lay sözü azərbaycan dilində

lay

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • lay • 72.8070%
  • Lay • 26.7335%
  • LAY • 0.3759%
  • laY • 0.0835%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lay
Lay (təbəqə)
Aylar Lay
Aylar Lay (12 fevral 1984, Tehran) — Norveç manekeni və keçmiş pornoaktrisası. Hal-hazırda o musiqi sənayesində aktirsa və müğənni kimi fəaliyyət göstərir, İsveç diceyi Basshunterin bir neçə klipində iştirak edib. Ailəsində baş verən problemlər səbəbindən o öz ailəsindən alınaraq ögey ailədə böyüdülüb. Aylar İranın paytaxtı Tehran şəhərində. ailəsində anadan olub. Lakin sonradan ailəsi Norveçə köçüb. Burada bir müddət sonra o öz ailəsindən alınaraq norveçli ailənin tərbiyəsinə verilib. Öz müsahibələrində Aylar həmişə özünün norveçli olduğunu qətiyyətlə vurğulayıb. Məktəbi bitirdikdən sonra Aylar porno filmlərdə çəkilməyə başlayıb. Diana səhnə ləqəbi altında bir neçə porno filmdə çəkildikdən sonra model fəaliyyətinə başlamaq qərarına gəlir.
Lay-duce
Lay-duce, Inc. (株式会社Lay-duce, Kabushiki-gaisha Rei-dyūsu) — 2013-cü ilin avqust ayında qurulmuş Yaponiya animasiya studiyası. Go! Go!
Lay (Fransa)
Lay (fr. Laye, oks. L'Aja) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05072. 2008-ci ildə əhalinin sayı 231 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər (15-64 yaş) arasında 112 nəfər iqtisadi fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,7%, 1999-cu ildə 77.3%). Aktiv olan 112 nəfərdən 107 nəfər (59 kişi və 48 qadın) işləyir, 5 nəfər işsizdir (2 kişi və 3 qadın).
Lay (Nir)
Lay (fars. لاي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 178 nəfər yaşayır (42 ailə).
Lay (təbəqə)
Lay (rus. пласт, ing. stratum) — stratiqrafiyada sərbəst işlənən termin litoloji cəhətdən əsasən bircinsli, yayılma sahəsinə görə az qalınlıqlı, altda və üstdə yatan çöküntülərdən kəskin ayrılan süxur kütləsi. Linza, paz, örtük (lava axını) və s. formalarda olur.
Lay düzənliyi
Lay düzənliyi (rus. пластовая равнина, ing. plain built of horizontal strata) — platforma örtüyün laylarından təşkil olunmuş, demək olar ki, üfqi yatımlı və ya zəif meyilli platforma plitələri düzənliyi. L.d. daxilində akkumulyativ ovalıq və laylı denudasion yüksəklik ayrılır.
Sulu lay
Suyadavamlı layın üzərində yerləşən və yeraltı suları olan sukeçirən süxur qatıdır.
Aylar Diyanati Lay
Aylar Lay (12 fevral 1984, Tehran) — Norveç manekeni və keçmiş pornoaktrisası. Hal-hazırda o musiqi sənayesində aktirsa və müğənni kimi fəaliyyət göstərir, İsveç diceyi Basshunterin bir neçə klipində iştirak edib. Ailəsində baş verən problemlər səbəbindən o öz ailəsindən alınaraq ögey ailədə böyüdülüb. Aylar İranın paytaxtı Tehran şəhərində. ailəsində anadan olub. Lakin sonradan ailəsi Norveçə köçüb. Burada bir müddət sonra o öz ailəsindən alınaraq norveçli ailənin tərbiyəsinə verilib. Öz müsahibələrində Aylar həmişə özünün norveçli olduğunu qətiyyətlə vurğulayıb. Məktəbi bitirdikdən sonra Aylar porno filmlərdə çəkilməyə başlayıb. Diana səhnə ləqəbi altında bir neçə porno filmdə çəkildikdən sonra model fəaliyyətinə başlamaq qərarına gəlir.
Lay Tsin-de
Lay Çinq-Te çin. {{{1}}}) — Tayvanlı siyasətçi və keçmiş həkim və hazırkı vitse-prezident. O, 2024-cü il prezident seçkilərində qalib gələrək Tayvanın prezidenti seçilib. Onun andiçmə mərasimi 2024-cü il mayın 20-də baş tutacaq. O, Tayvanın prezident olan üçüncü vitse-prezidenti və sələfinin ölümündən sonra deyil, seçki yolu ilə vəzifəyə gələn ilk şəxs olacaq. Taypey qraflığında kömür mədənçisi ailəsində anadan olan Lay Taypeydəki universitetlərdə reabilitasiya və ictimai sağlamlıq üzrə təhsil alıb, daha sonra 2003-cü ildə Harvard Universitetində magistr dərəcəsi alıb. Milli Həkimə Dəstək Assosiasiyasının prezidenti vəzifəsində çalışdıqdan sonra Lay 1996-cı ildə Qanunverici Yuan seçkilərində namizədliyini irəli sürüb və qazanaraq Tainan şəhərini təmsil edib. Ardıcıl 4 dəfə Qanunverici Yuana yenidən seçildikdən sonra Lay 2010-cu ildə Tainan merliyinə namizəd olub. O, qalib gəlib və 2014-cü ildə yenidən seçilərək 7 il mer vəzifəsini icra edib. O, 2020-ci ildən vitse-prezident vəzifəsini icra edir.
As I Lay Dying
As I Lay Dying — 2000-ci ildə San-Dieqoda (Kaliforniya) Tim Lambezis tərəfindən yaradılan ABŞ metal musiqi qrupu. Tim Lambezis əvvəllər zərb alətlərində ifa etmək istəyib, lakin bunu yaxşı bacarmadığına görə sonra qrupun vokalisti olub. Qrup mahnı sözlərini və qrupun adını məşhur yazıçı Uilyam Folknerin 1930-cu ildə yazdığı "As I Lay Dying" adlı romanından götürüb. Qrupun ilk debüt albomu 2001-ci ildə Pluto Records şirkəti ilə birgə "Beneath the Encasing of Ashes" adlı albomu olmuşdur. 2003-cü ildə qrup Metal Blade Records albom şirkəti ilə müqavilə imzalayaraq ikinci "Frail Words Collapse" adlı albomlarını çıxardaraq, metalcore üslubun da ən məşhur qruplardan biri oldu. Çünki bu albomdan sonra MTV kanalında albomun "94 Hours" və "Forever" mahnıları kanal da ən çox reytinq toplayan mahnılardan biri oldu. Bu da qrupun tanınması üçün çox əlverişli oldu. Daha sonra qrup Killswitch Engage, In Flames, Shadows Fall, Lamb of God, Hatebreed, Everytime I Die, The Black Dahlia Murder, Scarlet, Chimaira, Soilwork, Papa Roach, Soul Embrace, Bleeding Through, Sworn Enemy, Danzig, 3 Inches Of Blood, Haste, Zao, Six Feet Under və The Agony Scene kimi qruplarla eyni səhnələr də yer alaraq konsertlər də çıxış etdi. Bundan əlavə qrup Metal Blade Records albom şirkəti ilə birlik də 2005-ci ildə "Shadows Are Security", 2007-cı ildə "An Ocean Between Us",2010-cu ildə "The Powerless Rise" və 2012-ci ildə "Awakened" albomlarını buraxmışdır. 2013-ci ilin mayında qrupun vokalisti Tim Lambesis keçmiş arvadını öldürtmək üçün gizli qatil tutmasından həbs edilərək istintaqa cəlb edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya - Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti üçün məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya. 1919-cu il fevralın 11-də Ədliyyə Nazirliyi nəzdində yaradılmışdı. Komissiyaya ədliyyə naziri (sədr), əkinçilik nazirinin müavini, hüquq məsləhətçisi, ədliyyə nazirliyi dəftərxanasının Azərbaycan Məhkəmə Palatasının böyük sədri və prokroru, palatanın 2 üzvü, palata prokurorunun müavini Dairə Məhkəməsinin prokuroru, 3 vəkil və komissya sədrinin dəvət etdiyi digər şəxslər daxil idi. Komissiya də parlamentin, məhkəmə palatasının üzvləri, nazirliklərin hüquq məsləhətçiləri iştirak edirdilər. Komissiyanın cəmi üç iclası keçirilmişdir. İclaslarda mahalında, Quba qəzasında ədalət məhkəməsi ilə yaranmış vəziyyət müzakirə olunmuşdu. Zaqatala mahalı sakinlərinin quraltayı Zaqatala barışıq şöbəsini ləğv etmiş, keçmiş Qafqaz canişini dəftərxanasının hərbi idarəsinə tabe olan xalq məhkəmələri deyilən məhkəmələr də fəaliyyətlərini dayandırmışdı. Qurultayın qərarı şəriət məhkəməsi tətbiq olunmuşdu. Mahalda ədalət məhkəməsi ilə bağlı yaranmış vəziyyəti aydınlaşdırmaq üçün Parlamentin Zaqatala olan deputatları -Aslan bəy Qardaşov, Kiçikxanlı Niyazi və Abdulla əfəndi Əfəndiyev komissiyasının dəvət edilmişdilər. Ətraflı müzakirədən sonra komissiya bütün məsələləri yerində aydmlaşdırmaqdan ötrü nümayəndələr göndərmək barədə qərar qəbul etmişdi.
Azərbaycan laylaları
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn: Layla beşiyim, layla, evim eşiyim layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. Laylay uşağı yuxuya getməsi üçün müəyyən bir avaz üstündə oxunan bayatılardır. Bu bayatılarda uşağın gələcəyi ilə bağlı arzular – ailə qurması, xəstəliklərdən uzaq olması, bolluq-bərəkət içində yaşaması ifadə olunur, bəzən körpənin valideynləri öyülür, bəzən də laylanı deyən şəxsin öz həyatında baş verən uğursuzluqlar, çətinlikləri ilə bağlı məqamlar dilə gətirilir. Qarabağdan tolanmış bayatılarda da bu kimi hallarla çox üzləşirik: Nərgizi üzüm, layla, Yaxana düzüm, layla. Sən böyü, mən qocalım, Toyunda süzüm, layla (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 371) Laylay qolum, qanadım, Laylay gələcək adım.
Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüş tibb alimləri
şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor, 1950
Aşağı Layısqı
Aşağı Layısqı — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazi dairəsində kənd. Aşağı Layısqı Şəki rayonunun Aşağı Göynük inzibati ərazi vahidində kənd.Şin çayının sahilində, Alazan-Həftəran vadisindədir. Oykonim ərazidəki Layskiqaya dağının adını daşıyır və "Aşağıda yerləşən Layısqı kəndi" deməkdir.Qarşılığı Baş Layısqı oykonimidir. Rayon mərkəzindən 18 km şimal-qərbdə, Şəki—Zaqatala şose yolundan 2 km aralı, Şin çayının sahilində, Alazan-Həftəran vadisindədir. Kəndin əhalisi 1265 nəfər təşkil edir ki, onun da 656 nəfəri kişi, 609 nəfəri isə qadındır.
Aşağı Layısqı bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağıdan yuxarıya layihələndirmə
Aşağıdan yuxarıya layihələndirmə – proqram təminatının gəlişdirilməsi prosesinin layihələndirmə metodologiyası; öncə proqramın qarşısında aşağı səviyyəli məsələlər müəyyənləşdirilir, daha yüksək səviyyəli funksiyaların strukturu və təyinatı isə aşağı səviyyəli funksiyalardan alınır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Bakir torpaqlar layihəsi
Bakır torpaqlar layihəsi - Nikita Xruşşovun istəyi ilə 1954-cü ildə başladılan layihədir. Bu layihənin mahiyyəti Qazaxıstan Sovet Sosialist Repsublikasında və Altay bölgəsində olan heç vaxt əkilməmiş torpaqların təsərrüfata açılmasından ibarətdir. Proqramın ilk ilində 190.000 km² torpaq və 1955-ci ildə isə 140.000 km²-dan çox torpaq əkin üçün hazır vəziyyətə gətirildi. Torpaqda işləmək üçün lazım olan insanların böyük bir qismi Sovet İttifaqının başqa hissələrindən gətirilirdi. Bu vəzifəni yerinə yetirmək Komsomola tapşırılmışdı. 300.000-dən çox insan,daha çox Ukraynalılar bu torpaqlarda kəndlilər olaraq yaşamağa başladılar. 100 minlərlə hərbçi,tələbə və texnika mütəxəsisləri də onlara qatılacaqdı. Bu torpaqlara kütləvi köçlər nəticəsində Qazaxıstanın bir çox yerində Ukraynalılar Qazaxlardan çox oldular. İlk məhsul 1956-cı ildə heyrətləndirici formada uğur göstərdi. O il Sovet İttifaqında 125 milyon ton buğda yığıldı.
Bakır torpaqlar layihəsi

Baş Layısqı
Baş Layısqı — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd. Şəki rayon mərkəzindən təxminən 35 km məsafədə yerləşir. Kənd 3 tərəfdən uca dağlar, sıldırım qayalar ilə əhatələnib. Şin çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Oykonim Baş və Layski (Laskiqaya adından) komponentlərindən düzəlib, "Layski yaşayış məntəqəsinin yuxarı hissəsi" deməkdir. Layski komponenti Laysqi, Laski, Laysıqı variantında da qeydə alınmışdır. 1831-ci il mənbələrində Layısqı kəndinin adı "Layiqsə" kimi qeyd edilmişdir. Belə ki, 1831-ci ildə kənd əhalisindən Balaşağa Əhməd oğlu, Məhəmməd Şəfi oğlu, Oruc İmamqulu oğlu, Məhəmməd Ramazan oğlu, Sofi Yüzbaşı Məhəmməd Əmin oğlu, Abbas Qasım oğlu, Kərim Cabbar oğlu, Kovxa Dərviş oğlu, Kərim Şəfi oğlu, Hümmət balaoğlan oğlu olmaqla ümumilikdə 14 nəfərim imzaları ilə təsdiqlədikləri Azərbaycan türkcəsində ərəb qrafikası ilə yazılmış sənəddə kəndin adı Layısqı deyil, Layiqsə kimi göstərilmişdir. Sənəddə yazılıb: Şəki vilayətinin Köynük mahalının Layiqsə kəndinin nüfus dəftəri. Biz bu aşağıda siyahı üzrə olan adamların xəbəri ilə doğru və dürüstlük olaraq məcmuin bu dəftərə yazdırmışıq.
Baş Layısqı bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bizim Layiqli Ardıcıllarımız (1972)
Bizim layiqli ardıcıllarımız qısametrajlı sənədli filmi rejissor Kamil Mirzəyev tərəfindən 1972-ci ildə çəkilmişdir. "Peşətexfilm" Studiyasında istehsal edilmişdir. Kinooçerk Azərbaycanın ət və süd sənayesi üçün kadrlar hazırlayan Bakıdakı 25 saylı peşə-texniki məktəbinin işindən danışır. Kinooçerk Azərbaycanın ət və süd sənayesi üçün kadrlar hazırlayan Bakıdakı 25 saylı peşə-texniki məktəbinin işindən danışır. Filmin çəkilişləri ət kombinatında, çay fabrikində və məktəbin özündə aparılmışdır. 1972-ci ildə Bakıda SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş Respublika baxışında film Azərbaycan Kinematoqrafçılar İttifaqı, AHİŞ və Azərbaycan LKGİ MK-nın III dərəcəli Diplomuna və Mükafata layiq görülmüşdür.
Bizim layiqli ardıcıllarımız (film, 1972)

DART layihəsi
NASA-nın Asteroid təhdidini ortadan qaldıracaq layihəsi: DART NASA-nın DART layihəsi, ehtimal bir asteroid toqquşmasını əvvəlcədən təsbit edib orbitini dəyişdirməyi hədəfləyir. DART`ın bu ana qədərki NASA layihələrindən fərqi, asteroidi parçalamaq əvəzinə asteroidə göndərilən bir kosmik cihaz ilə orbitini dəyişdirməkdir. DART layihəsi bu aralar konseptdən hazırlanma mərhələsinə keçir. Avadanlıq testinin isə 2024-cü ildə gerçəkləşməsi gözlənilir. Bu nöqtədə DART kosmik cihazı, Dünyaya təhdid olmayan bir asteroidə göndəriləcək. DART testdə uğurlu olduğu təqdirdə 7–8 il kimi bir müddət içində asteroid təhdidi tamamı ilə tarixə qovuşacaq.
Dövlət Yerquruluşu Layihə İnstitutu
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu (bundan sonra İnstitut) Azərbaycan SSR Nazirlər Sovetinin 04 aprel 1968-ci il tarixli 145 saylı qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olmuş keçmiş yerquruluşu ekspedisiyasının, növbəli əkin sisteminin tətbiqi üzrə respublika ekspedisiyasının, Bakı və Gəncə torpaq tədqiqatı ekspedisiyalarının bazasında təşkil olunmuş və Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 1992-ci il tarixli 227 nömrəli Fərmanı ilə keçmiş Dövlət Torpaq Komitəsinin tabeçiliyinə verilmişdir.[mənbə göstərin] İnstitutun Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 04 sentyabr 1994-cü il tarixli 442 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış, Nazirliyin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 08 dekabr 1999-cu il tarixdə və 06 may 2002-ci il tarixdə yeni redasiyada 442 say altında təkrar qeydiyyatdan keçirilmişdir.[mənbə göstərin] İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmrlərini, sərəncamlarını,sifarişlərini, göstərişlərini və öz Nizamnaməsini rəhbər tutur. İnstitut Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona hesabat verir, tapşırıqları və müqavilələr əsasında respublikada torpaq islahatının həyata keçirilməsi ilə bağlı torpaq münasibətlərinin tənzimlənməsi, təsərrüfatçılıq formasından asılı olmayaraq torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin artırılması, ekologiyası və rekultivasiyası sahəsində yerquruluşu, torpaq kadastrı, torpaq tədqiqatı, geobotaniki tədqiqat, torpaq uçotunun aparılması, torpaq istifadəçilərinin və mülkiyyətçitlərinin sifarişi ilə yerquruluşu planlarının hazırlanması, torpaqlardan istifadəyə, onların mühafizəsinə, münbitliyinin təmin olunmasına, rekultivasiyasına dair layihələrin hazırlanması və digər layihə-axtarış işlərini həyata keçirən baş podratçı təşkilatdır, topogeodeziya, topoplanalma mühəndis-geodeziya və geniş məqsədli, müxtəlif təyinatlı xəritəçəkmə işlərini yerinə yetirir. İnstitut öz fəaliyyətini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olan təşkilatlarla, habelə Dövlət və Bələdiyyə orqanları ilə, qarşılıqlı əlaqəli qaydada həyata keçirir. İnstitut hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. İnstitutun əmlakını onun əsas fondları, dövriyyə vasitələri və onun balansında olan başqa qiymətli məmulatlar təşkil edir. İnstitutunun mərkəzi aparatı və onun vahid sistemini təşkil edən struktur bölmələrinin saxlanması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bələdiyyə orqanlarının, digər sifarişçilərin vəsaiti hesabına və qanunvericiliyinə zidd olmayan mənbələr hesabına maliyələşdirilir. İnstitut həmin vəsaitlərin sərəncamçısıdır. 2015-ci ildə bazasında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi yaradıldı.
Elizabet Bouz-Layon
Elizabet Bouz-Layon (ing. Lady Elisabeth Bowes-Lyon, 4 avqust 1900, London – 30 mart 2002, London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı, VI Georqun həyat yoldaşı və kraliça 1936–1952. Kraliça Elizabet (ing. Queen Elizabeth) kimi Hindistannın axırıncı imperatriçası (1936–1948), beş Qvineyanın lord-protektoru (1978–2002). Kraliça II Elizabetin anası. Həyat yoldaşının vəfatından sonra adaşı qızı ilə dəyişiklik olmasın deyə Böyük Britaniyada ona Ana Kraliça deyirdilər (ing. Queen Mother). O, 100 ildən çox yaşamış ingilis kral ailəsinin iki üzvündən biridir. Digəri 1901–2004-cü illərdə yaşamış hersoginya Alisa Qloster (qızlıq soyadı Monteqyu) olmuşdur. O, həmçinin üç əsrdə (XIX, XX və XXI əsrlər) yaşamış az sayda məşhur insanlardan biridir.
Enigma (musiqi layihəsi)
Enigma — musiqi layihəsi, Mişel Kretu tərəfindən 1990-cı ildə yaradılmışdır. Mişel Kretu həm bəstəkar, həm də prodüserdir. Onun həyat yoldaşı, müğənni Sandra Kretudur. 1990: MCMXC a. D. 1993: The Cross of Changes 1996: Le Roi Est Mort, Vive Le Roi!
Gemini layihəsi
Gemini layihəsi ABŞ-nin Apollon layihəsinə hazırlıq mərhələsində həyata keçirdiyi əvvəlki bütün rekordları qıran layihədir. Kəsilmiş bir konus şəklində kosmosa buraxılması üçün sifariş verilmiş 12 ədəd vasitə, 2 nəfər üçündür. İlk vasitə Gemini 1 8 aprel 1964-cü ildə buraxılmışdır. Buraxılmış ilk iki vasitə pilotsuz olarkən ABŞ-nin ilk pilotlu kosmik uçuşu Gemini 3 vasitəsilə həyata keçirilmişdir (23 mart 1965). Gemini 4-dəki astronavtlardan biri (E.H. White) vasitənin Yer üzünü 3-cü dövrü zamanı kapsuladan çıxdı və kosmosda sərbəst gəzən 2-ci şəxs oldu. Gemini 5 ən yaxın nöqtədən yerə 160 km və ən ucqar nöqtədən 347 km orbitdə olmaqla 190 saat 56 dəqiqə ərzində Yer ətrafında 120 dövr edərək bu sahədə əvvəlki bütün rekordları qırdı. Gemini 6 11 gün əvvəl buraxılan Gemini 7 vasitəsilə qarşılaşdı və kosmosdakı ilk görüşü təmin etdi (15 dekabr 1965). Gemini 11 nəqliyyat vasitəsi dünyanı gəzərkən qapısı 172 dəqiqə açıq qoyularaq süni cazibə təcrübəsi aparılmışdır. Son vasitə Gemini 12 11 noyabr 1966-cı ildə buraxıldı və beləliklə Gemini proqramı sona çatdırılmışdır.
Hal-hazırda yaşayan yüz dahi (layihə)
Hal-hazırda yaşayan yüz dahi (ing. Top 100 living geniuses) — Creators Synectics konsaltinq şirkəti tərəfindən hazırlanan, Böyük Britaniyanın Daily Telegraph qəzeti tərəfindən 28 oktyabr 2007-ci ildə dərc edilmiş və indiyədək dünyanın diqqətində olan siyahı. 1-2. Albert Xoffman (kimyaçı, İsveçrə) — 27 bal 1-2. Tim Berners-Li (kibernetik, Böyük Britaniya) — 27 bal 3. Corc Soros (maliyyəçi və filantrop, ABŞ) — 25 bal ... 5-6. Nelson Mandela (siyasətçi, Cənubi Afrika Respublikası) — 23 bal ... 12-14. Əli Cavan (alimi, ABŞ) — 20 ...
Haskel layihələri
Haskel layihələri — Antanta dövlətlərinin "Ermənistan" adlandırılan əraziyə ali komissar təyin etdikləri amerikalı polkovnik V. Haskel tərəfindən 1919 ilin sentyabrında hazırlanmış sənəd. Həmin sənəddə Amerika Birləşmiş Ştatlarının əlverişli strateji mövqedə yerləşən Naxçıvan bölgəsində möhkəmlənmək planları öz əksini tapmışdı. Layihədə Naxçıvan və Şərur-Dərələyəz qəzalarının əlahiddə bitərəf zona elan edilməsi və bu ərazidə Naxçıvan general-qubernatorluğunun yaradılması nəzərdə tutulurdu. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild.
Hay Layn
Hay Layn (ing. The High Line — "hündür xətt") — Midatun və Aşağı Manhettenin Mitpekinq və Çelsi rayonlarında yer səthindən 10 metr yüksəklikdə yerləşən yerüstü park. Bura keçmiş yerüstü dəmir yolu yerində salınıb. Ümumi uzunluğu 2,33 km-dır. Park Qansvort Stritdən 34-cü küçəyə qədər uzanır. 34-cü küçədəki girişdə əlil arabaları üçün giriş nəzərdə tutulub. Park qışda hər gün səhər saat 7-dən axşam saat 19-a qədər, yazda və payızda axşam saat 22-yə qədər, yayda (ancaq günəşin batmasına qədər açıq olan 11-ci prospektin qərbindəki xiyaban istisna olmaqla) isə axşam saat 23-ə qədər açıq qalır. Parkda on bir giriş var, bunlardan beşi əlillər üçün əlçatandır. Girişlər pilləkənlərin yaxınlığında xüsusi əlil arabaları liftləri ilə təchiz olunmuşdur, onlar Gansvort, 14-cü, 16-cı, 23-cü və 30-cu küçələrdə yerləşirlər. Küçə səviyyəsində giriş 34-cü küçədə yerləşir, hansı ki 30-cu küçə və 11-ci prospektdən 11-ci prospektin qərbindəki 34-cü küçəyə qədər uzanan Aralıq xiyabanından keçır.
Honkonqda ekstradisiya qanun layihəsi əleyhinə etirazlar (2019)
2019-cu ildə Honkonqda ekstradisiya qanun layihəsi əleyhinə etirazlar — Çinə ekstradisiyanı nəzərdə tutan mübahisəli qanun layihəsinin parlamentə təqdim olunmasından sonra başlayıb. Nümayişlər başlayandan sonra mübahisəli sənədin təsdiqi təxirə salınıb. Etirazlar 1997-ci ildən bəri Honkonqda ən izdihamlı kütləvi aksiya sayılır.
Horizon Layihəsi
HORİZON Layihəsi "New Media Consortium" tərəfindən tədris və öyrənmə üçün inkişaf etməkdə olan texnologiyaları planlaşdırmağa yönəlmiş bir təşəbbüsdür. Layihənin məqsədi Dünyanın dörd bir yanında olan tədrisçilərə və müəllimlərə öz təcrübələrini təkmilləşdirməyə peşəkarların tərcrübəsindən yararlanmasına şərait yaratmaqdır. "HORİZON-2020" layihəsinin 80 milyard avro fondu var və Avropa Birliyi tərəfindən maliyələşdirilir. AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin müdiri, f-r.ü.f.d., dosent Canməmməd Rüstəmovun təqdim etdiyi layihə Avropa Birliyinin ən böyük qrant layihəsi olan "HORİZON-2020"-nin qalib layihələrindən biri olub. "HORİZON-2020" çərçivəsində elmi, elmi-texniki, tibb, ərzaq təhlükəsizliyi və s. sahələrdə olan layihələr Avropanın nüfuzlu mütəxəssisləri tərəfindən qiymətləndirilir. C. Rüstəmovun təqdim etdiyi layihəyə ayrılan pulun miqdarı 10 ölkədən olan layihələrə ayrılan pulun miqdarına görə dördüncü yerdədir. Alimin təqdim etdiyi layihədə O spectral sinfinə mənsub olan massiv ulduzların və Volf-Raye tipli ulduzların 4 il müddətində 10 ölkədən olan astronomlarla birgə tədqiqi nəzərdə tutulur. Bu tədqiqatlar zamanı müxtəlif ölkə astronomlarının hal-hazırda istifadə etdiyi, uzun illər sınanılmış üsullardan istifadə olunacaq. Elmi tədqiqatlar zamanı bütün ölkələrdən olan astronomların sınaqdan keçmiş eyni üsulu tətbiq etməsi, alınmış nəticələrin etibarlılığını artıracaq və bu nəticələrin dünya astronomları tərəfindən etibarlı nəticələr kimi qəbul olunmasına səbəb olacaq.
II Layoş
II Layoş, həmçinin II Lüdovik və Lüdviq Yagellon (mac. Lajos, çex. Ludvík Jagellonský, xorv. Ludvík II. Jagelović; 1 iyul 1506, Buda – 29 avqust 1526) — Macarıstan, Bohemiya krallığı və Xorvatiyaya 1516-1526-cı illərdə rəhbərlik etmiş macar əsilli kral. II Layoş 1506-cı ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası kral II Vladislavın 1516-cı ildə vəfat etməsindən sonra taxta çıxmışdır. Hakimiyyətini gücləndirmək üçün Habsburq kraliçası Mariya Habsburq ilə evlənmişdir. Layoş gənclik dövründə Müqəddəs Roma imperiyasının imperatoru I Maksimilian ilə tez-tez görüşüb müxtəlif mövzulu söhbətlər aparmışdır. Osmanlı imperiyasının artan gücünü qəbul etmək istəməyən II Layoş Sultan Süleyman Qanuni tərəfindən qoyulan vergiləri ödəməkdən imtina etmişdir. Aparılan danışıqlardan sonra bir nəticə əldə olunmamış və tərəflər arasında müharibə başlamışdır.
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu (bundan sonra İnstitut) Azərbaycan SSR Nazirlər Sovetinin 04 aprel 1968-ci il tarixli 145 saylı qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olmuş keçmiş yerquruluşu ekspedisiyasının, növbəli əkin sisteminin tətbiqi üzrə respublika ekspedisiyasının, Bakı və Gəncə torpaq tədqiqatı ekspedisiyalarının bazasında təşkil olunmuş və Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 1992-ci il tarixli 227 nömrəli Fərmanı ilə keçmiş Dövlət Torpaq Komitəsinin tabeçiliyinə verilmişdir.[mənbə göstərin] İnstitutun Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 04 sentyabr 1994-cü il tarixli 442 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış, Nazirliyin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 08 dekabr 1999-cu il tarixdə və 06 may 2002-ci il tarixdə yeni redasiyada 442 say altında təkrar qeydiyyatdan keçirilmişdir.[mənbə göstərin] İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmrlərini, sərəncamlarını,sifarişlərini, göstərişlərini və öz Nizamnaməsini rəhbər tutur. İnstitut Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona hesabat verir, tapşırıqları və müqavilələr əsasında respublikada torpaq islahatının həyata keçirilməsi ilə bağlı torpaq münasibətlərinin tənzimlənməsi, təsərrüfatçılıq formasından asılı olmayaraq torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin artırılması, ekologiyası və rekultivasiyası sahəsində yerquruluşu, torpaq kadastrı, torpaq tədqiqatı, geobotaniki tədqiqat, torpaq uçotunun aparılması, torpaq istifadəçilərinin və mülkiyyətçitlərinin sifarişi ilə yerquruluşu planlarının hazırlanması, torpaqlardan istifadəyə, onların mühafizəsinə, münbitliyinin təmin olunmasına, rekultivasiyasına dair layihələrin hazırlanması və digər layihə-axtarış işlərini həyata keçirən baş podratçı təşkilatdır, topogeodeziya, topoplanalma mühəndis-geodeziya və geniş məqsədli, müxtəlif təyinatlı xəritəçəkmə işlərini yerinə yetirir. İnstitut öz fəaliyyətini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olan təşkilatlarla, habelə Dövlət və Bələdiyyə orqanları ilə, qarşılıqlı əlaqəli qaydada həyata keçirir. İnstitut hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. İnstitutun əmlakını onun əsas fondları, dövriyyə vasitələri və onun balansında olan başqa qiymətli məmulatlar təşkil edir. İnstitutunun mərkəzi aparatı və onun vahid sistemini təşkil edən struktur bölmələrinin saxlanması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bələdiyyə orqanlarının, digər sifarişçilərin vəsaiti hesabına və qanunvericiliyinə zidd olmayan mənbələr hesabına maliyələşdirilir. İnstitut həmin vəsaitlərin sərəncamçısıdır. 2015-ci ildə bazasında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi yaradıldı.
Karol Laythay
Karol Laythay (d. 7 dekabr 1886 – ö. 1945) — macar film rejissorudur. Karol Avstriya-Macarıstan ərazində yerləşən Marosvasarhelidə (hal-hazırda Rumıniyanın Transilvaniya bölgəsində yerləşən Tırgu- Mureş şəhəri) doğulmuşdur. Film karyerasına 1916-cı ildə başlamışdır. Karol 1916-1944-cü illər ərzində 17 filmə rejissorluq etmiş, həmçinin, 1916-1920-ci illər ərzində 13 filmdə rol almışdır. Karol Laythay 1945-ci ildə vəfat etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.94 dəfə / 1 mln.
2003 •••••• 4.33
2004 •••••••• 6.40
2005 ••••••• 5.40
2006 ••••••••••• 8.56
2007 ••••••••••••• 10.36
2008 ••••• 3.65
2009 ••••• 3.68
2010 ••••••••• 7.35
2011 ••••••••••• 8.58
2012 ••••••• 5.16
2013 •••••• 4.81
2014 ••••••••••••••••• 14.07
2015 ••••••••••••••••• 14.12
2016 •••••••••••••••••••• 17.01
2017 •••••••••••••••• 12.84
2018 ••••• 3.90
2019 •••••••••• 7.93
2020 •••••• 4.64

lay sözünün leksik mənası və izahı

  • 1 is. Açılıb-örtülən şeyin (qapının, pəncərənin) tərəflərindən hər biri; tay. Qapının bir layını açmaq. Pəncərənin laylarını örtmək.

    Azərbaycan dilinin izahlı lüğəti / lay
  • 2 1. is. Üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən cismin sıralarından hər biri; qat. Torpaq layı. Gil layı. Qumlu laylar. // Qatqat görünən, sıx, qalın (bulud, tüstü, duman və s. haqqında). Toz layları. Duman layları. – Bir yığın bulud layları göyün tən ortasında bir-biri üzərinə qalaqlanmışdı. Ə.Məmmədxanlı. …Bağların üzərilə ağ bir duman layı sürünürdü. İ.Əfəndiyev. Nəhayətsiz tüstü laylarından, oddan, alovdan başqa, şəhərdə heç nə gözə dəymirdi. Ə.Əbülhəsən. 2. sif. Bütöv, calaqsız, səlt, tam. Lay divar. Lay dəmir. 3. “Kimi”, “təki” qoşmalarından əvvəl sif. mənasında – boy-buxunlu, gövdəli, hündür, şaqqalı. [Həsən:] …Cavan, laytək oğlanı vurub yıxdılar yerə. Ə.Haqverdiyev. 4. Saylardan sonra “cərgə”, “sıra” mənasında işlədilir. İki lay ağac suladıq. – Qəhrəman dəryazı alıb bir lay çiçəkli ot çaldı. S.Rəhimov. ◊ Lay bağlamaq – bir-birinin üstünə yığılmaq, üst-üstə gəlmək. İllərdən bəri Gülsəhərin ürəyinə yığılıb lay bağlamış, ona rahatlıq verməyən nisgil, iztirab, həyəcan … kükrəyib daşırdı. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / lay

lay sözünün sinonimləri (yaxın mənalı sözlər)

lay sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 LAY I is. Qat. Öyrənilməmiş laylardır. Geoloqlar da səhv edə bilərlər (M.İbrahimov). LAY II is. Bütöv. Görür ki, qəflətən çəkib bıçağı; Biri o birinin köksünə çaxır; Sanki lay divarı uçurub yıxır (F.Mehdi).

    Azərbaycan dilinin omonimlər lüğəti / lay

lay sözünün rus dilinə tərcüməsi

  • 1 слой, пласт

    Azərbaycanca-rusca lüğət / lay
  • 2 1 I сущ. 1. слой (плоская масса вещества, лежащая между или поверх других подобных). Qum layı слой песка, gil layı слой глины, kömür layı слой угля, toz layı слой пыли, kül layı слой пепла, buz layı слой льда, atmosferin layları слои атмосферы, qalın lay толстый слой, nazik lay тонкий слой, sıx lay плотный слой, qatı lay густой слой, yuxarı (üst) laylar верхние слои, aşağı (alt) laylar нижние слои, dərin laylar глубокие слои, yeraltı laylar подземные слои, layın qalınlığı толщина слоя, torpağın şum layı пахотный слой почвы 2. пласт: 1) плотный, плоский слой чего-л. Torpaq layları пласты почвы, qar layları снежные пласты 2) об очень густом, плотном облаке, дыме, туче и т.п. 3) горн. горизонтальный слой осадочной горной породы. Süxur layları пласты породы, daş kömür layları пласты каменного угля, neftli laylar нефтеносные пласты, lay dəstələri свиты пластов, layın məhsuldarlığı производительность пласта, layın qalınlığı (gücü) мощность пласта, layın zəifləməsi истощение пласта, layın yatma dərinliyi глубина залегания пласта, lay kəsiyi разрез пласта, gilli lay глинистый пласт, zəif lay маломощный пласт, qalın lay мощный пласт; laylara ayırmaq пластать, распластать, laylara ayrılmaq пластаться, быть распластанным 3. наслоение (осадочное образование в виде налегающих друг на друга слоёв почвы) 4. горизонт (горизонтальная плоскость, пересекающая месторождение полезного ископаемого на каком-л. уровне) 5. пророст (прослойка мяса в сале или сала в мясе) II прил. 1. слоистый (состоящий из слоёв). Lay buludlar слоистые облака 2. геол. пластовой (относящийся к пласту, свойственный ему). Lay brekçiyası пластовая брекчия, lay bulağı пластовый источник, lay neft yatağı пластовая залежь нефти, lay suyu пластовая вода, lay enerjisi пластовая энергия, lay təzyiqi пластовое давление, lay xəritəsi пластовая карта, lay nümunəsi пластовая проба 3. цельный плоский (о камне и т.п.). Lay daş цельный плоский камень 4. перен. здоровенный, крепкого телосложения, могучий (о человеке); laylara ayrılma (ayırma) расслоение, lay bağlama наслоение 2 сущ. створ, створка (каждая из двух половинок растворяющихся и затворяющихся предметов: ворот, дверей, ставень). Qapının laylarını örtmək закрыть створки двери, darvaza laylarını açmaq открыть створки ворот 3 сущ. диал. хлопчатобумажный безворсый ковёр

    Azərbaycanca-rusca lüğət / lay

lay sözünün inglis dilinə tərcüməsi

  • 1 i. layer, stratum (pl.-ta),puff; (rəng) coat(ing); bed; torpaq ~ı earth layer; gil ~ı clay layer; nazik ~ çəkmək to apply a thin film / layer (of to); ağ bulud ~ları puffs of white clouds; tüstü ~ları puffs of smoke; toz ~ı a film of dust

    Azərbaycanca-ingiliscə lüğət / lay

lay sözünün fransız dilinə tərcüməsi

lay sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. хел, тай (мес. дакӀардин, варарин ва мс.).

    Azərbaycanca-ləzgicə lüğəti / lay
  • 2 1. сущ. къат (мес. накьвадин, чепедин, цифедин); 2. прил. сагъ, там, битав (мес. ракь, цал); 3. жерге (мес. тарарин); маргъв, ччар (векьин); ** lay kimi (təki) буй-бухун авай, кӀараб яцӀу, къуьнер алай, кьакьан; lay bağlamaq сад-садан кьилел кӀватӀ хьун, сад-садан винел атун (мес. дердер).

    Azərbaycanca-ləzgicə lüğəti / lay

lay sözü azərbaycan dilinin lüğətlərində

Neft terminlərinin izahlı lüğəti

qalınlığı yayılma sahəsindən dəfələrlə az olan və iki təqribi paralel səthlə (üstdəki tavan, altdakı daban adlanır) hüdudlanan, eyni tərkibli geoloji kütlə, çökmə süxurların əsas yatım forması.

Neft terminlərinin izahlı lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Bakı) yastı daş. – İki ərəbə lay almışam II (İmişli, Kürdəmir) pambıqdan toxunmuş palaz. – Layı həyətə sal, oturağ (İmişli); – Döşəmədəki layı dəyişdir, çirklənip (Kürdəmir) ◊ Lay olmax (Füzuli) – üzə ağ olmaq. – Mən ona lay olmaram

Azərbaycan dilinin dialektoloji lüğəti.

"lay" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lay nədir? #lay sözünün mənası #lay nə deməkdir? #lay sözünün izahı #lay sözünün yazılışı #lay necə yazılır? #lay sözünün düzgün yazılışı #lay leksik mənası #lay sözünün sinonimi #lay sözünün yaxın mənalı sözlər #lay sözünün əks mənası #lay sözünün etimologiyası #lay sözünün orfoqrafiyası #lay rusca #lay inglisça #lay fransızca #lay sözünün istifadəsi #sözlük