* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Xariqüladə qüvvələrə, varlıqlara inanmağı əsas götürən, Tanrıya etiqadı və tapınmağı sistemləşdirən ictimai şüur forması. Qorxu hissi yanlış olaraq dinin meydana gəlməsinin səbəbi sayılırdı. Din bəşəriyyət tarixinə hakim olan ən böyük qüvvətdir. Fəlsəfənin də, elmin də qaynağı dindir. 2. Həmin inam və etiqadları ayin və mərasimlər şəklində özündə toplayan dünyagörüşü, davranış və spesifik fəaliyyət. İslam dini. Xristian dini. Budda dini. Dini ayinlər. ◊ Dindən-dondan çıxmaq – yorulmaq, usanmaq.
Azərbaycan dilinin izahlı lüğəti / din2 ə. Allaha, ruhlara və s. inanma.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / din3 Qeybət, arxadan pisləmə, birini arxasınca qınama, dedi-qodu etmək. (“Kitabi-Dədə Qorqud” leksikası)
Azərbaycan dastanlarının leksikası / din4 \– ictimai şüurun formalarından biri; bir və ya bir neçə Allahın ―müqəddəslərin‖ – yəni fövqəltəbiiliyin bu və ya digər növünün reallığına inamı əsas götürən dünyagörüşü, davranış və spesifik fəaliyyət.
Fəlsəfə terminlərinin izahlı lüğəti / din1 DİN Ər-arvad və din məsələsində Həsən köhnə ata-baba yolu ilə gedənlərdən idi (M.İbrahimov); MƏZHƏB [Molla Sadıq:] Camaat, hamınız sünnüsünüz, məzhəbinizdən dönməyin, şəkk eləməyin, sonra axirət dünyasında cəhənnəm oduna yanarsınız (İ.Şıxlı).
Azərbaycan dilinin sinonimlər lüğəti / din1 DİN I is. [ ər. ] Üstqurum formalarından biri. Zülm nə din bildi, nə dil, nə Vətən; Cəhalət uydurdu İslam adına (B.Vahabzadə). DİN II f. Danışmaq, söyləmək. Əzizinəm din barı; Danış barı, din barı; İgidə tab gətirməz; Yağı tikən min barı (Bayatı).
Azərbaycan dilinin omonimlər lüğəti / din2 сущ. религия, вера, вероисповедание. İslam dini исламская религия, xristan dini христианская религия; dinə inanmaq веровать, быть религиозным, держаться какого-л. вероисповедания
Azərbaycanca-rusca lüğət / din1 [ər.] сущ. дин; islam dini ислам дин; // диндин; ** dindən-dondan çıxmaq галатун, жазан хьун.
Azərbaycanca-ləzgicə lüğəti / dindini çıxmax: (Cəbrayıl) azca soyumaq
Azərbaycan dilinin dialektoloji lüğəti.