Ləqəbi "İKA"dır
Ləqəbi "İKA"dır — 1997-ci il Azərbaycan istehsalı dram janrında film.
== Məzmun ==
Film SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının 1953–1990-cı illərdəki fəaliyyətindən, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin təşkilində bu komitənin bilavasitə iştirakından bəhs edir.
== Film haqqında ==
Film rejissor Teymur Bəkirzadənin kinoda son işidir.
Filmdə sənədli kadrlardan istifadə edilmişdir.
Çəkiliş vaxtı səhvən İran sərhədi 25 km keçilmişdi. Xəbərdarlıqdan sonra çəkiliş vertolyotu geri qayıtdı.
Kütləvi səhnələrin birində Prişibdə yaşayan malakanlar iştirak etmişlər.
Filmin çəkilişinə Ramanadakı hərbi hissənin paraşütçüləri köməklik göstəriblər.
"Ürək yaddaşı" adlanan ədəbi ssenarini rejissor Vaqif Mustafayev 90-cı il hadisələri zamanı yazıb, amma öz ssenarisinə quruluş vermək fikrində olmayıb. Ssenarini Teymur Bəkirzadə bəyənmişdi.