lan sözü azərbaycan dilində

lan

Yazılış

  • lan • 84.0943%
  • Lan • 10.1620%
  • LAN • 5.4492%
  • lAn • 0.2946%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
LAN
Lokal şəbəkə yaxud LAN (ing. Local Area Network) — yaşayış yeri, məktəb, laboratoriya, universitet şəhərciyi və ya ofis binası kimi məhdud sahədə kompüterləri birləşdirən kompüter şəbəkəsi. Əksinə, genişmiqyaslı şəbəkə (WAN) sadəcə daha böyük coğrafi məsafəni yox, həm də ümumiyyətlə icarəyə götürülmüş telekommunikasiya sxemlərini əhatə edir. Ethernet və Wi-Fi lokal şəbəkələr üçün istifadə edilən ən çox yayılmış iki texnologiyadır. Tarixi şəbəkə texnologiyalarına ARCNET, "Token Ring" və "AppleTalk" daxildir. == Topologiyalar == === Şin topologiyası === Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır.
Lan
Lan (lat. Dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Lan (En)
Lan (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Lan (hərf)
𐔾 (səslənməsi: /l/; transkripsiyası: L, l) — Alban əlifbasının 15-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Լան (Lan) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı doğrudur. Fonetik olaraq Azərbaycan dilindəki L hərfi ilə eyni səsi bildirir. Tədqiqatçıların heç biri bu qrafikanın düzgün fonetik mənasına şübhə etmir. Rəqəm dəyəri 60-dır.
Lan (şəhər)
Lan - Fransanın şimalında yerləşir. Ena departamentinin paytaxtıdır. Lillyanın cənubundan 155 km və Parisdən şimal-şərqdən 138 km aralı yerləşir. Şəhərin köhnə hissəsi 188 m hündürlükdə təpədə yerləşir. == Tarixi == Burada Böyük Karlın anası burada anadan olmuşdur. Frank hökümətinin mərkəzi olubdu. Fransanın başçısı IV Lüdovik və onun oğlu Lotar III anadan olmuşdur. == İqtisadiyyat == Kənd təsərrüfatı - 0,3% Sənaye - 8,0% Tikinti-4,2% Nəqliyyat - 35,7% Adam başına düşən 2013-cü ildə 16020 avrodur.
Lan adası
Lan adası (tay เกาะล้าน) — Siam körfəzində, Taylandın şərq sahillərinə yaxın ərazidə yerləşən ada. Pattayya adaları qrupuna daxildir. Bu ada həmçinin "Mərcan adası" kimi məşhurdur. Pattayyada turustik ərazi kimi tanınır. == Coğrafiyası == Pattayya adaları qrupunun ən iri adasıdır. Bu qrupa həmçinin Krok adası və Sak adası daxildir. Ada ilə sahil arasında məsafə 8 km təşkil edir. İnzibati cəhətdən isə Çonburi vilayətinin Banqlamunq ampxeРsinə daxildir. Adanın uzunluğu 4 kilometrdir. Təpəlikdən ibarət olan ada, meşəliklərlə örtülüdür.
Wireless LAN
Simsiz lokal şəbəkə (ing. wireless local area network; qısaca "Wireless LAN" və ya "WLAN") — ev, məktəb, kompüter laboratoriyası, yataqxana və ya ofis binası kimi məhdud ərazidə yerli şəbəkə (LAN) yaratmaq üçün simsiz rabitədən istifadə edərək iki və ya daha çox cihazı birləşdirən simsiz kompüter şəbəkəsi. Bu istifadəçiləri əhatə dairəsində hərəkət etmək və şəbəkəyə bağlı qalmaq imkanı ilə təmin edir. Simsiz lokal şəbəkə həmçinin şəbəkə keçidi vasitəsilə internetə daha genişmiqyaslı qoşulma potensialına malikdir. IEEE 802.11 standartlarına əsaslanan simsiz lokal şəbəkələr dünyada ən çox istifadə edilən kompüter şəbəkələridir. Bunlar adətən Wi-Fi adlanır və bu, "Wi-Fi Alliance"a məxsus ticarət nişanıdır. Onlar notbuk kompüterləri, printerləri, smartfonları, veb televizorları və oyun cihazlarını simsiz ruter ilə birləşdirən ev və kiçik ofis şəbəkələri üçün istifadə olunur. Restoranlarda, kafelərdə, otellərdə, kitabxanalarda və hava limanlarında ruter vasitəsilə təmin edilən qaynar nöqtələr istehlakçılara portativ simsiz cihazlarla internetə daxil olmaq imkanı verir. == Tarixi == Havay Universitetinin professoru Norman Abramson dünyanın ilk simsiz kompüter rabitəsi şəbəkəsi olan "ALOHAnet"i yaratmışdı. Sistem 1971-ci ildə fəaliyyətə başlayıb.
Adi lan
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Lan Woosnam
Lan Harold Woosnam - (2 mart 1958, Oswestry) OBE Uelsli peşəkar qolfçudur. 'Woosie' ləqəbli Woosnam Avropa qolfçularının "Böyük Beşlik" nəslindən biri idi, hamısı bir-birindən 12 ay ərzində doğulmuş, hamısı əsas yarışlarda qalib gəlmiş və Avropanı Ryder Kubokunda rəqabətədavamlı etmişdir. Bu qrupdakı həmyaşıdları Seve Ballesteros, Nik Faldo, Bernhard Langer və Sandy Layl idi. Woosnam-ın əsas çempionluq qələbəsi 1991-ci ildə Masters Turnirində oldu. O, 2017-ci ildə Dünya Qolf Şöhrət Zalına daxil edilmişdir. == Erkən həyatı == Woosnam İngiltərənin Şropşir əyalətinin Oswestry şəhərində anadan olub və ailəsi Şropşirin yaxınlıqdakı St Martins kəndində yaşayırdı. == Karyera planı == Woosnam Uels-İngiltərə sərhəddində yerləşən unikal Llanymynech Qolf Klubunda oynamağa başladı. O, 1,64 m ilə kişi qolfçu üçün qısadır, lakin o, güclü vuruşçudur. O, İngiltərənin Şropşir qraflığında keçirilən regional yarışlarda Sandy Lyle ilə birlikdə həvəskar kimi çıxış edib. Woosnam 1976-cı ildə peşəkarlığa çevrildi və ilk dəfə 1979-cu ildə Avropa Turunda çıxış etdi.
Le-Qran-Lan
Le-Qran-Lan vəyaLe-Qran-Lans (fr. Le Grand-Lemps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38182. Kommunanın 2008-ci il üçün əhalisi 2852 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 434 ilə 724 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 34km şimal-qərbdə yerləşir.
Henri Lanqlua
Hypertext Markup Language
HTML (ing. Hypertext Markup Language) — brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML internetin fundamental baza texnologiyasıdır və veb-səhifənin növünü, funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dildir. Bütün veb-qovşaqlarda toplanmış və internetə qoşulmuş kompüterlərin ekranlarında göstərilən sənədlər HTML proqram kodunda yazılırlar. HTML – səhifələrdə mətn bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına, sənədin və sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya elementlərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu elementlər arasında əlaqələrin yaradılmasına imkan verir. Hipermətn koduna malik olan fayllar (.htm) və (.html) genişləndirməsi ilə göstərilir. == İnkişaf tarixi == HTML dilinin inkişaf tarixi 1989-cu ildə Oksford Universitetinin tələbəsi Tim Berners-Li tərəfindən hipermətnli sənəd sisteminin çıxarılması təklifi ilə başladı. 1990-cı ildə isə o bunu World Wide Web (Ümumdünya hörümçək toru) adlandırdı. Sistemi təşkil edən hissələrdən biri hipermətnli nişan qoymaq idi. Onun əsası 1990-cı ildə Berners–Linin hipermətnli sənədlərə baxmağa icazə verən brauzeri yaratması ilə qoyuldu.
I Georq (Bavariya-Landsxut hersoqu)
Varlı Georq (alm. Georg der Reiche‎; 15 avqust 1455 – 1 dekabr 1503, İnqolştadt) Vittelsbax sülaləsindən Bavariya-Landsxutun sonuncu hersoqu idi. == Gəncliyi == O, 1455-ci ildə Burqhauzen qalasında doğulmuşdu, Bavariya-Landsxut hersoqu IX Lüdviq və Saksoniyalı Amaliyanın oğlu idi. Dövlət işlərində 13 yaşından iştirak etməyə başlamışdı. == Hakimiyyəti == 18 yanvar 1479-cu ildə 23 yaşında Georq atasının yerinə Bavariya-Landsxut hersoqu oldu. 1485-ci ildə ərazisini pozduqlarına görə Azad İmperiya şəhəri Nördlingeni mühasirəyə almış, mühasirəni götürmək üçün külli miqdarda xərac tələb etmişdi. Atası və babası kimi, Georqun məşhur sərvəti əsasən Kitzbüel və Reiçenhall ətrafındakı torpaqlarındakı mədənlərə əsaslanırdı. Hersoq, Burqhauzen qalasını daimi bir saraya çevirdi və İnqolştadt yeni qalanı demək olar ki, tamamilə yenidən qurdu. Georqun kansleri, daha sonra Passau yepiskopu olmuş, Altötting provostu Friedrix Mauerkirxer idi. 1485-ci ildə ölümündən sonra yerinə gələn Volfqanq Kolberger hersoqun ən mühüm məsləhətçisi oldu və onun köməyi ilə öz ərazisində Roma qanunlarını tətbiq etdi.
Inga lanceifolia
Inga lanceifolia (lat. Inga lanceifolia) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inula langeana
Inula langeana (lat. Inula langeana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Jurinea lanipes
Jurinea lanipes (lat. Jurinea lanipes) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kageneckia lanceolata
Kageneckia lanceolata (lat. Kageneckia lanceolata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin kageneckia cinsinə aid bitki növü.
Kampimodromus langei
Kampimodromus langei (lat. Kampimodromus langei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kampimodromus cinsinə aid heyvan növü.
Kazelle Landi
Kazelle Landi (it. Caselle Landi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Kurt Landau
Kurt Landau (alm. Kurt Landau‎;29 yanvar 1903, Vyana – 1937[…], İspaniya) — Avstriya, Almaniya və İspaniyada fəaliyyət göstərən solçu siyasətçi və publisist. == Həyatı == Kurt Landau 1921-ci ildən Avstriya Kommunist Partiyasının üzvü olmuşdur, Vahrinqdəki ictimai təşkilata rəhbərlik etmişdir. Stalinizm əleyhinə çıxış edərək trotskist hərəkatına — Beynəlxalq sol müxalifətə qoşulmuşdur. 1927-ci ildə AKP-dan xaric edildikdən sonra "Avstriyada anarxo-kommunizmin mahiyyəti və tarixi" kitabçasını dərc etdirmişdir. 1929-cu ildən Leninbundun üzvü olmuş, "Vedinq müxalifəti"-nə ("Landau Qrupu") rəhbərlik etmişdir. 1931-ci ildə "İskra" qrupunu yaradaraq KKE-nin Sol Müxalifətindən ayrılmışdır. 1936-cı ilin sonunda o, həyat yoldaşı Katya Landau ilə birlikdə İspaniyada baş vermiş vətəndaş müharibəsində respublikaçılara qoşularaq POUM dəstələrində döyüşməyə başlamışdır. Lakin 1937-ci ilin iyununda POUM və Milli Əmək Konfederasiyası (MƏK) tərəfdarlarının evlərində Stalin repressiyalarından gizlənməyə məcbur qalmışdır. 23 sentyabr 1937-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı agentləri tərəfindən qaçırıldıqdan sonra öldürülmüşdür.
Langerhans adacıqları
Langerhans adacıqları (lat. insulae Langerhansi) mədəaltı vəzinin adacıq hissəsi. Pankreasın daxilində yerləşən 0,1-0,3 mm böyüklükdə, açıq sarımtraq rəngdə və oval ya dairə şəklində hüceyrə yığıntısına deyilir. Bu törəmələrin çoxu pankreas quyruğunda təsadüf edilir və rənglərinin açıq olması ilə fərqlənir. Ümumi çəkiləri pankreas çəkisinin 1/1000-ni təşkil edir; əgər pankreasın çəkisi 65 q olarsa o zaman adacıqların ümumi çəkisi 0,65 q olacaqdır. Embrional dövrdə və uşaqlıq yaşlarında adacıqların miqdarı çox olur; 4 yaşından sonra miqdarı azalır. Mədəaltı vəzin təsvir olunan daxili sekresiya hissəsi, yəni adacıqları 1869 cu ildə Langerhans tərəfindən kəşf edilmişdir. İlk dəfə bunları limfouid follikullardan hesab edirdilər; sonralar onların epitel törəmə olduqları aşkar olundu. Adacıqlar insulin adlanan hormon ifraz edir. == Quruluşu == Langerhans adacıqları müxtəlif formalı - çoxvəchli, oval və silindrəbənzər hüceyrələrdən təşkil olmuş, nazik birləşdirici toxuma qatları ilə pankreasın ətraf kütləsindən ayrılır.
Langi
Langi—Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Legor inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçıların ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəqqəti dayanacaq” mənasındadır. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləngi oyk., sadə. Qusar r-nunun Aşağı Legor i.ə.v.-də qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçılann ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəq¬qəti dayanacaq” mənasındadır.
Langsdorfia
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Languas galanga
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Languas pyramidata
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Languas speciosa
Languas vulgare
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Lani Kabrera
Lani Kabrera (22 aprel 1993) — Barbadoslu üzgüçü. Lani Kabrera Barbadosu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lani Kabrera birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 400 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 4:28.95 saniyəlik nəticəsi ilə 30-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Laniakea
Laniakea və ya Laniakeya — Süd Yolu da daxil olmaqla təxminən 100.000 qalaktikanın yerləşdiyi super qalaktika klasteri. İlk dəfə 2014-cü ilin sentyabr ayında Havayi Universitetindən Brent Talli və Lion Universitetindən Helen Kourtis daxil olmaqla bir qrup astronom qalaktikaların radikal sürətlərinə əsaslanan superklasterləri adlandırmağın yeni üsulunu olaraq təsvir etdi. Lanikea sözü havay dilində "açıq səma" və ya "böyük cənnət" mənasını verir.
Laniidae
Alaçöhrələr (lat. Laniidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Dimdik dibində qıllar olmasıyla digər quşlardan ayrılırlar. Yırtıcı şəkildə yaşayan quşlardır. Dimdikləri aşağıya doğru əyri, üst dimdiklərinin kənarlarında keratin "diş" vardır. == Növləri == Cins: Lanius Pələng alaçöhrəsi (Lanius tigrinus) Öküz başlı alaçöhrə (Lanius bucephalus) Adi alaçöhrə (Lanius collurio) Qızıl quyruqlu alaçöhrə (Lanius isabellinus) Qonur alaçöhrə (Lanius cristatus) Birmanya alaçöhrəsi (Lanius collurioides) Emin alaçöhrəsi (Lanius gubernator) Souza alaçöhrəsi (Lanius souzae) Kürən belli alaçöhrə (Lanius vittatus) Uzun quyruqlu alaçöhrə (Lanius schach) Boz bel alaçöhrə (Lanius tephronotus) Dağ alaçöhrəsi (Lanius validirostris) Qara alın alaçöhrə (Lanius minor ) Böyük başlı alaçöhrə (Lanius ludovicianus) Boz alaçöhrə (Lanius excubitor) Bozqır alaçöhrəsi (Lanius meridionalis) Çin boz alaçöhrəsi (Lanius sphenocercus) Bozbel xəzinə alaçöhrə (Lanius excubitoroides) Uzunquyruq xəzinə alaçöhrə (Lanius cabanisi) Taita alaçöhrəsi (Lanius dorsalis) Somali alaçöhrəsi (Lanius somalicus) Mackinnon alaçöhrəsi (Lanius mackinnoni) Xəzinə alaçöhrəsi (Lanius collaris) Nyuton alaçöhrəsı (Lanius newtoni) Uhehe alaçöhrəsi (Lanius marwitzi) Qırmızıbaş alaçöhrə (Lanius senator) Maskalı alaçöhrə (Lanius nubicus) Cins: Corvinella Sarıdimdik alaçöhrə (Corvinella corvina) Sağsağanı alaçöhrə (Corvinella melanoleuca) Cins: Eurocephalus Ağ sarğılı alaçöhrə (Eurocephalus rueppelli) Ağtaclı alaçöhrə (Eurocephalus anguitimens) Azərbaycanda 5 növü yaşayır: Boz alaçöhrə (Lanius excubitor), Qara alın alaçöhrə (Lanius minor ), Adi alaçöhrə (Lanius collurio), Qırmızıbaş alaçöhrə (Lanius senator), Maskalı alaçöhrə (Lanius nubicus) .
Lanium
Epidendrum (lat. Epidendrum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Lanji
Lanji (fr. Langy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03137. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 237 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 152 nəfər (15-64 yaş) arasında 116 nəfər iqtisadi fəal, 36 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.3%, 1999-cu ildə 76.7%). Fəal olan 116 nəfərdən 103 nəfəri (55 kişi və 48 qadın), 13 nəfəri işsizdir (5 kişi və 8 qadın). 36 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lankaster
Lankaster — ABŞ-nin Pensilvaniya ştatında yerləşən Lankaster dairəsinin şəhər mərkəzidir. Şəhərin əhalisi 59,322 nəfərdir.
Lankaster (Kaliforniya)
Lankaster (ing. Lancaster) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər. Şəhər 2013-cü ildə Kaliforniyanın ən böyük 31-ci şəhəri seçilmişdir. Lankaster, Los-Ancelesin 112.5 km (70 mil) şimalında yerləşir. 2015-ci ildə Lankaster şəhərinin əhalisi 168,049 nəfər idi. == Coğrafiyası == Şəhərin ümumi sahəsi 245 km²-dir. Bunun 244 km²-i (94.5 mi²) qurudan və 0,78 km²-i (94.3 mi²) (0,29%) isə sudan ibarətdir. Lankaster dəniz səviyyəsindən 720 metr (2,350 fit) yüksəklikdə yerləşir. Şəhər toxunulmamış dağ silsilələri ilə əhatə olunmuş bir düzənlikdə yerləşir. == Əhalisi == 2010-cu ildə keçirilmiş ABŞ əhali siyahıyaalmasına əsasən, Lankaster şəhərinin əhalisi 156,633 nəfərdir.
Lankaster boğazı
Lankaster boğazı (ing. Lancaster Sound ) — boğaz Kanada Arktik arxipelaqına daxil olan Baffin Torpağı və Baylot adalarını Devon adasından ayırır. == Coğrafiyası == Boğaz Kanada Arktik arxipelaqının şərqində Şimal-Qərb keçidinin üzərində yerləşir. Barrou boğazı, Vaykaunt-Melvill boğazı və Mak-Klur boğazı kimi keçidlərin ardını təşkil edir. Qərbində Barrou, cənub-qərbdə Şahzadə Rinjet boğazları ilə qovuşur. Boğaz Şimal Buzlu okeanına daxil olan Baffin dənizini Butiya körfəzi ilə birləşdirir. Boğazın maksimal eni 80 km, minimal eni 50 km, uzunluğu 400 km təşkil edir. Maksimal dərinlik 1232 m, minimal dərinlik137 m-dir. Boğaz qütb dairəsi daxilində yerləşir və ilin 9–10 ayı buzla örtülü olur. Buzqıran gəmilərin sayəsində naviqasiya yayın ortalarından qar düşənədək davam edir.

lan sözünün leksik mənası və izahı

"lan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lan nədir? #lan sözünün mənası #lan nə deməkdir? #lan sözünün izahı #lan sözünün yazılışı #lan necə yazılır? #lan sözünün düzgün yazılışı #lan leksik mənası #lan sözünün sinonimi #lan sözünün yaxın mənalı sözlər #lan sözünün əks mənası #lan sözünün etimologiyası #lan sözünün orfoqrafiyası #lan rusca #lan inglisça #lan fransızca #lan sözünün istifadəsi #sözlük