buğda-dil sözü azərbaycan dilində

buğda-dil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • buğda-dil • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Buğda
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
Buğda tripsi
Buğda tripsi lat. Haplothrips tritici Kurd.-Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. == Quruluşu == Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. Qarıncığın axırıncı buğumu boru halında uzanaraq, konusvari forma almışdır. Sürfə xarici görünüşünə görə yetkin formaya çox oxşayır. O, ancaq qırmızı rəngdə olur. Buğda tripsi deşib-soran ağız aparatına malik olub, taxıl bitkilərinin, o cümlədən payızlıq və yazlıq buğdanın zərərvericisidir. == Biologiyası == Buğda tripsinin xarakterik bioloji xüsusiyyətindən biri ondan ibarətdir ki, o, müxtəlif amillərdən (o cümlədən mikroiqlimdən) asılı olaraq bütün taxıl sahələrində eyni dərəcədə yayılmır və onun yayılması müəyyən ocaqlar şəklində olur. Azərbaycanda buğda tripsinin yaşayış tərzinə dair olduqca az elmi-tədqiqat işləri aparılmışdır. Buna baxmayaraq onun biologiyasının aşağıdakı bəzi cəhətlərini göstərmək olar: Sürfələr gövdə daxilində və torpağın üst qatında qışlayır.
Buğda təpə
Buğdatəpə (kənd) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd. Buğdatəpə (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında dağ. Buğdatəpə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. Buğdatəpə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında aşırım.
Buğda yarması
Buğda yarması — iki müxtəliflikdə istehsal olunur: mannı yarması və buğda yarması. Buğda yarması poltava və artek çeşidində buraxılır. Ümumi xassələrinə, quruluşuna, kimyəvi tərkibinə və bioloji dəyərliliyinə görə buğda yarmaları buğda unundan çox az fərqlənir. Poltava yarmasını bərk buğdadan istehsal edirlər. Buğda çiçək qişasından təmizlənir və cilalanır. Ölçüsündən asılı olaraq dörd nömrədə buraxılır. İri ölçülü (1 və 2 №-li) yarmalar duru xörəklərin, xırda ölçülü (3 və 4 №-li) yarmalar isə sıyıqların hazırlanmasında istifadə olunur. Artek yarması (5 №-li) ən xırda hissələrə bölünmüş nüvədən ibarət olub dairəvi formaya qədər cilalanmış olur. Artek yarması mannı yarmasına yaxındır. Duru və özlü südlü sıyıqların hazırlanmasında istifadə edilir.
Təkdənli buğda
Təkdənli buğda (lat. Triticum monococcum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin buğda cinsinə aid bitki növü. == Statusu == Çox nadir növdür. == Yayılması == Şuşakənd, Topxana ətrafında və Laçın, Şuşa, İsmayıllı, Yardımlı rayonlarında rast gəlir. Azərbaycandan kənarda – Krım, Ermənistan, Balkan yarımadası və Ön Asiya. == Bitdiyi yer == Quru, çınqıllı, gilli, qumlu yamaclar, az münbit torpaqlarda. == Ehtiyatı == Azdır. Tək-tək, bəzən qrup halında rast gələn sahələri məlumdur. == Çoxalması == Toxumla çoxalır. == Ehtiyatının dəyişilməsi səbəbləri == Ərazidən təsərrüfat üşün istifadə etdikdə asanlıqla yox ola bilər.
Yumşaq buğda
Yumşaq buğda (lat. Triticum aestivum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin buğda cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Triticum aestivum subsp. aestivum Triticum aestivum subsp. compactum (Host) H.Messik. Triticum aestivum subsp. macha (Dekapr. & Menabde) McKey Triticum aestivum subsp. spelta (L.) Thell. Triticum aestivum subsp.
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. == Tipologiya == linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili, məsələn Alqol, Heyvanların ünsiyyət dili. == Dillər haqqında ümumi məlumat == Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Dil Dil Pakistan
"Dil Dil Pakistan" (urdu دل دل پاکستان‎) — Pakistanın musiqi ansamblı "Vital Signs" tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan "Vital Signs 1"ə daxil idi. == Qəbulu == "Dil Dil Pakistan" Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir. == Musiqi videosu == Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir. == Lirika == Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır. Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü.
Buğda dağı (Bukan)
Buğda dağı (fars. بوغداداغي‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (20 ailə).
Torağayılı buğda tarlası
1887-ci ildə, Vinsent van Qoq Parisdə ikən yağlı boya ilə hamı tərəfindən Torağayılı buğda tarlası olaraq bilinən rəsm əsərini çəkdi. Orta hissədə, yüngül buludlarla bəzədilmiş səma altında qismən biçilmiş buğda tarlası göstərilir. Rəsmin sol tərəfinə doğru torağayı uçur. Rəsmin ölçüləri 54 x 65.5 sm-dir və Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Muzeydə əsər Korenveld met patrijs adı ilə bilinir.
Tam buğda çörəyi
Tam buğda çörəyi — tam və ya demək olar ki, bütün buğda taxıllarından qismən və ya tamamilə üyüdülmüş undan istifadə edilən bir çörək növüdür. Bir növ qəhvəyi çörəkdir. ABŞ-ın bəzi bölgələri sadəcə olaraq çörəyi ağ çörəklə müqayisə edərək buğda çörəyi adlandırırlar. Bütün buğda çörəyinin bəzi növləri ənənəvi olaraq bütöv və ya çatlamış buğda dənələri ilə örtülmüşdür, baxmayaraq ki, bu, çörəyin özünün qida dəyəri ilə müqayisədə daha çox dekorativdir.
Kürdcə dil
Kürd dilləri, həmçinin kürd dili və ya kürdcə (Kurdî və ya کوردی) — Kürdüstan geomədəni vilayətində yaşayan kürdlərin və kürd diasporunun danışdığı dil və ya dillər qrupu. Kürd dili Hind-Avropa dil ailəsinin Qərbi İran dillərinə mənsub dialekt kontinuumunu təşkil edir. Kürd dilinin əsas üç dialekt və ya dili kurmanci, sorani və cənubi kürdcədir. Şimal-Qərbi İran dillərinin ayrı qrupu olan zaza-gorani dillərində bir neçə milyon etnik kürd də danışır. Kürdlərin əksəriyyəti kurmanci dilində danışır, kürdcə mətnlərin çoxu kurmanci və sorani dillərində yazılır. Kurmanci latın qrafikasının törəməsi olan havar əlifbası ilə, sorani isə ərəb qrafikasının törəməsi olan sorani əlifbası ilə yazılır. Lək dilinin cənubi kürd ləhcəsi və ya dördüncü kürd dili kimi təsnifatı müzakirə mövzusudur. Lək dili ilə digər cənubi kürd ləhcələri arasında fərqlər minimaldır. Kürd dilində ədəbi məhsul XX əsrin əvvəllərinə qədər əsasən poeziya ilə məhdudlaşmış, sonradan ümumi ədəbi inkişaf baş vermişdir. İndiki dövrdə iki əsas yazılı kürd ləhcəsi kurmanci və soranidir.
Müqəddəs dil
Müqəddəs dil — başqa dildə danışan insanların dini məqsədlər üçün istifadə etdikləri dil. Dilin işləkliyi, ancaq dini kitab və mətnlərin oxunması, öyrənilməsi və dinin ardıcılları üçün bəzi ritual və duaların o dildə istifadəsinin mövcudluğu ilə məhdudlaşır. Bu gün bu dillərin bir çoxu ölü dil halına gəlib. Avesta dili — Müqəddəs dil kimi zərdüştilər işlədirdilər. Avesta bu qədim dildə yazılmışdır. Bu dil iki min il bundan əvvəl tərk edilmişdir. Klassik Ərəb dili (VII əsr) — Müsəlmanlar üçün. Quranın mətni və hədislər orijinalda bu dildədir. Bəzən müsəlmanlar duaları da bu dildə əzbərləyib istifadə edirlər. İbrani dili — yəhudilər üçün olan və xristianların da müqəddəs hesab etdiyi Əhdi-ətiq və başqa yəhudi dini qaynaqların dili.
Natalia Dil
Nathalia Goyannes Dill Orrico (Portuguese: [[Beynəlxalq fonetik əlifba|[naˈtaliɐ ˈdʒiw]]]; 24 mart 1986, Rio-de-Janeyro) — Braziliya aktrisası.
Proto-dil
Linqvistikada ana dili və ya proto dil əsasən hipotetik və ya yenidən qurulan və çox vaxt sınaqdan keçirilməyən bir dildir; Bu dildən təkamül yolu ilə yeni dillərin meydana gəldiyi və dil ailəsi yaratdığı güman edilir. Tarixi linqvistikanın ağac modelində yerləşdirilmiş bir proto-dil, nəsil ağacı metaforasında proto-dil ana dil adlandırıla bilər. Başqa bir təriflə izah etsək, özündən başqa dillərin və ya ləhcələrin formalaşdığı dildir. Başqa sözlə, səs quruluşu, məna və forma baxımından bir-birindən az-çox fərqlənən dil və ya şivələrin kök etibarı ilə naməlum bir tarixdə birləşdiyi ümumi dillər bu anlayış altında cəmlənir. Məsələn, ana Altay dili, ana Monqol dili, ana türk dili, Latın dili kimi dillər ana dillər sırasındadır. Proto dil mövcud məlumatların birləşdirilməsi yolu ilə “yenidən formalaşdırılmış” dildir. Proto prefiksi “birinci” və “ən köhnə” deməkdir. Proto dil müəyyən bir dövrün danışıq dili ilə tam olaraq eyni olmaya bilər. Bu, müəyyən fərziyyələrə əsaslanan modeldir və dilin sonrakı variasiyaları arasındakı fərqləri daha yaxşı başa düşmək üçün düsturlar təqdim edir. Bütün insan dillərinin əcdadı olan proto insan dilinin olub-olmaması ilə bağlı mübahisələr davam edir.
Qırmızı dil
Rəsmi dil
Dövlət dili və ya Rəsmi dil – Konstitusiya ilə ölkənin, vilayətin xüsusi statusa malik olan dil. Bir qayda olaraq ölkə administrasiyası, parlament və məhkəmələrində işlədən dil rəsmi dil sayılır. Az işlənsə də yerli xalqın dili də dövlət dili elan edilə bilər. Məsələn, Yeni Zelandiyada maori xalqı ölkə əhalisinin beş faizini təşkil etsə də, onun dili dövlət dilidir. == Dövlət dili == Dövlət dili dövlət ərazisində digər dillərə nisbətən daha üstün statusa malik olan dildir. Bir qayda olaraq dövlət dili kimi ərazidəki çoxsaylı etnosun dili qəbul edilir. Digər tərəfdən dövlət sənədlərinin digər dillərdə də nəşri nəzərdə tutula bilər. == Dövlət dili ilə rəsmi dil arasında fərq == UNESCO ekspertləri 1953-cü ildə "dövlət dili" ilə "rəsmi dil" arasında aşağıdakı fərqi təklif etdi: Dövlət dili dövlət çərçivəsində siyasi, sosial və mədəni sahədə inteqrasiya rolu oynayır və dövlətin simvolu hesab edilir. Rəsmi dil — dövlət idarəçiliyində, qanunvericiliyində, məhkəmə prosesində işlənən işçi dildir. == Azərbaycan Respublikasının Dövlət dili == Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir.
Süni dil
Süni dil — təbii dildən fərqli olaraq məqsədli surətdə yaradılan sistem. Belə dillər mindən çoxdur və yenilərinin yaradılması prosesi davam edir. == Təsnifat == Süni dillərin aşağıdakı növləri vardır: Proqramlaşdırma dilləri və kompüter dili İnformasiya dili Formal dil Mövcud olmayan xalqların ədəbiyyatda və kinematoqrafiyada yaradılmış dilləri. == Mənbə == http://stra.teg.ru/library/strategics/7 Arxivləşdirilib 2004-06-06 at the Wayback Machine İsskustvennıye yazıki // Linqvistiçeskiy ensiklopediçeskiy slovar.
Təbii dil
Təbii dil (natural language) – proqramlaşdırma və ya maşın dilləri kimi dillərin əksinə olan, adi danışıq dili. Təbii dilin “başa düşülməsi” və hesablama vasitələrinin ona yaxınlaşdırılması – süni intellekt sahəsində araşdırılmaların başlıca məqsədlərindən biridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yazılı dil
Yazılı dil yazılı ifadələr üçün bir ölkədə danışıq ləhcələrindən birinin qəbul edilmiş formasıdır. Standart dil ölçülü dil kimi də göstərilə bilər. Dünyada danışılan bəzi dillər tarixdən müasir dövrə kimi yazılı şəkildə istifadə olunmuş və zaman keçdikcə yazılı bir dil halına da gəlmişdir. Sözügedən yazılı dildən başqa, dünya dillərinin dialektləri və danışıq dilləri də vardır. == Tarix == Yazının ən erkən nümunələri Neolit dövrünə aiddir. O zaman, gil lövhələri əmtəənin sayını izləmək üçün işlənilirdi. Ən erkən yazılı dil isə e.ə. IV minilliyə, Uruk şəhərinə aiddir. Tarixçilər yazının ixtirasını ibtidai icma quruluşu ilə tarix arasındaki sərhəd olaraq sayırlar. Beləliklə, proto-yazı ilə yazı arasındaki fərq qavrayış məsələsi olduğuna görə bu sərhəd dəqiq deyil.
Çoxamaclı dil
Çoxamaclı dil - (ingiliscə general-purpose language, rusca универсальный язык) – Ada, Pascal, C, Forth və BASIC kimi ən müxtəlif məqsədlər və tətbiq sahələri üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. Bununla da universal dillər, yalnız verilənlər bazasında istifadə üçün nəzərdə tutulmuş SQL kimi dillərdən fərqlənir. Program - hər hansı məsələni həll etmək üçün kompüter dilində yazılmış kodlardır. Yəni biz məsələni həll etmək üçün kompüterdə proqram yazırıq. Proqramlaşdırma dili - proqramı yazmaq üçün isə bizə proqramlaşdırma dili lazımdır. Hal-hazırda çoxlu proqramlaşdırma dilləri var. Məsələn: C, C++, Java, Smaltalk, Pascal, Visual Basic, Visual FoxPro və s. Proqramlaşdırma dillərin müxtəlif səviyyələri var. Əsasən 5 qrupa ayırırlar: Çox yüksək səviyyəli dillər və ya vizual dillər: Access, FoxPro, Paradox, XBase, Visual Basic. Yüksək səviyyəli dillər (Bunlara bəzən alqoritmik dillərdə deyilir): Pascal, Basic, Fortran.
Çoxməqsədli dil
Çoxamaclı dil - (ingiliscə general-purpose language, rusca универсальный язык) – Ada, Pascal, C, Forth və BASIC kimi ən müxtəlif məqsədlər və tətbiq sahələri üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. Bununla da universal dillər, yalnız verilənlər bazasında istifadə üçün nəzərdə tutulmuş SQL kimi dillərdən fərqlənir. Program - hər hansı məsələni həll etmək üçün kompüter dilində yazılmış kodlardır. Yəni biz məsələni həll etmək üçün kompüterdə proqram yazırıq. Proqramlaşdırma dili - proqramı yazmaq üçün isə bizə proqramlaşdırma dili lazımdır. Hal-hazırda çoxlu proqramlaşdırma dilləri var. Məsələn: C, C++, Java, Smaltalk, Pascal, Visual Basic, Visual FoxPro və s. Proqramlaşdırma dillərin müxtəlif səviyyələri var. Əsasən 5 qrupa ayırırlar: Çox yüksək səviyyəli dillər və ya vizual dillər: Access, FoxPro, Paradox, XBase, Visual Basic. Yüksək səviyyəli dillər (Bunlara bəzən alqoritmik dillərdə deyilir): Pascal, Basic, Fortran.
Ölü dil
Ölü dil — nə vaxtsa xalqın milli dili olan, hazırda isə istifadə olunmayan və inkişafını dayandırmış və ya dayandırmaqda olan dil. == Dillərin məhv olma səbəbləri == Dillərin ölü dillərə çevrilməsinin səbəblərindən biri həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, dünya əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil dünya əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır. Adamlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçdükləri üçün müəyyən vaxtdan sonra öz xalqının dilini unudur. Hazırda mövcud olan dillərin yarısı təqribən yüz ildən sonra istifadədən kənarda qalacaqdır. Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də, sayca kiçik xalqların və dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır.
İkinci dil
İkinci dil — şəxsin öz ana dilindən başqa öyrənib danışa bildiyi əlavə dildir. Ümimiyyətlə isə ikinci dil daha çox öyrənilən dilin əslində həmin ölkədə danışılmayan dildir.
Ədəbi dil
Ədəbi dil, standart dil və ya standart ləhcə – daha az və ya yazılı şəkildə təsbit edilmiş normalara malik olan ümumxalq dilinin emal olunmuş hissəsi; şifahi formada ifadə edilən mədəniyyətin bütün təzahürlərinin dili. Ədəbi dil adətən elmi və bədii əsərlərdə, mətbuatda və idarəçilik aparatında, televiziya və radioda, məktəblərdə işlədilən dildir. Dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulan dil kimi qəbul olunur. Dilin standartlaşması davamlı bir prosesdir. Bəzən bir dilin müxtəlif ədəbi versiyası ola bilər. Müxtəlif standart versiyası olan dillərə çox mərkəzli dil deyilir. Yeganə standartı olan tək mərkəzli dillər arasında rus və yapon dillərini qeyd etmək olar. == Nümunələr == Azərbaycan Respublikasında standart azərbaycanca rəsmi dildir, Cənubi Azərbaycanda isə Təbriz mərkəzli standart mövcuddur. Standart çincə (çin. 普通话) mandarin dilinin standart versiyasıdır.

Oxşar sözlər

#buğda-dil nədir? #buğda-dil sözünün mənası #buğda-dil nə deməkdir? #buğda-dil sözünün izahı #buğda-dil sözünün yazılışı #buğda-dil necə yazılır? #buğda-dil sözünün düzgün yazılışı #buğda-dil leksik mənası #buğda-dil sözünün sinonimi #buğda-dil sözünün yaxın mənalı sözlər #buğda-dil sözünün əks mənası #buğda-dil sözünün etimologiyası #buğda-dil sözünün orfoqrafiyası #buğda-dil rusca #buğda-dil inglisça #buğda-dil fransızca #buğda-dil sözünün istifadəsi #sözlük