* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] İnsafsız, rəhmsiz, şəfqətsiz, mərhəmətsiz, könülincidən, könülə cəfa verən (klassik şeirdə adətən gözəlin epitetlərindən biri). …Qorxuram, cismü can saralıb yana; Ta yetirəm dilazara dərdimi. Q.Zakir. Dil verməz idim mən sənə, ey yari-dilazar; Bilsəydim əgər böylə dilazar olacaqsan. S.Ə.Şirvani.
Azərbaycan dilinin izahlı lüğəti / dilazar2 f. ürək incidən, qəlb qıran.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dilazar