* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. xüs. Tirin altına qoyulan ağac. Yeddi-səkkiz qadın Məşədinin yıxıq daxmasına hücum edir, qızlar daxmanın nallarına ip bağlayıb dartır, qara palçıqdan hörülmüş daşlar tökülür(dü)… Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / nal2 is. [ər. nəl] 1. Sürüşməkdən və zədələnməkdən qorumaq üçün at, qatır və s. heyvanların dırnaqlarına vurulan müvafiq formada hazırlanmış dəmir lövhəcik. 2. Ayaqqabıların dabanına, bəzən pəncəsinin qabaq hissəsinə vurulan nazik dəmir lövhəcik. Çəkmə dabanına nal vurdurmaq. – Həkim başmağının nalını daşa vurub taqqıldada-taqqıldada … getdi. Çəmənzəminli. Alışın başmaqlarının nalı köhnə taxtaları tərpədir, yuxuya getməyimizə mane olurdu. Ə.Vəliyev. ◊ Gah nala vurur (döyür), gah mıxa – fikrinin, sözünün üstündə durmur, tərəddüd edir.
Azərbaycan dilinin izahlı lüğəti / nal3 NAL1 f. 1) içi boş qamış; 2) qamışın içindəki incə damar(lar); 3) bax ney. NAL2 ə. bax nə’l.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / nal1 Ərəbcədir və mənası “alt” anlamına uyğun gəlir. Atın ayağının altına vurulan dəmirdir. İkinci mənası “evlərdə sütunun altına uzadılan tir” deməkdir. Nəlbəki sözü də buradandır. “Döşəkçə” anlamında dialektlərdə nalça sözü işlədilir. Bu da həmin sözdəndir. Şamaxıda nalçin kəlməsi işlədilir: at nalının üstündə kanal açmaq üçün işlədilən çəkicvarı alətin adıdır. Naltökən sözü də var: daşlı-kəsəkli, əyri-üyrü aşırım yola deyirlər (nal dözmədiyinə görə). Tuva dilində daqa (dağa) sözü “nal” mənasında işlədilir. Görünür, türk dillərində məhz dağa olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / nal2 1 I сущ. подкова: 1. приспособление для защиты копыта (лошади, вола, осла и т.п.). Nal qayırmaq выковать подкову, polad nal стальная подкова 2. металлическая пластинка, прибиваемая к передней части подмётки или к каблуку. Çəkmələrin nalı подковы сапог II прил. подковный (предназначенный для изготовления подков). Nal mıxı подковный гвоздь; nalı düşmək расковаться, nalı çıxardılma, nalını çıxartma расковка, nalı çıxardılmaq расковываться, быть раскованным ◊ gah nala vurur (döyür), gah mıxa семь пятниц на неделе; ölü eşşəyin (atın) nalını axtarır о человеке, который стремится наживаться на всём 2 сущ. строит. брус, служащий опорой для чего-л.
Azərbaycanca-rusca lüğət / nal1 i. 1. horseshoe; ~ vurmaq bax nallamaq; dörd ~a çapmaq to gallop at full speed; 2. (ayaqqabıda) iron tip, heel on a boot; ◊ gah ~a gah mıxa vurmaq ≅ to please both parties / sides
Azərbaycanca-ingiliscə lüğət / nal1 is. fer m à cheval, fer m ; dörd ~a au galop ; dörd ~a getmək galoper vi ; aller vi (ê) au galop
Azərbaycanca-fransızca lüğət / nal1 [ər. nəl] сущ. 1. лиэн, леэн (балкӀандин кӀвачериз ядай); 2. кӀвачинкъапариз дабандиз ядай гьахьтин гъвечӀи ракь; ** gah nala vurur (döyür), gah mıxa. Ata. sözü гагь киледа, гагь зирбада твамир (са фикирдал, са гафунал алачир (акъваз тийир), кьве рикӀин тир касдикай рахадамаз).
Azərbaycanca-ləzgicə lüğəti / nalI (Bərdə, Cəlilabad, Kürdəmir, Qarakilsə, Ordubad, Şəmkir, Zəngilan) 1. eyvan sütunlarının başına qoyulan taxta 2. hörgü tamamlanarkən divarın üstünə qoyulan ağac (Gədəbəy, Tovuz). – Nalları palıd ağacınnan eləsəniz yaxşıdı (Gədəbəy) II (Masallı, Salyan, Yardımlı) artırmanın döşəməsi. – Bizim eyvanın nalı qızılgöz ağacınnandı (Yardımlı) III (Şəmkir) pilləkən. – Nal köhnəlif, asda tüş, yıxılarsaη; – Uşax naldan yıxıldı IV (Borçalı, Tovuz) vəlin altına vurulan dəmir parçaları
Azərbaycan dilinin dialektoloji lüğəti.