adətən “eləmək” feli ilə). Naz eləyir, alacaq. – [Sultan bəy:] Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən. Ü.Hacıbəyov. 5. Şıltaq, ərköyünlük. □ …nazı ilə oynamaq – …dediyini eləmək, …istəyinə əməl etməyə, hər tələbini, şıltağını yerinə yetirməyə çalışmaq. Uşağın nazı ilə oynamaq. – [Səlimə:] Mən sənə ana olmuşam, bacı olmuşam, həmişə sənin nazınla oynamışam. Ə.Haqverdiyev. [Vahidov:] Şöhrət də övlad kimidir, Fizzə, olmayanda qüssəsini çəkirsən, olanda gərək nazıyla oynayasan. Ə.Məmmədxanlı. Nazını çəkmək – çox əzizləmək, hər əziyyətinə dözmək, hər istəyinə əməl etmək. Gözün gər içsə qanım nazını çəkmək münasibdir. S.Ə.Şirvani. [Atabala Arazın] hər nazını çəkir, hər şıltağına dözür. A.Şaiq. 6. Nazla şəklində zərf – əzilə-əzilə, naz eləyərək, naz və qəmzə ilə, nazlı-nazlı. Nazla danışmaq. Nazla yerimək. – Qərq olsun yaşıla, ala sərasər; Naz ilə sallana-sallana gəlsin. Q.Zakir. ◊ Özünü naza qoymaq – əzilib-büzülmək, əda göstərmək, naz eləmək. Qızlar Güldanədən oxumasını xahiş etdilər. O, əvvəlcə özünü naza qoydu, razı olmadı. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / naz3 NAZ, İŞVƏ, QƏMZƏ Belə işvə, belə qəmzə, belə naz; Belə qamət, belə gərdən olurmu? (Q.Zakir); ƏDA Qadan alım, ay qaragöz, səndə bu əda neçindir? (S.Ə.Şirvani); ƏRKNAZ Yer inciyib küsəndə onun başına zövqü var; Hərdənbir ortalıqda gərək ərknaz ola (Ə.Vahid); MAZAT (dan.) [Balaqız Gülnisəyə:] Nahaq yerə özünü mazata qoyma! (Ə.Flaqverdiyev); MƏZƏ (məc.) Dürrə qızlara məxsus bir məzə ilə gülümsədi.. (S.Vəliyev); ŞİVƏ Der idim qamətinə sərv, vəli, özgə imiş; Hərəkatü rəvişü şivəvü rəftar sana (Füzuli); QINC, QIR (dan.).
Azərbaycan dilinin sinonimlər lüğəti / naz2 1 сущ. 1. кокетство, игривость (стремление понравиться, произвести впечатление своей внешностью) 2. жеманство, кривлянье, ломанье, манерничанье 3. каприз, прихоть 4. перен. кокетка (женщина, которая старается своим нарядом, поведением и т.п. понравиться кому-л.) 5. забота, уход, внимание, проявляемые в отношении к кому-л.; naz eləmək, satmaq: 1. кокетничать, жеманничать, жеманиться, ломаться 2. капризничать ◊ nazı ilə oynamaq kimin терпеть, выносить чей-л. каприз, прихоть; nazını çəkmək kimin: 1. нежить, баловать кого; 2. заботиться о ком; özünü naza qoymaq кривляться, ломаться 2 I сущ. бот. дрок (кустарник или полукустарник сем. бобовых с жёлтыми цветами) II прил. дроковый. Naz yarpaqları дроковые листья
Azərbaycanca-rusca lüğət / naz1 i. 1. flirt, coquetry, coyness, whim; airs and graces pl.; 2. caprice; ~ satmaq to show coyness, to flirt (with); ~ı ilə oynamaq to tend (d.), to cherish (d.); ~ etmək to flirt, to mince; Naz satma! None of your airs and graces! Naz etmə Don’t put on airs
Azərbaycanca-ingiliscə lüğət / naz1 is. minauderie f, mignardise f, grimacerie f, façon f, coquetterie f, simagrées f, pl ; caprice f ; ~ satmaq minauder vi, faire des manières, faire des simagrées, faire des façons ; ~ eləmə! Ne fais pas des manières! Ne fais pas des façons!
Azərbaycanca-fransızca lüğət / naz1 [fars.] сущ. 1. наз (вичи-вич кӀанарун (бегенмишрун) макьсаддалди ийидай пад чуькьвез акъваздай, къалп амалар, кьуьруькар); naz eləmək (qılmaq, satmaq, göstərmək) наз авун, наз маса гун, наз гун; пад чуькьвез акъвазун; бегенмиш (рази) тушир кьасарун, вичи-вич рази тушир хьиз тухун, вичиз минетиз тун, хагьиш ийиз тун; 2. кил. naz-nemət; 3. пер. назлу, назлу руш, назани манада; 4. кстахвал, харувал, эркиванвал; ... nazı ilə oynamaq ...наздал къугъун, ...лагьайвал авун, ...кӀанивал авун; 6. nazla нареч. наздалди, наз маса гуз, назлу-назлу, пад чуькьвез.
Azərbaycanca-ləzgicə lüğəti / naz(Şəki) süpürgə düzəltmək üçün istifadə olunan yabanı bitki. – Bi şələ naz qırdım
Azərbaycan dilinin dialektoloji lüğəti.