Lin sözü azərbaycan dilində

Lin

Yazılış

  • Lin • 62.6822%
  • lin • 36.4431%
  • LİN • 0.8746%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lin
Lin — ad. Lin (Roma papası) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papası. Lin Leyşram — Hindistanlı model və aktrisa. Lin Luder — Koulman Strit Qəyyumluq Klubunun üzvü.
Lin Leyşram
Lin Leyşram (19 dekabr 1985, İmfal) — Hindistanlı model və aktrisa. == Həyatı və karyerası == Lin Leyşram 19 dekabr 1985-ci ildə Hindistanın Manipur şəhərinin İmpxal kəndində anadan olmuşdur. Karyerasına 2007-ci ildə çəkilmiş "Om Şanti Om" filmində kiçik rolla başlamışdır. Bu zaman o, həm də Nyu-Yorkda yerləşən tanınmış zinət əşyaları markası olan "Ozoru Cevelri" markasının sponsoru idi və bu markanın reklamlarında oynayırdı. Nyu-Yorkda modellik edəndən sonra Bombeyə qayıtdı və Naseruddin Şahla teatrlarda oynayaraq özünü teatrda da sınadı. Milli Teatr Mərkəzində də bir neçə tamaşaları vardır. Leyşram neçə illik kino səssizliyini 2014-cü ildə pozdu və Priyanka Çopranın "Meri Kom" filmində Bembem obrazına həyat verdi. Karyerasına davam etməyə qərar verən Leyşram ardıcıl olaraq 2015-ci ildə Prateik Babbarın "Amerika" filmində Umrinin xanımı, 2017-ci ildə Şahid Kapur və Saif Əli Xanın "Ranqun" filmində Mema roluna həyat verdi. 2019-cu ildəki "Akson" filmi ilə bütün dünyada məşhurlaşdı və beynəlxalq aktrisa oldu. 2020-ci ildə "Ave Maria" filmində Susan roluna həyat verən Leyşram hal-hazırda aktrisalıqla bərabər modellik fəaliyyətinə də davam etməkdədir.
Lin Luder
Lin Yu
Lin Yu (1 sentyabr 1979, Fucyen) — Dominikan Respublikasını təmsil edən stolüstü tennisçi. == Karyerası == Lin Yu Dominikan Respublikasını 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Lin Yu Dominikan Respublikasını 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Lin Yu Dominikan Respublikasını 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Lü Lin
Lü Lin (6 aprel 1969) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Lü Lin Çini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Lü Lin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə gümüş medalın sahibi olub.
Ma Lin
Ma Lin (19 fevral 1980) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Ma Lin Çini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Ma Lin Çini 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə və Komanda turnirində qızıl medalların sahibi olub.
Penq Lin
Penq Lin (d. 4 aprel 1995) — Çini təmsil edən su poloçusu. == Karyerası == Penq Lin, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Lin (Roma papası)
Lin (10, Toskana – 79, Roma) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papasıdır. 67–76-cı illərdə papalıq etmişdir. == Həyatı == Papa olmamışdan öncəki həyatına dair tam olaraq dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə; Volterra, Toskanada İtalyan bir ailənin uşağı olaraq dünyaya gəlmişdir. Atasının adı: Herkulanus, anasının adı isə: Klodiya idi. İsa və 12 həvarilərinin qrupuna daxil olmuşdur. İsadan sonra Pyotrunda çarmıxa çəkilməsi ilə Linusun papa olmasına qərar verilmişdir. == Papalıq dövrü == Müqəddəs həvarilərin qurduğu "Roma Kilsəsi", Müqəddəs Linusu seçməyə qərarlı idi. Xüsusilə Papa Pyotr, şəhid olmasından əvvəl Müqəddəs Linusu özündən sonra papa olmasından yanaydı. Müqəddəs Papa Pyotr şəhid olduqdan sonra digər həvarilərin də dəstəyi "Papa" seçilmişdi.
Lin Pey-vun
Lin Pey-vun (25 noyabr 1999) — Çin Taybeyini təmsil edən üzgüçü. Lin Pey-vun Çin Taybeyini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lin Pey-vun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.41 saniyəlik nəticəsi ilə 49-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Lin Çih-lyan
Lin Çen-Hao
Lin Çen-Hao (26 oktyabr 1997) — Çin Taybeyini təmsil edən cüdoçu. == Karyerası == 2021-ci ildə Yaponiyada baş tutan olimpiadanı yeddinci pillədə başa vurub. 2024-cü ildə Çin Taybeyini Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/8 final mərhələsində Qazaxıstan nümayəndəsi Abiba Abucaqınovaya məğlub olaraq olimpiadanı 9-cu pillədə başa vurub.
Pin-Lin Çay Muzeyi
Pin-Lin Çay Muzeyi (çin. ənən. 坪林茶業博物館, pinyin: Pínglín Cháyè Bówùguǎn), — Pinlin Çay Muzeyi kimi də tanınan, Tayvanın Yeni Taypey şəhərinin Pinlin rayonunda yerləşən muzeydir. Bu muzey çaya həsr olunmuş dünyanın ən böyük muzeyidir. Pin-Lin rayonu Pouçon çayının istehsalı ilə məşhurdur. "Yaz çay"ının yığımı mart ayının sonunda başlayır. == Tarixi == Muzey 12 yanvar 1997-ci ildə açılmışdır. == Açılış tarixi == Muzey hər gün səhər saat 9-dan axşam saat 5-ə qədər, həftə sonları isə səhər saat 9-dan axşam saat 7-ə qədər fəaliyyət göstərir. Muzey hər ayın ilk bazaz ertəsi günü bağlı olur. == Qəbulu üzrə abunə haqqı == Muzey 2016-cı ilin yanvar ayının 7-sindən istifadəçilər üçün pullu olmuşdur.
Henrix Fridrix Link
Henrix Fridrix Link (alm. Heinrich Friedrich Link‎; 2 fevral 1767, Hildeshaym[d], Aşağı Saksoniya – 1 yanvar 1851, Berlin) — Alman təbiətçisi və botaniki. == Əsərləri == "Elementa philosophiae botanicae", Berlin, 1824. "Handbuch zur Erkennung der nutzbarsten und am häufigsten vorkommenden Gewächse" 3 т., Берлин, 1829—33. "Jahresbericht über die Arbeiten für physiologische Botanik im Jahre 1840", 1842. "Vorlesungen über die Kräuterkunde", Berlin, 1843—45. "Flore portugaise", Берлин, 1809—40. "Icones plantarum selectarum horti regii botanici Berolinensis" Kristof Fridrix Otto ilə birlikdə, Berlin, 1820—28. "Enumeratio plantarum horti regii botanici Berolinensis" 2 c., Berlin, 1821—22. "Ueber die Gattungen Melocactus und Echinocactus", Berlin, 1827.
Inula linarifolia
Inula linariifolia
Mahmızcayarpaq andız (lat. Inula linariifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Kali Linux
Kali Linux — Debian əsaslı təhlükəsizliyin yoxlanılması üçün nəzərdə tutulmuş əməliyyat sistemidir. Kali Linux BackTrack tərtibatçıları tərəfindən 2013-cü ildə yaradılmışdır. Hal-hazırda da dəstəklənməkdədir. Masaüstü mühiti olaraq BackTrack-dəki kimi KDE seçimi yoxdu. İstifadəçilər ancaq GNOME masaüstü mühitindən istifadə edə bilər. == Alətlər == BackTrack-dəki bütün alətlər və sonradan əlavə olunanlarla birlikdə Kali Linux-da işləmək üçün 300-dən çox alət var. == Platforma dəstəyi == Kali Linux ARM platformasını dəstəkləyir. Sistem Rasberry Pi, BeagleBone Black, HP Chromebook, CubieBoard 2, CuBox, CuBox-i, EfikaMX, Odroid U2, Odroid XU, Odroid XU3, Samsung Chromebook, Utilite Pro, Galaxy Note 10.1, və SS808 kimi cihazlarda işləyə bilir.
Kun Linhuey
Konq Lunqhui (18 oktyabr 1975) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Konq Lunqhui Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Konq Lunqhui Çini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə qızıl medalın, cüt turnirdə isə gümüş medalın sahibi olub. Konq Lunqhui Çini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Kvemo Linda
Kvemo Linda — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Çalbaşı çayının sol tərəfində, dəniz səviyyəsindən 200 m yüksəklikdə, Suxumidən 10 km uzaqlığta yerləşir. 2008-ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, X cild, səh.
Lathyrus linifolius
Kətanyarpaq güllücə (lat. Lathyrus linifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Lathyrus palustris f. linearifolius
Lathyrus palustris (lat. Lathyrus palustris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Sinonimləri == Lathyrus incurvus Rchb. Lathyrus macranthus (T.G.White) Rydb. Lathyrus myrtifolius Willd. Lathyrus myrtifolius var. macranthus T.G. White Lathyrus occidentalis Torr. & A.Gray Lathyrus paluster sensu auct. Lathyrus palustris var. linearifolius Ser.
Lathyrus palustris var. linearifolius
Lathyrus palustris (lat. Lathyrus palustris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Sinonimləri == Lathyrus incurvus Rchb. Lathyrus macranthus (T.G.White) Rydb. Lathyrus myrtifolius Willd. Lathyrus myrtifolius var. macranthus T.G. White Lathyrus occidentalis Torr. & A.Gray Lathyrus paluster sensu auct. Lathyrus palustris var. linearifolius Ser.
Lindoslu Kleobulos (Kleobul)
Kleobul (qəd. yun. Κλεόβοΰλος; təq. e.ə. 630 – təq. e.ə. 560) — E.ə. VI əsrdə yaşayıb. "Yeddi müdrik"lərdən biri, Evaqorun oğlu. Kleobul mütəffəkkir olmaqla yanaşı həm də siyasi xadim olub.
Lindsey Lohan
Lindsey Lohan (2 iyul 1986, Bronks, Nyu-York ştatı) — ABŞ aktrisası, model və musiqiçi. == Həyatı == Lindsay Lohan 2 iyul 1986-cı ildə Nyu-York şəhərinin, Bronks bölgəsində dünyaya gəlib, ailənin ilk uşağıdır.13 yaşından bəri modellik karyerasına başlayıb. Toys "R" Us, Calvin Klein, Abercrombie kimi bir çox məşhur firmaların siması olub.60-dan çox reklam filmində rol alıb.1996-cı ildə "Another World" adlı serialda rol alıb. Aktrisalıqdan əlavə musiqi karyerasına da sahibdir.50 Cent, Timbaland, Snoop Dogg və Pharrell Williams kimi bir çox prodüserlərlə birgə, musiqi karyerasında yeniliklər edib. İlk dəfə işıq üzü görək albomu – "Speak" 2004-cü ildə yayımlanmışdır. Daha sonra ikinci albomu – "A Little More Personal (Raw)" 2005-ci ildə işıq üzü görüb. Rumors, Over, First, I Live for The Day Bossy kimi sinqlların ifaçısıdır.
Lindsi Lohan
Lindsey Lohan (2 iyul 1986, Bronks, Nyu-York ştatı) — ABŞ aktrisası, model və musiqiçi. == Həyatı == Lindsay Lohan 2 iyul 1986-cı ildə Nyu-York şəhərinin, Bronks bölgəsində dünyaya gəlib, ailənin ilk uşağıdır.13 yaşından bəri modellik karyerasına başlayıb. Toys "R" Us, Calvin Klein, Abercrombie kimi bir çox məşhur firmaların siması olub.60-dan çox reklam filmində rol alıb.1996-cı ildə "Another World" adlı serialda rol alıb. Aktrisalıqdan əlavə musiqi karyerasına da sahibdir.50 Cent, Timbaland, Snoop Dogg və Pharrell Williams kimi bir çox prodüserlərlə birgə, musiqi karyerasında yeniliklər edib. İlk dəfə işıq üzü görək albomu – "Speak" 2004-cü ildə yayımlanmışdır. Daha sonra ikinci albomu – "A Little More Personal (Raw)" 2005-ci ildə işıq üzü görüb. Rumors, Over, First, I Live for The Day Bossy kimi sinqlların ifaçısıdır.
Lindsi Stirlinq
Lindsi Stirlinq (ing. Lindsey Stirling) (21 sentyabr 1986, Santa-Ana, Kaliforniya) — Amerkalı skripqaçı, musiqiçi, rəqqasə, müğənni və bəstəkar. Stirlinq, Koreografik skripka çıxışlarını və mahnı videolarını 2007-ci ildən başlayaraq rəsmi youtube kanalı vasitəsilə yayımlayır. Kanalın 9,7 milyondan çox abunəsi və 1.7 milyarddan çox baxış sayı mövcutdur. Həmçinin, 2012-ci ildə yayına başlayan şəxsi YouTube Kanalı vasitəsilə mahnı videolarının kamera arxası görüntülərini yayımlayır. Stirlinq, 2010-cu ildə, "America's Got Talent" yarışmasının dördə bir finalisti olmuşdu. 2013-cü ildə "Pentatonix" ilə bərabər "Imagine Dragons"un "Radioactive" mahnısına kover çalışması ilə YouTube Mahnı Mükavatlarından "İlin Çıxışı" mükafatını qazanmışdı. Stirlinq "Hip Hop Skripqaçı" olaraq tanınmaqdadır. == Həyatı == Lindsi Stirlinq, Santa Ana, Kaliforniyada doğuldu. Təvazökar bir uşaqlıq hayatı olmuş və ailəsinin maliyyə məhdudiyyəti səbəbiylə düzənli skripqa dərsi ala bilməmişdir.
Line
Line (azərb. Xətt‎) — Latviyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Triana Park "Line" mahnısı ilə Latviyanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı Triana Park qrupunun vokalisti Aqnese Rakovska, Kristaps Erqlis və Kristians Rakovskis tərəfindən bəstələnmişdir.
Lineamentlər
Lineamentlər — Yer səthində qırılmalar, tektonik pozulmalar və bir çox xətti geoloji elementlər şəklində müşahidə olunur. == "Lineament" anlayışı == "Lineament" anlayışını geoloji ədəbiyyata XX əsrin əvvəllərində amerikalı alim V. Hobbs gətirmişdir. Bu anlayış altında Yer səthinin bütün düzxətli elementləri nəzərdə tutulurdu. Buraya çay sahillərinin düzxətli hissələri, dağ silsilələrinin düzxətli sərhədləri aid edilirdi. Bir qədər sonra bu anlayış öz müstəqil mənasını itirdi və yalnız dərinlik çaylarının yer səthindəki təzahürlərinə aid edildi. Kosmik fəzadan çəkilən şəkillərin meydana çıxmasından sonra "lineament" anlayışına olan maraq yenidən aktuallaşdı. == Lineamentlər kosmik fotoşəkillərdə == Kosmik şəkillərdə qırılmalar və dərinlik yarıqları müxtəlif formalarda düzxətli, əyrixətli, at quyruğuna bənzər və s. formalarda əks olunur. Çat zonaları və gizli çatlar kosmik şəkillərdə ya ensiz xətlərlə və ya çox enli (bir neçə yüz kilometr) qurşaqlar şəklində əks olunur ki, bunları yerüstü tədqiqatlar və ya aeroşəkillər aşkar edə bilmir. Kosmik fotoşəkillərdə belə xətlər asanlıqla aşkar olunur.
Lineer motor
Lineer motor – xətti mator ya da xəttli hərəkətli motordur, statoru və rotoru "açıq" olan bir elektrik matoru. == Haqqında == Bu səbəblə fırlanma anı yaratmaq yerinə uzunluğu boyunca xətti güc istehsal edir. Ancaq bütün lineer matorlar düz deyildir. Lineer matorun aktiv bölümünün sonu vardır, halbuki ənənəvi elektrik matorlarında döngə davamlıdır. İş rejimi, qüvvə cərəyanı və maqnit sahəsi tətbiq edilən hissədə xətti olaraq mütənasib olduğu Lorentz tipli mator kimidir.( F= IL x B ) Lineer mator ən çox həssaslığı yüksək olan mühəndislik tətbiqlərində istifadə olunur.Eyni zamanda xüsusi elmi konfranslar və mühəndisliyə aid dərs kitabları ilə inkişaf edən tətbiqi tədqiqat sahəsidir. Lineer matorun, aşağı və yuxarı sürətli 2 sinifə bölünməklə bir çox dizaynları hazırlanmışdır. Aşağı sürətli lineer matorlar, maqlev qatarlarına və digər yerdən gedən nəqliyyat tətbiqlərinə uyğundur. Yüksək sürətli lineer matorlar qısadır və misal olaraq rulon silahda olduğu kimi çox yüksək sürətə çatmaq üçün nəzərdə tutulmuşdur. Yüksək sürətli lineer matorlar hiper sürətli təsir tətqiqatlarında silah və ya kosmik gəmi hərəkəti üçün kütlə sürücüssü olaraq istifadə edilir. Bunlar adətən, hava boşluğunun bir tərəfində aktiv üç fazalı soyunma və digər tərəfində passiv bir keçirici nömrə nişanı olan AC lineer induksiya matoru (LM) dizaynındadır.
Lineynıy adası
Lineynıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Komsomoles adasının cənub-qərbindən qərbdə yerləşir. Klin buxtasında qərarlaşır. Adadan 300 qərbdə Slitıy adası yerləşir. == Təsviri == Ensiz formaya malikdir, cənub-şərqdən şimal-qərbə uzanır. Dili xatırladır. Uzunluğu 2 km, eni 300 m təşkil edir. Yüksəklik yoxdur. Gölə sahib deyildir.
Ling
Ling — tərpənməz dayaq ətrafında fırlana bilən bərk cismdir. Dayaq nöqtəsindən kənarda olan tərəflərə lingin qolları deyilir. Böyük qola kiçik qüvvə ilə təsir etməklə lingin kiçik qolunda böyük qüvvə yaradılır. Lingin qolunu kifayət qədər uzun etməklə nəzəri olaraq istənilən qüvvəni yaratmaq mümkündür. Belə sistemin riyazi təsviri ling qanunu ilə izah edilir. Bu qanun ilk dəfə olaraq antik dövrdə Arximed tərəfindən təsvir edilmişdir. == İşləmə prinsipi == Lingin işləmə prinsipi enerjinin saxlanması qanununa əsaslanır. Qolu Δ h 1 {\displaystyle \Delta h_{1}} məsafəsinə gətirmək üçün yük tərəfindən təsir edən qüvvə aşağıdakı işi görməlidir: A 1 = F 1 Δ h 1 {\displaystyle \ A_{1}=F_{1}\Delta h_{1}} . Digər tərəfdən baxdıqda, qoyulan qüvvə bu işi görməlidir: A 2 = F 2 Δ h 2 {\displaystyle \ A_{2}=F_{2}\Delta h_{2}} , burada: Δ h 2 {\displaystyle \Delta h_{2}} — lingin qolunun ucu hissəsindəki yerdəyişməsidir. Burada F 2 {\displaystyle F_{2}} qüvvəsi təsir edir.
Lingua franca
Linqva franka (it. lingua franca - frank dili) — ortaq dil mənasına gələn latınca ifadə. Bundan başqa bəzən vasitəçi dil, körpü dil, müəyyən sahədə və ya ərazidə etnoslararası münasibət üçün istifadə edilən, bütün tərəflərin başa düşdüyü ortaq dil. == Terminin yaranması == Tarixən Aralıq dənizi regionunda yaşayan xalqların dillərini adlandırmaq üçün istifadə edilmişdir. Bu ad ərəb dilinin italyan dilinə tərcüməsidir lisan al-ifrang. Ərəb dilində isə bu ad xaç yürüşləri zamanı ərəblərin avropalıları franklar adlandırmasından yaranıb. == Tarixi == İlk dəfə xalqlararası dil kimi Makedoniyalı İsgəndərin ordusunda koyne dili işlənmişdir. == Nümunələr == Azərbaycan türkcəsi orta əsrlərdə (XX əsrin əvvəllərinədək) Şimali Qafqazda (qumuq dili ilə birgə), Zaqafqaziyada, İran, İraq, Küveyt, Suriya və Şərqi Anadoluda Linqva-franka dili olmuşdur. XX əsrdə rus dili Postsovet məkanında və Şərqi Avropada Linqva-Franko dili olmuşdur. == Ədəbiyyat == Вайнрайх У. Языковые контакты: Состояние и проблемы исследования.
Lingua longissima
Lineus longissimus (lat. Lineus longissimus) — heyvanlar aləminin nemertinlər tipinin anopla sinfinin heteronemertea dəstəsinin lineidae fəsiləsinin lineus cinsinə aid heyvan növü. == Təsvir == Uzunluğu 55–60 metrə (çox vaxt daha az) çata bilər ki, bu da onları planetin ən uzun heyvanlarına çevirir. (Göy balina 33 metrə, Physalia physalis — 50 m qədər, Cyanea capillata — 36 metrə qədər). Yetkinlik yaşına çatmayanların rəngləri açıq zeytun qəhvəyi ilə tünd qəhvəyi, böyüklərdə isə qırmızı qəhvəyi dən qara rəngə qədər olur. Bu növ Nemertinlərin ən uzun nümayəndəsidir. Ümumiyyətlə 5 ilə 15 m arasında olurlar. Bədən diametri 5–10 mm olmasına baxmayaraq 30 m-dən çox uzunluğa malik ola bilirlər. Yırtıcı və leşçidirlər. Bədənin əzələ büzülmələri ilə digər qurdlar kimi hərəkət edirlər.
Link
Link və ya hiperlink yaxud keçid ya da bağlantı — hipermətn sənədinin bu sənəddəki elementə (əmr, mətn, şəkil, qeyd) və ya başqa obyektə (fayl (sənəd), kataloq, proqram) aid olan hissəsi yerli diskdə və ya kompüter şəbəkəsində ya da bu obyektin elementlərində yerləşir . HTML sənədinin istənilən elementinə hiperlink əlavə edilə bilər. Mətnin əlavə edilmiş keçidi olan hissəsi əvvəlki cümlədə olduğu kimi, standart olaraq mavi rənglə vurğulanır. Siz keçidi olan mətnin üzərinə siçan kursorunu sürdükdə mətn ya rəngini dəyişir, ya da altdan xətt çizilir.Klaviaturadan istifadə edərək brauzerdə naviqasiya edərkən, keçidləri olan mətn və qrafik elementlər düzbucaqlı nöqtəli çərçivə ilə vurğulanır. Əvvəllər ziyarət edilmiş link, adətən, ziyarət edilməmiş linkdən fərqli rəngdə vurğulanır. “Yarasa” keçidi, məsələn, sənəd və ya fayl yerləşdiyi resursun inzibatçısı tərəfindən silinib və ya köçürülübsə ya da resursun özü mövcud deyilsə çatışmayan obyektə istinad edən hiperlinkdir. Adətən bu vəziyyətdə səhifədə səhv kodu olan bir mesaj görünür, lakin bu həmişə baş vermir. Tam adı ilə hiperlink hissələri http://www.example.com/test-papka/index.html == HTML səhifə hiperlinkləri == Hiperlink HTML sənədinin və onun əsas elementinin fraqmentidir: İnternetdə yerləşə bilən başqa bir fayla işarə etmək; bu faylın tam yolunu (URL) ehtiva edir. İstifadəçi üçün hiperlink veb-saytda, e-poçtda və ya hər hansı elektron sənəddə link yaradan və İnternetdəki digər obyektlərə keçməyə imkan verən qrafik təsvir, video və ya mətndir. === Başqa HTML səhifəsinə hiper keçid === HTML-də bir keçid müəyyən etmək üçün <a> etiketi istifadə olunur, strukturu <a href="filename">Bağlantı mətni</a>, burada fayl adı keçid ediləcək fayl adı və ya İnternet ünvanıdır və LinkText HTML sənədində birbaşa göstəriləcək hipermətn keçid mətnidir.
Link (botanik)
Henrix Fridrix Link (alm. Heinrich Friedrich Link‎; 2 fevral 1767, Hildeshaym[d], Aşağı Saksoniya – 1 yanvar 1851, Berlin) — Alman təbiətçisi və botaniki. == Əsərləri == "Elementa philosophiae botanicae", Berlin, 1824. "Handbuch zur Erkennung der nutzbarsten und am häufigsten vorkommenden Gewächse" 3 т., Берлин, 1829—33. "Jahresbericht über die Arbeiten für physiologische Botanik im Jahre 1840", 1842. "Vorlesungen über die Kräuterkunde", Berlin, 1843—45. "Flore portugaise", Берлин, 1809—40. "Icones plantarum selectarum horti regii botanici Berolinensis" Kristof Fridrix Otto ilə birlikdə, Berlin, 1820—28. "Enumeratio plantarum horti regii botanici Berolinensis" 2 c., Berlin, 1821—22. "Ueber die Gattungen Melocactus und Echinocactus", Berlin, 1827.
LinkedIn
LinkedIn — işgüzar və iş əlaqələrinin qurulması üçün sosial şəbəkə. Linkedin korparasiyası professional peşələrin insanları üçün sosial şəbəkə saytıdır. 2002-ci ilin dekabrında qurulub və 2003-cü ilin martın 3-də fəaliyyətə başlayıb. Əsasən professional şəbəkə kimi istifadə edilir. 2013-cü ilin yanvarı üçün LinkedIn dünyanın 200-dən artıq ölkə və bölgələrindən 200 milyondan çox istifadəçinin qeydiyyatdan keçdiyini bəyan edir. == Tarixi == "LinkedIn" sosial şəbəkəsinin əsasını 2002-ci ilin dekabrında Rid Hofman qoyub, 2003-cü ilin mayında istifadəyə verib. "LinkedIn" qeydiyyatdan keçən istifadəçilərə işgüzar əlaqələrin siyahısını yaratmağa və dəstəkləməyə imkan verir. "LinkedIn" istifadəçiləri müxtəlif hədəflər üçün əlaqələr siyahısından istifadə edə bilərlər: mövcud əlaqələr vasitəsilə təqdim edilmiş olmaq və əlaqələri genişləndirmək, şirkətlər, insanlar, maraqlar üzrə qrupların axtarışını həyata keçirmək, peşəkar xülasə dərc etmək və iş axtarışını həyata keçirmək, məsləhət görmək və məsləhət görülmüş olmaq, vakansiyaları dərc etmək, maraqlar üzrə qrupları yaratmaq. LinkedIn həmçinin işgüzar səfərlər, konfranslar və oxunmuş kitablar haqqında informasiyanı dərc etməyə imkan verir. Sayt dünyanın 20-dən artıq dilində (ingilis, fransız, rus, alman, italyan, portuqal, ispan, rumın, türk və s.) əlçatandır.
Linkin Park
Linkin Park — Alternativ metal üslubunda mahnılar ifa edən Kaliforniyalı musiqi qrupu. İki Qremmi mükafatına layiq görülmüşdür. 1996-cı ildə Aqura-Hills şəhərində yaradılan qrup "Linkin Park" kimi 1999-cu ildən tanınmışdır. Debyut albomu "Hybrid Theory" 2005 ildə brilyant sertifikatlaşdırılmışdı. "Collision Course" albomu Jay-Z ilə meydana gəldi. 2002 il "Reanimation" albomu remikslərdən ibarətdir. Studiya albomları: "Hybrid Theory" (2000), "Meteora" (2003), "Minutes to Midnight" (2007), A Thousand Suns (2010), Living Things (2012) və The Hunting Party (2014) == Qrupun tarixçəsi == === İlk illər (1996–2000) === Qrubun əsası əslində Los-Anceles-də bir universitetdə təhsil alan üç tələbə; Mayk Şinoda, Rob Bourdon və Brad Delson tərəfindən qoyulmuşdur. Mayk, Brad, Rob bir-birlərini tanıdıqdan sonra qrup yaratmaq fikrinə düşdülər. Maykın hip-hop söyləyə bilir, Brad Gitaranı, Rob isə zərb alətini çala bilirdilər. Universiteti bitirdikdən sonra qrup yaratmaq fikirləri daha da gücləndi.
Linkin Park Underground
Underground EP — Linkin Park tərəfindən hazırlanan canlı və yaxud remix mahnılar əsasında hazırlanmış EP-lərdir. Sayca 10 EP mövcuddur. Sonuncu albom 2010-cu ildə çıxmışdır. == Albomların siyahısı == == Underground 1.0 == Əslində adı Hybrid Theory EPdir. Ancaq Underground seriyasının ilk albomu olmuşdur. Bu albom digər EP-lərdən fərqli olaraq mahnıları remix və ya canlı deyildir. Carousel – 3:01 Technique – 0:40 Step Up – 3:55 And One – 4:31 High Voltage – 3:31 Part of Me – 12:43 == Underground 2.0 == 2002-ci ildə satışa çıxarıldı. A.06 – 0:54 With You (Live) – 3:45 Pts. Of. Athrty (Christal Method Remix) – 4:57 Dedicated (Demo 1999) – 3:10 High Voltage (Live) – 3:45 My December – 4:20 == Underground 3.0 == 2003-cü ildə satışa çıxarıldı.

"lin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lin nədir? #lin sözünün mənası #lin nə deməkdir? #lin sözünün izahı #lin sözünün yazılışı #lin necə yazılır? #lin sözünün düzgün yazılışı #lin leksik mənası #lin sözünün sinonimi #lin sözünün yaxın mənalı sözlər #lin sözünün əks mənası #lin sözünün etimologiyası #lin sözünün orfoqrafiyası #lin rusca #lin inglisça #lin fransızca #lin sözünün istifadəsi #sözlük