tir sözü azərbaycan dilində

tir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tir • 81.0072%
  • TİR • 10.6475%
  • Tir • 8.0576%
  • TiR • 0.2878%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tir
Tir bu mənalara gələ bilər: Tir (şəhər) Tir (ay) Tir (atıcılıq) Tir (tanrı) Tir (idman) == Həmçinin bax == Tır — yük daşıyan nəqliyyat vasitəsi.
Həfte Tir terroru
Həfte Tir terroru — 28 iyun 1981-ci il tarixində (İran təqviminə görə 7 Tir 1360 (Haft-i Tir - هفت تیر)) İranın İslam Respublikası Partiyasının (İCP) liderləri partiyanın Tehrandakı qərargahında görüşərkən baş vermiş çox güclü bir partlayış. Görkəmli partiya nümayəndələrindən 73-ü, o cümlədən İran məhkəmə sisteminin başında olan və Ayətullah Ruhullah Xomeynidən sonra İran İslam İnqilabının ən güclü şəxsiyyəti kimi göstərilən Ayətullah Məhəmməd Behişti də həmin hücum zamanı vəfat etmişdi. Hücuma görə məsuliyyətin İran Xalq Mücahidləri Təşkilatının üzərində olduğu düşünülür. İran İslam Respublikası hücuma görə əvvəlcə SAVAK və İraq rejimini günahlandırır, iki gün sonra isə Ayətullah Ruhullah Xomeyni tərəfindən bu hadisənin İran Xalq Mücahidləri Təşkilatı tərəfindən həyata keçirilirdiyi bildirilmişdir. == Arxa plan == İran İnqilabından sonra Ayətullah Xomeyninin başçılıq etdiyi yeni qurulmuş teokratik hökumət, digər müxalif qrupları bir-bir ləğv edərək bütün siyasi qüvvələri birləşdirirdi. Xalq Mücahidləri Təşkilatı (XMT) kimi İslam sosialist təşkilatları da aradan qaldırılmağa çalışılan qruplar arasında idi. Ayətullah Ruhullah Xomeyni XMT-ni ”eklektik”, “Qərb heyranı”, ”ikiüzlü” və “kafir” adı ilə günahlandırırdı. 1980-ci ilin fevral ayında Hizbullah yaraqlıları tərəfindən XMT tərəfdarlarına və digər solçu kitab mağazalarına, görüş yerlərinə və s. yerlərə güclü bir hücum başladılmışdı. Bu hücumlar nəticəsində İranın solçu təşkilatları yer altına çəkildi.
TİR
TİR (ing. The Convention on International Transport of Goods Under Cover of TIR Carnets (TIR Convention)) — 14 noyabr 1975-ci ildə Cenevrədə yaradılmışdır. "TİR carnet" Beynəlxalq yükdaşımalarda istifadə olunan sənəddir.
Tir-i-Müjgan Üçüncü Qadın Əfəndi
Tirimüjgan Sultan (Osmanlı türkcəsi: موغان سلطان) (16 avqust 1819, Çərkəzistan – 2 noyabr 1853) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 34-cü Osmanlı sultanı II Əbdülhəmidin anası. == Həyatı == Tirimüjgan Sultan 1822-ci ildə Şimali Qafqazda Beyxan bəy və Almas xanımın qızı olaraq dünyaya gəlmişdir. Ailəsi əslən çərkəz olub, Şapsuqlar ailəsinə mənsubdu. Ancaq oğlu Sultan Əbdülhəmidin səltənətində anasının erməni əsilli olması barədə şaiyələr də yayılmışdı. Saraya necə alındığı bilinməsə də, sarayda mükəmməl tərbiyə almış və adı dəyişdirilək Tirimüjgan qoyulmuşdur. Sultan Əbdülhəmidin qızı Ayşə Sultanın öz xatiratında yazdığına görə, nənəsinin uzun incə belli, yaşıl gözləri və tünd sarı rəngli uzun saçları vardı. Yenə Ayşə Sultanın xatiratında qeyd olunur ki, bir gün Sultan Əbdülhəmid saraydakı bir qrup xidmətçi qıza baxaraq "Bunlar da çərkəz əsillidir, bizim validəmiz kimi" demişdir. Tirimüjgan Sultan Sultan Əbdülməcidlə taxta çıxdığı 1839-cu ildə Bəylərbəyi sarayında evləndi. Bu evlilikdən 1 qızı və 2 oğlu dünyaya gəlsə də, övladlarından ikisi uşaq yaşlarında vəfat etmişdi. İlk övladı olan Naimə Sultan 2 yaşı olanda çiçək xəstəliyindən, kiçik övladı Mehmed Abid Əfəndi isə 1 aylıq ikən bilinməyən səbəblə vəfat etmişdi.
Tir (ay)
Tir (fars. تیر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin dördüncü ayı. Tir ayında 31 gün var. Bu ay iyun ayında başlayıb iyul ayında sona çatır. Tir yayın ilk ayıdır.
Tir (dəqiqləşdirmə)
Tir bu mənalara gələ bilər: Tir (şəhər) Tir (ay) Tir (atıcılıq) Tir (tanrı) Tir (idman) == Həmçinin bax == Tır — yük daşıyan nəqliyyat vasitəsi.
Tir (şəhər)
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) — Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. Livanın cənubunda bir şəhərdir. == Tarixi == Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi.
Tir şəhəri
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) — Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. Livanın cənubunda bir şəhərdir. == Tarixi == Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi.
Hindistan tirəndazı
Hindistan tirəndazı (lat. Hystrix indica) – (Rodentia) dəstəsindan bir məməli heyvan növü. == Yayılması == Kiçik və Orta Asiyanın quraq sahələrində, Qazaxıstanın Cənubunda, Levantda, Qərbi Ərəbistanda, Cənubi Qafqazda, İndostanda, Tibetdə və Şri-Lanka adasında məskən salmışlar. Bu növə XIX əsrin sonlarından başlayaraq, Azərbaycanın bütün ərazillərində rast gəlmək mümkündür. XX əsrin başlanğıcında bu növ Talış dağlarında və Kiçik Qafqazın Cənub-qərb hissəsi üçün səciyyəvi idisə, sonralar onun Respublikanın digər arid və meşəli rayonlarında, hətta Dağıstanla sərhəddə yerləşən Samur çayı boyunca yayılması haqqında məlumatlar əldə olunmuşdur.. == Yaşayış yeri və həyat tərzi == Müxtəlif landşaftlarda məskən salır. Özləri tərəfdən qazılan və ya porsuq yuvalarında, mağaralarda, qayanın çatlarında, daş qırıntıları və yuyulma nəticəsində əmələ gələn yarğanlarda məskunlaşırlar. Yuvaları mürəkkəb və çoxşaxəli quruluşa malikdir. Yaşayış məntəqələri yaxınlığında tez-tez rast gəlinir. Ailə qrupları əmələ gətirir.
Hipparx (tiran)
Hipparx (q.yun. Ἵππαρχος; e. ə. VI əsr, Afina – e.ə. 514, Afina) — eramızdan əvvəl 527-ci ildən başlayaraq böyük qardaşı Hippias ilə birlikdə Afina tiranı. O, Pisistratın ikinci oğlu idi, anasının adı Koysira idi. Ənənəyə görə, o, yüngülxasiyyətlik, tez-tez aşiq olma və şairlər (xüsusən Anakreon və Simonidə) və "muzalara" himayəçiliyi ilə məşhur idi. Fukididə görə, Hipparx şiddətə meylli deyildi və hər hansı bir narazılığın qarşısını almağa çalışırdı, bunun nəticəsi kimi onun hökmdarlıq dövrü əhali tərəfindən yaxşı qarşılanmırdı və əziyyətli keçirdi. Yüngülxasiyyətliyi onun ölümünə səbəb oldu, çünki o, Harmodini əldə etməyə cəhd göstərdi, amma imitna alandan sonra onun bacısı və özünü təhqir etdi (sonrakı hekayələrə görə, o, Harmodinin bacısına Panafiney bayramının təntənəli nümayişində iştirak etməyə qoymadı və eyni zamanda Harmodini qorxaq adlandırdı). Nəticədə, Harmodi və Aristogiton əlbir olub Hipparxı qətlə yetirdilər.
I Tiridat
I Trdat və ya I Tiridat (erm. Տրդատ Ա, lat. Tiridatus) — 53–72-ci illər arasında fasilələrlə hakimiyyətdə olmuş Ermənistan çarı. Parfiya çarı II Vononun oğlu olan Trdat Arşakuni sülaləsindən olan ilk Ermənistan çarı idi. Onun hakimiyyəti ilk dəfə 54-cü ildə başlamış, lakin 58-ci ildə taxtından enmişdir və bu vəziyyət 63-cü ilə qədər davam etmişdir. Demək olar ki, yalnız Roma müəlliflərinin qələmə aldığı mənbələrin azlığı onun hakimiyyətinin bir çox aspektlərinin naməlum olduğunu göstərir. 66-cı ildə Roma ilə Parfiya arasında Ermənistan haqqında bağlanmış müqaviləyə əsasən, Parfiya hakimi I Vologezin qardaşı Trdat Ermənistanın çarı olmuş, Romada imperator Neron tərəfindən taclandırılmışdır. Razılaşmanın şərtlərinə görə, onun varisləri Parfiya şahzadələri olacaqdı, lakin onların Ermənistan taxtına çıxması üçün Romanın razılığı alınmalı idi. Beləliklə, Ermənistan həm Romanın, həm də Parfiyanın vassalına çevrilmişdi. Dövrün bir sıra Roma müəllifləri Neronun Ermənistanı de-fakto olaraq Parfiyaya verdiyini düşünürdü.
Jan Tirol
Jan Tirol (fr. Jean Tirole; d. 9 avqust 1953) — fransız iqtisadçı. 2014-cü ildə Böyük firmaların bazar gücü və idarəetməsi mövzusundakı tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Araşdırdığı sahələr arasında sənayenin təşkili, böyük firmaların idarə edilməsi, oyunlar nəzəriyyəsi, maliyyə, bank işi və iqtisadiyyat psixologiyası əsas yerləri tutur. == Təhsili == Jan Tirol 1976-cı ildə Fransa Politexnik Məktəbindən və daha sonra 1978-ci ildə Paris Yol və Körpü Milli Məktəbindən mühəndislik diplomu almışdır. 1978-ci ildə Paris-Dofin Universitetində doktorluq dərəcəsinə yüksəlmiş və daha sonra 1981-ci ildə ABŞ-də, Massaçusets Texnologiya İnstitutunda İqtisadi nəzəriyyə üzrə esselər (ing. Essays in economic theory) adlı bir doktorluq dissertasiyası müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır. == İşlədiyi yerlər == 1981-ci ildə ABŞ-də Massaçusets Texnologiya İnstitutunda doktorluq aldıqdan sonra 1984-cü ilə qədər Paris Yol və Körpü Milli Məktəbində, Fransada araşdırmaçı olaraq çalışmışdır. 1984-1991-ci illərdə Massaçusets Texnologiya İnstitutunda iqtisad professoru vəzifəsini yerinə yetirmişdir və bu gün də həmin universitetdə "qonaq professor" olaraq fəaliyyət göstərməkdədir.
Kava de' Tirreni
Kava de' Tirreni (it. Cava de' Tirreni) — İtaliyanın Kampaniya regionunda şəhər.
Korosman tirəsi
Korosman tirəsi — Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyini şərqdən hüdudlandırır. Böyükdüz kəndindən 1,5 km cənubda yaranaraq, qövsvari formada Araz su anbarınadək 8 km məsafədə uzanır. Ən hündür zirvəsinin hündürlüyü 833,9 m-dir. Alt və Orta Miosenin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında Duzdağ və Böyükdüz qırışıqlarının batımında məskunlaşır.
Maksim Tirli
Tirli Maksim (Μάξιμος Τύριος, lat. Cassius Maximus Tyrius; II yüzillik) — antik filosof, orta platonizmin nümayəndəsi. O, Romada istedadlı natiq kimi tanınmışdır. == Əsərləri == Maksimin qırxa qədər fəlsəfi nitqləri zamanımıza gəlib çatmışdır. Onlar əsasən dini-fəlfəsi və əxlaqi məzmunludur. “Platona görə Tanrı nədir”, “Sokratın demonu”, “Tanrıya yalvarmağın mənası var, ya yox?”, “Hər şey taleyə tabedirsə, iradə azadlığı var, ya yox?” adlanan fəlsəfi nitqləri daha çox maraq kəsb edir. Burada din fəlsəfəsinin əsas problemləri olan Tanrının varlığı, şərin təbiəti, azad iradə və tale problemlərinə diqqət yetirilir. Bütün bu problemlər sonralar, yəni ortaəsr fəlsəfəsinin ən mübahisəli məsələlərinə çevrilmişdir. == Tanrılara inanc haqqında düşüncələri == “Tanrıya yalvarmağın mənası var, ya yox?” nitqində Maksim demişdir ki, Tanrıdan nəsə istəyən insan istədiyi şeyə layiq olmalıdır. Əgər layiqdirsə, onda dua etməyin mənası yoxdur, çünki səbəb-nəticə qanununa görə istədiyi şeyi duasız da əldə edər.
Niko Tiru
Okean tirəsi
Okean tirəsi (rus. вал океанский, ing. oceanic rampart, oceanic swell) — talassokratonun sadə, müsbət strukturu, okean dibinin tağvari qalxması. Qanadları sürüşmələrlə, tağı isə qırılmalarla mürəkkəbləşmiş olur. Onun tağ hissəsində bir xətt boyunca uzanan vulkan aparatları yerləşir. Sakit okeanın qərb hissəsində aydın təzahür edir.
Olia Tira
Olya Tira - moldovalı müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində SunStroke Project musiqi qrupu ilə birlikdə Moldovanı "Run Away" mahnısı ilə təmsil edib.
Olya Tira
Olya Tira - moldovalı müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində SunStroke Project musiqi qrupu ilə birlikdə Moldovanı "Run Away" mahnısı ilə təmsil edib.
Otuz tiran (Afina)
Otuz tiran (və ya Otuzların hakimiyyəti) — Pelloponnes müharibəsindən sonra e.ə. 404-403-cü illərdə Afinanı idarə etmiş spartameyilli hökmdarlar qrupunun kollektiv ləqəbi. Otuz tiran, spartalı sərkərdə Lisandrın rəhbərliyi altında, Kritiy və Feramen tərəfindən hakimiyyətə gətirilmiş oliqarxik hökmdarlar idilər. Onlar çox qəddar idilər və cəmi bir illik hakimiyyət ərzində, Feramen də daxil olmaqla, 1500 afinalını cəzalandırmışdılar. Buna baxmayaraq Fibin köməyi ilə Frasibul onları tezliklə devirdi. Hakimiyyətdən məhrum olduqları müddətdən bir il sonra Otuzların əksəriyyəti öldürülmüşdü.
Partizan Tirana FK
Partizani Tirana – Albaniyanın futbol klubu. 4 fevral 1946 il yaradılıb. Komanda ev oyunlarını ümumi 9000-dən çox tamaşaçı tutumu olan Tirana şəhərindəki Selman Stermasi stadionunda keçirir. Futbol üzrə Albaniya çempionatının yüksək divizionunda fəaliyyət göstərən Superliqa iştirakçısı və sonuncu 2018-2019 mövsümünün qalibidir. Albaniya çempionatının ən qədim və ən titullu futbol klublarından biri. General Petrit Dumenin adını daşıyır. "Tirana"nın əsas rəqibidir, qarşılaşmaları əbədi derbi adlandırırlar.
Partizani Tirana FK
Partizani Tirana – Albaniyanın futbol klubu. 4 fevral 1946 il yaradılıb. Komanda ev oyunlarını ümumi 9000-dən çox tamaşaçı tutumu olan Tirana şəhərindəki Selman Stermasi stadionunda keçirir. Futbol üzrə Albaniya çempionatının yüksək divizionunda fəaliyyət göstərən Superliqa iştirakçısı və sonuncu 2018-2019 mövsümünün qalibidir. Albaniya çempionatının ən qədim və ən titullu futbol klublarından biri. General Petrit Dumenin adını daşıyır. "Tirana"nın əsas rəqibidir, qarşılaşmaları əbədi derbi adlandırırlar.
Qaracalal-Qızılboğaz tirəsi
Qaracalal-Qızılboğaz tirəsi — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq sərhədində, Naxçıvançayla Nəhəcirçay arasında 17 km məsafəyə uzanır və Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Sirabçay və Qahabçayın vadiləri və qobuları ilə eninə kəsilərək bir-birindən təcrid edilmiş Qızılboğaz (1179,7 m), Misdağ (1270,6 m), Toydaş (1312,7 m), Qurddağ (1319,0 m), Qaracalar (1477,6 m), Nəhəcir (1807,3 m) və b. yüksəkliklərdən ibarətdir. Qaracalar və Nəhəcir zirvələri Alt Miosen yaşlı ekstruziv günbəzlərə uyğun gəlir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında yerləşir.
Qıvraq tirəsi
Qıvraq tirəsi – Kəngərli rayonu ərazisində alçaqdağlıq tirə. Dərələyəz silsiləsindən cənub-qərb istiqamətində ayrılan qoldur. Uzunluğu 6 km. Tirənin suayırıcısında Üst Miosenin çökmə süxurlarından təşkil olunmuş, hündürlüyü 1104, 1023, 1058, 1066 m olan günbəzvari yüksəkliklər var. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Qabıllı sinklinalının şimal-şərq qanadında yerləşir.
Qızılboğaz dağları (tirə)
Qızılboğaz dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin 3,5 km uzunluqlu ucqar şimal-qərb parçasıdır. Ən yüksək zirvəsi Qızılboğaz dağıdır (hünd. 1179,7 m.). Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından və onları yarıb çıxmış ekstruziv kütlələrdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyini şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik qırılma zonasında yerləşir.
Resekvent tirə
Resekvent tirə (rus. гряда ресеквентная, ing. resequent ridges) — ikinci dərəcəli antiklinal tirə olub, monoklinal subsekvent dərələrlə sərhədlənir.
Seneqal tiralyeri
Seneqal tiralyeri (fr. Tirailleurs Sénégalais ) — əsasən Qərbi Afrika xalqlarının nümayəndələrindən ibarət Fransa müstəmləkə qoşunlarının birləşmələri. == Tarixi == Seneqal tiralyerlərinin ilk alayı 1857-ci ildə Fransa Seneqalında yaradılmışdır. Başlanğıcda xidmətə cəlbetmə prosesi yerli kölə sahiblərindən gənc və sağlam kölələrini satması, habelə münaqişələr zamanı əsir götürülmüş hərbi əsirlərin istifadə edilməsi yolu ilə həyata keçirilirdi. Seneqal tiralyerlərinin birliklərinin sayı artdıqca yerli əhali arasında müqaviləli əsgərlərin xidmətə cəlb edilməsi və hərbi çağırış yolu ilə xidmətə cəlb olunmasına başlanmışdır. Onların arasında indiki Qvineya, Mali, Burkina-Faso, Niger, Çad ərazisindən çoxlu immiqrantlar, həm xristianlar, həm də müsəlmanlar var idi. Seneqal tiralyerlərinin zabitləri fransız idi, lakin bu bölmələrdə xidmət etmək istəyən kifayət qədər fransız zabiti olmadığına görə hər otuz Seneqal tiralyerinə yalnız bir zabit düşürdü. Seneqal tiralyerləri XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədər Afrikada müxtəlif müstəmləkə müharibələrində (xüsusən Dahomeya, Bornu, Aqadez kimi dövlətlərin fəthində) iştirak etdilər. Müharibələrarası dövrdə Seneqal tiralyerləri Fransanın Afrikadakı mülklərində müstəmləkə rejiminin saxlanmasında iştirak etməyə davam etmiş, xüsusən də Mərakeşdəki rif üsyanının yatırılmasında rol oynamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Илья Полонский.
Sünəni-Tirmizi
Sünəni-Tirmizi (ərəb. سُـنَن الترمذي‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi Sittənin) biridir. Müəllifi Tirmizidir. Əsərin əsil adı "əl-Camius-Səhih" olsa da müəllifinə nisbətlə "Sünəni-Tirmizi" olaraq anılır. == Haqqında == === Müəllif === Əbu İsa Məhəmməd ibn İsa ibn əd Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və b. yerlərə səfər etmiş və İmam Buxari, Müslim ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Məhbub əl-Məhbubi əl-Mərvəzi kimi alimlər ondan hədis nəql etmişlər.
Sünəni Tirmizi
Sünəni-Tirmizi (ərəb. سُـنَن الترمذي‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi Sittənin) biridir. Müəllifi Tirmizidir. Əsərin əsil adı "əl-Camius-Səhih" olsa da müəllifinə nisbətlə "Sünəni-Tirmizi" olaraq anılır. == Haqqında == === Müəllif === Əbu İsa Məhəmməd ibn İsa ibn əd Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və b. yerlərə səfər etmiş və İmam Buxari, Müslim ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Məhbub əl-Məhbubi əl-Mərvəzi kimi alimlər ondan hədis nəql etmişlər.
Tanacetum tirinense
Tanacetum tirinense (lat. Tanacetum tirinense) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü.

tir sözünün leksik mənası və izahı

  • 1 is. 1. Kəsilmiş böyük ağacın budaqlardan təmizlənmiş və başı kəsilmiş gövdəsi: şalban, diniş. Bir vaqon tir. – Məktəbin yanına kərpic və tir yığılmışdı. Ə.Məmmədxanlı. 2. Ağac və ya dəmir şalban, dirək. Talvarın tiri. – Ev köhnə evə oxşayırdı, çünki tirlərin çoxusu əyilibdir. C.Məmmədquluzadə. [Kosa] üzərinə qoşa tir atılmış çayın üstünə çıxdı. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / tir
  • 2 [fars.] klas. bax ox2. Ətrafım tir, kaman, oxdu; Dəlilər yanımda yoxdu. “Koroğlu”. Versəydi əgər dəstimə tir ilə kamanın; Seyd olmaz idim, mən dəxi seydəfkən olurdum. S.Ə.Şirvani.

    Azərbaycan dilinin izahlı lüğəti / tir
  • 3 [fr.] Təlim məqsədilə odlu və ya pnevmatik əl silahlarından nişana atmaq üçün xüsusi avadanlıqla təchiz edilmiş yer, bina. Alt otaqların birində tir düzəltmişdilər. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / tir
  • 4 TİR1 f. 1) yaydan atılan ox; 2) güllə; 3) dirək, sütun. TİR2 f. Merkuri (planet). Tiri-şəhab 1) meteor; 2) m. iti sürətlə gedən; 3) m. zirək, od parçası; igid. TİR3 f. İranda 22 iyun – 22 iyula uyğun gələn ay adı.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / tir

tir sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 I TİR Xülasə kar xəlfə civardakı xırda evləri bir-bir satın alır, tələbələrinə uçurtdurur tir-taxtasını və damlını bizə daşıtdırırdı (Çəmənzəminli); PƏRDİ Evlərin taxtapuşundan küləş töküldüyündən quru pərdilər artıq öküz qabırğaları kimi çıxmışdı (B.Bayramov); ŞALBAN Həmidin ağır şalbanları tək daşıması onun döşünə yatdı (H.Abbaszadə); KƏN. II tir bax ox 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / tir

tir sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 TİR I is. [ fars. ] Dirək, ağac. Allahın var, evi də dağıt, sök tirlərini sat (Ə.Əylisli). TİR II is. [ fars. ] Yaydan atılan ox; güllə. Qul deyərlər, qulun boynun burarlar; Qullar qabağında gedən tirəm mən (“Koroğlu”). TİR III is. [ fr. ] Atmaq üçün xüsusi düzəldilmiş yer. Kinostudiyada yeni tir açılmışdır. Müəlliflər qəpiyə güllə atırlar (Anar).

    Azərbaycan dilinin omonimlər lüğəti / tir

tir sözünün rus dilinə tərcüməsi

  • 1 1. бревно, балка; 2. тир (стрелковый);

    Azərbaycanca-rusca lüğət / tir
  • 2 1 I сущ. 1. бревно (ствол большого срубленного дерева, очищенный от веток и верхушки). Şam tirləri сосновые бревна 2. балка (деревянный или железный брус). Talvarın tiri балка навеса II прил. 1. бревенчатый (сделанный из бревна). Tir körpü бревенчатый мост 2. балочный (сделанный из балок); dayaq tiri (ана тир) прогон (опорная балка в сооружении, на которую опираются другие балки ◊ öz gözündə tiri görmür, başqasının gözündə tükü seçir в своем глазу не видит бревна, а в чужом волосинку замечает 2 сущ. устар. стрела (тонкий стержень, употребляемый для стрельбы из лука) 3 сущ. тир (помещение для учебной стрельбы из ручного огнестрельного оружия). Atıcılıq tiri стрелковый тир, tirdə tüfəng atmaq стрелять из винтовки в тире

    Azərbaycanca-rusca lüğət / tir

tir sözünün inglis dilinə tərcüməsi

tir sözünün fransız dilinə tərcüməsi

tir sözünün ləzgi dilinə tərcüməsi

tir sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Oğuz, Şəki, Zaqatala) ləklər arasındakı torpaq arakəsmələr ◊ Tir vurmax (Oğuz) – suyun kənara axmaması üçün ləklər arasında arakəsmə düzəltmək. – Tir vururux ki, su yana çıxmasın. Tir çekmək (Oğuz) – bax tir vurmax. – Tiri çekif so:ra suvaxlıyıf, so:ra bazılarını çekirix’ II (Salyan) böyük, iri. – Sabaynarı siziyçin tir qazan do:ğa bişirəcəm

Azərbaycan dilinin dialektoloji lüğəti.

"tir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tir nədir? #tir sözünün mənası #tir nə deməkdir? #tir sözünün izahı #tir sözünün yazılışı #tir necə yazılır? #tir sözünün düzgün yazılışı #tir leksik mənası #tir sözünün sinonimi #tir sözünün yaxın mənalı sözlər #tir sözünün əks mənası #tir sözünün etimologiyası #tir sözünün orfoqrafiyası #tir rusca #tir inglisça #tir fransızca #tir sözünün istifadəsi #sözlük