* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Danışmaq qabiliyyətindən məhrum olan, danışa bilməyən. Lal adam. // İs. mənasında. Lalın dilini anası bilər. (Məsəl). Biz yetişdik yığın-yığın kor, lal; Hər tərəfdən sağır, çolaq və topal. H.Cavid. □ Lal eləmək məc. – susdurmaq, danışmaq iqtidarından məhrum etmək. Bir qüvvə bunların hər ikisini guya lal eləmişdi. İ.Musabəyov. …Mədinə saray gözəllərini lal edəcək bir hüsnlə Vaqifə baxır, onun qəlbini hər dəqiqə yaralayırdı. Çəmənzəminli. Lal əlifbası – lalların barmaqları vasitəsilə şərti işarələr göstərməkdən ibarət danışma üsulu. Lal olmaq – danışmaq qabiliyyətini itirmək, danışa bilməmək. // Susmaq, səsini kəsmək, sükut etmək, danışmamaq, dili tutulmaq. Teymur baxır ki, bayaqdan tutuquşu kimi danışan vəzirlər, əyanlar Molla Nəsrəddini görcək lal oldular. “M.N.lətif.” Lal olmuşam onu sevəndən bəri; Yoxsa qalmaz idim söz qabağında. Q.Zakir. Düşdün niyə bəs bu hala əlhal? Bilməm nə səbəbdən olmusan lal? M.Ə.Sabir. Lal durmaq – susmaq, susub durmaq, dinməmək, sükut etmək. [Nurəddinin] içərisindən xəbəri olmayan adamlar onun belə lal durmasını vəfasızlıq … zənn etdilər. S.S.Axundov. Lal olasan! (olsun!) – qarğış məqamında işlənir. Əzizim, dəydi yara; Su gəldi, dəydi yara; Lal olasan, ay dilim; Nə dedim, dəydi yara? (Bayatı). 2. məc. Ahəstə, sakit, səssiz. Gecə sakit, gecə lal; Gecə qərib bir xəyal; Qaralmış pəncərələr. S.Vurğun. [Salam] lal (z.) axan kəhriz suyundan ovuc dolusu içdi. Mir Cəlal. ◊ Lal xəritə – tədris vəsaiti kimi istifadə edilən yazısız coğrafi xəritə. Lal səhnə – teatr tamaşalarında, kinofilmlərdə danışıqsız, səssiz səhnə.
Azərbaycan dilinin izahlı lüğəti / lal2 f. danışıq qabiliyyəti olmayan, danışa bilməyən.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / lal2 1. LAL (danışmaq qabiliyyətindən məhrum olma) Siz, siz, ey kor və kar, lal insanlar (A.Şaiq); BİZƏBAN (kl.əd.) Can dövlətini bilir təmamət; Sən sanma onu ki, bizəbandır (Xətayi); DİLSİZ Məcid dilsiz kimi səssəmirsiz dayanmışdı (H.Abbaszadə). 2. LAL Araz, Kür, Arpaçay, lal axan Neva; Göygöl kimi gözəl göl mənimkidir (S.Rüstəm); SAKİT Eşitmişəm uzaqlardan; Sakit axan Arazları.. (S.Vurğun).
Azərbaycan dilinin sinonimlər lüğəti / lal1 LAL I sif. Danışa bilməyən adam. Ancaq Dilbər, mənim atam laldır, onun buraya gəlməsi... (C.Cabbarlı). LAL II zərf Sakit. Gecə sakit, gecə lal; Ətraf sükut içində (B.Azəroğlu).
Azərbaycan dilinin omonimlər lüğəti / lal2 I прил. 1. немой: 1) лишённый дара речи, способности говорить. Lal uşaq немой рёбенок, anadangəlmə lal немой от рождения 2) такой, который выражается без участия речи, безмолвный. Lal baxışlar немые взоры 3) перен. исполненный безмолвия, тишины; тихий, безмолвный, бесшумный. Lal səxralar немые пустыни, lal gecələr немые (безмолвные) ночи 2. перен. бесшумный, тихий (спокойный, не бурный – о течении реки и т.д.). Lal sular тихие воды, lal çaylar тихие реки II в знач. сущ. немой, немая. Lallar üçün məktəb школа для немых III нареч. 1. молча. Lal oturmaq сидеть молча 2. тихо, бесшумно. Lal axmaq течь бесшумно, lal olmaq: 1. быть немым (немой); 2. неметь, онеметь; lal əlifbası азбука для немых (условные знаки пальцами, при помощи которых объясняются немые); lal xəritə немая карта (учебная географическая карта без обозначения названий), lal səhnə немая сцена (мимическая сцена без слов), lal barmaq буквально: немой палец (извлечение звуков из музыкальных инструментов пальцами левой руки без смычка и щипка) ◊ dili (nitqi) lal olur kimin язык немеет у кого, молчит кто; lal kimi как немой; lal ol! молчи, замолчи! lal olasan! чтоб язык у тебя отнялся! suyun lal axını, adamın yerə baxanı в тихом болоте (омуте) черти водятся
Azərbaycanca-rusca lüğət / lal1 I. i. dumb person; mute; (kişi) dumb man*; (qadın) dumb woman*; (oğlan) dumb boy; (qız) dumb girl; ~lar top.i. the dumb; anadangəlmə ~ dumb from birth; anadan ~ doğulmaq to be* born dumb; Lalın dilini anası (yiyəsi) bilər at. söz. ≅ His mother can understand a dumb person’s anguage II. s. 1. dumb; mute; ~ adam dumb person; ~ olmaq 1) to become* / to be* dumb; 2) məc. to grow* dumb; not to speak*; qorxudan ~ olmaq to be* dumb with fear; ~ etmək to make* dumb, to strike* dumb; heyrətdən / sevincdən ~ olmaq to be* / to be* struck dumb with astonishment / joy; O, dəhşətli xəbərdən lal oldu, bir söz deyə bilmədi He / She was dumb by the terrible news and couldn’t say a word; 2. (hiss və s.) mute; silent, deathly still; ~ gecə deathly-still night; ~ meşə dumb forest; ~ xəritə skeleton map; ~ səhnə dumb show III. z. dumbly; quietly; silently; ~ kimi durmaq / dayanmaq to remain dumb, to stand* silent / still; Suyun lal axanı adamın yerə baxanı at. söz. ≅ Beware of a silent dog and still water; Still waters run deep
Azərbaycanca-ingiliscə lüğət / lal1 is. 1) muet m, muette f ; anadangəlmə ~ meut (muette) de naissance ; qorxudan ~ olmaq devenir vi (ê) muet de peur ◊ ata. söz. Suyun ~ axanı adamın yerə baxanı Il n’est pire eau que l’eau qui dort
Azərbaycanca-fransızca lüğət / lal1 прил. 1. лал; lal adam лал кас; lal eləmək пер. лал авун, лалрун, кисарун; lal əlifbası лалрин (лалбурун) хафалаг (лалбуру тупӀаривди шартӀунин ишараяр къалуникай ибарат рахунин къайда); lal olmaq лал хьун, рахаз тахьун; кисун, рахун тавун, ван атӀун, ван кьун, мез кьун; lal olasan! лал хьу(ра)й вун! (къаргъиш); lal durmaq лал хьана акъвазун, кисна акъвазун, рахун тавун, кисун; // сущ. лал кас, лалди; 2. пер. прил., нареч. лал, секин; ван алачир, лас (мес. йиф); ** lal xəritə лал карта (винел кхьинар алачир географиядин карта); lal səhnə лал сегьне (театрдин тамашайра, кинофильмра рахунар авачир, ван авачир сегьне).
Azərbaycanca-ləzgicə lüğəti / lal