Dilmaçoğulları bəyliyi
Dilmaçoğulları bəyliyi — 1085–1192-ci illər arasında Bitlis və Erzendə müstəqil olan bir türk bəyliyi.
== Tarixi ==
Qurucusu Böyük Səlcuq hökmdarı Alp Arslanın komandirlərindən biri olan Dilmaç Məmməd bəydir (1085–1104-cü illər). Quruluş dövründə Böyük Səlcuq dövlətinə bağlılığını davam etdirən Dilmaçoğulları Toğan Arslan dövründə (1104–1137-ci illər) ən parlaq illərini yaşayıblar. Saltuklular və Ardıqlılar ilə birlikdə xristianlara və gürcülərə qarşı döyüşüblər. Bəyliyin qurucusu Dilmaçoğlu Məmməd (Məhəmməd) Bəy Sultan Alp Arslan dövründə Bekçioğlu Afşin və Əhməd Şah kimi türkmən bəyləri ilə Bizans idarəsindəki Anadoluya axınlarda olurdu. Malazgirt Müharibəsində (1071-ci il) də iştirak edən Dilmaçoğlu Məmməd Bəy daha sonra Səlcuq ordusunun Hələb ətrafında həyata keçirdiyi fəthlərə qatıldı. 1085-ci ildə diyar-ı Bəkir (Diyarbakır) alındıqdan sonra Bitlis və Ahlat da Səlcuq qüvvələri tərəfindən zəbt edildi. Bitlis və ətrafı Məmməd bəyin idarəsinə verilərək ona ikta (istifadə haqqı) tətbiq edildi. Bu şəkildə Dilmaçoğulları Bəyliyi qurulmuş oldu. Əvvəl Qılınc Aslana, onun ölümündən sonra da Ermenşahlara (Ahlatşahlar) tabe oldu.