Dilmanc sözü azərbaycan dilində

Dilmanc

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Dilmanc • 86.2007%
  • dilmanc • 13.4409%
  • DİLMANC • 0.3584%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dilmanc
Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün dil texnologiyaların yaradılması və tətbiqi sahəsində işlər həyata keçirilir. Layihədəki əsas elmi tədqiqat istiqamətləri aşağıdakılardır: Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə sistemlərinin yaradılması Azərbaycan dili üçün nitqin tanınması sisteminin yaradılması Az Azərbaycan dili üçün mətnin səsləndirilməsi sisteminin yaradılması Telefon danışığını Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən sistemin yaradılması Mətnin kompüter tərəfindən başa düşülməsi sistemin yaradılması Layihənin əsas prioritetlərindən biri də bu texnologiyaların istifadəçilər tərəfindən praktik istifadəsini təmin etmək üçün proqram təminatının hazırlanmasıdır. == Layihənin tarixi == Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesinin avtomatlaşdırılmasının mümkünlüyünün öyrənilməsi ilk dəfə 2003-cü ilin əvvəllərində akademik Ə. M. Abbasov tərəfindən qoyulmuş və onun rəhbərliyi altında maşın tərcüməsi sisteminin yaradılması istiqamətində tədqiqatlara başlanmışdır. Bu müddət ərzində Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesini avtomatlaşdırmağa imkan verən xüsusi modelləşdirmə metodu (rəqəmsal modelləşdirmə metodu) yaradılmış və bu metod əsasında Azərbaycan-ingilis maşın tərcüməsi sisteminin yaradılmasına başlanmışdır. İşlərin məntiqi davamı kimi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin birgə həyata keçirdiyi bu layihəni göstərmək olar. Layihə üzrə işlərə 2005-ci ilin aprel ayından başlanılmışdır. 19.02.2014-cü ildə Dilmanc tərcümə sisteminin yeni versiyası istifadəyə verilmişdir. Bu versiyada mətnləri Azərbaycan, İngilis və Rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilmişdir. Yeni versiyanın əsas imkanları aşağıdakılardır: Mətnin avtomatik tərcüməsi. Mətnləri Azərbaycan dilindən İngilis və Rus dillərinə və əksinə daha keyfiyyətlə tərcümə etmək.

dilmanc sözünün leksik mənası və izahı

  • 1 is. köhn. 1. Çar dövründə məhkəmədə və ya bəzi başqa idarələrdə tərcüməçi. [Məşədi İbad:] Rüstəm bəy! Çox adamlar mənimlə qohum olmaq istədilər, hətta qubernatın dilmancı Cəfər bəyin xalası oğlu Daşdəmir bəy. Ü.Hacıbəyov. Məmmədhəsən əminin sözünü nə dilmanc, nə də ki nəçərnik başa düşə bilmədilər. C.Məmmədquluzadə. Baxacaq işinə hərbi məhkəmə; Etdi bu sözləri dilmanc tərcümə. H.K.Sanılı. // Bəzən ikidilli lüğət mənasında işlənmişdir. 2. məc. Vasitəçi mənasında. Yarım utancaq olsa; Tutub dilmanc saxlaram. (Bayatı). [Ağa Nəriman xan:] Bədircahan, barı sən dilmanc ol bizim aramızda… N.Vəzirov.

    Azərbaycan dilinin izahlı lüğəti / dilmanc

dilmanc sözünün etimologiyası

  • 1 Mənbələrdə dildə (говорить), dil-də-m (красноречие), tiliq (разгова­ри­вать), tilmaçi (переводчик) sözləri var. Dilmanc sözü məhz dilmaçi sözünün dəyişmiş şəklidir. Bəs dilmaçi necə yaranıb? Türkologiyada bu suala cavab verilməyib. Belə hesab etmək olar ki, dil və din(mək) sözlərinin qədim kökü birdir, di komponentidir. Demək, danışmaq feilləri də bunu sübut edir: de, da, di eyni sözün müxtəlif şəkilləridir. Söz, əslində.dinməçi kim olub. Dinmək feilindən dinmə ismi əmələ gəlib, -çi isə peşə bildirən şəkilçidir. Dili bilməyənlər danışmır, dinmirlər (rusla alman görüşəndə bir-birinin dilini bilmədikləri üçün danışmayıblar, rus almanı немой, (немец sözü də buradandır) yəni lal adlandırıb. Tərcüməçi isə dindirən, danışdıran rolunu oynayıb, dinməçi (dilləndirici) olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dilmanc

dilmanc sözünün sinonimləri (yaxın mənalı sözlər)

dilmanc sözünün rus dilinə tərcüməsi

dilmanc sözünün inglis dilinə tərcüməsi

dilmanc sözünün fransız dilinə tərcüməsi

dilmanc sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. куьгьн. дилмаж (1. таржумачи, пачагьдин девирда судда ва мс. бязи идарайра са чӀалай маса чӀалаз элкъуьрдай кас; // гагь-гагь кьве чӀалан гафалаг манада; 2. пер. арачи манада).

    Azərbaycanca-ləzgicə lüğəti / dilmanc

"dilmanc" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dilmanc nədir? #dilmanc sözünün mənası #dilmanc nə deməkdir? #dilmanc sözünün izahı #dilmanc sözünün yazılışı #dilmanc necə yazılır? #dilmanc sözünün düzgün yazılışı #dilmanc leksik mənası #dilmanc sözünün sinonimi #dilmanc sözünün yaxın mənalı sözlər #dilmanc sözünün əks mənası #dilmanc sözünün etimologiyası #dilmanc sözünün orfoqrafiyası #dilmanc rusca #dilmanc inglisça #dilmanc fransızca #dilmanc sözünün istifadəsi #sözlük