Sultanmahmud Torayğırov
Sultanmahmud Torayğırov (29 oktyabr 1893, Kökşetau – 21 may 1920, Pavlodar vilayəti) — şair, pedaqoq.
O, Arğın tayfasının Süyindik qəbiləsinin Aydabol boyundandır.. S. Torayğırovun anası o 2 yaşında ikən ölmüş və Sultanmahmud 6 yaşına qədər nənəsi tərəfindən tərbiyə edilmişdi. Daha sonra ata və iki oğlu Bayanauıla köçdü və Torayğır kəndi yaxınlığında məskunlaşdılar. S. Torayğırov ilk təhsilini atasından əski əlifbanı öyrənməklə almış, 13 yaşında Muqan, Əbdürrəhman və Tortay adlı mollalardan dərs almağa başlamışdır. Şərq süjetləri əsasında şeirlər yazan Muqan mollanın təlimləri Torayğırovun bir şair kimi formalaşmasına müsbət təsir göstərsə də, Bayanauılda molla Əbdürrəhmanın sərtliyi (1908) və gənc yazarın şeirini nəşr etdirdiyi üçün cəzalandırılması dinə və mollalara olan mənfi baxışlarının əsasını təşkil etdi .
1911-ci ildə eni müəllimi Nuralının köməyi ilə qazax və tatar dillərində olan ədəbi kitablar, qəzet və jurnallarla tanış oldu. * 1912 Troitskdəki Axun Rəhmanqulu Mədrəsəsinə daxil oldu, ancaq bir ilə yaxın orada oxuduqdan sonra sətəlcəm səbəbindən təhsilini davam etdirə bilmədi. S. Torayğırov mədrəsədə oxumağı dayandırsa da Rus dili kursu təşkil edir, bütün yay boyunca şəhərətrafı ərazilərdə uşaqlara dərs deyir. O vaxtdan bəri şeir üzərində * 1912-13 "Təhsil alan gənclər üçün",</br> Şagirdlərə ,</br> "İndiki adət" ,</br> "Təhsildəki məqsəd nədir?" ,</br> "Elə-belə"</br> "Mənasız məscid" ,</br> "Elan",</br> "Dostuma məktub"</br> "İnsan kimi " ,</br> "Yuxumda" ,</br> "Yaz kədəri" ,</br> "Qımız" ,</br> "Dünənki xəyal və bugünkü iş", və s.