Fərhad və Şirin (Nakam)
Fərhad və Şirin — XIX əsr Azərbaycan şairi İsmayıl bəy Nakam (1829–1906) tərəfindən Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış məsnəvidir.
Nakam əsərini 1898–1899-cu illərdə (h/q 1316) yazmış və öz xətti ilə köçürərək məcmuə yaratmışdır. Nakam da ənənəyə əsasən əsərin müqəddiməsində Allahı, peyğəmbəri nət etmişdir. Sonra da eşq vəməhəbbətdən söz açıb, Nizami haqqında fikir söyləmişdir:
deyərək Nizami Gəncəvini xatırlayır, onun yaradıcılığına yüksək qiymət verir, özünü isə onun davamçısı adlandırır.
İsmayıl bəy Nakam özünü dastanlar qəhrəmanı olan Fərhad və Məcnunla müqayisə etmişdir. Eşq vadisinin divanəsi kimi Allahdan kömək istəmişdir:
Əsərin müqəddiməsində vəhdəti-vücudla əlaqədar bir sıra misralardan görünür ki, şairin fəlsəfi dünyagörüşü mütərəqqi sufi tərzi-təfəkkürü ilə uyğun olmuşdur. O, bütün varlığı, kainatı, eşqi, aşiqi, məşuqəni və bütün sevgi və məhəbbət təzahürlərini ilahi bir qüvvədə, vahid bir məbdədə görmüş, hər bir şeyin yeganə, mütləq və ilahi qüvvədən əks olunduğunu düşünmüşdür.
İsmayıl bəy Nakam poemanı Sasani hökmdarları Hürmüz və Xosrovdan yox, Ərmənzəmin hökmdarı Məhinbanudan başlayır. Nakam da özündən əvvəlki müəlliflər kimi Şirini Məhinbanunun yeganə qardaşı qızı kimi təqdim edir. O da Şirinin gözəlliyini təsvir edir, onun kamalı haqqında söz açır:
deyə Nakam Nizaminin "Xosrov və Şirin" poemasındakı Mədain əhvalatını, Şirin haqqında Şapurun Xosrova Məlumatını və Sasani sarayına aid digər hadisələri təkrarən nəzmə çəkməyi lazım bilməmişdir.