ətir sözü azərbaycan dilində

ətir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ətir • 86.2216%
  • Ətir • 12.6420%
  • ƏTİR • 1.1364%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ətir
Ətir — iyli əsas yağlar, aroma mürəkkəblər, fiksasiyaedicilər və ya həlledicilərin qarışığı. İnsan bədəninə, heyvanlara, obyektlərə və yaşayış fəzalarına xoş iy vermək üçün istifadə edilir. == Tarixi, == Qədim dövrlərdə çinlilər, hindular, israillilər, misirlilər, ərəblər, yunanlılar və romalılar tərəfindən istifadə olunmaqda idi. Latın dilindən tamamilə uçucu mənasına gələn per fumum sözündən meydana gəlmişdir.
Meşə ətirşahı
Meşəlik ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. == Yayılması == Böyük Qafqazın qərb və şərq hissəsi, Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.
Qırmızı ətirşah
Qırmızı ətirşah (lat. Geranium sanguineum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü.
Robert ətirşahı
Robert ətirşahı (lat. Geranium robertianum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Geranium robertianum subsp. eurobertianum Briq.
Sibir ətirşahı
Sibir ətirşahı (lat. Geranium sibiricum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Geranium sibiricum subsp.
Uilford ətirşahı
Uilford ətirşahı (lat. Geranium wilfordii) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü.
İrikökümsov ətirşah
İrikökümsov ətirşah (lat. Geranium macrorrhizum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Robertium macrorrhizum (L.) Picard === Heterotipik sinonimləri === Geranium balkanum N.Taylor Geranium lugubre Salisb. Geranium macrorrhizum var. parnassicum Stoj.
Ətirli bənövşə
Ətirli bənövşə (lat. Viola odorata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 3-22 sm, sürünən, yerüstü nazik zoğların qoltuğunda kök salan, gövdəsi olmayan çoxillik ot bitkisidir. Kökümsovu qalıntəhər, buğumlu, ağımtıldır. Yarpaqları uzun saplaq üzərində yerləşmiş, dəyirmi və ya enli yumurtaşəkillidir, qaidə hissəsi dərin ürəkşəkillidir, kənarları mişarvari-dəyirmi dişlidir, uc hissədə korbucaqlı və ya az sivriləşmiş və ya bəzən dəyirmiləşmişdir, demək olar ki, çılpaq və ya çox qısa tüklüdür. Çiçəkləri uzun saplaqda yerləşib, ətirlidir, tünd-bənövşəyi və ya bənövşəyi-göy rəngdədir; çiçəkaltlıqları çiçək saplağının ortasında və ya orta hissəsindən yuxarıda yerləşmişdir. Qutucuq şarşəkili və yarım şarşəkillidir, qismən sıx qısa tüklüdür. Mart-aprel (may) aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Nax.
Ətirli bәnövşә
Ətirli cirəgülü
Ətirli cirəgülü (lat. Pimpinella aromatica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü.
Ətirli doqquzdon
Ətirli doqquzdon (lat. Lonicera fragrantissima) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Çində yayılmışdır. == Botaniki təsviri == Boyu 2-3 m-ə çatan, çox gövdəli, dik duran koldur. Yarpaqları qışda uzun müddət budaq üzərində qalır. Çiçəkləri sarımtıl-ağ rəngli, gözəl ətirlidir. Bitki tam yarpaqlamadan əvvəl çiçəkləri diqqəti cəlb edir. == Ekologiyası == İstisevən, quraqlığadavamlı, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir. == İstifadəsi == Çox dekorativ görünüşə malikdir.
Ətirli güllücə
Ətirli güllücə (lat. Lathyrus odoratus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Ətirli hil
Ətirli kalamus
Ətirli kino
Ətirli kino — film nümayişində istifadə olunan xüsusi sistem. Bu zaman tamaşaçı xüsusi qoxular duyur və nəticədə tamaşaçıya daha dolğun məlumat ötürülür. == Tarixi == İlk ətirli film nümayişi 1906-cı ilə təsadüf edilir. Pensilvaniyada kinoteatr sahibi film nümayişi zamanı salonda qızılgül yağı batırılmış əski parçasını yellətmiş. 1958-ci ildə italyan rejisor Karlo Lidzaninin çəkdiyi "Çin səddi" sənədli filminin nümayişi zamanı yüzlərcə qoxu ventilyasiya ilə salona verilmişdir. 1960-cı ildə isveçrəli mühəndis Hans Laube xüsusi "Smell-O-Vision" sistemini yaratmışdır. Bu sistem "Ətrin sirri" filminə tətbiq edilmişdir. Film Nyu-York, Los-Anceles və Çikaqo şəhərlərinin kinoteatrlarında nümayiş etdirildi. Salonda hər oturacağa xüsusi ətir püskürən borular bərkidilmişdir. Ancaq bu sistem bir mənalı qarşılanmadı: bəziləri ətrin püskürülən zaman yaranan yüksək səsdən şikayət etdi, bəziləri ətrin filmdəki sujetlərlə eynilik daşımadığını söylədi (əsasən balkonda oturanlar).
Ətirli moruq
Ətirli moruq (lat. Rubus odoratus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 m olan yarımkoldur, çətirinin diametri 1,5-2 m olmaqla şaxələnmişdir. Yarpağı 3-5 hissəli, eni 2,5 sm-ə qədər olub, tünd yaşıl, üzəri tükcüklüdür. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri al-qırmızı və ya çəhrayı rəngli olub, diametri 3-5 sm-ə çatır, ətirlidir. Çiçəkləmə dövründə gözəl görünür. Meyvələri yeməli, qırmızıdır, diametri 0,5 sm-dir. Kök zoğları və toxumlarla çoxalır.
Ətirli qamış
Ətirli qatıqotu
Ətirli qatıqotu (lat. Galium odoratum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Arealı == Avropa, Qərbi Asiya və Şimali Afrikada bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan biraz uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk.
Ətirli qovaq
Ətirli qovaq (lat. Populus suaveolens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Ümumi yayılması == Şimali Amerikanın qərb sahillərində, cənubi Alyaskadan Kaliforniyayadək olan ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 18–21, bəzən 27 m, gövdəsinin qalınlığı 0,6 m və daha çoxdur. Quru oduncağının sıxlığı 470 kq/m²-dir. 8–10 yaşında çiçəkləməyə başlayır. Sırğalarının uzunluğu 5–9 sm-dir, çox miqdarda xırda çiçəklidir (uzunluğu təxminən 3 mm). Erkək çiçəkləri 20–30 erkəkciklidir. Yetişmiş dişi sırğalarının uzunluğu 10–15 sm-dir. == Ekologiyası == Çınqıllı və qumlu torpaqlarda, çay və göl sahillərində bitir.
Ətirli qətran
Ətirli saqqızağacı
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.
Ətirli siziqium
Mixək ağacı və ya ətirli siziqium (lat. Syzygium aromaticum) — siziqium cinsinə aid bitki növü.Mixək bu bitkinin qurudulmuş qönçələridir. Əvvəllər bu növ Eugenia cinsinə aid edilirdi. Mixək ağacının vətəni İndoneziyanın Malay arxipelaqında yerləşən Moluks adası hesab olunur. Hazırda bitkini İndoneziya, Malayziya, Hindistan, Seylon, Madaqaskar adası, Moluk adası, Tanzaniya, Zanzibar və Pemba adalarında yetişdirirlər. Tanzaniyada yetişdirilən mixək dünyada yetişdirilənin 90 %-ni təşkil edir. == Əhəmiyyəti == Mixək çox qiyməli efir yağlı bitkidir. Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə, həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur. Xüsusən Misirdə, Çində, Romada mixək daha qədimdən istifadə edilir. Məlumdur ki, VI əsrdə Aleksandr Trallianus və digər Roma həkimləri mixəkdən müalicə məqsədilə istifadə etmişlər.
Ətirli sumaq
Ətirli sumaq (lat. Rhus lancea) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü. == Təbii yayılması == Bitki Cənubi Afrikada çayların sahillərində quraqlıq rayonlarda bitir. == Botaniki təsviri == Uzunluğu 9 m-ə qədər olan,tünd-qonur qabıqlı və qırmızı budaqları olan həmişəyaşıl kol və ya ağacdır.Yarpaqları 3 bölümlü,neştərvari,üstü tünd-yaşıl,alt səthi açıq-yaşıl rənglidir.Sarı,salxımşəkilli çiçək qruplarında yerləşir.Noyabr-dekabr aylarında çiçəkləyir.Bu dövrdə bitki olduqca dekorativ görünüşə malik olur.Hər il çiçəkləyir və keyfiyyətli toxum verir.Meyvəsi yumru,iri toxumlu və nazik lətlidir.Toxumları may ayında yetişir.Toxum və qələmlə çoxalır. == Ekologiyası == Torpağa az tələbkar,quraqlığadavamlı,tez boy atan bitkidir.İsti və işıqsevəndir.Sərt qışda yerüstü hissəsi kök boğazına qədər məhv olur.Yazda pöhrələrlə yenidən bərpa olunur. == Azərbaycanda yayılması == Mərdəkan dendrarisində 80-ci illərdə introduksiya edilmişdir.Abşeronun torpaq və iqlim şəraitinə davamlıdır. == İstifadəsi == Bordürlərin tərtibatında istifadə olunur.Oduncağı ağır,qırmızı-qonurdur,yaxşı rəndələnir.Meyvəsindən pivə hazırlanmasında istifadə edilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Ətirli qoyunqulağı
Ətirli qoyunqulağı (lat. Silene coeli-rosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Birillik bitki kimi yetişdirilir. Bu, 50 sm hündürlükdə, nazik yarpaqlı və müxtəlif rəngdə beşləçəkli çiçəkləri olan bitkidir. Hazırda yabanı növlərdən gülçülükdə istifadə olunmur. Bitkinin sort və hibridləri geniş yayılmışdır. Ətirli qətranın 15x15 sm sxem üzrə yazda torpağa əkməklə çoxaldırlar. Bitki balaca monoqruplarda yaxşı görünür. Bitki dəstələrindən müxtəlif kompozisiyalar yaratmaq olar. == Sinonimləri == Agrostemma coeli-rosea L. Coronaria coeli-rosa (L.) Fr.
Ətirli drasena
Ətirli drasena (lat. Dracaena fragrans) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü. == Təbii yayılması == Afrikanın tropiklərində yayılıb. == Botaniki xarakteristikası == Hündürlüyü 150-250 sm-dir. Düz gövdəli bitki olub, qalın, oduncaqlaşmış, əsasən budaqlanan və yarpaqlarla sıx örtülmüş çoxillik bitkidir. Yarpağının uzunluğu 50 sm, eni 5 sm, kənarları ağ zolaqlıdır. Salxımşəkilli qoltuq çiçək qruplarına yığılmışdır; üstdən tünd-qırmızı, içərisi ağdır, xoşagəlməz qoxusu vardır. Meyvəsi narıncı giləmeyvədir. Uc qələmləri və uzunluğu təxminən 10 sm olan gövdənin hissələri ilə çoxaldılır. == Ekologiyası == Parlaq, düz günəş şüalarından qorunmalıdır.

ətir sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Gözəl iy, rayihə. Çiçəklərin ətri. – Qərənfil açdı, getdi; Ətrini saçdı, getdi; İstədim qucam yarı; Əlimdən qaçdı, getdi. (Bayatı). Axşam küləyi qalxar, əsər xeylicə yüngül; Gül ətrini duyduqca ötər şövqlə bülbül. A.Səhhət. Sərin-sərin din yelləri əsdikcə dənizin xoş rayihəsini, ucsuzbucaqsız düzlərdəki güllərin-çiçəklərin ətrini yayırdı. M.Rzaquluzadə. Çöldə hər çiçəyin bir ətri olar; Hər gülün öz yeri, öz xətri olar. N.Rəfibəyli. □ Ətir çəkmək – distillə yolu ilə ətirli maddə istehsal etmək. Bütün aləm çiçək dərsin, ətir çəksin bu gülşəndən; Zamanın, varlığın, hüsnün rübabından yarandım mən! S.Vurğun. Çiçəklərdən ətir çək; Quşlardan nəğmə öyrən. N.Rəfibəyli. Ətir saçmaq (yaymaq, səpmək) – xoş iy vermək. Cəh-cəh vurar çəməndə bülbülləri; Meh əsdikcə ətir saçar gülləri. A.Səhhət. 2. Spirtdə hazırlanmış ətirli cövhərlərin məhlulu. Üzünə ətir vurmaq. – Onlar saçlarına zinət verməklə bərabər, özlərini Şərqin ən qiymətli ətirləri ilə ətirləmişdilər. M.S.Ordubadi. Ətirli qoxu vermək üçün kremlərə bəzən ətir qatırlar. R.Əliyev. 3. bax ətirşah.

    Azərbaycan dilinin izahlı lüğəti / ətir
  • 2 gözəl qoxu, xoş qoxu; rayihə.

    Azərbaycan qadın adlarının izahlı lüğəti. / ətir

ətir sözünün sinonimləri (yaxın mənalı sözlər)

ətir sözünün rus dilinə tərcüməsi

  • 1 1. запах, аромат; 2. духи;

    Azərbaycanca-rusca lüğət / ətir
  • 2 сущ. 1. аромат (приятный запах), благоухание. Qızılgülün ətri аромат розы 2. духи (спиртовый раствор ароматических веществ, употребляемый как парфюмерное средство). Zərif ətir iyi нежный запах духов, hansı ətirdən istifadə edirsiniz? какими духами вы пользуетесь? 3. см. ətirşah; ətir vurmaq: 1. nəyə надушить что ?; 2. надушиться; ətir çəkmək перегонять ароматические вещества путём дистиллирования, ətir saçmaq благоухать, распространять аромат.

    Azərbaycanca-rusca lüğət / ətir

ətir sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (rayihə) aroma, fragrance, perfume; 2. (ətirli cövhər suyu) scent, perfume; ~ vurmaq to scent / to perfume (d.), (həmişə) to use scent; ~ saçmaq to smell* sweet, to be* fragrant

    Azərbaycanca-ingiliscə lüğət / ətir

ətir sözünün fransız dilinə tərcüməsi

ətir sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. атир; ни (иер, хуш); // ətir çəkmək атир чӀугун, цуькверикай ва мс. дистилляция авуна атирлу затӀ хкудун; ətir saçmaq (yaymaq, səpmək) атир чукӀурун, хуш ни гун; 2. духи, атир (спиртдал гьазурнавай атирлу жевгьер); saçına ətir vurmaq чӀарариз духи ягъун; 3. кил. ətirşah.

    Azərbaycanca-ləzgicə lüğəti / ətir

ətir sözünün türk dilinə tərcüməsi

"ətir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ətir nədir? #ətir sözünün mənası #ətir nə deməkdir? #ətir sözünün izahı #ətir sözünün yazılışı #ətir necə yazılır? #ətir sözünün düzgün yazılışı #ətir leksik mənası #ətir sözünün sinonimi #ətir sözünün yaxın mənalı sözlər #ətir sözünün əks mənası #ətir sözünün etimologiyası #ətir sözünün orfoqrafiyası #ətir rusca #ətir inglisça #ətir fransızca #ətir sözünün istifadəsi #sözlük