tor sözü azərbaycan dilində

tor

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tor • 81.2166%
  • Tor • 17.7161%
  • TOR • 0.8538%
  • tOR • 0.2134%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tor
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Tor (internet)
Tor (ing. The Onion Router) internetdə senzuradan yayınma alətlərindən biridir. O, istifadəçilərə onlayn məxfiliklərini qorumaq üçün yaradılıb, bu alət vasitəsilə internet istifadəçilərinin məlumatlarının veb saytlar və onlayn cəsuslar tərəfindən ələ keçirilməsi çətinləşdirilir. Tor istifadəçilərə imkan yaradır ki, məxfiliklərini təmin etməklə bərabər internetə daxil olduqları ərazidə baxılmasına qadağa qoyulmuş məlumatlara çıxış əldə etsinlər. Tor istifadəçilərin internet bağlantısını və məlumatlarını bir sistem vasitəsilə yönəldir, bu sistem təsadüfi seçilmiş relelərdən ibarətdir. Bu, təmin edir ki, istifadəçilərin məlumatlarının istəmədikləri insanlar tərəfindən əldə edilməsi demək olar ki, qeyri-mümkün olsun. Bildirişlərə görə, Azərbaycanda TOR-un saytı rəsmi olaraq bloklanmışdır Tor, şəbəkə - (ing. grid, rus. сетка, решетка) - düzbucaq altında kəsişən iki xətlər qrupu. Məsələn, elektron cədvəl sətirlər və sütunlar şəklində olan tordan ibarətdir; displeyin ekranı şaquli və üfüqi nöqtələrin (piksellərin) torudur.
Tor (mifologiya)
Tor (ing. Thor, q.skan. Þórr) — German-skandinav mifologiyasında tufan-ildırım tanrısı, Odinin oğlu. == Adı == Qədim skandinav dilində Þórr, Qədim ingilis dilində ðunor, Qədim alman dilində Donar, Qədim sakson dilində thunar, Qədim friz dilində thuner kimi tanınır, hamısı proto-alman þunraz 'tufan' sözündən götürülmüşdür. Həftənin 4-cü günü (ing. Thursday, alm. Donnerstag) Torun şərəfinə adlandırılıb. == Xarakteristika == Tor Asqardda yaşayan aslardan biri idi. Onun başlıca vəzifəsi Midqardda yaşayan insanları nəhəng pəhləvanlardan və bədheybətlərdən qorumaq idi. Tor iri cüssəli, sarışın, kürən saqqallı və kifayət qədər mülayim xasiyyətli tanrı idi.
Tor (personaj)
Tor (ing. Thor) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılan komiks personajı. Tor personajı german-skandinav mifologiyasındakı şimşək tanrısı Torun əsasında yaradılmışdır. Torun əlində tutduğu çəkici Myolnır da german-skandinav mifologiyasından ilhamlanmışdır. Tor ilk dəfə komiks nəşriyyatının gümüş dövründə — 1962-ci ilin avqustunda "Müəmmaya səyahət" komiksinin 83-cü buraxılışında peyda olmuşdur. Personajın yaradıcıları Sten Li, Cek Kirbi və Lari Liberdir. Tezliklə Tor məşhurluq qazanmış, özünün Qisasçılar komandasında tapmış və "Qisasçılar" komiksinin hər nəşrində görünməyə başlamışdır. Tor bir çox filmə, oyuncağa, filmə, teleseriala, geyimə mövzu olmuşdur. == Nəşr olunma tarixi == === 1962–1990 === Tor Sten Li, Cek Kirbi və Lari Liber tərəfindən yaradılaraq ilk dəfə "Müəmmaya səyahət" adlı komiksin 83-cü sayında (avqust, 1962) görünür. Bundan əvvəl eyniadlı personaj 1952-ci ildə "Venera" komiksinin 12 və 13-cü saylarında (fevral, aprel) peyda olmuşdu.
Tor Heyerdal
Tur Heyerdal (norv. Thor Heyerdahl, 6 oktyabr 1914[…] və ya 1914 – 18 aprel 2002[…]) – tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq. Məşhur Kon-Tiki ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7000 km-lik məsafəni sadəcə sal üzərində keçməklə dünyanı təəcübləndirmişdir. == Həyat və fəaliyyəti == Tur Heyerdal Norveçin cənubunda kiçik Larvik şəhərciyində anadan olmuşdur. İlk ekspedisiyası 1937–1938-ci illərdə Polineziyaya, Fatu-Hiva adasına olmuşdur. 1947-ci ildə isə Sakit okeanı "Kon-Tiki" adlı salda keçmişdir. Məhz bu səyahət ona sonralar dünya şöhrəti gətirir. 1950-ci illərdə çoxlarının unutmuş olduğu Pasxa adalarını yenidən kəşf edir, 1953-cü ildə isə Qalapaqos adalarına baş çəkir. O həmin dövrdə çoxlarının əsassız yerə inandırıcı görmədiyi adanın inklər tərəfindən kəşfi ve məskunlaşması ideyasını irəli sürür. 1969–1970-ci illərdə qədim misirlilərin Cənubi Amerikaya üzməsi nəzəriyyəsini sübut etmək üçün "Ra" və "Ra 2" sallarında Atlantik okeanı üzüb keçir.
Tor körpüləri
Tor körpü releləri və ya qısaca Tor körpüləri - Torun bloklandığı ərazidə Tor Körpü Relesi (ing. Tor Bridge Relay) vasitəsilə şəbəkəyə daxil olmağa imkan verir. Tor Körpü Releləri (ing. Tor Bridge Relays) və ya sadəcə "Körpülər" (Bridges) elə relelərdir ki, onların Tor şəbəkəsində hamıya görünən siyahıları yoxdur. Buna görə də əgər onların sayəsində hətta müəyyən ərazidə bloklansa belə, Tor şəbəkəsinə yenidən qoşulma imkanı verir. Buna görə də bu körpülər internetdə bloklanmaya və internet senzuraya qarşı etibarlı vasitə sayılır.
Tor şəbəkəsi
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Tor: Raqnarök
Tor: Raqnarok (ing. Thor: Ragnarok) — 2017-ci ildə Marvel Comics personajı olan Tor haqqında Marvel Studiosun prodüserliyi və Walt Disney Studios Motion Picturesin distribütorluğu ilə çəkilmiş ABŞ superqəhrəman filmi. "Raqnarok", 2011-ci ildə çıxarılmış "Tor" və 2013-cü ildə çıxarılmış "Tor 2: Zülmət aləmi" filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatına (MKK) daxil olan on yeddinci filmdir. Erik Pirson, Kreyq Kayli və Kristofer Yost tərəfindən yazılmış ssenari əsasında Taika Vaititinin rejissorluğu ilə çəkilmiş filmdə Kris Hemsvort, Tom Hidlston, Keyt Blanşett, İdris Elba, Ceff Qoldblum, Tessa Tompson, Karl Urban, Mark Ruffalo və Entoni Hopkins rol almışlar. Filmdə, Tor Sakaar planetindən qaçmalı və Asqardı Heladan və Raqnarökdən xilas etməlidir. Üçüncü Tor filminin çəkiləcəyi 2014-cü ilin yanvarında elan edilmiş, Kayli və Yostun ssenari üzərində işlədiyi bildirilmişdir. Oktyabrda Hemsvort və Hidlstonun layihədə iştirakı təsdiqlənmişdir. "Tor 2: Zülmət aləmi" filminin rejissoru Alan Teylorun layihədən imtina etməsindən sonra, Taika Vaititi filmin rejissor kürsüsünə dəvət edilmişdir. Ruffalonun əvvəlki MKK filmlərində canlandırdığı Halk roluna qayıtması ilə 2006-cı ildə çıxarılmış "Halk Planeti" hekayə xəttinin bəzi elementlərini də Raqnarok mövzusuna birləşdirmək mümkün olmuşdur. Hela rolunu canlandıran Blanşett və digər aktyor heyəti 2016-cı ilin mayında, Pirsonun ssenari ilə işləməyə başlaması isə iyulda elan edilmişdir.
Tor dağı
Tor Dağı — Kanadanın Baffin adasında dağ zirvəsi. Auyuittuk Milli Parkında, Pangnirtungdan 46 km. şimal-şərqdə yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1675 m-dir. Torus Yer kürəsində ən böyük şaquli yamaca malikdir: hündürlüyü 1250 m. və orta bucağı 105 dərəcədir. Bu xüsusiyyətinə görə dağ məşhur alpinizm yeridir. Dağda kempinqə icazə verilir. Bir neçə təyin edilmiş düşərgə Akşayuk keçidində yerləşir. Tor dağına yüksəlmək istəyən alpinistlər üçün bazadan bir neçə km şimalda küləkdən qorunma və təcili sığınacaqları olan qurulmuş düşərgə var.
Altıyerli TOR aparatı
Tor (Marvel Comics)
Tor (ing. Thor) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılan komiks personajı. Tor personajı german-skandinav mifologiyasındakı şimşək tanrısı Torun əsasında yaradılmışdır. Torun əlində tutduğu çəkici Myolnır da german-skandinav mifologiyasından ilhamlanmışdır. Tor ilk dəfə komiks nəşriyyatının gümüş dövründə — 1962-ci ilin avqustunda "Müəmmaya səyahət" komiksinin 83-cü buraxılışında peyda olmuşdur. Personajın yaradıcıları Sten Li, Cek Kirbi və Lari Liberdir. Tezliklə Tor məşhurluq qazanmış, özünün Qisasçılar komandasında tapmış və "Qisasçılar" komiksinin hər nəşrində görünməyə başlamışdır. Tor bir çox filmə, oyuncağa, filmə, teleseriala, geyimə mövzu olmuşdur. == Nəşr olunma tarixi == === 1962–1990 === Tor Sten Li, Cek Kirbi və Lari Liber tərəfindən yaradılaraq ilk dəfə "Müəmmaya səyahət" adlı komiksin 83-cü sayında (avqust, 1962) görünür. Bundan əvvəl eyniadlı personaj 1952-ci ildə "Venera" komiksinin 12 və 13-cü saylarında (fevral, aprel) peyda olmuşdu.
Tor (Raket Kompleksi)
Tor zenit-raket kompleksi — istənilən hava şəraitində aşağı və orta hündürlükdə uçuş həyata keçirən təyyarə, helikopter, qanadlı raket, yüksək dəqiqlikli idarəolunan raketlər, pilotsuz uçuş aparatları və qısa mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq imkanına sahib olan özüyeriyən qısa mənzilli zenit-raket kompleksidir. Sovet İttifaqı tərəfindən istehsalına başlanılan bu sistemin NATO kod adı SA-15 "Gauntlet"dir. Bu sistemin 3K95 "Kinjal" adı altında istehsal olunan dəniz variantı isə NATO tərəfindən SA-N-9 "Gauntlet" adlanır. Tor, həmçinin AGM-86 kimi yüksək dəqiqlikli idarəolunan raketləri gecə və gündüz, istənilən hava şəraitində və radioelektron mübarizə mühitində məhv etməyi bacaran ilk hava hücumundan müdafiə sistemidir. 1986-cı ildə silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur. Kompleksin modernizasiya edilmiş variantı olan "Tor-M2" müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Buraxılış qurğusunda 16 döyüş raketi olur.
Tor (film, 2011)
Tor (ing. Thor) – Marvel Studios tərəfindən istehsal olunmuş, eyniadlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 4-cü filmidir. Kennet Brananın rejissorluğu, Eşli Edvard Miller, Zak Stentsin və Don Peynin ssenaristlikləri ilə çəkilmiş filmin əsas rollarında Kris Hemsvort, Natali Portman, Tom Hiddlston, Stellan Skarsqard, Kolm Fiori, Rey Stivenson, İdris Elba, Ket Denninqs, Rene Russo və Entoni Hopkins çıxış edirlər. Filmdə Tor buz nəhənglərinə qarşı özbaşına müharibə başlatdığı üçün Asqarddan Yerə sürgün edilir, güclərindən və çəkici Myolnirdən məhrum edilir. Loki Asqard taxtını ələ keçirməyə cəhd edir, Tor isə Lokini dayandırıb taxta layiq olmağa çalışır. Tor üçün ilk film adaptasiyası konsepsiyasını 1991-ci ildə Sem Reymi inkişaf etdirmişdir, lakin tezliklə layihə tərk edilmiş, bir neçə il boyunca "inkişaf cəhənnəmi"ndə qalmışdır. Bu zaman ərzində filmin müəllif hüquqları müxtəlif studiyalarda olmuş, nəhayət 2006-cı ildə Marvel layihəni inkişaf etdirməsi üçün Mark Protoseviçlə müqavilə imzalamış və filmi Paramount vasitəsilə maliyyələşdirib buraxmağı planlaşdırmışdır. İlk buraxılış tarixi 2010-cu il olan filmin rejissorunun Mettyü Von olması planlaşdırılsa da, o, 2008-ci ildə layihədən ayrılmış, onu Brana əvəz etmiş, filmin yeni buraxılış tarixi 2011-ci il olmuşdur. Əsas personajları canlandıracaq şəxslər 2009-cu ildə seçilmiş, filmin çəkilişləri isə 2010-cu ilin yanvarından mayına kimi Kaliforniya və Nyu-Meksikoda baş tutmuşdur.
Tor (həndəsi fiqur)
Tor (toroid) — doğuran çevrənin bu çevrə ilə eyni müstəvidə yerləşən və onu kəsməyən düz xəttin (fırlanma oxu) ətrafında firlanması nəticəsində alınan səth. Bəzən doğuran çevrənin fırlanma oxunu kəsməməsi də istisna olur. Belə olan halda, əgər doğuran çevrə fırlanma oxunu kəsərsə, yaxud ona toxunarsa, belə tor qapalı tor, əks halda açıq tor adlanır.
Tor Brauzer Bandl
Tor Brauzer Bandlı
Tor körpü releləri
Tor körpü releləri və ya qısaca Tor körpüləri - Torun bloklandığı ərazidə Tor Körpü Relesi (ing. Tor Bridge Relay) vasitəsilə şəbəkəyə daxil olmağa imkan verir. Tor Körpü Releləri (ing. Tor Bridge Relays) və ya sadəcə "Körpülər" (Bridges) elə relelərdir ki, onların Tor şəbəkəsində hamıya görünən siyahıları yoxdur. Buna görə də əgər onların sayəsində hətta müəyyən ərazidə bloklansa belə, Tor şəbəkəsinə yenidən qoşulma imkanı verir. Buna görə də bu körpülər internetdə bloklanmaya və internet senzuraya qarşı etibarlı vasitə sayılır.
Tor: Qaranlıq dünya
Tor: Qaranlıq dünya (ing. Thor: The Dark World) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının səkkizinci filmi. == Rollarda == Kris Hemsvort - Tor Natalia Portman - Cen Foster Tom Hiddleston - Loki Antoni Hopkins - Odin Stellan Skarsqard - Dr.
Tor: Raqnarok (film, 2017)
Tor: Raqnarok (ing. Thor: Ragnarok) — 2017-ci ildə Marvel Comics personajı olan Tor haqqında Marvel Studiosun prodüserliyi və Walt Disney Studios Motion Picturesin distribütorluğu ilə çəkilmiş ABŞ superqəhrəman filmi. "Raqnarok", 2011-ci ildə çıxarılmış "Tor" və 2013-cü ildə çıxarılmış "Tor 2: Zülmət aləmi" filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatına (MKK) daxil olan on yeddinci filmdir. Erik Pirson, Kreyq Kayli və Kristofer Yost tərəfindən yazılmış ssenari əsasında Taika Vaititinin rejissorluğu ilə çəkilmiş filmdə Kris Hemsvort, Tom Hidlston, Keyt Blanşett, İdris Elba, Ceff Qoldblum, Tessa Tompson, Karl Urban, Mark Ruffalo və Entoni Hopkins rol almışlar. Filmdə, Tor Sakaar planetindən qaçmalı və Asqardı Heladan və Raqnarökdən xilas etməlidir. Üçüncü Tor filminin çəkiləcəyi 2014-cü ilin yanvarında elan edilmiş, Kayli və Yostun ssenari üzərində işlədiyi bildirilmişdir. Oktyabrda Hemsvort və Hidlstonun layihədə iştirakı təsdiqlənmişdir. "Tor 2: Zülmət aləmi" filminin rejissoru Alan Teylorun layihədən imtina etməsindən sonra, Taika Vaititi filmin rejissor kürsüsünə dəvət edilmişdir. Ruffalonun əvvəlki MKK filmlərində canlandırdığı Halk roluna qayıtması ilə 2006-cı ildə çıxarılmış "Halk Planeti" hekayə xəttinin bəzi elementlərini də Raqnarok mövzusuna birləşdirmək mümkün olmuşdur. Hela rolunu canlandıran Blanşett və digər aktyor heyəti 2016-cı ilin mayında, Pirsonun ssenari ilə işləməyə başlaması isə iyulda elan edilmişdir.
Tor: Raqnarök (film musiqisi)
Thor: Ragnarok (Original Motion Picture Soundtrack) — 2017-ci ildə Marvel Studios tərəfindən çıxarılmış "Tor: Raqnarök" filminin Mark Mazersbo tərəfindən yazılmış film musiqiləri albomudur. Albom Hollywood Records tərəfindən 20 oktyabr 2017-ci ildə dijital, 10 noyabr 2017-ci ildə isə fiziki olaraq çıxarılmışdır. == Yazılması == 2016-cı ilin avqustunda film musiqisinin yazılması Mark Mazersboya həvalə edilmişdir. YouTube-dakı “Every Frame a Painting” kanalında əvvəlki MKK filmlərinin musiqisini tənqid edən videodan ilhamlanan Mazersbo “Raqnarök”ün musiqisinin fərqlənməsinə çalışmışdır. Film musiqiləri “Abbey Road Studios”da yazılmışdır. Sintezləşdirilmiş film musiqisi Jan Mişel Jarrın işlərindən ilhamlanmışdır. Mazersbo "Devo” qrupunun musiqilərində olduğu kimi sintezator klaviaturası və orkestr musiqisini birləşdirmişdir. Patrik Doylun “Tor”, Brayan Taylerin “Tor: Qaranlıq dünya” və “Qisasçılar: Altron dövrü”, Co Harnellin “İnanılmaz Halk” filmi üçün yazdığı "The Lonely Man" teması da filmdə istifadə olunmuşdur. Əgər “Queen” qrupunun solisti Freddi Merkuri sağ olsaydı rejissor Tayka Vaytiti onladan film musiqisi üzərində işləməyi xahiş edərdi, çünki, “rəngarəng, cəsarətli kosmik macəra” filmi qrupun “hissləri”nə uyğun gəlir. Film musiqisi albomu “Hollywood Records” tərəfindən 20 oktyabr 2017-ci ildə dijital, 10 noyabr 2017-ci ildə isə fziki olaraq çıxarılmışdır.
Tor: Raqnarök (film musqisi)

Tor (zenit-raket kompleksi)
Tor zenit-raket kompleksi — istənilən hava şəraitində aşağı və orta hündürlükdə uçuş həyata keçirən təyyarə, helikopter, qanadlı raket, yüksək dəqiqlikli idarəolunan raketlər, pilotsuz uçuş aparatları və qısa mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq imkanına sahib olan özüyeriyən qısa mənzilli zenit-raket kompleksidir. Sovet İttifaqı tərəfindən istehsalına başlanılan bu sistemin NATO kod adı SA-15 "Gauntlet"dir. Bu sistemin 3K95 "Kinjal" adı altında istehsal olunan dəniz variantı isə NATO tərəfindən SA-N-9 "Gauntlet" adlanır. Tor, həmçinin AGM-86 kimi yüksək dəqiqlikli idarəolunan raketləri gecə və gündüz, istənilən hava şəraitində və radioelektron mübarizə mühitində məhv etməyi bacaran ilk hava hücumundan müdafiə sistemidir. 1986-cı ildə silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur. Kompleksin modernizasiya edilmiş variantı olan "Tor-M2" müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Buraxılış qurğusunda 16 döyüş raketi olur.
Tor: Məhəbbət və İldırım
Tor: Məhəbbət və İldırım və ya Tor: Sevgi və İldırım (ing. Thor: Love and Thunder) – Marvel Comics personajı Tor əsasında hazılanmış super qəhrəman filmi. Film Marvel Kinematoqrafiya Kainatındakı Tor filmlərinin davamıdır. == Mövzusu == Tor Qisasçılar: Final filminin hadisələrindən sonra Qalaktika mühafizəçilərinə qoşulub rahatlıq tapmağa çalışır. Lakin o, geri qayıtmalı və Valkiriya, Korq və Ceyn Fosteri — hansı ki, Qüdrətli Tora çevrilmiş, bütün tanrıları məhv edən Tanrı Qəssabı Qoru dayandırmalıdır. Film bu işdə onun başına gələnləri bəhs edir. == Rollarda == Kris Hemsvort — Tor rolunda Kristian Beyl — Tanrı Qəssabı Qorr rolunda Natali Portman — Qüdrətli Tor/Ceyn Foster rolunda Tessa Tompson — Valkiriya rolunda Kris Prett — Ulduz Lordu/Piter Kvil rolunda Cemi Aleksandr — Sif rolunda Pom Klementieff — Mantis rolunda Taika Vaititi — Korq rolunda Mett Deymon — Aktyor Loki rolunda Rassel Krou — Zevs rolunda Lyuk Hemsvort — Aktyor Tor rolunda Vin Dizel — Qrut rolunda Bredli Kuper — Roket Rakun rolunda Deyv Batista — Dağıdıcı Draks rolunda Karen Qillan — Nebula rolunda == Musiqi == Qrup üzvü Ronnie James Dionun dul arvadı Wendy Dionun sözlərinə görə, filmdə Dionun "Rainbow in the Dark " mahnısı yer alacaq . 2021-ci ilin dekabrında Michael Giacchino filmin musiqisinin bəstəkarı olacağını açıqladı; o, əvvəllər Doktor Strenc və MCU Hörümçək-adam trilogiyasına , eləcə də Waititi-nin əvvəlki filmi Jojo Rabbit (2019) filmlərinin musiqilərinin müəllifi olub. == Buraxılış == Tor: Sevgi və İldırım filminin ABŞ-də 8 iyul 2022-ci ildə nümayişi planlaşdırılır. Əvvəllər 5 noyabr 2021-ci ildə buraxılması nəzərdə tutulmuşdu , lakin koronavirus pandemiyası səbəbiylə 18 fevral 2022-ci il tarixinə təxirə salınıb.
Tor: Raqnarök (film, 2017)
Tor: Raqnarok (ing. Thor: Ragnarok) — 2017-ci ildə Marvel Comics personajı olan Tor haqqında Marvel Studiosun prodüserliyi və Walt Disney Studios Motion Picturesin distribütorluğu ilə çəkilmiş ABŞ superqəhrəman filmi. "Raqnarok", 2011-ci ildə çıxarılmış "Tor" və 2013-cü ildə çıxarılmış "Tor 2: Zülmət aləmi" filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatına (MKK) daxil olan on yeddinci filmdir. Erik Pirson, Kreyq Kayli və Kristofer Yost tərəfindən yazılmış ssenari əsasında Taika Vaititinin rejissorluğu ilə çəkilmiş filmdə Kris Hemsvort, Tom Hidlston, Keyt Blanşett, İdris Elba, Ceff Qoldblum, Tessa Tompson, Karl Urban, Mark Ruffalo və Entoni Hopkins rol almışlar. Filmdə, Tor Sakaar planetindən qaçmalı və Asqardı Heladan və Raqnarökdən xilas etməlidir. Üçüncü Tor filminin çəkiləcəyi 2014-cü ilin yanvarında elan edilmiş, Kayli və Yostun ssenari üzərində işlədiyi bildirilmişdir. Oktyabrda Hemsvort və Hidlstonun layihədə iştirakı təsdiqlənmişdir. "Tor 2: Zülmət aləmi" filminin rejissoru Alan Teylorun layihədən imtina etməsindən sonra, Taika Vaititi filmin rejissor kürsüsünə dəvət edilmişdir. Ruffalonun əvvəlki MKK filmlərində canlandırdığı Halk roluna qayıtması ilə 2006-cı ildə çıxarılmış "Halk Planeti" hekayə xəttinin bəzi elementlərini də Raqnarok mövzusuna birləşdirmək mümkün olmuşdur. Hela rolunu canlandıran Blanşett və digər aktyor heyəti 2016-cı ilin mayında, Pirsonun ssenari ilə işləməyə başlaması isə iyulda elan edilmişdir.
Tor: Qaranlıq dünya (film, 2013)
Tor: Qaranlıq dünya (ing. Thor: The Dark World) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının səkkizinci filmi. == Rollarda == Kris Hemsvort - Tor Natalia Portman - Cen Foster Tom Hiddleston - Loki Antoni Hopkins - Odin Stellan Skarsqard - Dr.
Hass (torpaq mülkiyyəti)
Hass (osman. خاص, ərəb. خاص‎; mənası – "xüsusi") — Osmanlı imperiyasında mütləq şəxsi hərbi xidmətlə əlaqəli olmayan böyük bir torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir hassdan illik gəlir 100 min akçadan çox olmuşdur. Hass sahibi bəy idi. Hökumət hərbi yürüş təşkil edərsə, bəy hər 5 min akça gəliri olan bir cəbəli verirdi.
Henri Devid Toro
Henri Devid Toro (12 iyul 1817[…], Konkord[d], Konkord[d], ABŞ və ya Konkord[d], Massaçusets – 6 may 1862[…], Konkord[d], ABŞ) — Amerika idealist filosofu və yazıçısı; Ralf Uold Emersonun başçılıq etdiyi Transsendentalistlər dərnəyinin üzvü. Toronun baxışları Avropa romantiklərinin, xüsusilə Karleylin və Russonun təsiri altında təşəkkül tapmışdır. Şərq fikrinin təsiri də görünür. Xırda burjua mövqelərindən kapitalizmin istismarçı mahiyyətini, onun mədəniyyətini tənqid etmişdir. O yazırdı: "Bir sinfin dəbdəbəsi digər sinfin yoxsulluğu ilə tarazlığa gəlir. Bir tərəfdən saray, digər tərəfdən dilənçilər üçün sığınacaq… ("Uolden, yaxud meşədə həyat" əsərindən, 1854.) Toro hesab edirdi ki, istənilən dövlət "kəmağıllıq xəstəliyinə tutulur" və bəlaya çevrilir. ABŞ dövləti haqqında o demişdir: "Onunla hər cür əməkdaşlıq insanı biabır edir". Mütəfəkkirin fərdiyyətçi sosial-etik idealı – (azad, cəmiyyətdən asılı olmayan, təbiətə təzim edən şəxsiyyət) burjua quruluşuna onun mənfi münasibətinin nəticəsi idi. Toronun fəlsəfi baxışları Panteizmdən ibarətdir; təbiətin və ümumdünya zəkasının qanunları (əxlaqi qayda da daxil olmaqla) biri-birinə uyğun gəlir. İdrakın məqsədi həqiqətdir; bunu da biz əhatə olunduğumuz Allah reallığını, yəni Təbiəti anlamaqla əldə edirik.
Henri Deyvid Toreyu

Henri Deyvid Toro

Hörümçək toru (film, 2011)
== Məzmun ==
Hörümçək toru qalası (film, 1957)
Qanlı taxt və ya orijinal dildəki adı ilə Hörümçək toru qalası (蜘蛛巣城, Kumonosu-jō) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1957-ci il istehsalı Yaponiya tarixi dram filmi. Uilyam Şekspirin "Makbet" tamaşası əsasında çəkilmiş, No sənətinin elementlərindən istifadə olunmuşdur. Baş rollarda Toşiro Mifune və İsuzu Yamada çıxış edirlər. Onlar Makbet və Leydi Makbet personajları əsasında yaradılmış personajları canlandırmışdırlar. "Makbet" tamaşasında olduğu kimi hekayə ambisiyalı arvadının dəstəyi ilə üstünə qarşı sui-qəsd təşkil edən döyüşçüdən bəhs edir. Kurosava tamaşanın fanatı var idi və əsasında film çəkmək istəyirdi, lakin Orson Uellsin "Makbet" (1948) filmindən sonra bu ideyasını gecikdirmişdir. Film Fuci dağı və İzu yarımadası ətrafında çəkilmişdir. Hekayədəki dəyişikliklərə və dilə baxmayaraq "Qanlı taxt" tamaşanın ən yaxşı film adaptasiyalarından biri hesab olunur. İki dəfə Mayniçi mükafatını qazanmış, Mifune Ən yaxşı aktyor nominasiyasında qalib olmuşdur. == Məzmun == Vaşizu və Miki Hörümçək toru meşəsinin yaxınlığında yerləşən qalanın hakimi Tsuzukinin başçılığı altında olan generallar və yaxın dostlardır.
I Albert Torpağı
I Albert Torpağı (norv. Albert I Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). I Albert Torpağı adanın şimal-qərb hissəsini təşkil edir. Cənubdan VII Hokon Torpağı ilə əhatələnmişdir. 1889—1922-ci illərdə Monako knyazı olmuş I Albertin şərəfinə adlandırılmışdır. O, 1898—1907-ci illərdə arktikaya təşkil edilən ekspedisiyanı maliyyələşdirmişdir.
I Aleksandr Torpağı
I Aleksandr Torpağı (rus. Остров Александра I) — Antarktidanın ən iri adası, sahəsi 43 250 km² təşkil edir. == Coğafiya == Ada Antarktidadan 20 km qərbdə Bellinshauzen dənizi daxilində yerləşir. Uzunluğu 378 km, eni 200 km təşkil edir. Sahil xəttinin uzunluğu 2185 kilomertdir. Materikə Şelf buzlağı ilə birləşdiyindən kosmosdan görünməz olur. Ən hündür yeri 3140 metr təşkil edir. İqlimi Antarktikdir, iyul ayının orta temperaturu −15°S, yanvar ayında isə 0°S təşkil edir. İllik yağıntının miqdarı 500 mm-dir. == Tarix == I Aleksandr Torpağı 28 yanvar 1821-ci ildə Birinci Rus Antarktik ekspedisiyası Faddey Bellinshauzen və Mixail Lazarev tərəfindən kəşf edilir.
I Ceyms Torpağı
I Ceyms Torpağı (norv. James I Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). Torpaq adanın şimal-qərbində Diksonfiorddan qərbdə yerləşir. İngilis kralı I Ceymsin (1603—1625) şərəfinə adlandırılmışdır.
Jurinea tortisquamea
Jurinea tortisquamea (lat. Jurinea tortisquamea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Jynx torquilla
Adi buruqboyun (lat. Jynx torquilla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin buruqboyun cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Dimdiyi qısa va iti, başı yumru, quyruğu olduqca uzundur. Yerdə tullanır, ağac budaqlarına dırmaşır. Kürəyi boz, qəhvəyi və çirkli sarı rənglərdə sıx naxışlıdır. Kürəyinin ortasında uzun və tünd rəngli bir xətt vardır. Alt tərəfi incə xəttli, boğazı qızıl rəngi kremdir. Quyruğu geniş və sıx xəttlidir. Səsi kəskin, yumşaq, boğazdan gələn kişnəməni xatırladan "kii-kii-kii-kii-kii" şəklindədir. == Arealı == Avropanın mülayim iqlimli bölgələri və Asiyada yaşayır.
Kemp Torpağı
Kemp Torpağı — Kemp dənizi sahili boyunca uzanan ərazi. == Ədəbiyyat == William J. Mills: Exploring Polar Frontiers: A Historical Encyclopedia. ABC-Clio, Santa Barbara 2003, S. 342, ISBN 978-1-57607-422-0.
Kusov Torpağı
Kusov Torpağı — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Arxipelaqın cənubunda yerləşir. Adadan cənubda yalnız kiçik adsız adalar vardır. Vayqaç adasından Kara darvazası boğazı ilə ayrılır. Adadan bir qədər aralıda Prokofev və Persey bankələri yerləşir. 59 metrə malik olan ən hündür zirvə adanın cənub-şərqində yerləşir. İkinci zirvə isə 52 metrdir. Adanın mərkəzində yerləşir.
Kuzinellus torulosus
Kuzinellus torulosus (lat. Kuzinellus torulosus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
La vida de Lazarillo de Tormes
Lazarillo de Tormesin həyatı və onun bəxti və çətinlikləri (daha yaxşı Lazarillo de Tormes kimi tanınır), ilk şəxsdə və epistolyar üslubda (tək uzun bir məktub şəklində) yazılan, bilinən ən qədim nəşrlərinə qədər gedən, anonim bir İspan romanıdır. 1554 . İçərisində, bir uşaq Lázaro de Tormesin siglo həyatı avtobioqrafikdir XVI, anadan olandan və yazıq uşaqlığından toyuna qədər, artıq yetkinlik yaşındadır. Realizm, birinci şəxs rəvayət, gəzinti quruluşu, müxtəlif ustalara xidmət və əxlaqi və bədbin ideologiya kimi ünsürlərə görə picaresque romanının öncüsü sayılır.
Laləli-i Torab (Urmiya)
Laləli-i Torab (fars. لله لوي تراب‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 295 nəfər yaşayır (77 ailə).
Lathyrus torreyi
Lathyrus torreyi (lat. Lathyrus torreyi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Linda Torres
Linda Torres (1 yanvar 1954, Nyu-York, Nyu-York ştatı – 1 aprel 2021, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyor. == Həyatı == Torres 1 yanvar 1954-cü ildə New York, New York şəhərində anadan olub. VH1 real-time Big Ang və Mob Wives serialına çıxan aktrisa, televiziya şəxsiyyəti Angela "Big Ang" Raiolanın yaxın dostu idi. 2012-ci ildə Big Ang serialının doqquz bölümündə rol aldı. == Vəfatı == Torres, uzun müddətdir davam edən süd vəzi xərçənginin yanında COVID-19-un səbəb olduğu sağlamlıq problemləri səbəbiylə müalicə aldığı New Yorkdakı Staten Island Universitet Xəstəxanasında 67 yaşında öldü. Torres evli idi və geridə bir qızı və iki nəvəsi qaldı.
Linus Benedikt Torvalds
Linus Benedikt Torvalds (28 dekabr 1969[…], Helsinki) — finlandiyalı proqram təminatı mühəndisi. == Fəaliyyəti == Linus Torvalds 28 dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babası üçün bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əlinə keçmişdir. Helsinki universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi. Linux nüvəsinin proqramlaşdırılmasını başlatmışdır. İndi o həmin layihənin koordinatoru kimi fəaliyyət göstərir. Linuxu fərdi kompüterlərdə (PC) işləyən tam təşəkküllü Unixvari əməliyyat sistemini proqramlaşdırmaq üçün Torvalds Minix-dən (Endrü Tanenbaum tərəfindən proqramlaşdırılan əməliyyat sistemi) ilham almışdır. Hal-hazırda Linux bir sıra digər arxitekturalarda da işləyir.
Linus Torvalds

Lolita Torres
Lolita Torres, anadan olanda adı Beatriz Mariana Torres Iriarte, 26 mart 1930, Avelyaneda, Buenos-Ayres əyaləti[d] – 14 sentyabr 2002, Buenos-Ayres) — Argentinali aktrisa və müğənni. Beş uşağın anası idi, sonuncusu müğənni Dieqo Torres idi. Keçmiş Sovet İttifaqında Torresin filmləri ("Sevgi əsri", "Laura üçün kürəkən", "İlk baxışdan sevgi") çox məşhur idi. Bu filmlər bir çox sənətçinin - həm kino aktrisalarının (Qurçenko ), həm də opera müğənnilərinin həyatına təsir etdi(Sinyavskaya ) bir çox gələcək sənətkarlarının taleyinə təsir etdilər.
Marş torpaqlar
Marş torpaqlar — dəniz sahilinin alçaq yerlərində, o cümlədən deltalarda dövrü olaraq qabarmalar və dəniz dalğalarının təsiri altında formalaşmış torpaq tipidir. Marşlar çaylar, sahillər və estuarilər boyunca tapılan bataqlıqlardır və okeandakı qabarma-çəkilmə prosesləri nəticəsində yaranır. Marşların vəziyyəti həm təbii, həm də antropogen proseslərdən asılı ola bilər. Son dövrlərdə kiçik və böyük miqyaslı insan təcrübələri marş ekosisteminin qorunmasına əhəmiyyətli dərəcədə təsir göstərən ekosistemlərdə dəyişikliklərə səbəb olub. Bəzi kiçik miqyaslı dəyişikliklərə reqressiv eroziya və sahilin genişlənməsi daxildir. Böyük sistem dəyişikliklərinə isə kirlənmə və dəniz səviyyəsinin qalxması (iqlim dəyişikliyindən) daxildir. Bu dəyişikliklərin hamısı marş bataqlıqlarına təzyiq göstərir. == Növlər == Marşlara iki əsas yerdə rast gəlmək olar: sahillərdə və estuarilərdə. Sahildəki marşları sahillər boyunca, estuari marşları isə quruda, qabarma-çəkilmə zonası daxilində yerləşir. Marşlar duzluluq səviyyəsinə, səviyyəsinə və dəniz səviyyəsindən yüksəkliyinə görə təsnif edilə bilər.
Mequmi Toriqoe
Mequmi Toriqoe — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Meri Berd Torpağı
Meri Berd Torpağı, (ing. "Marie Byrd Land") Antarktidanın qərbindəki torpağlarıdır. Coğrafi olaraq, qərbində Ross Buz sahəsi və Ross dənizi, şərqində Elsuort Torpağı və Ronni Buz sahəsi, şimalında isə Amundsen dənizi və Sakit Okean yerləşir. Rokfellerlər yaylası və Eyts sahili arasındakı ərazinidə əhatə edən bölgə, 1928-1941-ci illər arasında Admiral Riçard Berd liderliyində təşkil edilən səfərlərdə kəşf edilmişdir. Admiral Berdin 1929-cu ildə bölgənin şimal-qərbində qalan hissəyə yoldaşının adını verərək bu bölgəni "Meri Berd Torpağı" adlandırmışdır. Uzaqlığda yerləşməsi səbəbiylə hər hansı bir ölkə tərəfindən sahiblənməmiş, şərqindəki Eyts sahili daxil olmağla 1.610.000 km² sahəsi olan bu ərazi dünyanın ən böyük sahibsiz bölgəsi sayılır. == Torpaq iddiaları == Ana maddələr: Antarktika haqqında konvensiya 1939-cu ildə, Amerika Birləşmiş Ştatları prezidenti Franklin Delano Ruzvelt Antarktidanın bəzi hissələrini Amerika Birləşmiş Ştatları torpaqları olaraq kəşf edilmək üzrə addımlar atması üçün ABŞ Antarktida Xidmət Səfəri (1939-1941) üzvlərinə göstəriş vermiş, ancaq 1959-cu ildən əvvəl edilən bu səfərlər Antarktika haqqında konvensiya sistemində rəsmiyyət qazanmamışdır. Amerika Birləşmiş Ştatlarındakı bəzi nəşrlər bölgəni ABŞ torpaqları olaraq göstərmişdir. ABŞ Müdafiə Nazirliyi də Amerika Birləşmiş Ştatlarının 1959-cu ildən əvvəlki fəaliyyətlərini qaynaq göstərərək Antarktidada haqq iddiası üçün möhkəm bir təmələ sahib olduqlarını ifadə etmişdir. Sözü gedən sahə bölgənin qərbində yerləşən Yeni Zelandiyanın haqq iddia etdiyi Ross Bölgəsinin bir hissəsidir.
Milne Torpağı
Milne Torpağı (dan. Milne Land; qren. Ilimananngip Nunaa) — Qrenlandiyanın şərqində yerləşən ada. Skorsbi körfəzi ndə yerləşir. Sahəsi 3913 km²təşkil edir. 113 km uzunluğa, eni isə 45 km-dir. Adanın ən hündür nöqtəsi 2200 metrdir. Burada yaşayış yoxdur. Britaniya kral donanmasının üzvü David Milnenin şərəfinə adlandırılmışdır.

tor sözünün leksik mənası və izahı

  • 1 is. 1. Balıq, quş və s. tutmaq üçün ipdən çarpaz toxunaraq bərabər məsafələrdə düyünlə bərkidilmiş alət. Balıq toru. – Sahibi tor götürüb dənizə gedəndə [Çupçik] də sümsünə-sümsünə yortardı. Mir Cəlal. Mən yaralı göyərçini tordan çıxarıb [Eldara] uzatdım. M.Rzaquluzadə. 2. Çarpaz toxunmuş ip, məftil və s. ibarət müxtəlif ləvazimat. Çarpayının toru. Futbol toru. 3. dan. İçinə ərzaq, xırda şey və s. qoyub aparmaq üçün ipdən və s.-dən toxunmuş zənbil, çanta, kisə. İpək tor. Şeyləri tora qoymaq. – [Göyərçini] diri saxlamaq niyyətilə üsulluca tor çantaya salıb Eldarın yanına qayıtdım. M.Rzaquluzadə. 4. Seyrək toxunmuş köynək, baş yaylığı, pərdə və s. Sona da indi dönüb bayaqkı yerində dayanmış, başından siyrilib çiyninə düşən ağ torunun ipək saçaqları ilə oynayırdı. Ə.Əbülhəsən. // Tordan hazırlanmış, tor şəklində olan. Tor köynək. Tor layka. – Pəncərələrdən tor pərdələr sallanırdı. S.Rəhimov. 5. Hörümçəyin ifraz etdiyi yapışqanlı şirədən əmələ gələn çarpaşıq nazik tellər. Hörümçək toru. 6. məc. Hiylə, kələk, tədbir, qurğu. ◊ Tor gənəciyi zool. – bax çor. Tor gənəciyi, pambıq mənənəsi, pambıq qurdu tarlaların məhsuldarlığını xeyli aşağı salır. Tor qurmaq – 1) quş, balıq və s. tutmaq üçün tor quraşdırmaq və ya suya salmaq. Ovçu bərədə durub; Bərə üstə tor qurub. (Bayatı); 2) məc. hiylə qurmaq, qurğu qurmaq, kələk düzəltmək. [Əbdül:] İndi [Gülnisə] istəyir ki, yazıq Sara üçün tor qurub, öz qızı Pərini Bəhrama versin. C.Cabbarlı. Tora düşmək – aldanaraq pis işə qoşulmaq, kələyə düşmək, hiyləyə uymaq, tələyə düşmək. Son zaman Rüstəm kişi oğlunun tora düşməsindən, pis bir günah işləməsindən qorxurdu. M.İbrahimov. Amma Göyçək bir gün tora düşəcəyindən qorxurdu. Ə.Əbülhəsən. Tora salmaq – hiylə gəlmək, kələk gəlmək, tələyə salmaq. [Tehrani Ehtişamiyə:] Bəlkə sən məni tora salmaq istəyirsən, Sərhəng? Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / tor
  • 2 The Onion Router Tor (The Onion Router-in qısaltması) – onlayn anonimliyi təmin etmək və onlayn senzuraya qarşı müqavimət göstərmək üçün istifadə edilən pulsuz proqram təminatı.

    İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti / tor

tor sözünün etimologiyası

  • 1 Hör (ör) kəlməsi ilə qohumdur. Hətta bəzi dialektlərdə hörümçək yerinə torumça işlədilir. Deməli, tor “hörülmüş” (toxunmuş) mənasını verən bir kəlmədir. Gözüm tor görür, ala-toran birləşmələrindəki tor, toran kəlmələri də haqqında danışdığımız sözlə bağlıdır, onun məcazlaşmış mənalarıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / tor

tor sözünün sinonimləri (yaxın mənalı sözlər)

tor sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 TOR I is. Balıq və başqa heyvanları tutmaq üçün hörülmüş, toxunmuş şəbəkə, zənbil. TOR II is. Tələ, hiylə, kələk. Düşmüşlər gah şirin, gah acı toruna; Sevinəsevinə, qoruna-qoruna (M.Müşfiq). TOR III is. Qaranlıq. Şamxal hiss etdi ki, Güləsərin başı hərlənir, hər şey onun gözünə tor görünür (İ.Şıxlı).

    Azərbaycan dilinin omonimlər lüğəti / tor

tor sözünün rus dilinə tərcüməsi

  • 1 1. сеть, сетка, тенета; 2. матовый;

    Azərbaycanca-rusca lüğət / tor
  • 2 I сущ. 1. сеть: 1) приспособление из перекрещивающихся нитей, закрепленных на равных промежутках узлами, употребляемое для ловли рыб, птиц и т.п.; невод. Balıq toru рыболовная сеть (невод), tor hörmək вязать сеть, tor atmaq забросить сеть 2) перен. хитрость, уловка, западня. Torundan qurtarmaq kimin вырваться из сетей чьих 2. сетка: 1) приспособление различного назначения из перекрещивающихся нитей, веревок, проволоки и т.п. Çarpayının toru сетка кровати, voleybol toru волейбольная сетка; эл.-тех. qoruyucu tor (mühafizə toru) защитная сетка 2) разг. сумка для ношения продуктов, мелких вещей, сплетенная из веревок, шнурков и т.п.; авоська. Kapron tor капроновая сетка, ipək tor шелковая сетка 3) рубашка, косынка, занавеска редкого плетения, редкой вязки 4) зоол. второй отдел желудка жвачных животных 3. кружева II прил. 1. сетчатый. Gözün tor qişası сетчатая оболочка глаза (сетчатка), tor qat сетчатый слой; tor qişanın iltihabı ретинит 2. сеточный. связь. tor konturu сеточный контур, tor süzgəci сеточный фильтр; физ., эл.-тех. tor gərginliyi сеточное напряжение, tor müqaviməti сеточное сопротивление, tor cərəyanı сеточный ток, tor kondensatoru сеточный конденсатор; hörümçək toru паутина; tor qurmaq kimə расставлять, расставить сети кому; tora düşmək попадать, попасть в сети чьи-л.; tora salmaq kimi запутать в сети кого

    Azərbaycanca-rusca lüğət / tor

tor sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. net; ~a düşmək to fall* into a net; ~a salmaq, ~la tutmaq to net (d.), to catch* in a net (d.); Biz torla iki balıq tutduq We netted two fish; ~ qurmaq to set* / to lay* / to spread* nets; balıq ~u fish-net; məftil ~ wire-net; (xırda hörülmüş) wire-gauze; saç üçün ~ hair-net; (zənbil) string-bag; 2. (tül) tuile; 3. (hörümçəyin hördüyü) web, cobweb; hörümçək ~u spider’s web; 4. (pəncərə və s. üçün) grid; bars pl. II. z.: ~ görmək to grow* misty / dim, not to see clearly; Mənim gözlərim tor görür My eyes have grown misty

    Azərbaycanca-ingiliscə lüğət / tor

tor sözünün fransız dilinə tərcüməsi

  • 1 is. filet m ; ~a düşmək laisser (se) prendre ; ~a salmaq ; prendre dans des rets \rε\] ; hörümçək ~u toile f d’araignée ; ~ görmək voir confusément

    Azərbaycanca-fransızca lüğət / tor

tor sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. чил, тур (гъетер, къушар ва мс. кьадай); 2. сетка (мес. кроватдин); 3. рах. сетка, зинбил, чанта (чилинин); ipək tor пекдин сетка; 4. къир (кьеридаказ хранвай перем, ягълух, перде ва мс.); // къириникай цвайи, къир хьтин, къиринин (мес. перем, перде); 5. хушраканди храй къир хьтинди; hörümçək toru хашрамуг, хушракандин къир; 6. пер. тур, гьилле, фенд; ** tor gənəciyi зоол. кил. çor; tor qurmaq а) чил туькӀуьрун, чил (тур) вегьин (гъетер, къушар кьун патал); б) пер. ракьар эцигун, гьилле туькӀуьрун; tora düşmək туруна гьатун, гьилледал алцурар хьун, ракьара гьатун; tora salmaq туруна ттун, гьилле атун, ракьара ттун.

    Azərbaycanca-ləzgicə lüğəti / tor

tor sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Salyan) avam. – Tor adamı başa salmağ çətindi

Azərbaycan dilinin dialektoloji lüğəti.

"tor" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tor nədir? #tor sözünün mənası #tor nə deməkdir? #tor sözünün izahı #tor sözünün yazılışı #tor necə yazılır? #tor sözünün düzgün yazılışı #tor leksik mənası #tor sözünün sinonimi #tor sözünün yaxın mənalı sözlər #tor sözünün əks mənası #tor sözünün etimologiyası #tor sözünün orfoqrafiyası #tor rusca #tor inglisça #tor fransızca #tor sözünün istifadəsi #sözlük