fal sözü azərbaycan dilində

fal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fal • 89.2857%
  • FAL • 5.7143%
  • Fal • 5.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fal
Fal — gələcəklə bağlı məlumat əldə etmək məqsədilə fövqəltəbii qüvvələrlə təmas qurmağı nəzərdə tutan ritual; Sehrin fərqli növü; Gələcək həqiqətləri və ya sadəcə bilinməyən faktları öyrənməyə imkan verən və bir çox millətlərin mədəniyyətlərində mövcud olan okkultik metodları və ritualları özündə birləşdirir. == Tarixi == Türk xalqlarında falın yaranmasının tarixi çox qədimlərə gedir. Şərqi Türküstanda tapılmış VIII əsrə aid edilən “Irq bitik” faldan bəhs edən ən mükəmməl əlyazma hesab olunur. Zərlə fala baxmanın prinsiplərinin verildiyi bu kitab ilk arifmomantika nümunəsi sayılır. Türk xalqlarında qədimdə nisbətən sadə, bəsit fala baxma üsullarından (məsələn, odla, oxla, heyvan içalatı ilə və s.) istifadə olunmuşdur. İslam dinində falçılıq müsbət qəbul olunmamış, hətta bu işlə məşğul olmaq kafirliyə bərabər tutulmuş, dua yazmaq, cadu etmək, paltarın üstündə dua-pitik gəzdirmək, gələcəkdən xəbər vermək Allahın işinə qarışmaq kimi qəbul olunmuş və belə adamların qırx gecəlik namazının qəbul olunmadığına inanılmışdır. Dünyasını dəyişmiş falçıları torpağın qəbul etməməsi haqqında rəvayətlər bu gün də xalq arasında dolaşmaqdadır. Bu mənfi münsibətlərə baxmayaraq, islam dini falçılığı məişətdən təcrid edə bilməmişdir. Qədimdə xalq məişətində çox güclü mövqeyi olan fal icra vasitələrinə görə aşağıdakı növlərə ayrılır: Piromantiya (odla fala baxma); Hidromantiya (su ilə fala baxma); Nekromantiya (ruhları çağırmaqla fala baxma); Ornitomantiya (quşların uçuşu ilə fala baxma); Xiromantiya (əl çizgilərinə görə fala baxma); Astrologiya (ulduzlarla fala baxma); Arifmomantiya (rəqəmlərlə fala baxma). == Fal Azərbaycanda qeyri-maddi mədəni irs nümunəsi kimi == Azərbaycanda “fala inanma, faldan da qalma” məsəli əslində falçılığın Azərbaycan məişətində nə qədər geniş yayıldığının bir göstəricisidir.
Hadrian fallusu
Hadrian fallusu (Elmi adı - Phallus hadriani) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Göbələyin meyvə cismi torpaqda inkişaf edir. Cavan meyvə cismi yumurtavari və ya şar formalı, əsasında saçaqlı mitseliyə malikdir. Peridi yetişdikdə partlayır və azad olan reseptakul ayaqcığın əsasında volva kimi qalır. Reseptakul silindrik, məsaməli, ağ, sarımtıl-ağ və ya zambaqvari çəhrayi rənglidir, 18x2 ölçüdədir. Ayaqcığın təpəsində yerləşən papaqcıq 3-4 sm hündürlükdə, torvari-oyuqludur, papaqcığın kənarı düz olmayandır və reseptakulun kənarındaki nazik dəricikli örtüklə qovuşmuşdur. Sporlar hamar, 2-2,5 x 1,5 sm, ellipsoidal, rəngsiz və ya zəif yaşılvari-sarıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Humus saprotrfodur. May-oktyabr aylarında iynəyarpaqlı əkinləri olan parklarda və bağlarda rast gəlinir.
Hieracioides fallax
Hyoscyamus falezlez
Hyoscyamus muticus (lat. Hyoscyamus muticus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
Inula falconeri
Inula falconeri (lat. Inula falconeri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Irmandades da Fala
Irmandades da Fala (azərb. Dil Qardaşlığı‎)— 1916–1936-cı illərdə fəaliyyətdə olan Qalisiya milliyətçi təşkilatı. Bu təşkilat Qalisiyanın ilk siyasi təşkilatı idi və ancaq Qalisiya dilindən istifadə edirdi. == Tarixi == Madriddə yaşayan qalisiyalı yazıçı Aurelio Ribalta 1915-ci ildə Qalisiya dilinin yox olmasının qarşısını almaq üçün xalqına müraciət etmişdi. 5 yanvar 1916-cı ildə Anton Vilar Ponte "La Voz de Galicia" qəzetində Qalisiya Dilinin Dostları Liqasının qurulması üçün kampaniya başlatmışdır. O, 1916-cı ilin martında "Qalisiya Millətçiliyi: Bizim Regional Təsdiqimiz" adlı məqalə nəşr etmiş və məqalədə Qalisiya dilinin istifadəsini və qorunmasını dəstəkləmişdir. Bu təklif müxtəlif ideologiyalardan və liderlər tərəfindən də dəstəklənmişdir. Bunlardan əhəmiyyətliləri Karlizm, Anton Losada Diuqez və liberal demokratlardır. == Siyasi proqramı == 1918-ci ilin noyabrında Luqo şəhərində siyasi proqram tərtib olunmuşdur: Əsas hədəflər Qalisiyanın muxtariyyət qazanması. Bələdiyyə muxtariyyəti.
It's the Falling in Love
It's the Falling in Love — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
La-Salett-Fallavo
La-Salett-Fallavo (fr. La Salette-Fallavaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38469. Kommunanın 1999-cu il üçün əhalisi 76 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 983 ilə 2 402 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Limicola falcinellus
Qaraca qumluqca (lat. Calidris falcinellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Manuel de Falya
Manuel de Faya (23 noyabr 1876[…], Kadis, Əndəlüs[…] – 14 noyabr 1946[…], Alta-Qrasiya[d], Kordoba əyaləti[d]) — ispan bəstəkarı, pianoçu. == Bioqrafiya == Anası Kataloniyadan, atası isə Valensiyadandır. İlk musiqi dərslərini fortepianoda anasından almışdır. 1889-1895-ci illərdə Madriddə X.Traqodan fortepiano musiqiləri öyrənmişdir. 14 yaşında Faya artıq kamera-inustrumental ansambl ücün musiqilər yazmağa başlamışdır. 1896-cı ildə Madrid Konservatoriyasna daxil olmuşdur. Onun əsas müəllimi Felipe Pedrel olmuşdur. 1907–1914-cü illərdə Parisdə yaşamış, K.Debyussi, J.Ravel, P.Dyuka, İ.Albenis, P.Pikasso ilə tanış olmuşdur. 1919-cu ildə Madrid şəhərindən İspaniyanın Qranada şəhərinə köçmüşdür. Burada Fedriko Lorka və onun dostları ilə tanış olmuşdur.
Marinella Falca
Marinella Falca (d. 1 may 1986) — İtaliyanı təmsil edən bədii gimnast. Marinella Falca İtaliyanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil etdi. == Karyerası == Marinella Falca 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Daniela Masseroni, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Marinella Falca növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Daniela Masseroni, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu.
Matteo Falkone (1960)
Matteo Falkone (film, 1960)
Matteo Falkone — rejissor Tofiq Tağızadənin qısametrajlı bədii filmi. == Məzmun == Kinolent vətənpərvərlik, öz xalqına sədaqətli olmaq, xarici işğalla barışmamaq kimi yüksək insani hisslərdən danışır. Matteo (Nodar Şaşıqoğlu) arvadı Cüzeppa (Tamilla Ağamirova) və yeganə oğlu Fortunato (Ceyhun Mirzəyev) ilə kiçik bir kənddə sakit bir həyat tərzi keçirirlər. Lakin həbsdən qaçan siyasi məhbus Cannettonun (Tofiq Tağızadə) onların kəndində gizlənməsi ilə bu sakitlik pozulur, Matteonun ailəsində faciə baş verir. == Film haqqında == Film Prosper Merimenin eyniadlı novellası əsasında ekranlaşdırılmışdır. Film 2019-cu il mayın 22-də BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa olunub. 19 dəqiqəlik "Matteo Falkone" qısametrajlı filmi BALANS studiyası tərəfindən bərpa edilən ilk rəqəmsallaşdırılmış filmdir. BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilmiş "Matteo Falkone" qısametrajlı filminin yenilənmiş versiyası 2019-cu il mayın 23-də Nizami Kino Mərkəzində təqdimat keçirilib. Nümayişdə görkəmli kinorejissor, xalq artisti Tofiq Tağızadənin 100 illiyinə həsr olunub. Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirib ki, fransız yazıçısı Prosper Merimenin əsəri əsasında çəkilmiş film Tofiq Tağızadə tərəfindən 1960-cı ildə lentə alınıb.
Megaclinium falcatum
Bulbophyllum falcatum (lat. Bulbophyllum falcatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Sinonimləri == Megaclinium falcatum Lindl. (1826) (Basionym) Phyllorkis falcata (Lindl.) Kuntze (1891) Megaclinium oxyodon Rchb.f. (1888) Bulbophyllum leptorrhachis Schltr. (1905) Megaclinium endotrachys Kraenzl. (1905) Megaclinium hernirhachis Pfitzer (1908) Megaclinium ugandae Rolfe (1913) Bulbophyllum dahlemense Schltr. (1919) Bulbophyllum ugandae (Rolfe) De Wild.
Miletli Fales
Miletli Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən tezi e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Millennium Falcon
Millennium Falcon və ya Minilliyin şahini — "Ulduz müharibələri" franşizasında uydurma kosmik gəmi. Co Conston tərəfindən "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmi (1977) üçün yaradılmışdır. Bu, daha sonra "Ulduz müharibələri: Bayrama özəl" (1978), "İmperiya cavab zərbəsi vurur" (1980), "Cedayın qayıdışı" (1983), "Gücün oyanması" (2015), "Sonuncu ceday" (2017), "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2017) və "Skayuolkerin yüksəlişi" (2019) filmlərində nümayiş edilmişdir. Bundan əlavə, "Şahin" kitablar, komikslər və oyunlar da daxil olmaqla "Ulduz müharibələri"nin müxtəlif spin-offlarında nümayiş edilmişdir. Ceyms Lukenonun "Minilliyin şahini" romanı eyniadlı kosmik gəmi haqqındadır. gəmisinə diqqət yetirir. Bu, həmçinin 2014-cü ildə yayımlanmış "Leqo filmi" animasiya filmində nümayiş edilmişdir. "SpaceX"in "Falcon 1" roketləri bu "Ulduz müharibələri" kosmik gəmisinin şərəfinə adlandırılmışdır.
Mimosa falcata
Oraqvari akasiya (lat. Acacia falcata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. 5-m hündürlüyə çatan, çoxillik kol və ya ağacdır. Vətəni Şərqi Avstraliyadır. Elmi adı yarpaqları oraqşəkilli olduğuna görə verilib. Kulturada becərməyə uyğunlaşdırılaraq kolluqların bərpasında istifadə olunur. == Qısa botaniki təsviri == 2–5 m hündürlüyündə olan kol və ya kiçik bir ağacdır ki, gövdəsi boz və ya qara qabıqla örtülü olur. Əksər akasiyalarda olduğu kimi, yarpaqlardan çox oraqvari filloklaidiyaları olur. Onların uzunluğu 7-19 sm, yaxşı nəzərə çarpan əsas damarlı, solğun yaşıl və ya boz-yaşıl rənglidir. Kiçik dairəvi çiçəkləri ağımtıl və ya solğun-sarı rəngdədi.
Neoseiulus fallacis
Neoseiulus fallacis (lat. Neoseiulus fallacis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Neoseiulus fallacoides
Neoseiulus fallacoides (lat. Neoseiulus fallacoides) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Oleq Falzer
Oleq Falzer — bəstəkar. == Həyatı == == Karyerası == 1966-cı ildə ADK-nı (Cövdət Hacıyevin bəstəkarlıq sinfi üzrə) bitirmiş və “Musiqi nəzəriyyəsi” kafedrasında çalışmışdır. Yaradıcılığında kamera janrlarına üstünlük vermiş, solo alətlər — viola, orqan, arfa və fortepiano üçün sonatalar, “Azərbaycan kvarteti”, İ.Takubokunun sözlərinə “5 tanka” və s. əsərləri bəstələmişdir. 1989-cu ildə O.Felzer ABŞ-yə köçmüş və burada fəaliyyətini davam etdirmişdir. Onun “Zabul simfoniyası” 1993-cü ildə bəstələnmişdir. Bəstəkarın Azərbaycana mənəvi bağlılığını ifadə edən bu əsər “Zabul” muğamının mövzuları əsasında müasir bəstəkarlıq texnikası ilə yaradılmışdır. Əsər ilk dəfə 1996-cı ildə ABŞ-də (dirijor J.Sachs), Bakıda isə ölümündən sonra ilk dəfə 2008-ci ildə (dirijor V. Runçak) səsləndirilmişdir.
Oriana Fallaçi
Oriyana Fallaçi (it. Oriana Fallaci; 29 iyun 1929[…], Florensiya, İtaliya – 15 sentyabr 2006[…], Florensiya, İtaliya) — İtalyan jurnalist, müəllif və siyasi Müsahib idi.Hələ 17 yaşındaykən jurnalistika peşəsinə addım atan Fallaçi,Ruhullah Musəvi Xomeyni, Henri Kissincer, Müəmmər əl-Qəzzafi, Qolda Mayer, Ariel Şaron, İndira Qandi, Zülfüqar Əli Bhutto,Rza şah Pəhləvi kimi bir çox məşhur liderlə etdiyi təəccüblü reportajlara diqqətləri üzərinə yığaraq adını eşitdirdi.
Oriyana Fallaçi
Oriyana Fallaçi (it. Oriana Fallaci; 29 iyun 1929[…], Florensiya, İtaliya – 15 sentyabr 2006[…], Florensiya, İtaliya) — İtalyan jurnalist, müəllif və siyasi Müsahib idi.Hələ 17 yaşındaykən jurnalistika peşəsinə addım atan Fallaçi,Ruhullah Musəvi Xomeyni, Henri Kissincer, Müəmmər əl-Qəzzafi, Qolda Mayer, Ariel Şaron, İndira Qandi, Zülfüqar Əli Bhutto,Rza şah Pəhləvi kimi bir çox məşhur liderlə etdiyi təəccüblü reportajlara diqqətləri üzərinə yığaraq adını eşitdirdi.
Ouşen Fals
Ouşen-Fols (ing. Ocean Falls) — Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən keçmiş şirkət şəhərciyi. Ouşen-Folsda mövsümi olaraq 50 nəfər yaşadığı üçün tam olaraq kabus şəhər hesab olunmamaqdadır. Buna baxmayaraq bir çox mənbələr tərəfindən kabus şəhər kimi təqdim edilir. Şəhər XX əsrin əvvəllərində Crown Zellerbach şirkətinin ərazidəki su dəyirmanlarında çalışan işçilərin yaşaması üçün salınmış və obyekt fəaliyyətinin zamanla azalmasına görə şəhər tərk edilmişdir. Ouşen-Folsa Britaniya Kolumbiyasının digər şəhərindən quru yolu ilə getmək mümkün deyil. Şəhərə kiçik gəmilərlə 6 saatlıq səfərdən sonra çatmaq mümkündür. Şəhər yağışın bolluğu ilə seçilir - hər il təxminən 4,390 millimetr (172,8 düym) həcmində yağıntı olur. XX əsrin ortalarında şəhər sakinləri Yağış insanlar mənasına gələn (ing. Rain People) təxəllüsündən istifadə edirdilər.
Panicum fallax
Digitaria sanguinalis (lat. Digitaria sanguinalis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin barmaqotu cinsinə aid bitki növü. == Sinonimləri == Asperella digitaria Lam. Cynodon praecox (Walter) Roem. & Schult. Dactilon sanguinale (L.) Vill. Digitaria aegyptiaca Willd. Digitaria aegyptiaca subsp. caucasica (Henrard) Tzvelev Digitaria australis Willd. ex Trin.
Philadelphus x falconeri
Falkoner çubuqlucası (lat. Philadelphus x falconeri) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == 1880-cı ildən Rusiyanın Avropa hissəsində, meşə-bozqır torpaq zonalarda mədəni halda becərilir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan koldur. Zoğları çılpaqdır. Gövdəsinin qabığı şabalıdı-qonurdur. Yarpaqları yumurtavari-neştərvari, uzunluğu 3-5 sm, eni 0,9-4 sm-dir. Uc tərəfdən uzunsov, sivriləşmiş, qaidədən pazvari, kənarları xırda, qısa dişçikli və ya tamkənarlıdır. Üst tərəfdən çılpaq, alt tərəfdən damarların künclərində tükləri vardır. May ayının axırında çiçəkləyir.
Phleum fallax
Çəmən pişikquyruğu (lat. Phleum pratense) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin pişikquyruğu cinsinə aid bitki növü. == Sinonimləri == Achnodonton bulbosum (Gouan) J.Woods Phleum alpinum subsp. trabutii Litard. & Maire Phleum bertolonii subsp. trabutii (Litard. & Maire) Kerguélen Phleum brachystachyum (Salis) Gamisans, A.T.Romero & C.Morales Phleum bulbosum Gouan Phleum deckeri Roem. ex Trin. Phleum fallax Janka Phleum maximum Pryor [Invalid] Phleum microstachyum Ruiz ex Nyman Phleum microstachyum Ruiz Phleum nodosum L. Phleum nodosum var. pratense (L.) St.-Amans Phleum parnassicum Boiss.

fal sözünün leksik mənası və izahı

  • 1 is. Dilim. Bir fal çörək.

    Azərbaycan dilinin izahlı lüğəti / fal
  • 2 is. Toyuğun başqa yerdə deyil, müəyyən olunmuş yerdə yumurtlaması üçün ora qoyulan yumurta. Yumurtlamadı, yumurtlamadı, falını bəs neylədi? (Ata. sözü). [Şahpəri:] Bu qıza yüz dəfə demişəm ki, toyuğa fal qoy, yenə də yadından çıxarır. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / fal
  • 3 is. [holl.] Yelkəni qaldırmaq üçün istifadə edilən kəndir.

    Azərbaycan dilinin izahlı lüğəti / fal
  • 4 is. [ər.] 1. Falçıların noxuda, suya, güzgüyə, kitaba və s.-yə baxmaqla gələcəkdən və ya keçmişdən xəbər verməsi. Fala inanma, falsız da qalma. (Məsəl). Fal göstərirdi ki, dan ulduzunun karvanqıran ilə ötüşüb qovuşmağı gözlənir. Mir Cəlal. □ Fal açmaq, fala baxmaq – noxuda, suya, güzgüyə, kitaba və s.-yə baxmaqla gələcəkdən və ya keçmişdən xəbər vermək. Şeyx Şabanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi, çünki yaxşı ruh tutardı, çöp ötürərdi, noxud falı açardı və həcəmət qoyardı. Ə.Haqverdiyev. [Gülər:] Qoy bir fala baxım, görək bizim getməyimiz uğurlu olacaq, ya yox? S.Rəhman. Qulaq falı – təsadüfən eşitdiyi söhbətdən nəticə çıxarmaqla fala baxma. Axşam Hacı evdə ikən Kəblə Xeyransa xanım əlinə bir ayna götürüb küçə qapısına qulaq falına gedir. H.Sarabski. 2. məc. klas. Bəxt, tale. Açıram məshəfi yüz dəfə, əlif-lam gəlir; Qamətü zülfdə, ey dil, nə gözəl falın var. S.Ə.Şirvani. Koroğlu bu işi yaxşı fal hesab eləyib çox sevindi. “Koroğlu”.

    Azərbaycan dilinin izahlı lüğəti / fal
  • 5 ə. 1) uğur, bəxt, yaxşı tale; 2) falçının suya, güzgüyə və s. baxıb gələcəkdən və ya olmuş, lakin başqalarına məlum olmayan hadisədən xəbər verməsi.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / fal

fal sözünün etimologiyası

fal sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 I 1. FAL [Mirzə Yəhya:] Bu çox uğurlu bir faldır. Ondan istifadə etmək lazımdır (A.Şaiq); RƏML ..səbir, cadu, rəml, təbiri-xab, möcüz, meyit namazı.. (Çəmənzəminli). 2. fal bax bəxt 1 II fal bax yumurta 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / fal

fal sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 FAL I is. [ fars. ] Tale və bəxtdən xəbər vermək üçün fal açmaq. Qarı dua etməkdən, fal açmaqdan yorulmuş (B.Azəroğlu). FAL II is. Toyuğun altına qoyulan yumurta. Nə təhər deyərlər, yumurtlamadın, yumurtlamadın, bəs falını niyə içirsən, balam (Ə.Vəliyev). FAL III is. [ holl. ] dəniz. Gəmilərdə yelkənləri, siqnal bayrağını və s. qaldırmaq üçün ip. FAL IV is. Dilim. Bir fal limon alanda; İstəkana salanda (M.Rahim).

    Azərbaycan dilinin omonimlər lüğəti / fal

fal sözünün rus dilinə tərcüməsi

  • 1 1. гадание; 2. яйцо, подкладываемое под курицу;

    Azərbaycanca-rusca lüğət / fal
  • 2 1 I сущ. гадание, устар. ворожба (раскладыванием карт, бобов и т.п. предсказывание будущего), предсказывание судьбы. Fala inanmaq верить в гадание 3. устар. перен. судьба, жизненный путь II прил. гадальный. Fal kağızları гадальные карты; fal açmaq гадать, ворожить, fala baxmaq см. fal açmaq, fala baxdırmaq просить погадать; kart falı гадание на картах, qulaq falı гадание на подслушивание ◊ el ağzı – fal ağzı сказанное народом всегда сбывается; faldan da qalma не верь гаданию, но и пользуйся гаданием; ulduz falı (nücum falı) гороскоп 2 сущ. яйцо (обычно насиженное), подкладываемое под курицу 3 сущ. диал. кусок, ломоть (часть, порция чего-л. съестного). Bir fal çörək кусок хлеба 4 сущ. фал: 1. морск. снасть для подъема и спуска парусов, флагов и сигнальных знаков 2. авиа. верёвка для раскрытия парашюта без участия парашютиста, прикрепляемая одним концом к самолёту, а другим – к вытяжному кольцу

    Azərbaycanca-rusca lüğət / fal

fal sözünün inglis dilinə tərcüməsi

  • 1 i. fortune-telling; (rəml) augury, soothsaying; əl ~ı, ələ baxıb ~ açma palmistry, chiromancy; kart ~ı, kart ilə ~ açma cardreading, cartomancy; ~ açmaq, ~a baxmaq to tell* fortunes; kart ilə ~a baxmaq / ~ açmaq to tell* fortunes by cards; bir kəsin ~ına baxmaq to tell* smb.’s fortune; qəhvə tortası ilə ~ açmaq ◊ to read* the tea-leaves, to make* wild guesses

    Azərbaycanca-ingiliscə lüğət / fal

fal sözünün fransız dilinə tərcüməsi

  • 1 is. divination f ; bonne avanture f, prédiction f de l’avenir ; cabale f ; ələ baxıb ~ açma chiromancie f ; kart ilə ~ açma cartomancie f ; ~a baxmaq interroger l’avenir ; dire la bonne aventure ; kart ilə ~ açmaq tirer les cartes

    Azərbaycanca-fransızca lüğət / fal

fal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. муг, кака (вечрен мука эцигдай кака).

    Azərbaycanca-ləzgicə lüğəti / fal
  • 2 сущ. цӀил, чӀук (мес. фан).

    Azərbaycanca-ləzgicə lüğəti / fal
  • 3 [ər.] сущ. фал (1. фалчийри нахутӀриз, къумариз, гуьзгуьдиз, улубдиз ва мс. килигна къвезмай ва я алатай девиррикай хабар гун; // fal açmaq, fala baxmaq фал ахъаюн, фалдиз килигун; qulaq falı япун фал (дуьшуьшдай ван хьайи са ихтилатдикай нетижа хкудна фалдиз килигун); 2. пер. клас. бахт, кьисмет).

    Azərbaycanca-ləzgicə lüğəti / fal

fal sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

fal çıxartmağ: (Bakı) qovun və ya qarpızdan nümunə üçün dilim kəsmək. – Qarpuzdan bir fal cağart, görəg necədü?

Azərbaycan dilinin dialektoloji lüğəti.

"fal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fal nədir? #fal sözünün mənası #fal nə deməkdir? #fal sözünün izahı #fal sözünün yazılışı #fal necə yazılır? #fal sözünün düzgün yazılışı #fal leksik mənası #fal sözünün sinonimi #fal sözünün yaxın mənalı sözlər #fal sözünün əks mənası #fal sözünün etimologiyası #fal sözünün orfoqrafiyası #fal rusca #fal inglisça #fal fransızca #fal sözünün istifadəsi #sözlük