Dilavər sözü azərbaycan dilində

Dilavər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Dilavər • 88.5835%
  • dilavər • 11.4165%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dilavər Paşa
Dilavər Paşa (XVI əsr – 1622, Konstantinopol) — II Osman dönəmində 17 sentyabr 1621 - 19 may 1622 tarixlərində ümumilikdə 8 ay 2 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Xorvat əsilli olub, Əndərunda təhsil almışdır. Əvvəlcə sarayda, ardından Misirdə bir çox vəzifələrdə xidmət göstərdi. Daha sonra İstanbula çağırılaraq sarayda çeşnigirbaşı təyin olundu. 1610-cu ildə Krım xanı Səlamət Gəray vəfat etmiş, İstanbulda olan Canı bəy Gərayla birlikdə Krıma gedərək onun xan olmağında köməklik göstərdi. 1613-cü ildə çeşnigirbaşlığından Kipr bəylərbəyiliyinə gətirilən Dilavər Paşa, bir il sonra Cığalızadə Mahmud Paşanın yerinə vəzir rütbəsiylə Bağdad bəylərbəyi oldu. 1616-cı ildə baş tutan İrəvan səfərinə Diyarbəkir bəylərbəyi olaraq qatıldı və bölgədə 2 qala inşa etdirərək döyüş sursatlarını bölgəyə gətirtdi. Burada mükəmməl idarəçilik məharətilə yerini sabitləyən Dilavər Paşa II Osmanın taxta çıxışından sonra (1618) Rumeli bəylərbəyliyinə gətirildi. Bu vəzifədə ikən Kürəkən Xəlil Paşa ilə birlikdə Səfəvilər üzərinə səfərə çıxdı. 10 sentyabr 1618 tarixində baş verən Sınıq körpü döyüşündə Osmanlı ordusu məğlub olmuş, bu məğlubiyyətin ardından ikinci dəfə Diyarbəkir bəylərbəyiliyinə gətirildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.64 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 4.33
2004 ••••••••••• 2.36
2005 ••••••••••••• 2.70
2006 ••• 0.45
2007 ••• 0.63
2008 •••••••• 1.71
2009 ••• 0.48
2010 ••••••••••••• 2.81
2011 ••••••••• 1.89
2012 ••••••• 1.46
2013 •••••• 1.17
2014 •••••••••••••••••••• 4.12
2015 •••••••••• 2.04
2017 ••••••• 1.46
2018 ••••••••••• 2.25
2019 •••••• 1.11
2020 •• 0.27

dilavər sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] 1. Qoçaq, igid, cəsur, ürəkli, mərd. Çətin ələ düşər dilavər gözəl. Q.Zakir. Zeynəb … dilavər, kimsədən qorxmaz və çəkinməz bir qarı idi. S.S.Axundov. Fərman həmişə belə qoçaq və dilavər qızların yanında sıxılar və özünü itirərdi. Ə.Sadıq. // İs. mənasında. Dilavərlər yığıldılar. 2. Dilli, yaxşı danışmağı bacaran, məharətlə danışa bilən. O, çox dilavər adamdır. – [Gövhər qarı:] Gərək ortada mənim kimi dilavər bir adam ola ki, tükü-tükdən seçə bilə. İ.Şıxlı. Dedim: – Söz ustası, mahir, dilavər; Şairə Məhsəti sənmisən məgər? M.Dilbazi.

    Azərbaycan dilinin izahlı lüğəti / dilavər

dilavər sözünün etimologiyası

  • 1 Kökü azərbaycancadır, -avər isə farsca avərdən (gətirmək) məsdərinin əsasıdır. Hərfi mənası dili gətirən (yaxşı danışıq qabiliyyəti olan), məcazi mənası isə “ağıllı” deməkdir. Əsasən, dilli-dilavər şəklində işlədilir. İkinci dilavər sözü də var, farscadır, əsli dilavərd kimidir (yaddaşt sözündəki t səsi kimi, dilavərd kəl­mə­sindəki d səsi də ixtisara düşüb), “qoçaq, igid, ürəkli” deməkdir. Buradakı dil “ürək” mənasındadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dilavər

dilavər sözünün sinonimləri (yaxın mənalı sözlər)

dilavər sözünün rus dilinə tərcüməsi

  • 1 1. речистый, крсноречивый, искусный в разговоре; 2. бойкий, лихой, отважный;

    Azərbaycanca-rusca lüğət / dilavər
  • 2 прил. 1. речистый, красноречивый; умеющий хорошо, красиво говорить, языкастый 2. бойкий, отважный, смелый, храбрый

    Azərbaycanca-rusca lüğət / dilavər

dilavər sözünün inglis dilinə tərcüməsi

dilavər sözünün fransız dilinə tərcüməsi

dilavər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил. 1. викӀегь, кьегьал, уьтквем, игит, рикӀ (жигар) авай, жуьрэтлу, мерд; 2. мез авай, хъсан рахаз алакьдай, хъсандиз рахадай; кӀуфал туькӀвей, мецел пайгар.

    Azərbaycanca-ləzgicə lüğəti / dilavər

dilavər sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) ürəkli, cəsarətli, qəhrəman, cəsur; 2) danışmağa mahir olan; dilli.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

ürəkli, qəhrəman; dilli-ağızlı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"dilavər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dilavər nədir? #dilavər sözünün mənası #dilavər nə deməkdir? #dilavər sözünün izahı #dilavər sözünün yazılışı #dilavər necə yazılır? #dilavər sözünün düzgün yazılışı #dilavər leksik mənası #dilavər sözünün sinonimi #dilavər sözünün yaxın mənalı sözlər #dilavər sözünün əks mənası #dilavər sözünün etimologiyası #dilavər sözünün orfoqrafiyası #dilavər rusca #dilavər inglisça #dilavər fransızca #dilavər sözünün istifadəsi #sözlük