* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Müxtəlif hal şəkilçiləri ilə: bir-biri ilə, bir-birinə, bir-birindən, birbirini – qarşılıq bildirir. İtlərin hürməyi, ovçuların səsləri, nökər və mehtərlərin qışqırığı bir-birinə qarışmışdı. S.S.Axundov. [Firidun və Kürd Əhməd] mehriban bir nəzərlə bir-birinə baxdılar. M.İbrahimov. [Gülüşgəlin:] İki kişi bir-birinizə havadar olun. S.Rəhman. Bir-birini haylayan arvaduşaq səsi kəndi ağzına almışdı. Ə.Əbülhəsən. ◊ Bir-birinə dəymək (qarışmaq) – qarışıqlıq düşmək, çaxnaşma düşmək, həyəcan düşmək, ara qarışmaq. Dünya yenə birbirinə dəydi. – C.Məmmədquluzadə. İyirminci il baharının günəşli bir səhərində qəza mərkəzi kiçik şəhər bir-birinə dəydi. H.Nəzərli. Seçkilərin nəticəsində məlum oldu ki, … Tükəzban xala kənd şurasına sədr seçilibdir. Kəndə böyük vəlvələ düşdü, camaat bir-birinə dəydi. B.Talıblı. Bir-birinə vurmaq – çox axtarmaq. [Müəllim] kəndi bir-birinə vurdu, axırda bir körpə əmlik tapdı. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / bir-bir2 zərf 1. Tək-tək, ayrı-ayrılıqda. [Süleyman:] De, bir-bir söylə, qulaq asım. Ü.Hacıbəyov. Anası da oğlu qazan yollara bir-bir bələd oldu. Ə.Haqverdiyev. Konsul onları [siyahıları] bir-bir alıb, öz katibinə verir… M.S.Ordubadi. 2. Bir-birinin ardınca, ardıcıl surətdə, növbə ilə. Totuq gəlinlər bir-bir oynadılar, göyçək qızlar süzdülər. Çəmənzəminli. [Hakim] stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb, səbətə atırdı. Mir Cəlal. 3. Təfsilatı ilə, təfərrüatına qədər, hər biri ayrı olaraq. Gördüyü işləri bir-bir saydı. Nöqsanları bir-bir göstərmək. – Əcnəbinin bu sözlərini Sədrəddin bəy qapı dalısında bir-bir yazırdı. S.M.Qənizadə. Rüstəm komandirə bu ətrafdan bir-bir, yerbəyer danışır. S.Rəhimov. 4. Hərəyə bir, hər dəfədə bir. Bir-bir vermək. Bir-bir paylamaq.
Azərbaycan dilinin izahlı lüğəti / bir-bir2 нареч. 1. поодиночке, по одному 2. поштучно 3. подряд, один за другим, по очереди. Bir-bir çıxış etmək выступать по очереди
Azərbaycanca-rusca lüğət / bir-bir1 z. one by one, one at a time, one after another; ~ gəlmək to come* one by one / one after another; ~i ilə one with another, with each other; ~i ilə mübahisə etmək to quarrel with each other / one another; ~inə each other, one another; ~inə baxmaq to look at each other / one another; ~indən from each other / one another; ~indən məktub almaq to get* letters from each other / one another; one another; ~ini təbrik etmək to congratulate each other / one another
Azərbaycanca-ingiliscə lüğət / bir-bir2 one by one по одному / поодиночке / один за другим / друг за другом
Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / bir-bir1 zərf. un à (və ya par) un, par pièce, à la pièce, l’un après l’autre, consécutivement ; ~ çıxış etmək intervenir l’un après l’autre
Azərbaycanca-fransızca lüğət / bir-bir1 нареч. 1. сад-сад, тек-тек, ччара-ччараз; 2. сад-садан гуьгъуьнал алаз, галай-галайвал, нубатдалди; 3. са-сад, вири авайвал, гьар сад ччарадаказ; 4. сад-сад, гьардаз сад, гьар тилитда сад; bir-bir paylamaq сад-сад паюн.
Azərbaycanca-ləzgicə lüğəti / bir-bir