dil sözü azərbaycan dilində

dil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dil • 88.4640%
  • Dil • 11.4466%
  • DİL • 0.0638%
  • dİl • 0.0128%
  • Dİl • 0.0128%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. == Tipologiya == linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili, məsələn Alqol, Heyvanların ünsiyyət dili. == Dillər haqqında ümumi məlumat == Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Dil Dil Pakistan
"Dil Dil Pakistan" (urdu دل دل پاکستان‎) — Pakistanın musiqi ansamblı "Vital Signs" tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan "Vital Signs 1"ə daxil idi. == Qəbulu == "Dil Dil Pakistan" Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir. == Musiqi videosu == Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir. == Lirika == Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır. Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü.
Aqqlütinativ dil
Aqlütinativ dillər – Söz formaları aqlütinasiya yolu ilə düzələn dilllər. Türk, Fin-Uqor dilləri belə dillərdən hesab olunur. Bu dillər üçün şəkilçilərlə sözdüzəltmə və sözdəyişmə sistemli xarakter daşıyır, vahid təsriflənmə və hallanma xüsusiyyəti olmaqla şəkilçilərin eyni funksiyalılığı mövcuddur. F.Şlegel (1772-1829) dilləri flektiv dillər və aqlütinativ dillər (affiksli) olmaqla iki yerə bölürdü. Sonradan onun qardaşı A.Şlegel (1767-1845) bu bölgünün yetərli olmadığını başa düşərək o bölgüyə birini də əlavə edib: amorf dillər. Aqlütinativ dillərə aqlütinativləşən, iltisaqi, şəkilçili, şəkilçiləşən dillər də deyilir. Bu dillərdə bütün leksik-qrammatik, yəni sözdüzəltmə (derivasiya) və qrammatik, yəni sözdəyişmə (relyasiya) əlaqələr, ilk növbədə, şəkilçi morfemlər vasitəsilə realizə olunur. Aqlütinativ dillərin səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, həmin dillərdə kök və şəkilçi morfemlər hər bir halda öz müstəqilliyini qoruyur. Təsadüfi deyildir ki, A.Şleyxer aqqlütinativ dilləri bitkilərlə müqayisə etmişdir. Doğrudan da həmin dillərdə kök sanki ağacın gövdəsi, şəkilçilər isə onun şaxələri və ya budaqları kimi mövcud olur.
Kürdcə dil
Kürd dilləri, həmçinin kürd dili və ya kürdcə (Kurdî və ya کوردی) — Kürdüstan geomədəni vilayətində yaşayan kürdlərin və kürd diasporunun danışdığı dil və ya dillər qrupu. Kürd dili Hind-Avropa dil ailəsinin Qərbi İran dillərinə mənsub dialekt kontinuumunu təşkil edir. Kürd dilinin əsas üç dialekt və ya dili kurmanci, sorani və cənubi kürdcədir. Şimal-Qərbi İran dillərinin ayrı qrupu olan zaza-gorani dillərində bir neçə milyon etnik kürd də danışır. Kürdlərin əksəriyyəti kurmanci dilində danışır, kürdcə mətnlərin çoxu kurmanci və sorani dillərində yazılır. Kurmanci latın qrafikasının törəməsi olan havar əlifbası ilə, sorani isə ərəb qrafikasının törəməsi olan sorani əlifbası ilə yazılır. Lək dilinin cənubi kürd ləhcəsi və ya dördüncü kürd dili kimi təsnifatı müzakirə mövzusudur. Lək dili ilə digər cənubi kürd ləhcələri arasında fərqlər minimaldır. Kürd dilində ədəbi məhsul XX əsrin əvvəllərinə qədər əsasən poeziya ilə məhdudlaşmış, sonradan ümumi ədəbi inkişaf baş vermişdir. İndiki dövrdə iki əsas yazılı kürd ləhcəsi kurmanci və soranidir.
Müqəddəs dil
Müqəddəs dil — başqa dildə danışan insanların dini məqsədlər üçün istifadə etdikləri dil. Dilin işləkliyi, ancaq dini kitab və mətnlərin oxunması, öyrənilməsi və dinin ardıcılları üçün bəzi ritual və duaların o dildə istifadəsinin mövcudluğu ilə məhdudlaşır. Bu gün bu dillərin bir çoxu ölü dil halına gəlib. Avesta dili — Müqəddəs dil kimi zərdüştilər işlədirdilər. Avesta bu qədim dildə yazılmışdır. Bu dil iki min il bundan əvvəl tərk edilmişdir. Klassik Ərəb dili (VII əsr) — Müsəlmanlar üçün. Quranın mətni və hədislər orijinalda bu dildədir. Bəzən müsəlmanlar duaları da bu dildə əzbərləyib istifadə edirlər. İbrani dili — yəhudilər üçün olan və xristianların da müqəddəs hesab etdiyi Əhdi-ətiq və başqa yəhudi dini qaynaqların dili.
Natalia Dil
Nathalia Goyannes Dill Orrico (Portuguese: [[Beynəlxalq fonetik əlifba|[naˈtaliɐ ˈdʒiw]]]; 24 mart 1986, Rio-de-Janeyro) — Braziliya aktrisası.
Proto-dil
Linqvistikada ana dili və ya proto dil əsasən hipotetik və ya yenidən qurulan və çox vaxt sınaqdan keçirilməyən bir dildir; Bu dildən təkamül yolu ilə yeni dillərin meydana gəldiyi və dil ailəsi yaratdığı güman edilir. Tarixi linqvistikanın ağac modelində yerləşdirilmiş bir proto-dil, nəsil ağacı metaforasında proto-dil ana dil adlandırıla bilər. Başqa bir təriflə izah etsək, özündən başqa dillərin və ya ləhcələrin formalaşdığı dildir. Başqa sözlə, səs quruluşu, məna və forma baxımından bir-birindən az-çox fərqlənən dil və ya şivələrin kök etibarı ilə naməlum bir tarixdə birləşdiyi ümumi dillər bu anlayış altında cəmlənir. Məsələn, ana Altay dili, ana Monqol dili, ana türk dili, Latın dili kimi dillər ana dillər sırasındadır. Proto dil mövcud məlumatların birləşdirilməsi yolu ilə “yenidən formalaşdırılmış” dildir. Proto prefiksi “birinci” və “ən köhnə” deməkdir. Proto dil müəyyən bir dövrün danışıq dili ilə tam olaraq eyni olmaya bilər. Bu, müəyyən fərziyyələrə əsaslanan modeldir və dilin sonrakı variasiyaları arasındakı fərqləri daha yaxşı başa düşmək üçün düsturlar təqdim edir. Bütün insan dillərinin əcdadı olan proto insan dilinin olub-olmaması ilə bağlı mübahisələr davam edir.
Qırmızı dil
Rəsmi dil
Dövlət dili və ya Rəsmi dil – Konstitusiya ilə ölkənin, vilayətin xüsusi statusa malik olan dil. Bir qayda olaraq ölkə administrasiyası, parlament və məhkəmələrində işlədən dil rəsmi dil sayılır. Az işlənsə də yerli xalqın dili də dövlət dili elan edilə bilər. Məsələn, Yeni Zelandiyada maori xalqı ölkə əhalisinin beş faizini təşkil etsə də, onun dili dövlət dilidir. == Dövlət dili == Dövlət dili dövlət ərazisində digər dillərə nisbətən daha üstün statusa malik olan dildir. Bir qayda olaraq dövlət dili kimi ərazidəki çoxsaylı etnosun dili qəbul edilir. Digər tərəfdən dövlət sənədlərinin digər dillərdə də nəşri nəzərdə tutula bilər. == Dövlət dili ilə rəsmi dil arasında fərq == UNESCO ekspertləri 1953-cü ildə "dövlət dili" ilə "rəsmi dil" arasında aşağıdakı fərqi təklif etdi: Dövlət dili dövlət çərçivəsində siyasi, sosial və mədəni sahədə inteqrasiya rolu oynayır və dövlətin simvolu hesab edilir. Rəsmi dil — dövlət idarəçiliyində, qanunvericiliyində, məhkəmə prosesində işlənən işçi dildir. == Azərbaycan Respublikasının Dövlət dili == Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir.
Süni dil
Süni dil — təbii dildən fərqli olaraq məqsədli surətdə yaradılan sistem. Belə dillər mindən çoxdur və yenilərinin yaradılması prosesi davam edir. == Təsnifat == Süni dillərin aşağıdakı növləri vardır: Proqramlaşdırma dilləri və kompüter dili İnformasiya dili Formal dil Mövcud olmayan xalqların ədəbiyyatda və kinematoqrafiyada yaradılmış dilləri. == Mənbə == http://stra.teg.ru/library/strategics/7 Arxivləşdirilib 2004-06-06 at the Wayback Machine İsskustvennıye yazıki // Linqvistiçeskiy ensiklopediçeskiy slovar.
Təbii dil
Təbii dil (natural language) – proqramlaşdırma və ya maşın dilləri kimi dillərin əksinə olan, adi danışıq dili. Təbii dilin “başa düşülməsi” və hesablama vasitələrinin ona yaxınlaşdırılması – süni intellekt sahəsində araşdırılmaların başlıca məqsədlərindən biridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yazılı dil
Yazılı dil yazılı ifadələr üçün bir ölkədə danışıq ləhcələrindən birinin qəbul edilmiş formasıdır. Standart dil ölçülü dil kimi də göstərilə bilər. Dünyada danışılan bəzi dillər tarixdən müasir dövrə kimi yazılı şəkildə istifadə olunmuş və zaman keçdikcə yazılı bir dil halına da gəlmişdir. Sözügedən yazılı dildən başqa, dünya dillərinin dialektləri və danışıq dilləri də vardır. == Tarix == Yazının ən erkən nümunələri Neolit dövrünə aiddir. O zaman, gil lövhələri əmtəənin sayını izləmək üçün işlənilirdi. Ən erkən yazılı dil isə e.ə. IV minilliyə, Uruk şəhərinə aiddir. Tarixçilər yazının ixtirasını ibtidai icma quruluşu ilə tarix arasındaki sərhəd olaraq sayırlar. Beləliklə, proto-yazı ilə yazı arasındaki fərq qavrayış məsələsi olduğuna görə bu sərhəd dəqiq deyil.
Çoxamaclı dil
Çoxamaclı dil - (ingiliscə general-purpose language, rusca универсальный язык) – Ada, Pascal, C, Forth və BASIC kimi ən müxtəlif məqsədlər və tətbiq sahələri üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. Bununla da universal dillər, yalnız verilənlər bazasında istifadə üçün nəzərdə tutulmuş SQL kimi dillərdən fərqlənir. Program - hər hansı məsələni həll etmək üçün kompüter dilində yazılmış kodlardır. Yəni biz məsələni həll etmək üçün kompüterdə proqram yazırıq. Proqramlaşdırma dili - proqramı yazmaq üçün isə bizə proqramlaşdırma dili lazımdır. Hal-hazırda çoxlu proqramlaşdırma dilləri var. Məsələn: C, C++, Java, Smaltalk, Pascal, Visual Basic, Visual FoxPro və s. Proqramlaşdırma dillərin müxtəlif səviyyələri var. Əsasən 5 qrupa ayırırlar: Çox yüksək səviyyəli dillər və ya vizual dillər: Access, FoxPro, Paradox, XBase, Visual Basic. Yüksək səviyyəli dillər (Bunlara bəzən alqoritmik dillərdə deyilir): Pascal, Basic, Fortran.
Çoxməqsədli dil
Çoxamaclı dil - (ingiliscə general-purpose language, rusca универсальный язык) – Ada, Pascal, C, Forth və BASIC kimi ən müxtəlif məqsədlər və tətbiq sahələri üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. Bununla da universal dillər, yalnız verilənlər bazasında istifadə üçün nəzərdə tutulmuş SQL kimi dillərdən fərqlənir. Program - hər hansı məsələni həll etmək üçün kompüter dilində yazılmış kodlardır. Yəni biz məsələni həll etmək üçün kompüterdə proqram yazırıq. Proqramlaşdırma dili - proqramı yazmaq üçün isə bizə proqramlaşdırma dili lazımdır. Hal-hazırda çoxlu proqramlaşdırma dilləri var. Məsələn: C, C++, Java, Smaltalk, Pascal, Visual Basic, Visual FoxPro və s. Proqramlaşdırma dillərin müxtəlif səviyyələri var. Əsasən 5 qrupa ayırırlar: Çox yüksək səviyyəli dillər və ya vizual dillər: Access, FoxPro, Paradox, XBase, Visual Basic. Yüksək səviyyəli dillər (Bunlara bəzən alqoritmik dillərdə deyilir): Pascal, Basic, Fortran.
Ölü dil
Ölü dil — nə vaxtsa xalqın milli dili olan, hazırda isə istifadə olunmayan və inkişafını dayandırmış və ya dayandırmaqda olan dil. == Dillərin məhv olma səbəbləri == Dillərin ölü dillərə çevrilməsinin səbəblərindən biri həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, dünya əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil dünya əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır. Adamlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçdükləri üçün müəyyən vaxtdan sonra öz xalqının dilini unudur. Hazırda mövcud olan dillərin yarısı təqribən yüz ildən sonra istifadədən kənarda qalacaqdır. Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də, sayca kiçik xalqların və dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır.
İkinci dil
İkinci dil — şəxsin öz ana dilindən başqa öyrənib danışa bildiyi əlavə dildir. Ümimiyyətlə isə ikinci dil daha çox öyrənilən dilin əslində həmin ölkədə danışılmayan dildir.
Ədəbi dil
Ədəbi dil, standart dil və ya standart ləhcə – daha az və ya yazılı şəkildə təsbit edilmiş normalara malik olan ümumxalq dilinin emal olunmuş hissəsi; şifahi formada ifadə edilən mədəniyyətin bütün təzahürlərinin dili. Ədəbi dil adətən elmi və bədii əsərlərdə, mətbuatda və idarəçilik aparatında, televiziya və radioda, məktəblərdə işlədilən dildir. Dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulan dil kimi qəbul olunur. Dilin standartlaşması davamlı bir prosesdir. Bəzən bir dilin müxtəlif ədəbi versiyası ola bilər. Müxtəlif standart versiyası olan dillərə çox mərkəzli dil deyilir. Yeganə standartı olan tək mərkəzli dillər arasında rus və yapon dillərini qeyd etmək olar. == Nümunələr == Azərbaycan Respublikasında standart azərbaycanca rəsmi dildir, Cənubi Azərbaycanda isə Təbriz mərkəzli standart mövcuddur. Standart çincə (çin. 普通话) mandarin dilinin standart versiyasıdır.
Dil kompleksi
Dil kompleksi — dialekt kontinuumu daxilində dialektlər arasındakı əlaqələrə bənzəyən, lakin daha çox fərqə malik olan dillər qrupu. Başqa sözlə, dil kompleksinin komponentləri dialektlər deyil, dillərdir, buna baxmayaraq, ayrı-ayrı deyimlər arasında sərhədləri çəkmək hələ də çətindir. Gələcəkdə dil kompleksi əsasında bir və ya bir neçə komponentin daşıyıcıları dil kompleksinin əsas ərazisini tərk edərsə, psevdogenetik assosiasiya (linkic; ing. linkage) yarana bilər. Orijinal dialekt kontinuum/dil kompleksinin qalan üzvləri öz-özlüyündə inkişaf edərkən bəzi əlamətlər və yeniliklər mübadiləsini davam etdirirlər ki, zaman keçdikcə müəyyən genetik əlaqə görünüşü yaranır. Bununla belə, onun ümumi xüsusiyyətləri ya irsi arxaizmlər (çox vaxt dil kompleksinin oturaq üzvlərində itirilir) və ya kompleks üzvlərinin yalnız bir hissəsini, adətən ən yaxın qonşuları birləşdirir. Beləliklə, ortaq əcdad dilini yalnız ilkin dil kompleksinin bütün üzvləri üçün yenidən qurmaq mümkündür, lakin onun qalan üzvləri üçün bunu ayrıca mümkün deyil. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ross, Malcolm D. Proto Oceanic and the Austronesian languages of Western Melanesia. Canberra: Pacific Linguistics. 1988.
Slavyanlararası dil
Slavyanlararası dil (2011-ci ilə qədər slovyan dili) — aposterior panslavyan dilidir, işlənən slavyan dillərinin materialları əsasında hazırlanıb və qarşısına ümumslavyan dili yaratmaq məqsədi qoyur. Hal-hazırda (slovyanski, slovioski və novoslavyanski dilləri birləşəndən sonra) ümumslavyan cəmiyyəti 4 lüğətdən istifadə edir: Межславянский словарь (2015-ci ilin yanvarı üçün 12000 söz) Лексикон Словиоски Arxivləşdirilib 2016-03-17 at the Wayback Machine (bir neçə on min söz) Междуславянско-русский словарь (2015-ci ilin yanvarı üçün 7700 söz) Qısa novoslavyan lüğəti İlk 3 lüğət yenilənir, 4-cü yox. == Tarixi == Panslavyan dilinin yaradılmasının ən erkən (1659-1666) cəhdi xorvat rəhibi Yuray Krijaniçə aiddir. 2006-cı ilin mart ayında Slovianski adlı layihə müxtəlif ölkələrdən olan şəxslə tərəfindən başlanılıb. Onların məqsədi, slavyanlar üçün öyrənmədən başa düşülən dili yaratmaq idi. Bu dil slavyan dillərdə artıq mövcud olan xüsusiyyətlərdən ibarət olmalı idi və onun süni əlavələri olmamalı idi. 2011-ci ildə Slovianski, Slovioski və Novoslověnsky layihələri slavyanlararası (Medžuslovjanski) adı altında birləşiblər. Slavyanlararası dilə ISO 639-3 kodu ayırmaq üçün 2012 və 2014 illərdə uğursuz müraciətlər göndərilib. 2019-cu ilin sentyabrında göndərilən müraciət isə 2024-cü ilin aprelində isv kodunun qəbulu ilə nəticələnib. == Yazı == Slavyanarası dilin prinsiplərindən biri odur ki, onu hər hansı slavyan klaviaturasıyla yazmaq olar.
Şifahi dil
Danışıq dili və ya şifahi dil — xüsusi üslubi səciyyəli funksional sistem; ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəmi danışıq dili adlanır. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir. Ədəbi dildən fərqli olaraq gündəlik ünsiyyətdə işlənən dilin xüsusiyyətləri, adətən, ədəbi dil daşıyıcılarının maqnitofon və əl ilə yazılmış materialları əsasında öyrənilir. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni-mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər. Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. "Kitabi-Dədə Qorqud" dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır. Ədəbi dil tərkibində danışıq dilinin səciyyəsi şifahi nitqə xas olan aşağıdakı ümumi cəhətlərlə: hazırlıqsız, bədahətən olması, xətti ardıcıllığı, nitq vasitələrinin qənaətlə işlənməsi və özünəməxsusluğu ilə müəyyən edilir. Ədəbi dil və milli dilin tərkibində danışıq dilinin yeri və xarakteri tarixən dəyişir.
Dil inqilabı
Türk dili islahatı — (türkcə Dil Devrimi, dil inqilabı və ya dil islahatı), türk dilinin ərəb və fars mənşəli sözləri unudulmuş qədim Türk dillərdən alınmış və ya Türk köklərdən istifadə edilərək tamamilə yenidən düzəldilmiş sözləri ilə əvəz etməyə yönəltmiş bir dövlət kampaniyası idi. Kampaniya 12 iyul 1932 tarixində Atatürk tərəfindən başladılmiş və 1970-ci illərədək davam etmişdir. Türkcədəki qeyri-türk ünsürlərə qarşı mübarizəsinin ən qızğın mərhələsi 1932–1938-ci illər arasında aparılmışdır. Dil islahatından qabaq türk dilinin leksik fondunun əksər hissəsi ərəb və fars sözləri təşkil etmişdirsə, kampaniyasının başa çatmasından sonra ərəb sözlərin payı cəmi 6%-ə, fars sözlərinki isə 1 %-ə enmişdir. == Tarixi == === Osmanlı dönəmi === Türklər ərəb və fars dilli xalqlarla təmasa girəndə öz dillərində olmayan sözləri aldılar. Ancaq tapılmayan sözlərə əlavə olaraq, türk sözləri zaman keçdikcə öz funksiyalarını itirdi və ərəb və fars sözləri ilə əvəz olundu. Türk dilində od sözü fars atəşi ilə əvəz edilmişdir. Yalnız sözlər deyil, hər iki dildə ifadələr və konstruksiyalar, həmçinin qrammatika qaydaları da alındı. Nə türkdilli mövzular, nə ərəb və farsdilli mövzular, nə də digərləri bu cür Osmanlı dilini başa düşə bilmədilər. Nə türkdilli mövzular, nə ərəb və farsdilli mövzular, nə də digərləri bu cür Osmanlı dilini başa düşə bilmədilər.
Eteokrit dil
Eteokrit dili (q.yun. Ἐτεόκρητες; hərf. "Əsl kritlilər") — qədim dövrlərdə Kritdə pelasqlar, kidonlar və başqaları ilə birlikdə məskunlaşan yunanlardan əvvəlki xalqların ən böyüyünün dili. Eteokritlər ilk dəfə Homer tərəfindən xatırlanmışdır. Müasir arxeologiyada bu xalqın adı üçün "minoylılar" da tez-tez istifadə olunur və onların sivilizasiyası "Minoy" adlanır (mifik Krit padşahı Minosun adından). Bu dildə danışanların öz adı Misir qeydlərində "k'ftjw" kimi tanınır (şərti oxu – "kaftiu", "iu" isə misircə cəm sonudur). Bu dildə Krit adasının adı akkadca qeydlərə görə, "Kaptara" ivritcə qeydlərə görə isə Kaftor olaraq verilmişdir. Dilin genetik əlaqələri məlum deyil. Eteokrit dilinin minoy dilinin davamı olduğu güman edilir. Santorini adasında vulkan püskürməsi və axeylərin işğalı nəticəsində Minoy sivilizasiyasının məhv edilməsindən sonra minilliklər ərzində Minoy dilinin abidələri formalaşmamışdır.
Dil inkişafı
Dil inkişafı — insanların dil qabiliyyətlərini və bacarıqlarını qazanma, inkişaf etdirmə və təkmilləşdirmə prosesi. Bu proses uşaqlıq dövründən başlayır və ömrün müxtəlif mərhələlərində davam edir. Dil inkişafı müxtəlif komponentləri, o cümlədən dinləmə, danışma, oxuma və yazma bacarıqları, habelə qrammatika, leksika və ünsiyyət strategiyalarını öyrənməyi əhatə edir. Bu inkişaf həm təbii yolla, həm də şüurlu öyrənmə vasitəsilə baş verir. == Dil İnkişafının Mərhələləri == Dil inkişafı uşaqların doğuşdan etibarən mərhələli şəkildə dil bacarıqlarını əldə etməsini ifadə edir. === Körpəlik dövrü (0–12 ay) === İlk aylarda körpələr əsasən səslərə və insan nitqinə reaksiya verir. 6–8 ayda körpələr "cəfəngiyat mərhələsi"nə (babbling) keçirlər. Bu dövrdə "ba", "da" kimi təsadüfi səslər çıxarırlar və səsləri təkrar edirlər. 9–12 ay arası körpələr artıq səsləri müəyyən mənalı sözlərlə əlaqələndirməyə başlayırlar və ilk sözlərini deyə bilirlər. === Erkən uşaqlıq dövrü (12–24 ay) === Bu dövrdə uşaqlar daha çox söz öyrənir və sadə cümlələr qurmağa başlayırlar.
Dil qiymətləndirməsi
Dil qiymətləndirməsi — bir insanın dil bacarıqlarının və dil biliyinin müxtəlif sahələrdə nə qədər inkişaf etdiyini və səriştəli olduğunu müəyyən etmək üçün həyata keçirilən prosedurdur. Bu qiymətləndirmə prosesi həm ana dili, həm də ikinci və ya xarici dili öyrənən şəxslər üçün tətbiq edilir. Dil qiymətləndirilməsinin məqsədi dil biliklərini ölçmək, inkişafını izləmək və ehtiyaclara uyğun olaraq tədris və təlim proseslərini formalaşdırmaqdır. == Dil qiymətləndirilməsinin əsas növləri == === Diaqnostik qiymətləndirmə === Bu qiymətləndirmə bir şəxsin dil bacarıqlarının başlanğıc vəziyyətini müəyyən etmək üçün aparılır. Adətən dil öyrənməyə başlamazdan əvvəl və ya öyrənmənin erkən mərhələlərində tətbiq edilir. Diaqnostik qiymətləndirmə nəticəsində şəxsin güclü və zəif tərəfləri aşkarlanır və tədris proqramı buna uyğun olaraq hazırlanır. === Formativ qiymətləndirmə === Dil öyrənmə prosesi boyunca aparılan qiymətləndirmədir. Burada məqsəd, dil öyrənənin inkişafını davamlı olaraq izləmək və təlim metodlarını müvafiq olaraq uyğunlaşdırmaqdır. Formativ qiymətləndirmə qeyri-rəsmi ola bilər və tez-tez müəllimlər tərəfindən sorğu, müşahidə və ya kiçik tapşırıqlar vasitəsilə aparılır. === Summativ qiymətləndirmə === Dil öyrənmə prosesi sonunda və ya müəyyən bir mərhələnin yekununda aparılan qiymətləndirmədir.
Qarışıq dil
Qarışıq dil — dilçilikdə fərqli dillərin elementlərinin bir-birinə inteqrasiya olunaraq tamamilə yeni bir dil yaratmasını ifadə edir. Bu tip dillər əsasən iki və ya daha çox dildə danışan icmalarda yaranır və ana dil olaraq istifadə edilir. Qarışıq dillər, adətən, sadəcə fərqli dillərin qarışıq formada istifadəsi deyil, iki dilin struktur elementlərinin birləşməsindən əmələ gələn yeni dillərdir. Qarışıq dillər sırf lüğət mübadiləsi və ya kod keçidindən fərqlənir, çünki burada fərqli dillərin qrammatik strukturları da bərabər şəkildə birləşir. == Başqa dillərlə müqayisəsi == Dilçilikdə bu termin bəzən pidgin və kreol dilləri ilə əlaqələndirilir. Bu dillər də müxtəlif dillərin təsiri altında yaranan qarışıq dillər kimi qəbul olunur, amma pidgin və kreol dilləri ilə əlaqələndirilir. Bu dillər də müxtəlif dillərin təsiri altında yaranan qarışıq dillər kimi qəbul olunur, amma pidgin və kreol dilləri ilə qarışıq dillər arasında fərqlər var. === Pidgin dilləri === İki və ya daha çox dilin daşıyıcılarının qarşılıqlı anlaşma üçün yaratdığı sadələşdirilmiş dillərdir. Pidgin dilləri adətən məhdud kontekstlərdə, məsələn, ticarət və ya müvəqqəti ünsiyyət üçün istifadə edilir və ana dili kimi danışılmır. === Kreol dilləri === Pidgin dillərinin ana dili olaraq danışılmağa başlanması və zamanla inkişaf etməsindən yaranan dillərdir.
Gəz dili
Gəz dili——Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki İsfahan ostanında xüsusilə Gəzdə danışılır.
Hacı Allahyar ağa Dilbazov
Hacı Allahyar ağa Dilbazov (Qazax rayonu – 1866, Qazax qəzası) — Azərbaycan nəqşbəndi, Hacı Rəhim ağa Dilbazov "Vəhidi"nin atasıdır. == Həyatı == Qazax mahalında nəqşbəndiliyi ilk qəbul etmiş şəxslərdən olan Allahyar ağa öz zəmanəsinə görə savadlı və təhsili bir adam olmuşdur. Əlində olan məlumatlara əsaslanaraq Firidun bəy Köçərli Allahyar ağa barəsində "dəyanətkirdar və səxavətşüar bir bəy" deyə xarakteristika verir. 1827-28 ci il Rus-İran müharibəsində Qazax Süvari Alayının tərkibində iranlılara qarşı döyüşlərdə iştrak etmişdir. Şamxor döyüşünün, Əsrik döyüşünün, Gəncə ətrafındakı döyüşün qəhrəmanlarından biridir. 3 sentyabr 1826-cı il tarixdə baş vermiş Şamxor döyüşündə şəxsi igidlik göstərdiyi üçün Anna lenti üzərində gümüş medal layiq görünmüşdür. Firidun bəy Köçərlinin yazdığına görə, Allahyar ağanın Qafqaz nəqşbəndilərinin təriqət başçılarından olan Mirhəmzə Nigari ilə qədimi dostluğu varmış. Mirhəmzə Nigarinin Osmanlıya mühacirəti ərəfəsində bir ilə yaxın Xanlıqlar kəndində Allahyar ağanın evində qalması yalnız bu şəxsi dostluq münasibətilə izah edilə bilər. == Ailəsi == Allahyar ağa Dilbazovun şəxsi həyatı barədə məlum olan budur ki, onun üç oğlu və bir qızından sonra həyat yoldaşı vəfat edir. Bu nikahdan olan oğulları - şair Hacırəhim ağa Vəhidi, Paşa ağa, Hacıkərim ağa.
Hacı Məhəmməd Dilxun
Hacı Məhəmməd Dilxun (?-?) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Hacı Məhəmməd Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Vəliəhdin sarayında xidmət etmişdi. Şücaülmülk ləqəbini daşıyırdı. Hacı Məhəmməd Dilxun Tehran şəhərində başqa bir azərbaycanlı şair Molla Bəzmi Xoyi ilə mübahisə və mücadilə aparmışdı. Hacı Məhəmməd Dilxun türkcə yazırdı.
Hacı Rəhim ağa Dilbazov
Hacı Rəhim ağa Dilbazov (1822, Qazax – 1874) — XIX əsrdə yaşamış Azərbaycan şairi.
Haiti kreol dili
Haiti kreol dili (Kreyòl ayisyen) adətən sadəcə kreol adlanan, Haitidə 12 milyona yaxın insan tərəfindən danışılır.Haiti Kreolu , Fransız dili ilə yanaşı Haitinin iki rəsmi dilindən biridir.
Hal dili
Hal dili - türk xalq inancında və xalq mədəniyyətində tərs dil. Al dili olaraq da bilinər. Tərsinə bir dildir. İnanca görə "digər dünya" canlılarının yaşayışları, görünüşləri və dilləri bu dünyanın tam tərsidir. "Get" demək üçün "Gel" demək lazımdır və ya bəzən də sözün ya da cümlənin tərsdən oxunması lazımdır. Quş dili anlayışı ilə də əlaqəlidir. Türk mədəniyyətində digər dünya bu dünyanın tərsidir. Yer altı aləmi bu aləm ilə uyumsuzuk halındadır. Ərəbcə "Hal" (vəziyyət) sözüylə səsləşməsi səbəbiylə "bədən dili", "ruh halı" kimi anlayışları da ehtiva etməyə başlamışdır. Bu məzmunda düşüncələrini duruşu, davranışları sesizce (səsli dil olmadan) izah etmə deməkdir.
Herero dili
Herero dili (Otjiherero) Bantu dil ailəsinin Niger-Konqo qrupuna aid olan bir dilidir. Namibiya (206,000) və Botsvanada olan Herero xalqı tərəfindən danışılır. Hər iki ölkədə bu dili danışanların ümumi sayı təxminən 237.000 nəfər dir.
Herman Dils
Herman Aleksandr Dils (alm. Hermann Alexander Diels‎; 18 may 1848[…], Bibrix[d] – 4 iyun 1922[…]) — məşhur alman klassik filoloqu, antik dövr tarixçisi. Berlin Universitetinin professoru, 1905-1906-cı illərdə onun rektoru. Berlin Elmlər Akademiyasının fəal üzvü (1881). Rusiya Elmlər Akademiyasının xarici müxbir üzvü (07.12.1896) == Bioqrafiya == Bonn Universitetini bitirdikdən sonra Diels İtaliyaya elmi ezamiyyətə getmiş, burada Roma, Milan, Florensiya kitabxanalarında çalışmışdır. Qayıdandan sonra 1872-1877-ci illərdə. Əvvəlcə Flensburqda, sonra Hamburqda gimnaziyalarda dərs demişdir. 1877-ci ilin oktyabrından o, Aristotelin yazılarına yunan dilində şərhlər korpusunun nəşri komissiyasına (Prussiya Elmlər Akademiyasında) rəhbərlik edirdi). 1882-ci ildən qeyri-adi professor, 1886-cı ildən Berlin Universitetində klassik filologiya üzrə sıravi professor. 1905-1906-cı illərdə rektor olmuşdur.
Het dili
Xet dili — Eramızdan əvvəl Anadolu torpaqlarına məskunlaşmış Xet tayfasının dili. Xet dili Hind-Avropa dillərinin Anadolu altqrupuna daxildir. Xetlər özlərini Neşalılar adlandırırlar. Rəsmi diplomatik yazışmaları və saray arxivləri Akkad mixi yazısı ilə yazılarkən, qayalardakı yazılar üçün heroqliflərdən istifadə edirdilər. Hurri dili də əhəmiyyətli diplomatik yazışmalarda istifadə edilirdi və xüsusilə Mitanni İmperiyası ilə olan yazışmalarda istifadə edilirdi. Xet dili, Çex əsilli alman alim Bedrix Xrozninin tədqiqatlarının nəticəsində oxunmuş və 1917-ci ildə Xet qrammatikasını yayınlamışdı. == Bənzərliklər == === Türk dili ilə bənzərliyi === Xet dili ilə müasir türk dili arasında müəyyən bənzərliklər vardır. Bu əsasən Şərqi Anadolu regionu dialektlərində özünü göstərir. Çünki Xet dövləti bu ərazilərdə qurulmuşdur. Ana, ata, çox, çörək, gecə, parlaq, möhür kimi bəzi sözlərdə bu xet dili ilə bənzərlikləri görmək mümkündür.
Hind-Avropa dil ailəsi
Hind–Avropa dil ailəsi — ən böyük dil ailələrindən biri. Bütün qitələrdə istifadə edilən bu ailənin dillərində danışanların sayı təxminən 2,5 milyard nəfərdir. Hind-Avropa dil ailəsi – Hind-Avropa dil ailəsi 13 budağa ayrılır: hind, iran, slavyan, baltik, alman, kelt, italyan, roman, alban, yunan, erməni, anadolu və toxar. Hind və ya hind-ari budağı qədim, orta və yeni hind dillərinə ayrılır. Qədim Hind dillərinə, e.ə. II minilliyin ortalarında Şimali Hindistana soxulmuş ari qəbilələrinin-veddaların veda dili daxildir. E.ə. I minillikdə yaranmış sanksrit dili veda dilinə çox yaxındır. Sanskritin iki ardıcıl müxtəlifliyi vardır. Məşhur Mahabxaraat” və “Ramayana” poemalarının dili olan epik sanskrit və bizim eranın I minilliyinin ortalarında ədəbi dil kimi çiçəklənən klassik sanskrit.
Hind-Avropa dilləri
Hind–Avropa dil ailəsi — ən böyük dil ailələrindən biri. Bütün qitələrdə istifadə edilən bu ailənin dillərində danışanların sayı təxminən 2,5 milyard nəfərdir. Hind-Avropa dil ailəsi – Hind-Avropa dil ailəsi 13 budağa ayrılır: hind, iran, slavyan, baltik, alman, kelt, italyan, roman, alban, yunan, erməni, anadolu və toxar. Hind və ya hind-ari budağı qədim, orta və yeni hind dillərinə ayrılır. Qədim Hind dillərinə, e.ə. II minilliyin ortalarında Şimali Hindistana soxulmuş ari qəbilələrinin-veddaların veda dili daxildir. E.ə. I minillikdə yaranmış sanksrit dili veda dilinə çox yaxındır. Sanskritin iki ardıcıl müxtəlifliyi vardır. Məşhur Mahabxaraat” və “Ramayana” poemalarının dili olan epik sanskrit və bizim eranın I minilliyinin ortalarında ədəbi dil kimi çiçəklənən klassik sanskrit.
Hind-ari dilləri
Hind-ari dilləri – Hind-Avropa dil ailəsinə aid dil qrupu.
Hind-İran dilləri
Hind-İran dilləri — qədim arilərin miqrasiyası ilə yaranan və "ana ari dili"nə bağlı olan hind-avropa dillərinin ən şərq qolu. Ari dilləri daşıyıcıları Pamir, Benqal regionu və Şri-Lankadan Anadolu, Suriya və Şimali Qafqazadək yayılıb. Dillər Tacikistan, Əfqanıstan, Banqladeş, Hindistan, İran, Nepal, Pakistan, Şri-Lankada; Orta Asiya, Qafqaz ölklərində: Azərbaycan , Özbəkistan, Türkmənistan və Ermənistanda; Rusiyaya yaxın regionlardakı, İraq, Çin, Suriya və Türkiyədə yayılıb. Qaraçı və ona qohum dillər bütün dünya üzrə, əsasən də Avropada yayılıb. Hind dili icmaları Fici, Mavriki və Surinamda yaşayır. Hind-İran dilləri daşyıcılarının ümumi sayı 1,2 milyard insan hesab edilir. == Ədəbiyyat == Коган А. И. Дардские языки: Генетическая характеристика. М.: Восточная литература РАН, 2005.
Hind dili
Hind dili (हिन्दी Hindi) — Hindistanın rəsmi dili, Hindistanda rəsmi istifadə olunan 24 dildən biridir. Pakistanda istifadə olunan urdu dili ilə birlikdə hindustani dilini əmələ gətirir.
Kabarda-çərkəz dili
Kabarda çərkəz və ya Yuxarı Adıq dili (Адыгэбзэ və ya Къэбэрдей Адыгэбзэ) — Abxaz-adıq dillərinden Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Yuxarı Adıqca, Adıqların Kabardey ve Besleney klanları tərəfindən danışılmaqdadır. Bu klanlar özləri öz dillərini "adıq dili" adlandırırlar. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti ise Aşağı Adıqcadır (КӀахыбзэ). == Mənbə == ASE, V cild, Bakı, 1981-ci il, səh.
Kabardin-çərkəz dili
Kabarda çərkəz və ya Yuxarı Adıq dili (Адыгэбзэ və ya Къэбэрдей Адыгэбзэ) — Abxaz-adıq dillərinden Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Yuxarı Adıqca, Adıqların Kabardey ve Besleney klanları tərəfindən danışılmaqdadır. Bu klanlar özləri öz dillərini "adıq dili" adlandırırlar. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti ise Aşağı Adıqcadır (КӀахыбзэ). == Mənbə == ASE, V cild, Bakı, 1981-ci il, səh.
Kabardin dili
Kabarda çərkəz və ya Yuxarı Adıq dili (Адыгэбзэ və ya Къэбэрдей Адыгэбзэ) — Abxaz-adıq dillərinden Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Yuxarı Adıqca, Adıqların Kabardey ve Besleney klanları tərəfindən danışılmaqdadır. Bu klanlar özləri öz dillərini "adıq dili" adlandırırlar. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti ise Aşağı Adıqcadır (КӀахыбзэ). == Mənbə == ASE, V cild, Bakı, 1981-ci il, səh.
Kalka (dilçilik)
Kalka (fr. calque — kopiya) ya da Hərfi tərcümə — linqvistikada başqa dillərin söz, ifadə və frazaların, dil vahidinə uyğun olaraq hərfi tərcümə ilə mənimsənilməsi. Kalkaların yaranmasına gətirən mənimsəmə üsulu kalka ya da kalkalaşdırmaq adlanır. Kalkanın öyrənilməsiylə linqvistika, leksikoloqiya və tərcüməşünaslıq məşğul olur. Kalkalar dil daşıyıcılarının, xarici dilin məişətə və elmə xarici mənimsəmələrin kəskin artımına - müxtəlif tarixi mərhələlərdə Azərbaycan dilinə ardıcıl olaraq fars, ərəb, rus, alman, fransız, ingilis dillərindən, birbaşa reaksiya kimi yaranıb. Bəzi, məsələn island dillində, kalkalaşdırma - praktiki olaraq xarici leksikanın yeganə assimilyasiya vasitəsidir. Linqivistikada aşağıdakı kalka növləri var: sözyaradan kalka; semantik kalka; frazeoloji kalka; yarımkalkalar; yalançı kalkalar. Sözyaradan kalkalar - xarici sözün bir dildən o biri dilə morfemlərlə tərcüməsindən əldə edilir. Kalka adətən mənimsənilmiş söz kimi duyulmur, çünki öz dilinin morfemlərindən ibarət olur. Buna görə bu sözlərin gerçək mənşəyi, çox vaxt bu barədə ilk dəfə bilən insan üçün gözlənilməz olur.
Kalmık dili
Kalmık dili — Monqol dillərindən biridir. Əsasən Kalmıkiyada, qismən də Astraxan, Rostov və Stavropol vilayətlərində, həmçinin Qırğızıstanın İsıkgöl gölünün sahilin-də yayılmışdır. İki dialektə bölünür: derbet və torqut. Fonetik biçimində damaq sinharmonizmi mühüm rol oynayır. Dəfələrlə əlifbà dəyişmələrinə məruz qalmışdır. 1938-ci ildən kiril əlifbasına keçmişdir.
Kamışevat dili
Kamışevat dili — Azov dənizində yerləşən qumdan ibarət olan dil. Dil Yeysk yarımadasında yerləşir. Fırtınalar dilin formasını tez-tez dəyişir. İnzibati cəhətdən Krasnodar diyarının Eyski rayonunda yerləşir. Kamışevat dili yer üzündən silinmə təhlükəsi qarşısındadır. Səbəb isə kütləvi şəkildə balıqqulağı yığımıdır.
Kelt dil qrupu
Kelt dilləri — hind-avropa dil ailəsinə daxil olan qohum dillər qrupu.
Kelt dilləri
Kelt dilləri — hind-avropa dil ailəsinə daxil olan qohum dillər qrupu.
Ket dili
Ket dili — Sibirin mərkəzindəki Yenisey vadisində Ketlər tərəfindən danışılan dil; danışanların sayı cəmi 200 nəfərdir. Ket dili mürəkkəb qrammatik quruluşa malikdir. Harvard Universitetini bitirmiş dilçi alim və Məhv olmaq Təhlükəsi ilə üzləşmiş Dillər İnstitununun direktoru Qreqori Andersona görə ola bilər ki, ket dili Navajo kimi qədim Amerika dillərinin uzaq qohumudur. == Ket əlifbası == 1930-cu ildə Ket dilinin latın əlifbası əsasında əlifbası tərtib edilmişdir. 1980-cı ildə Ket dilinin kiril əlifbası əsasında yeni əlifbası tərtib edilmişdir.
Khmer dili
Khmer dili (khm. ភាសាខ្មែរ) [pʰiːəsaː kʰmaːe]) — khmerlərin dili. Mon-khmer dilləri qrupuna aiddir. Bu dildə təxminən 4,5 milyon adam danışır (1979). Səs tərkibi saitlərlə zəngindir. Köksözlü dillərdəndir. İki əsas dialekt qrupu (şimal-qərbi və cənub-şərqi) var. Ədəbi dil Pnompen dialektinə əsaslanır. Leksikasında sanskrit, pali və fransız dillərindən keçmə sözlər çoxdur. Yazısı pali dilindən götürülmüşdür.
Kidan dili
Xitay dili, Kitay dili və ya Kidan dili — Monqol dillərindən olan Xitayların danışdığı dil idi.Xitay dili, Liao sülaləsi və Qaraxitaylar dövlətinin rəsmi dili olmuşdur.

dil sözünün leksik mənası və izahı

  • 1 is. 1. anat. İnsan və onurğalı heyvanların ağız boşluğunda olub, qidanın çeynənilib udulmasına kömək edən və onun dadını bildirən, insanda isə, əlavə olaraq, danışıq səslərinin əmələ gəlməsində iştirak edən orqan. Dillə dadmaq. Dili ilə yalamaq. Dilini çıxartmaq. – [Mahirə] qurumuş dodaqlarını dili ilə islatdı. M.Hüseyn. // Heyvan dilindən hazırlanmış yemək. Bişmiş dil. 2. İnsanlar arasında ünsiyyət vasitəsi olub, onların bir-birlərini başa düşmələrinə və bir-birləri ilə fikir mübadiləsi etmələrinə imkan verən səs, söz və qrammatik vasitələr sistemi. Azərbaycan dili. Rus dili. Dünya dilləri. Qədim dillər. Bir neçə dil bilmək. – Elə ki sabah oldu, Sona fars dilini oxumağa başladı. N.Nərimanov. // dan. Ləhcə, şivə mənasında. Bu, lap gəncəli dilində danışır. 3. Bu və ya digər səciyyəvi xüsusiyyətə malik olan danışma və ya ifadə tərzi; üslub. Ədəbi dil. Yazıçının dili. Qəzet dili. Sabirin dili. Məqalə sadə dildə yazılmışdır. 4. Danışmaq qabiliyyəti, nitq. Qoy özü danışsın, özünün dili var. – Dili olmasa, gözünü qarğalar didər. (Məsəl). 5. Danışma, danışma tərzi. Onun çox acı dili var. Şirin dillə danışmaq. Kinayəli dil. – Dil var bal gətirər, dil var bəla. (Ata. sözü). Xoş dil ilanı yuvasından çıxarar. (Məsəl). Məhəmmədhəsən əmi şirin dillə nə qədər oğluna təskinlik verdisə, oğlu bir tikə ovunmaq bilmədi. C.Məmmədquluzadə. 6. məc. Bir şeyi ifadə və ya izah edən, ünsiyyət vasitəsi ola bilən şey (səs və s.) haqqında. Musiqi dili. Quşların dili. Rəqəmlərin dili. 7. Müxtəlif alətlərin, cihazların və s.-nin uzanan və əksərən oynar, mütəhərrik hissəsi. Zəngin dili. Toqqanın dili. // Qıfılı açmaq və bağlamaq üçün xüsusi formalı metal alət; açar. // Musiqi alətlərində (pianoda, qarmonda və s.-də) səs çıxarmaq üçün üstündən barmaqla basılan lövhəcik. Royalın dili. Qarmonun dilləri. 8. coğr. Dənizin, içəriyə doğru uzanmış uzun, üstü düz, alçaq qumlu quru hissəsi. Dənizdə beş kilometr uzunluğunda süni dil yaradılmış, küləkdən yaxşı qorunan buxta əmələ gəlmişdir. 9. məc. Müharibədə düşmənin vəziyyəti haqqında məlumat alına biləcək əsir. Dil almaq (tutmaq). Dil dalınca getmək. ◊ Ağzı var, dili yox, yaxud ağzında dili yox – sakit, fağır, səsi çıxmayan adam haqqında. Al dil – bax al2. Alovun dili – yuxarı qalxan alov haqqında; zəbanə. Dil açmaq – 1) dinmək, danışmağa başlamaq, dərdini söyləmək. İki dil açdı ki, vəsf eyləsin o gülbədəni; Fəzilətü hünərin etdi aşkar qələmi. S.Ə.Şirvani. Ancaq qız da dil açıb bir kəlmə demir, bir xahiş də etmirdi. Mir Cəlal. // Körpə uşaqlar haqqında: tək-tək sözləri deməyə başlamaq, təzə-təzə danışmağa başlamaq. Uşaq hələ dil açmayıbdır. – Balam dil açan günü; Mat qaldı ana bülbül. (Layla); 2) yalvarmaq, xahiş etmək. Dil ağıza qoymamaq – bax dil boğaza qoymamaq. [Əminə] şıltaq uşaqlar kimi atılıb-düşür, dil ağıza qoymurdu. S.Rəhimov. Dil ağıza salmamaq – bax dil ağıza qoymamaq. Gecə səhərəcən dil ağıza salmaz; Qonşuya un verib borcunu almaz. Aşıq Əziz. Dil bəlası – öz dilinin bəlasını çəkmə, dediyi sözün pis nəticəsini görmə. Dil boğaza qoymamaq – çox danışmaq, arasıkəsilmədən danışmaq. Dil bulamaq – bir işdə sözlə iştirak etmək, birinə kömək məqsədi ilə başqasına söz söyləmək, xahiş etmək, vasitəçi olmaq. Elə dedim, a qardaş, o gədənin işinə bir dil bulayasan. S.Rəhimov. Dil çıxarmaq – 1) istehza etmək, sataşmaq, ələ salmaq; 2) yalvarmaq (çox vaxt “dil çıxarıb yalvarmaq” şəklində işlənir). Dil deyib ağlamaq – bayatı çağırmaq, deyib oxşamaq. [Vidadi:] O ölsə, dağlar da dil deyib ağlar; Əfv edin, yaxşılıq qalar yadigar. S.Vurğun. Analar övladına, bacılar qardaşına; Həsrət qalıb, yas tutub, dil deyib ağlar yenə. M.Rahim. Dil göstərmək – birini acıqlandırmaq, sataşmaq, istehza etmək məqsədi ilə dilin çıxarıb ona göstərmək. Dil olmaq – 1) danışmaq. Simurq dil olub, Simanı başa salıb, mindirib dalına, aparıb qoydu nar bağına. (Nağıl); 2) yalvarmaq. Dil öyrətmək – bax dil vermək 2-ci mənada. Saç qara kömürdəndi; Gün keçər, ömürdəndi; Sənə dil öyrədənin; Ürəyi dəmirdəndi. (Bayatı). Dil pəhləvanı (ustası) – danışmaqda mahir olub, əlindən iş gəlməyən adam haqqında. Dil tapmaq – qarşılıqlı anlaşmaq, razılıq əldə etmək; yola gətirmək, razı etmək üçün yol tapmaq. Bax, o gedən qızla heç dil tapa bilməyirəm. M.Rahim. Dil tərpətmək – 1) söz söyləmək, danışmaq. Kim padşahın pisliyinə bir dil tərpətsə, o saat tutub qazamata salırdılar. M.Hüseyn; 2) başqası üçün birindən bir şey xahiş etmək. Dil tökmək – 1) şirin sözlərlə yola getməyə, razı salmağa, yaxud başını tovlamağa çalışmaq. Səlim bəy bu sözü eşidən kimi ürəklənib başladı Nəbiyə dil tökməyə, yalvarmağa. “Qaçaq Nəbi”. Yox, qonşu, dil tökmə, keçəl suya gedən deyil… C.Cabbarlı. // Çox xahiş etmək, yalvarmaq. O mənə bir dil tökdü, bir dil tökdü, başınıza dönüm, qaldım mat-məəttəl. N.Vəzirov. [Məsmə ərinə] nə qədər dil tökür, qandırmaq istəyirsə də, faydası olmayır. S.Hüseyn. Sənə öz qəlbimi açdım, sənə min dil tökdüm; Eşqimə gülləri, bülbülləri şahid çəkdim. S.Rüstəm; 2) bax dil deyib ağlamaq. Məryəm yalqızlıqdan istifadə edərək, acı-acı dil töküb ağlamağa başladı. A.Şaiq. Dil tutulması – danışmaq qabiliyyətini itirmə. Dil uzatmaq – 1) münasibətsiz, nalayiq söz söyləmək; danışıqda həddini aşmaq; 2) tənə vurmaq, danlamaq. Odlara tutuşdu, yasə batdı; Ol qönçədəhanə dil uzatdı. Füzuli. Dil vermək – 1) söz vermək, vəd etmək; 2) öyrətmək, danışmağa, iddiaya cürətləndirmək (bu mənada çox vaxt “ağzına dil vermək” şəklində işlənir). Hacı Murad ağıl öyrətməkdən, ağzına dil verir. S.S.Axundov. Qaranın … yanda durub oğluna dil verməsi də ona ikinci bir dərd olmuşdu. M.Hüseyn. Dil verməmək – başqalarına danışmağa imkan verməmək, danışmağa qoymamaq, mane olmaq. Danışana dil vermir, yeriyənə yol. (Ata. sözü). Dil vurmaq – ələ almaq, dilə tutmaq, xoş dillə öz tərəfinə çəkməyə çalışmaq, öyrətmək. Dil yarası – acı tənə, acı söz nəticəsində doğan inciklik hissi, ağır təhqir. Qılınc yarası saralar, dil yarası sağalmaz. (Ata. sözü). Dil yetirmək – 1) başqası üçün birindən bir şey xahiş etmək, birinə xahişlə müraciət etmək; 2) üzüzə danışa bilmək, qarşı-qarşıya durub danışmaq. Oturaydım göz-gözə; Yetirəydim dil yara. (Bayatı); 3) danışmaqda, mübahisədə ayaqlaşa bilmək. …Sən [rus müəllimləri ilə] çox durub-oturmusan, sənə dil yetirmək olmaz. Ə.Nəzmi. Dildə tük bitmək – bir şeyi həddən artıq təkrar etməkdən, söyləməkdən, yada salmaqdan usanmaq. Deyə-deyə dilimizdə tük bitdi. Dildən demək (danışmaq) – ciddi, ürəkdən söyləməmək, qeyrisəmimi demək. [Kərim] Hüseynağanın nəyi ürəkdən, nəyi dildən dediyini ayırd edə bilmirdi. M.İbrahimov. Dildən düşmək – bərk yorulmaq, üzülmək, əldən düşmək, usanmaq. O qədər yalvardım ki; Axır düşdüm mən dildən. (Bayatı). Sənin o sövdalı solğun baxışın; Xatırladır mənə bir pərizadı; Ki, düşməz ölüncə dilimdən adı. Ə.Cavad. İstədi səslənsin ki, “ay xala, yorulub dildən düşərsən, gözlə qayıtsın”. Mir Cəlal. Dildən (dillərdən) düşməmək – yaddan çıxmamaq, məşhur olmaq, unudulmamaq, daim söylənmək. Onun adı dillərdən düşmürdü. Dildən salmaq – əldən salmaq, yormaq, üzmək, taqətdən salmaq, usandırmaq. Götürmüş ağzına boran hər yanı; Aclıq, soyuq salıb dildən insanı. M.Rahim. Dil-dil ötmək şair. – cəh-cəh etmək, çox gözəl oxumaq, tərənnümə gəlmək. Yaz mövsümü bülbül dil-dil ötəndə; Bağ-bağçalar nərgizlənir, güllənir. Qurbani. // məc. Təşbehlərdə. Yenə o bağ olaydı, yenə o qumlu sahil; Sular ötəydi dil-dil. M.Müşfiq. Dilə basmaq – gurultulu sözlərlə birini fikrindən yayındırmağa çalışmaq. Möhlətov öz hərəkətinin yersiz olduğunu duyub müdiri dilə basdı. Mir Cəlal. Dilə düşmək – bax dildən-dilə düşmək (“dildən-dilə”də). Dilə düyün düşmək – bax dildə tük bitmək. Dilə gəlmək – danışmağa başlamaq, dillənmək, sükutu pozaraq danışmaq. Fəhlələr dilə gəliblər ki, ay ağa, bizim çörək pulumuzu alırsan, biz ki acından ölməyəcəyik. “Mol. Nəsr.”. // məc. Şairanə təşbehlərdə. Əvvəl cansız ikən, sonra önündə; Quşlar gəlmiş dilə, gülmüş çiçəklər. Ə.Cavad. Üfüqdə başlanan işıq getdikcə genişlənirdi. Dərədə quşlar oyanırdı. Meşə dilə gəlirdi. S.Rəhimov. …Melodiyanın ilk sədaları təzəcə dilə gəlmişdi. Ə.Məmmədxanlı. Dilə gətirmək – bərk təsir edərək danışdırmaq, dilləndirmək. Dilsizi dilə gətirir; Əsli, qaşların, gözlərin! Aşıq Kərəm. Dilə gətirməmək – söyləməyi nalayiq, qeyri-münasib hesab etmək. Dilə (dillərə) salmaq – söhbət, danışmaq üçün mövzu etmək, söz-söhbət hədəfi etmək. Altunam, alma məni; Dillərə salma məni; Apar sərrafa göstər; Qəlpəmsə, alma məni. (Bayatı). Dilə tutmaq – şirin sözlərlə birini razı salmağa, yola gətirməyə, bir şeyi əldə etməyə çalışmaq. Faytonçunu bu dəfə dilə tutduq və haqqının üstünə genə beş şahı, üç şahı qoymaq ilə razı elədik ki, iki gün də gözləsin. C.Məmmədquluzadə. Hacı Soltan Həsənağanı … dilə tutub onu ticarət məqsədi ilə İrana göndərəcəyini vəd edirdi. S.Hüseyn. Dilə-sözə tutmaq – bax dilə tutmaq. Nə qədər mollanı dilə-sözə tuturlar ki, quzunu kəsib onları qonaq eləsin, bir şey çıxmır. “M.N.lətif.”. Dili açılmaq – 1) danışmağa başlamaq, uzun sükutdan sonra dinmək. Rəşidin dili açıldı, o, ürəyindəkiləri ortalığa boşaltmağa başladı. M.S.Ordubadi; 2) danışıq qabiliyyətini itirmiş adamın nitqi açılmaq. Dili ağzına sığmamaq – öyünmək, öz-özünü çox tərifləmək. [Kərim baba:] Arvad nədir ki, onun igidliyi nə olsun? Hay-hay! Beş-on qoyun sağmış, nehrə çalxamış, yağ, pendir tutmuş, dili ağzına sığmır. A.Şaiq. Dili batmaq – bax dili tutulmaq. Bu vaxt küçədə səs qopdu; gördüm, darvazadan müsəlmanı çıxartdılar, biçarənin dili batmışdı. Çəmənzəminli. Dili büdrəmək – danışarkən çaşmaq, yanılmaq, səhv danışmaq, bir söz əvəzinə başqa söz demək. Dili dolaşmaq – bax dili topuq çalmaq. Əsəbilikdən işdə bəzi çaşır; Əlləri titrəyir, dili dolaşır. A.Səhhət. Huş başımdan çıxdı, dilim dolaşdı; Gözlərim sataşdı, buxağa düşdü. Aşıq Ələsgər. Dili dönməmək – 1) bax dili batmaq; 2) deyilməsini caiz bilməmək, deməyə qıymamaq, dilinə gətirə bilməmək. Mən Zakirəm, dilim dönməz hər ada; Göz yaşım tək ola bilməz bir ada. Q.Zakir. [Gəldiyevin] boğazı tikilmiş kimi səsi çıxmadı, dili dönmədi. Mir Cəlal. Dili gəlməmək – 1) deyə bilməmək, tələffüz edə bilməmək, danışa bilməmək, danışmaq iqtidarında olmamaq. İmran kişi necə qəzəblənmişdisə, söz deməyə dili gəlmirdi. M.Hüseyn; 2) bax dili dönməmək. Güman ki, Şirinxanımın indi qızına bir çox şeylər deməyə dili gəlmirdi. Mir Cəlal. Dili gicişmək – bir şey demək istəmək. Dili gödək olmaq – bax dili qısa olmaq. Vəzirbəylinin yanında Gəldiyevin dili gödək idi. Mir Cəlal. Dili ilanı yuvadan çıxardar – dil tökməkdə çox mahir adam haqqında. Atalar deyiblər ki, tacir-tüccar dili ilanı yuvasından çıxardar. “Koroğlu”. Dili qısa olmaq – birinin yanında qüsuru, yaxud sirri olduğu üçün danışmağa, söz söyləməyə, ya da etiraz etməyə haqqı və cəsarəti olmamaq. Dili qısalmaq – təqsirini, qüsurunu bilib danışmağa cəsarət etməmək, danışmaqdan utanmaq. Dəmirovun getdikcə artan hörməti və nüfuzu müqabilində [Rüxsarənin] düşmənlərinin dilləri qısalırdı. S.Rəhimov. Dili qurumaq – 1) danışmaq qabiliyyətini itirmək; nitqi qurumaq. Ağlayır, çıxmayır sədası fəqət; Çünki qəmdən onun dili qurumuş. C.Cabbarlı; 2) qarğış, bəddua mənasında – “dilin (dilim) qurusun!” şəklində. Mən sənə yar desəm, dilim qurusun! Yarı, məhəbbəti sən atmadınmı? S.Vurğun. Dili söz tutmamaq – bu və ya başqa səbəbə görə danışa bilməmək, danışmaq qabiliyyətini itirmək. Bahadırın əvəzinə Pəri nənə cavab vermək istədi, amma hirsindən dili söz tutmadı. M.Hüseyn. Hirsdən Narıncın dili söz tutmurdu. S.Rəhman. Dili topuq vurmaq (çalmaq) – bax dili büdrəmək. …Daxilən daha narahat olan Leyləyin dili topuq vururdu. S.Rəhimov. Dili tutmamaq – bax dili tutulmaq. Dili tutulmaq – danışmaq qabiliyyətini itirmək, danışmağa qüdrəti çatmamaq. Xoş ol zaman ki, ol şəh ilə həmzəban olam; Hər sözdə bir dilim tutulub natəvan olam. S.Ə.Şirvani. Sənətim məsiyət, yoxdur savabı; Sual üçün dilim tutmur cavabı. Aşıq Ələsgər. [Tahirin] elə bil qızdırmadan dili tutulmuşdu. M.Hüseyn. Dili uzun olmaq – 1) hər hansı bir cəhətdən öz üstünlüyünü dərk edərək haqlı adam kimi cəsarətlə danışmaq. Dövlətlinin dili uzun olar, ağlı qısa. (Ata. sözü); 2) iftixar etmək, qürrələnmək. …Bu gün [Aydının] dili uzun idi, yoldaşı Seryojanı məğlub edib öz üstünlüyünü göstərmək istəyirdi. M.Rzaquluzadə. Dilimin ucundadır – bir sözü və ya adı tam xatırlayıb yada sala bilməyəndə söylənən ifadə. Adı dilimin ucundadır. Dilin yansın – bax dilin qurusun (“dili qurumaq” 2-ci mənada). Dilində (dilinə) tük (ot) bitmək – bax dildə tük bitmək. Dilindən daş asılmaq – susmaq, dinməmək, danışmamaq, ağzını açmamaq. [Xosrov:] Bu düzdür, görürəm, yumşaldıqca mən; Bir daş asılır onun dilindən. S.Vurğun. Dilindən düşməmək – daim təkrar etmək. [Südabə:] Neçin qovğa sözü düşməz dilindən? Cəlladmısan, səndə könül yoxmudur? H.Cavid. [Buğacın] …“atacan, xan baba!” – sözləri dilindən düşməzdi. M.Rzaquluzadə. Dilindən qaçırmaq – bax ağzından qaçırmaq (“ağız1”da). Dilindən qıfıl götürülmək – bax dili açılmaq 1-ci mənada. Bununla da, bir haya bənd imişlər kimi, bayaqdan susmaqda olanların dilindən qıfıl götürüldü. Ə.Əbülhəsən. Dilinə düyün düşmək – bax dildə tük bitmək. Dilinə gətirmək – 1) danışmaq, söyləmək. Bundan sonra görüm kim cürət edib dilinə gətirə biləcək ki, belə iş yoxdur, bu əhvalatı dərviş öz sinəsindən icad edib. N.Vəzirov. [Rüstəm:] Heç bir qiymət … dilimə gətirmədim. S.Rəhimov; 2) söyləməyi münasib bilmək. Bu kimi ifadəni dilinə gətirmə. – Soruşanda təsərrüfat müdiri and-aman elədi: – Nə Ağarzanı tanıyıram, nə də buradakı söhbəti dilimə gətirmişəm. Mir Cəlal. Dilinə qıfıl vurmaq – dinməyə, danışmağa, ağzını açmağa qoymamaq; susdurmaq. Dönüm mən Osmanın igid əlinə; Yaxşı qıfıl vurdu bunun dilinə. H.K.Sanılı. Dilinə qıfıl vurulmaq – bax dilindən daş asılmaq. Dilinə pay çıxmaq – bax dilinə düyün düşmək. …dilinə salmaq – söz-söhbət, dedi-qodu və ya şayiə üçün mövzu etmək. Məsmə arvadın başında fikirlər bir-birini təqib edirdi: …Nə olacaq, nə olacaq?… Qızı kim saldı bunların dilinə? Mir Cəlal. Dilinə vurmaq – dadmaq, dadmaq üçün yoxlamaq. Dilimə vurdum, gördüm acıdır. Dilinə vurmamaq (dəyməmək) – heç yeməmək, içməmək, dadmamaq, dadını bilməmək. Otuz-qırx il bundan irəli bir müsəlman ki bir rus məclisinə düşərdi, öldürsəydin də, bir qətrə içki dilinə vurmazdı. C.Məmmədquluzadə. [Mozalan bəy:] Xeyr, heç anadan olandan dilimə dəyməyib. Ə.Haqverdiyev. Dilini açmaq – çoxdan danışmayan adamın nitq qabiliyyətini bərpa etmək, qaytarmaq. Dilini ağzında saxlamaq – bax dilini saxlamaq. Dilini bağlamaq – 1) susdurmaq, danışmağa qoymamaq, susmağa məcbur etmək; 2) dua, ovsun və s. vasitəsilə zərərli bir təsirin qabağını almaq. Dilini bilmək (öyrənmək) – 1) baş açmaq, sirrindən xəbərdar olmaq. Lalın dilini nənəsi bilər. (Ata. sözü). Aşığam, yar dilini; Biganələr nə bilər; Yar bilər yar dilini. Sarı Aşıq. Bu yerlərdə hər şey mənə tanışdır; öyrənmişəm təbiətin dilini. S.Rüstəm; 2) yolunu bilmək, üsulunu bilmək, həllini bilmək. Dilini boğazından çıxarmaq – 1) çox zülm edərək öldürmək; 2) bərk cəzalandırmaq. Dilini dişləmək – 1) sözü yarıda kəsmək, sözün dalını gətirməmək; 2) yadından çıxmış bir şey birdən yadına düşmək, xatirinə gəlmək. Dilini kəsmək – 1) susmağa, dinməməyə məcbur etmək; susdurmaq, kiritmək; 2) susmaq, dinləmək, danışmamaq. [Molla:] Dilini kəs, … mənim ağzımı çox açdırma, yoxsa törətdiyin cəmi işləri ortalığa qoyaram. Çəmənzəminli. Bəs nə üçün dinməyir, indi kəsibdir dilin? Ə.Nəzmi. Dilini könlü ilə bir eləmək – səmimi olmaq, sözü ilə işi bir olmaq. Sadiq oldur dilini könlü ilə bir eləyə. Nəsimi. Dilini qarnına qoymaq – susmaq, danışmamaq. Dilini saxlamaq – bir şeyi deməkdən saqınmaq, danışmamaq, susmaq. Dilini tapmaq (tutmaq) – bax dil tapmaq. Dilinin ucuna gəlmək – söyləmək istərkən söyləyə bilməmək, yaxud söyləməmək. Dilinin üstündə dil bitmək – həddindən artıq danışqan, naqqal adam haqqında. Dillər əzbəri, yaxud dillərdə əzbər (dastan) olmaq – çox məşhur olmaq, haqqında ağızlarda danışılmaq. Nəbinin igidliyi, əliaçıqlığı dillərdə dastan olur. “Qaçaq Nəbi”. Elə sən gözəlsən binadan bəri; Sözlərin olmuşdur dillər əzbəri. S.Vurğun. Dillərdə gəzmək (dolaşmaq) – 1) bax dillərə düşmək; 2) camaat arasında danışılmaq, şayiə yayılmaq. Bu günlər … Məhəmmədhəsən Mirzənin Təbrizə gəlməsi məsələsi yenə də dillərdə gəzirdi. M.S.Ordubadi. Dillərdə söylənmək – bax dillərə düşmək. …“Filankəsi barmaqnan göstərirlər”, yəni gör nə qədər şöhrətlənib ki, hər yanda adı dillərdə söylənir. C.Məmmədquluzadə. Dillərə düşmək – məşhur olmaq, yayılmaq, haqqında hamı tərəfindən danışılmaq. Balının tərifi düşüb dillərə; Unutmaz dadını yeyən bir kərə. R.Rza. Doğrudur, … “Ovçu Pirim” haqqında əcaib yalanlar dillərə düşmüşdür. M.Rzaquluzadə. Nə dil bilsin, nə dodaq – tamamilə gizli saxlanmalı söhbət, sirr haqqında. Ölü dil dilç. – indiki dövrdə işlənilməyən, ancaq yazılı abidələrdə qalan dil. Latın dili ölü dildir. Sümüksüz dil – ağzına gələni danışan adam haqqında. Ümumi dil – qarşılıqlı razılıq, anlaşma. Ümumi dil tapmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / dil
  • 2 is. [fars.] klas. Ürək, könül, qəlb. Müjdə, ey dil, ki səni görməyə canan gəldi. Ə.Nəbati. Ey dil, baxırmısan gölü dərya bilənlərə. C.Cabbarlı. ◊ Dil bağlamaq – könül bağlamaq, ürəkdən sevmək, bənd olmaq. Dil vermək – bax dil bağlamaq. Eşqə dil verdim, bəladən başqa bir şey görmədim. H.Cavid. Ey dili-qafil – təəccüb, peşmançılıq, təəssüf bildirir. [Yəhya Kamal:] Ey dili-qafil, o nə idi mən yazdım! Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / dil
  • 3 f. 1) ürək, qəlb; 2) zövq, həvəs; 3) m. cəsarət. Dili-məhcur yaralı qəlb; dili-sərgəştə qəlbi çaşmış, çaş-baş olmuş; dili-suzan yanar qəlb; dili-zar ağlar qəlb.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dil
  • 4 dəniz və göl sahilində cərəyanla gətirilmiş çöküntülərdən təşkil olunmuş, alçaq quru zolaq. Onun bir ucu quruya birləşir, digər ucu sərbəst surətdə su sahəsində qurtarır. O qumdan, çınqıldan, balıqqulağından təşkil olunur. коса spit, sand bank

    Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / dil

dil sözünün etimologiyası

  • 1 De, din, danış kəlmələri ilə qohumdur. Görünür, sözü kökü di (de, da) etimo­nun­dan ibarətdir. Dil sözü ad-feil omonimi olub; dil həm də rusca говорить kimi də qeydə alınıb. Qumuq dilində “dilmər” sözü “красноречивый” kimi açıqlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dil

dil sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ürək — könül — qəlb

    Azərbaycan dilinin sinonimlər lüğəti / dil
  • 2 I 1. DİL (dilç., ünsiyyət vasitəsi), LİSAN (köhn.) Ancaq o süfrə də ağız ləzzətim; Mənim öz dilimdir, öz lisanımdır (B.Vahabzadə); ZƏBAN Elmə gəzənin küfrü zəbanlarda bəyandır; Təxfırə nişandır (M.Ə.Sabir); LƏHCƏ (köhn.) Məcnunu deyərlər əhli-idrak; Əşrarı lətifi ləhcəsi pak (Füzuli). 2. DİL (anat.), ZƏBAN (kl.əd.) (ağız boşluğunda orqan) II DİL (mus.), KLAVİŞ Bəstəkarın barmaqları dərhal pianonun şirmayı dilləri üzərində gəzdi. Könül mahnının ilk misrasını demişdi ki, bəstəkar əllərini klavişlərdən çekdi (X.Hasilova). III dil bax ürək IV dil bax 1. üslub; 2. nitq

    Azərbaycan dilinin sinonimlər lüğəti / dil

dil sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 DİL I is. anat. Ağızda olan çox əzələli ət parçası. Ay keçdi, ilim yandı; Köynəkdə milim yandı; Dərddən ürək tutuşdu; Ağızda dilim yandı (Bayatı). DİL II is. psix. İnsanlar arasında ən mühüm ünsiyyət vasitəsi. Ana dilim, səndədir xalqın əqli, hikməti… (B.Vahabzadə).

    Azərbaycan dilinin omonimlər lüğəti / dil

dil sözünün rus dilinə tərcüməsi

  • 1 1. язык; 2. клавиша; 3. жало (змеи); 4. защелка; 5. геог. коса;

    Azərbaycanca-rusca lüğət / dil
  • 2 I сущ. 1. язык: 1) орган в полости рта позвоночных животных и человека. Dilin kökü корень языка, dilin ucu кончик языка 2) этот же орган, используемый как пища, кушанье. Suda bişirilmiş dil отварной язык, mal dili говяжий язык 3) орган речи человека 4) система словесного выражения мыслей, средство общения. Milli dil национальный язык, ana dili родной язык, rus dili русский язык, xarici dillər иностранные языки, qədim dillər древние языки, qohum dillər родственные языки, müasir dil современный язык, beynəlxalq dil международный язык, dil öyrənmək изучать, изучить язык; dil öyrətmək учить, научить, обучать, обучить какому-л. языку 5) разновидность речи, обладающая теми или иными характерными признаками. Əbədi dil литературный язык, danışıq dili разговорный язык, ümumxalq dili общенародный язык, poeziya dili поэтический язык 6) то, что выражает собой какую-л. мысль. Faktların dili ilə языком фактов, rəqəmlərin dili ilə языком цифр 7) перен. пленный, от которого можно получить нужные сведения. Dil gətirmək привести языка, dil tutmaq взять языка 8) металлический стержень. Zəngin dili язык колокола 2. язычок (что-л. имеющее удлиненную, вытянутую форму). Botinkanın dili язычок ботинка, qıfılın dili язычок замка 3. клавиш (в муз. инструментах: гармони, пианино и т.п.) 4. геогр. коса (длинная узкая отмель, идущая от берега) II прил. 1. язычный: 1) относящийся к языку как органу. Dil arteriyası язычная артерия, dil badamcığı язычная миндалина 2) произносимый с участием языка. Dil samitləri язычные согласные, dil səsləri язычные звуки 2. языковый: 1) относящийся к языку как органу. Dil məməcikləri языковые сосочки 2) приготовленный из языка. Dil kolbasası языковая колбаса 3. языковой (относящийся к языку как средству общения). Dil hadisələri языковые явления, dil sistemi языковая система, dil ünsürü языковой элемент, dillər üzrə kataloq языковой каталог 4. речевой. Dil ünsiyyəti речевое общение ◊ dil ağıza qoymamaq говорить без умолку; dil açmaq: 1. говорить, начинать, начать говорить (о ребёнке); 2. становиться, стать разговорчивым; 3. становиться, стать дерзким; распускать, распустить язык; dil boğaza qoymamaq см. dil ağıza qoymamaq; dil bulamaq kim, nə haqqında замолвить словечко, походатайствовать за кого; dil vermək kimə подучивать, подучить (подговаривать, подстрекать на что-л. неблаговидное); dil qəfəsə qoymadan danışmaq без умолку, беспрерывно говорить, тараторить; dil ətdəndir язык без костей; dil yetirmək kimə см. dil bulamaq; dil tapmaq kimlə находить, найти общий язык с кем; dil tapmamaq kimlə жить не в ладу, быть не в ладах с кем; dil çıxarmaq просить, умолять кого-л. о чём-л.; dil verməmək kimə не давать, дать говорить кому; dil vurmaq kimə намекать, намекнуть к ому о чём; dil deyib ağlamaq плакать в голос (по умершему); dildil ötmək говорить без умолку; dil yarası рана, нанесённая словом; dil göstərmək kimə показывать, показать язык; dil pəhləvanı болтун; мастер говорить; dil tərpətmək kimin, nəyin haqqında см. dil bulamaq; dil tökmək: 1. очень просить; 2. уговаривать, убеждать словами, заставлять согласиться с кем-, с чем-л.; склонять к чему-л.; dil uzatmaq давать, дать волю языку; dilə gətirmək kimi заставить заговорить кого; dilə gətirməmək nəyi не употреблять в речи (о непристойных, неприличных словах, фразах и т.п.); dilə (dillərə) salmaq kimi, nəyi сделать предметом разговоров кого, что; dilə tutmaq уговаривать; dilə almamaq kimi, nəyi ni слова не произнести о ком, о чём; обходить, обойти молчанием кого, что; dilə alınmaz неприличные, непристойные (о словах и выражениях); dilə basmaq kimi заговаривать зубы к ому; dilə gəlmək заговорить (начать говорить); dili ağır с трудным языком (о литературном произведении); dili ağırlaşıb язык заплетается (о тяжелобольном); dili açılıb kimin развязался язык у кого; заговорил кто; dili açılmaq kimin см. dil açmaq; dili bir qarışdır kimin у кого длинный язык; dili qısa olmaq не сметь говорить (из-за какой-л. провинности, проступка); dili(-m,-n) qurusun, əgər … пусть язык отсохнет, если …; dili dinc durmamaq выбалтывать, выболтать (сообщить, рассказать то, что следовало хранить в тайне; проговориться); dili dolaşır kimin язык заплетается у кого; dili ilanı yuvasından çıxarır любого (любую) уговорит; dil yatmır nəyə язык сломаешь; dili gicişir язык чешется; dili söz tutmamaq лишиться дара речи; dili topuq çalır kimin язык заплетается у кого; dili uzundur kimin слишком длинный язык у кого; dili ağzına sığmamaq: 1. хвастаться; 2. лестно отзываться о ком-л.; dili büdrəmək сбиваться, сбиться, допускать, допустить неточности в речи; dili tutulmaq лишиться дара речи; dili uzun olmaq: 1. быть уверенным в себе, чувствовать свое превосходство перед кем-л.; 2. иметь слишком длинный язык; dildə asandır легко говорить; dildən düşmək падать от усталости, валиться с ног; dildən sazdır бойкий на язык; dildən salmaq kimi доводить, довести до изнеможения кого; dildən demək говорить не от души; dildən düşməmək не сходить с языка; dilim dönmür, dilim gəlmir nəyə язык не поворачивается (говорить, сказать что-л.); dilin tutulsun чтобы у тебя язык отнялся; dili(n) qurusun! чтобы язык у него (у тебя) отсох!; dilindən qaçırmaq проговориться, нечаянно высказать то, что не следовало бы говорить; dilindən düşməmək kimin не сходить с языка чьего; dilinə vurmamag в рот не брать; dilinə dəyməyib nə: 1. маковой росинки во рту не было; 2. в рот не брал; dilinə gələni demək говорить, сказать, что взбредёт на ум; dilini boğazından çıxarmaq kimin вырвать язык у кого; dilini boş qoymamaq трепать языком, давать волю языку; dilini qarnına qoy заткнись, замолчи; dilini dişinə tutmaq стиснуть зубы; dilini işə salmaq пустить в ход свой язык; dilini kəs! помолчи, помалкивай! dilini kəsmək kimin заставить замолчать кого; dilini göstərmək kimə показывать, показать язык кому; dilini saxlamaq держать язык за зубами; придерживать, придержать язык; dilini təmiz saxlamaq говорить прилично; dilini farağat qoymamaq болтать языком; dilini şirin eləmək говорить ласково; dilini dişləmək: 1. остановиться на полуслове; 2. вспомнить о чем-л. забытом; dilinin bəlasına düşmək страдать, пострадать из-за своего языка; dilimin ucundadır вертится на языке; dillərdə dastan olmaq быть притчей во языцех; dillərə düşmək: 1. быть на языке у всех; 2. переходить из уст в уста; dilinə düyün düşsün типун тебе на язык; şirin dil ilanı yuvasından çıxardar ласковый телёнок двух маток сосёт

    Azərbaycanca-rusca lüğət / dil

dil sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. anat. (həm də məc.) tongue; ~ini göstərmək 1) (həkimə və s.) to show* one’s tongue; 2. (dəcəllikdən) to put* out one’s tongue (at); iti ~ sharp tongue; acı ~ wicked / bitter / venomous tongue; alovun ~i tongue of flame; 3. (xörək) tongue; qaxac edilmiş / olunmuş (hisə verilmiş) ~ smoked tongue; 4. hərb. (əsir ) identification prisoner; ~ gətirmək hərb. to bring* in / to capture an identification prisoner; Onun dili tutuldu His / Her tongue failed him / her; ~ini sakit saxlamamaq to loosen one’s tongue; ~i geyişmək to itch to say; ~inin ucunda olmaq d.d. to be* on the tip of one’s tongue; ◊ ~i uzun olmaq to have* a long tongue; ağlındakı ~ində olmaq to wear* one’s heart on one’s sleeve; 5. (musiqi alətində) key; 6. (ilanda) sting; 7. (qapıda) latch; 8. (mexanizmdə) catch, pawl, latch; ~ini sakit saxlamaq to hold one’s tongue; ◊ Dili sakit olanın başı salamat olar at. söz. ≅ You can live safe and sound if you know how to use your tongue II. i. (nitq) language, tongue; Azərbaycan ~i Azerbaijani, the Azerbaijani language; ingilis ~i English, the English language; Rus ~i Russian, the Russian language; milli ~ national language; xalq ~ləri clan languages; qəbilə ~ləri tribal languages; ana ~i mother tongue, native lan guage; elm. vernacular; diri ~lər living languages; ölü ~lər dead languages; gündəlik ~ everyday language; danışıq ~i colloquial / familiar speech, spoken language; ədəbi ~ literary language; xarici / əcnəbi ~ foreign language; yeni ~lər modern languages; ~ bilmək to know* a language; ~də danışmaq to use the language, to speak* a language; ◊ ümumi ~ tapmaq ◊ to find* common language (with), to get* a working agreement; ~ açmaq 1) to begin* to speak; 2) məc. to become* talkative / chatterbox; 3) (həyasızlaşmaq) to become impudent / bold; ~ vermək to allow smb. to speak; ~ boğaza qoymamaq d.d. to chatter, to rattle on; to speak* / to talk continually; ~ yetirmək to say (d.), to ask (for), to apply (for); ~ tökmək to shower praises / compliments; ~-ağız etmək to apologize (to); to beg smb.’s pardon; ~dən düşmək to get* tired / fatigued, to tire oneself, to fatigue oneself, to become exhausted; ~dən salmaq to wear* out (d.), to exhaust (d.); ~dən-~ə düşmək to be* spoken of / about, to become* a matter of scandal; ~ə basmaq to rattle on, to talk with out interval; to shower praises / compliments; ~ə salmaq to spread* rumour / hearsay (about), to set* a rumour afloat; ~ə gəlmək 1) to begin to speak / to say; 2) to be* rude; ~ə gətirmək 1) to say* (d.), to pronounce (d.); 2) to force smb. to speak, to cause smb. to talk; ~ə tutmaq bax tovlamaq; ~i dolaşmaq / topuq çalmaq / vurmaq to stammer, to jib at a word; ~i tutulmaq to be* speechless; to become* / to grow* dumb; heyrətdən / təəccübdən ~i tutulmaq to grow* dumb with surprise, to be* striken dumb with surprise; soyuqdan ~i tutulmaq to grow* dumb with cold; ◊ ~ini kəsmək 1) to stop talking / speaking, to become* silent; 2) to make smb. keep silent, to forbid* smb. to speak / to talk; ◊ ~ini pişik yemək to keep* silent, refuse to open one’s mouth

    Azərbaycanca-ingiliscə lüğət / dil

dil sözünün fransız dilinə tərcüməsi

  • 1 is. anat. langue f ; acı ~ langue de serpent, (de vipère), une mauvaise (méchante) langue ; hərb. (əsir) prisonnier m ; touche f ; Azərbaycan ~i langue f azerbaïdjanaise ; milli ~ langue nationale ; ana ~i langue maternelle ; ölü ~lər langues mortes ; danışıq ~i langue parlée ; ədəbi ~ langue littéraire ; ~ tökmək supplier ◊ ~ini pişik yemək donner sa langue au chat

    Azərbaycanca-fransızca lüğət / dil

dil sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. анат. мез; 2. чӀал; ana dili дидед чӀал; // рах. нугъат; 3. мез; рахунин алакьун; рахун, рахунин тегьер; acı dil туькьуьл мез; dil var bal gətirər, dil var – bəla. Ata. sözü мез ава кьил хуьдай, мез ава – кьил хадай; 4. пер. чӀал; heyvanların dili гьайванрин чӀал; musiqi dili музыкадин чӀал; 5. мез (мес. чӀагъандин, чукӀулдин ва мс.); // куьлег (тӀапӀардин); 6. геогр. мез, коса (къураматдикай гуьтӀуь мез хьиз гьуьлуьз гьахьнавай ччилин зул); 7. пер. есир (дяведа душман патан везиятдин гьакъинда малумат къачуз жедай кас); dil almaq (tutmaq) есир кьун; ** ağzı var, dili yox (ağzında dili yox) сиве мез авачир, секин, фагъир касдикай рахадамаз; al dil кил. al²; alovun dili цӀун мез, цӀун мурз; dil açmaq а) чӀал акъатун, луькӀуьнун, рахаз авалун, вичин дерт лугьун; б) мез ахъаюн, тек-тек гафар лугьуз авалун, цӀийиз-цӀийиз рахаз авалун, чӀалал атун (аял); в) мез акъудун, мез-гъвел авун, хагьиш авун, минетун; dil ağıza qoymamaq кил. dil boğaza qoymamaq; dil ağıza salmamaq кил. dil ağıza qoymamaq; dil bəlası мецин бала, мецин бала чӀугун, лагьай гафунин пис нетижа акун; dil boğaza qoymamaq мез техуьн, гзаф рахун, ара датӀана рахун; dil bulamaq са кардал гафуналди иштирак авун, садаз куьмекун макьсаддалди масадаз гаф лугьун, хагьиш авун, арачивал авун; dil çıxarmaq а) рахшанд авун, ктадун, хъачун, тупӀал элкъуьрун; б) мез акъудун, минетун; dil deyib ağlamaq лугьунариз шехьун, лугьунарун; dil göstərmək мез къалурун, мез экъисун (садак хъел кутун, садакай рахшанд авун патал); dil olmaq а) рахун, луькӀуьнун; б) минетун; dil öyrətmək кил. dil vermək б); dil pəhləvanı (ustası) мецин паливан (устӀар), рахунриз пайгар, гъиляй кар текъвер кас; dil tapmaq мез жугъурун, сад-садан гъавурда акьун, разивилиз атун; са кас рекьив гъун, рази авун патал рехъ жугъурун; dil tərpətmək а) мез юзурун, гаф лугьун, рахун; б) масадан патахъай са касдивай са шей хагьишун; dil tökmək а) мецив кьун, верцӀи гафаралди рекьив гъиз, рази ийиз ва я кьил алцурариз алахъун; // гзаф хагьиш авун, минетун; б) кил. dil deyib ağlamaq; dil tutulması мез кьун, чӀал кьун; dil uzatmaq мез яргъи авун а) лайих тушир гаф лугьун; рахадамаз кьацӀалай алатун; б) тегьне авун, ахмурун; dil vermək а) гаф гун, хиве кьун; б) сиве мез ттун, чирун, рахуниз жуьрэтлу авун; dil verməmək гаф гьалд тавун, рахаз имкан тагун, манийвал авун; dil vurmaq мецив кьун, мез-гъвел ягъун, гъилиз къачун, ширин мецивди вичин патаз чӀугваз алахъун, чирун; dil yarası мецин хер, туькьуьл гафуникай, тегьнедикай, рикӀ хуникай арадал къведай бейкефвилин гьисс; dil yetirmək а) мез ахъаюн, масадан патал садавай са затӀ хагьиш авун, лугьун; б) садахъ галаз чин-чинал акъвазна рахаз хьун, рахун; в) мез агакьарун, садахъ галаз рахунрал гьуьжетиз хьун; dildə tük bitmək мез чилел аватун, мез кьвечхел хьун, са затӀ кьадардилай артух тикрар авуникай, лугьуникай, рикӀел хкуникай ччан туьтуьниз атун; dildən demək (danışmaq) мецелди (гьакӀ са гаф хьуй лагьана) лугьун (рахун), рикӀивай лугьун (рахун) тавун; dildən düşmək мез галатун, гзаф галатун, гъилерай фин, агалхьун; dil(lər)dən düşməmək гьамиша меце(ра)л (рикӀел) алаз хьун, гьич рикӀелай алат тавун, машгьур хьун, гьамиша лугьуз (кьаз) хьун (садан тӀвар); dildən salmaq гзаф галудун, такьатдай авудун, ччандивай авун; dil-dil ötmək шаир. цӀив-цӀивар авун, чӀив-чӀивар авун, кӀелун (къушари); dilə basmaq хъсан гафаралди, мез-гъвел яна сад фикирдилай алудиз, алдахариз алахъун; dilə düşmək кил. dildən-dilə (dildən-dilə düşmək); dilə düyün düşmək кил. dildə tük bitmək; dilə gəlmək чӀалал атун, рахаз авалун, рахун, луькӀуьнун; dilə gətirmək чӀалал гъун, чӀалав кьуна рахурун, луькӀуьнарун; dilə gətirməmək мецел тагъун, лугьун лайих туширди, кутуг тавурди яз гьисабун; dil(lər)ə salmaq мецера (сивера) ттун, сиве-сара ттун, рахунрин (ихтилатрин) тема авун; dilə tutmaq мецив кьун, ширин мецивди (мез-гъвел яна) сад рекьив гъиз, рази ийиз алахъун; dilə-sözə tutmaq мецив-чӀалав кьун (кил. dilə tutmaq); dili açılmaq а) мез ахъа хьун, рахаз авалун; б) мез кьунвай касдин мез ахъа хьун, чӀал акъатун; dili ağzına sığmamaq сивив чӀиб агакь тавун, вичи-вич гзаф тарифун, дамахун (вичи-вичелди); dili batmaq кил. dili tutulmaq; dili büdrəmək мез цӀуьдгъуьнун (галкӀун), рахадамаз акахьун, гъалатӀ авун, са гафунин чкадал маса гаф лугьун; dili dolaşmaq кил. dili topuq çalmaq; dili dönməmək а) кил. dili batmaq; б) мез татун, мецел гъиз тахьун, лугьун лазим такун; dili gəlməmək а) мез татун, лугьуз тахьун, рахаз тахьун; б) кил. dili dönməmək; dili gicişmək мецик квал акатун, са затӀ лугьуз кӀан хьун; dili gödək olmaq кил. dili qısa olmaq; dili ilanı yuvadan çıxardar меци гъуьлягъ тӀеквендай акъудда, гъуьлягъдин мез гвай инсан (мецел пайгар касдин, мецин устӀардин гьакъинда); dili qısa olmaq мез куьруь хьун (садан патав тахсиркар тирвиляй ва я арада чинеба сир авайвиляй гаф лугьуз, рахаз жуьрэт тавун); dili qısalmaq мез куьруь хьун (вичин тахсир, нуксан чизвайвиляй садахъ галаз рахаз жуьрэт тавун, рахаз регъуь хьун); dili qurumaq а) мез кьуру хьун, мез кьурун, мез кьун; чӀал кьун; б) къаргъишун манада: dilin (dilim) qurusun! мез кьурай ви! (зи!); dili söz tutmamaq гаф-гафунив (чӀал-чӀалав) татун, мецел гаф атун тавун, са себеб аваз рахаз тахьун, чӀал кьун; dili topuq vurmaq (çalmaq) мез галкӀун (кил. dili büdrəmək); dili tutmamaq кил. dili tutulmaq; dili tutulmaq мез кьун, чӀал кьун, рахаз тахьун; dili uzun olmaq мез яргъи хьун а) гьар са жигьетдай вич вине хьун чизвайвиляй гьахълу кас хьиз жуьрэтлудаказ рахун; б) дамах авун, дамахун; dilimin ucundadır рикӀел ала, мецел къвезвач (са гаф ва я тӀвар бегьем рикӀел техкъведамаз лугьудай ибара); dilin yansın кил. dilin qurusun; dilində (dilinə) tük (ot) bitmək кил. dildə tük bitmək; dilindən daş asılmaq сивел дапӀар алаз хьун, кисун, рахун тавун, чуькьни тавун, сивни ахъай тавун; dilindən düşməmək мецел (сивел) алаз хьун, гьамиша тикрар авун; dilindən qaçırmaq кил. ağız (ağzından qaçırmaq); dilindən qıfıl götürülmək кил. dili açılmaq а); dilinə düyün düşmək мецел тӀвал фин (кил. dildə tük bitmək); dilinə gətirmək а) мецел гъун, рахун, лугьун; б) лугьун кутугайди яз акун; dilinə qıfıl vurmaq сивиз дапӀар ягъун; рахаз, сив ахъайиз тагун; кисарун; dilinə qıfıl vurulmaq кил. dilindən daş asılmaq; dilinə pay çıxmaq кил. dilinə düyün düşmək; ...dilinə salmaq ...меце (...сиве) ттун, сиве-сара ттун; фитнедин, ихтилатрин, рахунрин тема авун; dilinə vurmaq мецез ягъун, дадуниз килигун; dilinə vurmamaq (dəyməmək) мециз ягъун тавун (меце акьун тавун), тӀуьн (хъун) тавун, дадуниз килик тавун, дад чир тахьун; dilini açmaq мез ахъаюн (мез кьунвай, рахазвачир, лал хьанвай касдин); dilini ağzında saxlamaq кил. dilini saxlamaq; dilini bağlamaq а) мез кьун, ван кьун, кисарун, рахаз тагун, кисуниз мажбур авун; б) мез кутӀунун (жадудивди, дуьадивди зарарлу са таъсирдин вилик пад кьун); dilini bilmək чӀал чир хьун (чирун) а) кьил акъудун, садан чӀал (сир) чиз хьун; б) рехъ чир хьун, тегьер чир хьун; dilini boğazından çıxarmaq мез кӀалхандай акъудун а) гзаф зулумдалди рекьин; б) кӀеви жаза гун; dilini dişləmək мез кӀасун а) гаф юкьвалай атӀун, гафунин кьулухъ кьил хкун тавун; б) рикӀелай алатнавай са затӀ садлагьана рикӀел хтун, фикирдиз хтун; dilini kəsmək а) мез кьун, ял кьун, рахун тавуниз, кисуниз мажбур авун; кисарун; б) мез кьун, ял кьун, кисун, рахун тавун; dilini könlü ilə bir eləmək мезни рикӀ сад авун, гафарни крар сад хьун; dilini qarnına qoymaq мез къене тун, ял кьун, рахун тавун, кисун; dilini saxlamaq мез хуьн, са гаф лугьуникай къакъасун, рахун тавун, кисун; dilini tapmaq (tutmaq) кил. dil tapmaq; dilinin ucuna gəlmək мецин кӀуфал атун, лугьуз кӀанз лугьуз тахьун ва я лугьун тавун; dilinin üstündə dil bitmək кьадардилай артух рахадай, сивел кири алачир, кьаркьар касдин гьакъинда; dillər əzbəri, yaxud dillərdə əzbər (dastan) olmaq гзаф машгьур хьун, сивяй-сивиз фин, са касдин (ва я затӀунин) гьакъинда вири рахаз хьун, виридаз хуралай хьун, мах хьун; dillərdə gəzmək (dolaşmaq) а) кил. dillərə düşmək; б) сивера гьатун, жемятдин арада рахаз хьун, чав гьатун; dillərdə söylənmək кил. dillərə düşmək; dillərə düşmək мецера гьатун, элдин меце гьатун, машгьур хьун, чав акъатун, чукӀун; nə dil bilsin, nə dodaq. Ata. sözü са къван кӀаник, са къван винел (садазни лугьун тавун, чинеба хуьн лазим тир ихтилатдин, сирдин гъакъинда); ölü dil лингв. кьенвай чӀал (алай девирда садни рахазмачир, анжах къадим гуьмбетрин кхьинрал аламай чӀал, мес. латин чӀал); sümüksüz dil кӀараб квачир мез (сивел атайвал рахадай, сивик пад квачир касдин гьакъинда); ümumi dil (tapmaq) умуми чӀал (мез жугъурун), сад-садав туькӀуьн, разивилиз атун.

    Azərbaycanca-ləzgicə lüğəti / dil

dil sözünün türk dilinə tərcüməsi

"dil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dil nədir? #dil sözünün mənası #dil nə deməkdir? #dil sözünün izahı #dil sözünün yazılışı #dil necə yazılır? #dil sözünün düzgün yazılışı #dil leksik mənası #dil sözünün sinonimi #dil sözünün yaxın mənalı sözlər #dil sözünün əks mənası #dil sözünün etimologiyası #dil sözünün orfoqrafiyası #dil rusca #dil inglisça #dil fransızca #dil sözünün istifadəsi #sözlük