* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 bax ney. Çalınmaqda şeypurlar, naylar; Ucalmaqda ləşkərdən urraylar. M.Ə.Sabir. Oynatdı məni həm dəfə, həm nayə bizim qız! Baxmaz nə o dünyayə, nə bu dünyayə bizim qız. Ə.Nəzmi.
Azərbaycan dilinin izahlı lüğəti / nay1 I. i. jovial fellow / girl II. s. jovial, joyous, buoyant, merry; ~ qız a jovial girl
Azərbaycanca-ingiliscə lüğət / nay1 sif. joyeu//x, -se ; jovial, -e ; gai, -e adj ; ~ qız fille f joviale
Azərbaycanca-fransızca lüğət / nayI (Bərdə, Gəncə, Göyçay, Qazax, Şəmkir) məzəli, zarafatcıl. – O, nay adamdı (Bərdə); – Nay yoldaşın yanında adam qojalmaz (Gəncə); – Dəli İrvaham çox nay adamdı (Şəmkir) II (Qazax) uzun <adam>. – Nay çox uzun adama de:rix’ III (Cəlilabad, Göyçay, Şamaxı) qarmon. – Əlləri xınalı nay çalan balam (Şamaxı) IV (Cəlilabad, Şamaxı) qaval V (Gədəbəy) key, gec başa düşən. – Yaf nay adamdı, deməx’nən tüşmöy ha başa
Azərbaycan dilinin dialektoloji lüğəti.