* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Mükalimə, söhbət, danışıq, söz. Gər doğru isə vəfadə lafın; Məndən nə üçündür inhirafın? Füzuli. Vəli, bihudə bir sözdür, deyirlər laf arasında. M.V.Vidadi. [Səlim:] İstəməz başqa laf; Söylə, açıq söylə, hər nə var söylə! H.Cavid. // Boş söhbət, laqqırtı, əməli əhəmiyyəti olmayan söz, lüzumsuz və bihudə söz. Hələlik gəl unudaq filməsəl öz lafımızı; İddiamızca açaq ayineyisafımızı. M.Ə.Sabir. [İskəndər:] Çox öyünmə, qüruru, lafı burax! Yaramaz bunca sadədil olmaq! A.Şaiq. □ Laf vurmaq (etmək) – 1) danışmaq, söhbət etmək, söz demək. Həddi nədir mənimlə vura laf eşqdən; Yanmaqda çox görüb özü pərvanə, könlümü. Q.Zakir. Eşqdə Məcnun kimi aləmdə çoxlar vurdu laf! S.Ə.Şirvani. Kağız sənə ağ göstərir öz sineyisafın; Guş eyləmə lafın; Çox tez qaralar qəlbi, mürəbbisi yamandır. M.Ə.Sabir; 2) uzunuzadı danışmaq, söhbət etmək; çərənləmək, boşboğazlıq etmək, laqqırtı vurmaq. Keçən sözü çəkmə üzə, amandır! Yalan danışıban laf eyləmişəm. Aşıq Ələsgər. Bir az da Rüstəm keçmiş günlərindən laf vurub getdi. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / laf2 f. 1) boş söz; boşboğazlıq, laqqırtı; 2) söz-söhbət, danışıq. Lafi-dəhən ağızda deyilib həyata keçirilməyən söz, boş söz.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / laf1 сущ. 1. разговор, беседа. Laf eləmək вести разговор 2. болтовня, несерьёзный разговор; laf vurmaq: 1. беседовать, разговаривать; 2. болтать, вести несерьёзный разговор
Azərbaycanca-rusca lüğət / laf1 [fars.] сущ. ихтилат, рахун, гаф; // буш ихтилат, лухъуртар, са метлеб авачир, лазимсуз, буш гаф; // laf vurmaq (etmək) а) рахун, ихтилат авун, гаф лугьун; б) яргъалди рахун, ихтилат авун; лафлаф авун, лухъурт гатун (ягъун), барби ягъун.
Azərbaycanca-ləzgicə lüğəti / laflaf vurmax: (Qazax, Şəki) mənasız danışmaq. – Əziz yaman laf vuror (Qazax)
Azərbaycan dilinin dialektoloji lüğəti.