Yılmaz sözü azərbaycan dilində

Yılmaz

Yazılış

  • Yılmaz • 99.2335%
  • yılmaz • 0.4127%
  • YILMAZ • 0.3538%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Burak Yılmaz
Burak Yılmaz (türk. Burak Yılmaz, 15 iyul 1985, Antalya) — "Qol kralı" ləqəbli türk futbolçusu, Fransanın "Lill" və Türkiyə yığmasının hücumçusu, yığmanın kapitanı, Hakan Şükürdən sonra Türkiyə futbol yığmasında ən çox qol vurmuş bombardir (66 oyunda 28 qol), Sergen Yalçından sonra Türkiyənin dörd ən böyük futbol klubu olan "Beşiktaş", "Fənərbaxça", "Trabzonspor" və "Qalatasarayda" oynamış ikinci futbolçu. Bu dörd komanda ilə Çempionlar Liqasında oynayıb. == Oyun stili == Burak Yılmaz klassik mərkəz hücumçusudur, hər iki ayaqla dəqiq zərbələr endirə bilir, kəllə ilə gözəl oynuyur, fiziki gücə və topun texniki qəbul etmə qabiliyyətinə malikdir. Həmçinin penalti və standart cərimə zərbələri yerinə yetirir, hərçənd bu sahədə yüksək usta hesab olunmur. Oyun stilinə görə yüksək sürətə malik dağıdıcı forvarddır. == Klub karyerası == == Transferlər == === Antalyaspor === Burak Yılmaz peşəkar futbol karyerasına 16 yaşında "Antalyaspor" klubunda sağ vinqer mövqeyində başlayıb === Qalatasaray === 2012/2013 futbol mövsümünün başında "Trabzonspordan" "Qalatasaraya" transfer qiyməti 5 mln avro olub. === Beytsinq Quan (Beijing Guoan) === 2016-cı ildə Çinin "Beytsinq Quan" klubuna 8 mln avro müqabilində transfer olunub. === Trabzonspor === 2017-ci ildə 3,5 mln avroya "Trabzonspora" tranfer olunub. === Lill === 2020/2021 il mövsümündə Fransanın "Lill" klubuna transfer olunub.
Büşra Yılmaz
Büşra Yılmaz (türk. Büşra Yılmaz; 1996, Tokat) – Türkiyə qadın romançısı. == Karyera == Kiçik yaşlarından bəri yazmağa marağı olan Büşra Yılmaz, əlində hal-hazırda "Ölümə Pıçıldayan Adam" kimi əsəri olmasına baxmayaraq, əyləncəyə ehtiyacı olduğu bir dönəmdə internetdən 4N1K adlı əsərini bölüm-bölüm yazmağa və birbaşa oxuyucuya təqdim etməyə başladı. Gələn böyük maraqdan sonra, çap üçün Epsilon nəşriyyatı ile razılaşdı. Kitab satışa çıxan kimi "çox satanlar" siyahısına ilk sıradan girdi və ilk həftə 100 mindən çox satıldı. Elele Avon Qadın Mükafatları (2016) tərəfindən "İlin Yazarı" mükafatına layiq görüldü. İmza günlərində yaşanan gərginlikdən sonra o, Fabrika Yapım-dan işini filmə çevirmək təklifini qəbul etdi və bu təklif "4N1K-2: 12-dən sonra" üçün davam etdi. Çıxarılan iki filmdən sonra ekranlarda "4N1K İlk Sevgi" adı ilə Fox TV seriyalı kimi yayımlanmağa başladı. Birinci sezondan sonra serial rəqəmsal olaraq "4N1K Yeni Başlanğıclar" adı ilə davam etdi. 4N1K ilə çox ziddiyyətli bir fantastikaya sahib olan "Ölümə Pıçıldayan Adam" və onun davamı olan "Kibrit Çöpü Məzarlığı" da Epsilon Nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Can Yılmaz
Can Yılmaz — türk aktyor, ssenarist və yazıçı. == Həyatı == Əslən Gürün, Sivaslıdır. Məşhur şoumen Cem Yılmazın böyük qardaşıdır. Anası evdar xanım, atası isə elektrikli ev alətləri ticarəti ilə məşğul olan Can Yılmaz uzun müddət mətn yazarı olaraq fəaliyyət göstərmişdir. Ən parlaq işi Komedi Dükkanı adlı proqramının mətn yazarı olmasıdır. Proqramın bütün konsept və mətni Can Yılmaza məxsusdur. Can Yılmaz ssenari və tamaşa yazarı olaraq da tanınır. "Hoqqabaz", "Hər şey çox gözəl olacaq", "G. O. R. A", "Yahşı Qərb" kimi sinema filmlərinin ssenariləri Can Yılmaza və qardaşı Cem Yılmaza aiddir. Əsasən kamera arxasında yer almağa daha çox meyillidir.
Cem Yılmaz
Cem Yılmaz (23 aprel 1973, İstanbul) — Türkiyəli komediya ustası, aktyor, karikaturaçı rəssam, ssenarist və rejisor. == Həyatı == Cem Yılmaz 23 aprel 1973-cü ildə İstanbulda anadan olmuşdur. Sənət həyatına 1992-ci ildə "Leman Kültür Merkezi"ndə başlamış, Leman karikatura jurnalında (Leman Dergisi) karikaturçu rəssam olaraq çalışmışdır. "Leman Kültür Merkezi"ndə yumoristik çıxışları ilə məşhurlaşdıqdan sonra karyerasını "Beşiktaş Kültür Merkezi"ndə davam etdirmişdir. Hazırda Türkiyənin ən məşhur komediya ustalarından biridir.
Durmuş Yılmaz
Durmuş Yılmaz (1947, Uşak) – türkiyəli iqtisadçı, bürökrat və siyasətçi. == Həyatı == Uşakın Eşme ilçəsinin Qaracağmərli kəndində anadan olmuşdur. İlk və orta məktəbini Uşakda tamamlamışdır. Lisey təhsilini Ankara Kupça və Kadastr Peşə iseyində tamamlamışdır. Muğlada Xəritə və Katastr texniki işçisi olaraq çalışarkən Muğla Turqutrəis liseyindən normal lisey diplomu almışdır. Ankara Universiteti Hüquq fakültəsində 3 il hüquq təhsili almışdır. 1970-ci ildə Milli Təhsil Nazirliyinin açmış olduğu dövlət təqaüdü imtahanından keçərək, İngiltərəyə Ticarət nazirliyi adından iqtisadiyyat təhsili almağa göndərilmişdir.London Şəhər Universitetində bakalavr, London Universitetində magistr təhsili almışdır. == Fəaliyyəti == 1980-ci ildə Türkiyə Respublika Mərkəzi Bankası kambiyo şöbəsinin müdirliyinə təyin edilmişdir. Xarici Borc Ertələmə, Valyuta Mübadiləsi və Valyuta Rezerv İdarəçiliyi sahələrində çalışmışdır. 1993-cü ildə Valyuta İşləri idarəsinin müdirinin köməkçisi, 1997-ci ildə Valyuta Risk İdarəçiliyi, Kreditlər, Valyuta və Effektiv Bazarlar ilə Açıq Bazar İşlərinə nəzarət edən Bazarlar Ümumi Müdirliyinin ümumi müdir köməkçiliyinə, 2002-ci ildə müdirliyə təyin edilmişdir.
Məsud Yılmaz
Əhməd Məsud Yılmaz (türk. Ahmet Mesut Yılmaz; 6 noyabr 1947, İstanbul – 30 oktyabr 2020, İstanbul) və ya əmilərinin soyadı ilə Akçal. Əslən Rizə Çayeli Çataldərə/Cimil kəndindən) — hemşinli əsilli türk siyasətçisi. Azərbaycan suveren dövlət kimi onun dövründə Türkiyə Cümhuriyyəti tərəfindən rəsmən tanınmışdır. == Həyatı == Ahmet Mesut Yılmaz 6 noyabr 1947-ci ildə İstanbulda anadan olub. İstanbul Oğlanlar litseyini bitirib. 1971-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsi Maliyyə və İqtisad Bölümündən məzun oldu. 1972–1974-cü illər arasında Almaniyanın Köln Universiteti İqtisadi və İctimai Elmlər Fakültəsində yüksək lisans çalışması etdi. 1975–1983-cü illərdə kimya, tekstil və çatdırma sahəsində, müxtəlif özəl şirkətlərdə idarəçi olaraq işləyib. 1983-cü ilin may ayında yaradılan Ana Vətən Partiyasının qurucularından biri və sədr müavini olub.
Yeliz Yılmaz
Yeliz Yılmaz (d. 19 avqust 1980) — Türkiyəni təmsil edən həndbolçu. Yeliz Yılmaz, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Yeliz Yılmaz, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Yılmaz Güney
Yılmaz Güney (Yılmaz Pütün; 1 aprel 1937[…], Adana – 9 sentyabr 1984[…], 14-cü Paris dairəsi[d]) — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı. Xüsusən də Kann mükafatı qazanmış "Yol", "Sürü", "Ümidsizlər" filmlərilə məşhurdur. == Həyatı == === Filmdən əvvəl === Yılmaz Güneyin əsl adı Yılmaz Pütündür. Özünün dediyinə görə, Pütün qırılması çətin, sərt meyvə toxumu deməkdir. 1937-ci ildə torpağı olmayan bir kəndli ailəsinin iki övladından biri kimi dünyaya gəlib. Əslən sivereklidir. Adanada böyümüş və gələcək həyatında da Adananı unutmamışdır. Adana bəzi filmləri üçün mövzu olmuşdur. Bir müddət Kamal və And film şirkətlərinin Adanadakı bölgə təmsilçisi kimi işləmişdir. Universitet təhsili almaq üçün İstanbula getmiş və orada Atıf Yılmazla (rejissor) tanış olmuşdur.
Yılmaz Verdiyev
Yılmaz Verdiyev - Fizika-riyaziyyat elmlər doktoru, professor. == Həyatı == Yılmaz Verdiyev 1937-ci ildə Bakı şəhərində doğulubdur. 1962-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinin məzunu olubdur. 1962-1965-ci illərdə Moskvada Teoretik Eksperimental Fizika İnstitutunun assistenti vəzifəsində işləmişdir. 1965-ci ildə doktorluq elmi işini müdafiə edərək fizika elmləri namizədi olmuşdur. 1973-cü ildə "Expansion of the Helisity Group" adlı elmlər doktorluq mövzusunu müdafiə edib 1977-ci ildə professor olmuşdur. 1972-1992 illərdə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun fizika laboratoriyasının müdiri olmuşdur. 1992-ci ildən bu yana Riyaziyyat və Fizika sahələrində Xarici Vətəndaşlıqlı Müqaviləli Müəllim olaraq vəzifə yerinə yetirmişdir. Elementar parçalar və riyaziyyat və fizika sahəsində 47 məqalə, 3 kitab və 18 məlumatı nəşr olunmuşdur.
Yılmaz Vural
Yılmaz Vural(türk. Yılmaz Vural; 1953, Adapazarı[d]) — Türkiyəli baş məşqçi. == Futbolçu karyerası == 1970-1974-cü illər ərzində həvəskar futbolçu olan Yılmaz Vural, 1974-1975-ci illər mövsümündə "Sivasspor"da peşəkar karyerasına başlamışdır. Daha sonra isə, Türkiyə 3-cü liqasında çıxış edən "Təkirdağspor" və "Hacəttəpə"də forma geyinmişdir. 1978-1979-cu illər mövsümünün sonunda Türkiyə 3-cü liqasında çıxış edən "Ankara Dəmirspor" komandasında peşəkar karyerasını bitirərək məşqçiliyə başlamışdır. == Məşqçilik karyerası == Hal-hazırda Türk futboluna baş məşqçi kimi xidmət edir. Okan Universitetində futbol dərsləri tədris etməkdədir. 20 fevral 2014-cü ildə Türkiyə 2-ci liqasının qırmızı qrupunda mübarizə aparan "Bayrampaşa" klubunu satın almaq istədiyini açıqlamışdır . === Antalyaspor === 2005-2006-cı illər mövsümündə ikinci dəfə "Antalyaspor"un baş məşqçilik postuna gətirildi. 2-ci liqa komandasında ilk üç matçından qalib ayrılmışdır.
Yılmaz Öztuna
Yılmaz Öztuna (20 sentyabr 1930, İstanbul – 9 fevral 2012, Ankara)— Türkiyə tarixçisi, siyasətçisi, jurnalisti və yazıçısı. == Həyatı == 1969-cu ildə Ədalət Partiyasından Konya millətvəkili seçilərək Türkiyə Böyük Millət Məclisinə daxil oldu. Türk və Osmanlı tarixi ilə bağli əsərlər yazan və Türkiyə qəzetində köşə yazarı olaraq da işləyən Yılmaz Öztuna, 9 fevral 2012-ci il tarixində Ankarada vəfat etdi. Cənazəsi, İstanbuldakı Zincirlikuyu Məzarlığında torpağa verildi.
Yılmaz Ərdoğan
Yılmaz Ərdoğan (tam adı: türk. Yılmaz Erdoğan; 4 noyabr 1967, Hakkari) — Kürd əsilli Türk aktyor, yazıçı və rejissor. Debüt komediya filmi Vizontele (2001) və Bir Demet Tiyatro (1995–2002/2006–2007) serialı ilə məşhurluq əldə etmişdir. Sadri Alışık Kino və Teatr Mükafatlarında ən yaxşı aktyor, Qızıl Kəpənək mükafatında ən yaxşı komediya serialı, 4-cü Avstraliya Kino və Televiziya Sənəti Mükafatlarında Su axtaran (2014) filmindəki roluna görə ən yaxşı köməkçi aktyor, Afifə Teatr Mükafatlarında Cavad Fəhmi Başqurd xüsusi mükafatlarının sahibidir. == Həyatı == Yılmaz Ərdoğan Nazim və Süheyla Ərdoğanların ailəsində dünyaya göz açıb. Ailənin ortancıl oğludur. Anadolu atəşi rəqs qrupunun qurucusu Mustafa Ərdoğan onun böyük, sənətçi Dəniz Ərdoğan isə kiçik qardaşıdır. Yılmaz Ərdoğanın uşaqlığı Ankarada keçmişdir. Daha sonra ailəsi ilə birlikdə İstanbula köçüb. Ailəsi əslən kürddür.
Özlem Yılmaz
Özlem Yılmaz (17 iyul 1986, İstanbul), Türk kino və teleserial aktyoru. Əslən Rizəli olan Özlem Yılmaz İstanbulda doğulub və böyüyüb. Özlem Yılmaz ilk təhsilini "Kartaltepe İlköğretim Okulu"nda keçirib və ilk təhsildən sonra kollecdə oxumağa başlayıb. Aktyor "Kültür Kolleci"ndə təhsilini davam etdirmişdir.
Mustafa Yılmaz
Mustafa Yılmaz (türk. Mustafa Yılmaz; 5 noyabr 1992, Kastamonu ili) — türk şahmatçı, qrosmeyster (2012). == Şahmat karyerası == Mustafa Yılmaz 5 noyabr 1992-ci ildə Türkiyənin Kastamonu ilində anadan olub. Atası fizika müəllimi, anası isə evdar qadındır.Şahmat oynamağa yeddi yaşında başlayıb. Ona bu oyunun qaydalarını böyük bacısı — şahmatçı Ezgi Yılmaz Babaoğlu öyrədib.İlk ciddi uğuru 2002-ci il Avropa çempionatının (U-10 kateqoriyasında) bürünc medalı olub. Bu üçüncülük, Türkiyənin yaş kateqoriyalarında qazandığı ilk medal hesab olunur.2009-cu ildə, 17 yaşında olarkən şahmat üzrə Türkiyə çempionu olmuş və bununla da ən gənc ölkə çempionu kimi tarixə düşmüşdür. Eyni ildə beynəlxalq usta adını qazanıb.2017 və 2022-ci illərdə müvafiq olaraq ikinci və üçüncü dəfə Türkiyə çempionu adını qazanıb.Mustafa Yılmaz müxtəlif illərdə kişilərdən ibarət şahmat üzrə Türkiyə yığma komandasının heyətində Şahmat Olimpiadalarının, dünya və Avropa çempionatlarının iştirakçısı olub. == Şəxsi həyatı == Mustafa Yılmaz 21 yaşında olarkən, azərbaycanlı şahmatçı Nigar Yılmaz (qızlıq soyadı: Novruzova) ilə ailə həyatı qurub.
Cevdet Yılmaz
Cevdet Yılmaz (1 aprel 1967, Bingöl) – Türkiyə siyasətçisi, 4 iyun 2023-cü ildən Türkiyənın vitse-prezidenti.
Yılmaz Gruda
Yılmaz Qruda 14 iyul 1930, İstanbul – 25 iyul 2023, İstanbul - türk teatr, kino və serial aktyoru, şair, dramaturq, teatr rejissoru, tərcüməçi və reklamçı == Həyatı == Onun alban atası Həsən qan davasına görə ölkədən qaçaraq İstanbulda məskunlaşır. Atası İstanbulda südçü olarkən anası Mediha Aytacla tanış olur və onlar evlənirlər. Yılmaz Qruda 1930-cu ildə anadan olub. Valideynləri onların evliliyinə qarşı olan ailələrin təzyiqi ilə boşandılar; Atası Ankaraya köçdü. Yılmaz Gruda Ankarada atası ilə yaşamağa başlayıb. Oxumağı sevən Qruda özü kitab yazmağa başladı; Zaman keçdikcə poeziyaya üz tutdu. Ankara Ticarət Liseyində təhsilini yarımçıq qoyub dövlət məmuru olan Qrudanın yazdığı şeirlər 1950-ci illərdə müxtəlif jurnallarda dərc olunmağa başladı. 1956-cı ildə girdiyi Cep Teatrında başlayan aktyorluq karyerası Ankara Dövlət Teatrının Kiçik Teatrında davam etdi . Ankara Meydan Sahnesi və Nisə Serezli ansambllarında da çalışıb . O, bir müddət dövlət qulluğuna qayıdıb, mühasib işləyib.
Yılmaz Qruda
Yılmaz Qruda 14 iyul 1930, İstanbul – 25 iyul 2023, İstanbul - türk teatr, kino və serial aktyoru, şair, dramaturq, teatr rejissoru, tərcüməçi və reklamçı == Həyatı == Onun alban atası Həsən qan davasına görə ölkədən qaçaraq İstanbulda məskunlaşır. Atası İstanbulda südçü olarkən anası Mediha Aytacla tanış olur və onlar evlənirlər. Yılmaz Qruda 1930-cu ildə anadan olub. Valideynləri onların evliliyinə qarşı olan ailələrin təzyiqi ilə boşandılar; Atası Ankaraya köçdü. Yılmaz Gruda Ankarada atası ilə yaşamağa başlayıb. Oxumağı sevən Qruda özü kitab yazmağa başladı; Zaman keçdikcə poeziyaya üz tutdu. Ankara Ticarət Liseyində təhsilini yarımçıq qoyub dövlət məmuru olan Qrudanın yazdığı şeirlər 1950-ci illərdə müxtəlif jurnallarda dərc olunmağa başladı. 1956-cı ildə girdiyi Cep Teatrında başlayan aktyorluq karyerası Ankara Dövlət Teatrının Kiçik Teatrında davam etdi . Ankara Meydan Sahnesi və Nisə Serezli ansambllarında da çalışıb . O, bir müddət dövlət qulluğuna qayıdıb, mühasib işləyib.
Əhməd Rafiq Yılmaz
Əhməd Rafiq Yılmaz (türk. Ahmet Refik Yılmaz; d. 1904, İstanbul, Osmanlı İmperiyası – ö. 1986, İstanbul, Türkiyə) — Türk əsgəri. == Həyatı == 1925-ci ildə Hərbi Məktəbi bitirdi. Müxtəlif hərbi bölmələrdə taqım komandiri oldu. 1932-ci ildə daxil olduğu Hərbi Akademiyadan 1935-ci ildə məzun oldu. 1954-cü ilə kimi fərqli qərargahlarda və birliklərdə xidmət göstərdi. == Hərbi fəaliyyəti == 8-ci tümənin, Quru Qoşunları Hərb Akademiyasının, 8-ci korpusun, 2-ci ordunun, 3-cü ordunun, 1-ci ordunun və Türkiyə Quru Qoşunlarının komandiri olmuşdur. 21 fevral 1986-cı ildə vəfat etdi.
Biran Damla Yılmaz
Biran Damla Yılmaz (28 iyun 1997, İstanbul) Karyerasının dönüş nöqtəsi olan "Kırgın Çiçekler" serialında önəmli rol alıb. == Həyatı və kariyerası == 28 iyun 1997-ci ildə İstanbulda anadan olub. Yılmaz 2013-cü ildə aktyorluq karyerasına başlayıb və konservatoriyada təhsil alıb. 2014-cü ildə "Çılgın Dersane 4: Ada" filmində oynadı. O, ilk baş rolunu 2019-cu ildə "Mucize 2: Aşk" filmində oynayıb. O, "Kırgın Çiçekler", "Canevim" və "Baraj" seriallarında baş rolda olub. Nəhayət, 2021-2023-cü illər arasında FOX-da yayımlanan "Yasak Elma" serialında "Kumru Yıldırım" obrazını canlandırıb.
Barış Alpər Yılmaz
Barış Alpər Yılmaz (23 may 2000, Əkizdərə[d], Rizə ili) — Qalatasaray FK klubunda sağ cinah yarımmüdafiəçisi və mərkəz hücumçusu kimi çıxış edən türk milli futbolçusudur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.20 dəfə / 1 mln.
2003 •• 1.57
2004 •• 1.01
2005 •••••• 5.40
2006 •• 1.13
2007 ••• 2.11
2008 •• 1.22
2009 ••••• 4.64
2010 ••••• 4.08
2011 •••••••••• 9.69
2012 •••••••••• 9.47
2013 •••••••••••••••••••• 19.55
2014 ••••••••••••••••••• 17.68
2015 •••••••• 7.14
2016 ••••••• 6.25
2017 ••• 2.60
2018 •• 1.65
2019 ••• 2.50
2020 •• 1.06

yılmaz sözünün etimologiyası

  • 1 Maqazanik göstərirdi ki, Anadolu türklərində yılmaq feili var və qorxmaq sözünün sinonimidir. Yılmaz adı həmin feillə bağlıdır, mənası “qorxmaz” demək­dir (Almaz sözü ilə qarışdırılmamalıdır). Anadolu türkləri yılmaq, yıldır(qorxut), yılmaz (qorxu bilməyən) sözlərini işlədirlər. Deməli, Yılmaz “qorxmaz” deməkdir. M.Müşfiqin “Qafqaz” şeirində deyilir: “Ey cənub tərlanı, döyünsün ürəyin, Yılma­dan havalan bu alı dağlara”. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yılmaz

yılmaz sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

səfərə çıxmış adam, yol gedən adam.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#yılmaz nədir? #yılmaz sözünün mənası #yılmaz nə deməkdir? #yılmaz sözünün izahı #yılmaz sözünün yazılışı #yılmaz necə yazılır? #yılmaz sözünün düzgün yazılışı #yılmaz leksik mənası #yılmaz sözünün sinonimi #yılmaz sözünün yaxın mənalı sözlər #yılmaz sözünün əks mənası #yılmaz sözünün etimologiyası #yılmaz sözünün orfoqrafiyası #yılmaz rusca #yılmaz inglisça #yılmaz fransızca #yılmaz sözünün istifadəsi #sözlük