soraq sözü azərbaycan dilində

soraq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • soraq • 93.1990%
  • Soraq • 6.5491%
  • SORAQ • 0.2519%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.43 dəfə / 1 mln.
2003 ••••••••••••••• 4.33
2004 ••••• 1.35
2005 ••• 0.67
2006 ••••••• 2.03
2007 ••••••• 2.11
2008 •••••••••••••••••••• 6.09
2009 •••••• 1.76
2010 ••••••• 2.09
2011 •••• 1.20
2012 •••• 1.12
2013 •••• 1.17
2014 ••••• 1.37
2015 •• 0.51
2016 •• 0.35
2017 •• 0.33
2018 ••• 0.90
2019 •• 0.42
2020 •••• 1.06

soraq sözünün leksik mənası və izahı

  • 1 is. Axtarma, arama, soruşma, soruşub bilmə (öyrənmə, xəbər tutma); soruşmaqla öyrənilən şey, xəbər, məlumat. Xucuklu Mahmudbəy çoxdandı ki, Nəbinin sorağında idi. “Qaçaq Nəbi”. // Biri haqqında məlumat, xəbər. [Ümid nazirə:] Bəs sizin sorağınız “Nərimanov” kolxozundan gəlir. B.Bayramov. □ Sorağında olmaq – həsrətində olmaq, axtarmaq, təmənnasında olmaq. Vaqif durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu alagözlü həmdəmdən görsünlər ona bir xəbər və əsər gətirə bilərlərmi? F.Köçərli. Soraq almaq – bir xəbər bilmək, məlumatı olmaq. Sorağını aldım. – [Əlyar xan] harada nadir, gözəl, diqqətəlayiq bir şeyin sorağını alardısa, hər necə vasitə ilə olursa olsun, dərhal onu ələ keçirməyə çalışardı. Ə.Məmmədxanlı. Soraq etmək – axtarmaq, aramaq, ondan-bundan soruşub öyrənmək, bilmək, xəbər tutmaq, məlumat almaq. – İnəyi itən soraq edər. (Ata. sözü). Haraları gəzib aramalı, kimi soraq etməli idim. S.Hüseyn. [Şahin:] [Müəllimimiz] fikirləşib ki, saatın itdiyini tələbələrdən soraq eləsəm yaxşı düşməz. B.Bayramov. Soraq vermək – xəbər vermək, məlumat vermək. Gələcək günlərdən verərək soraq; Oldu bir-birinə ürəklər dayaq. S.Rüstəm. [Katibədən] heç kəs bir soraq verməyirdi. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / soraq

soraq sözünün sinonimləri (yaxın mənalı sözlər)

soraq sözünün rus dilinə tərcüməsi

  • 1 1. расспрос, допрос; 2. весть, известие, сведение, справка;

    Azərbaycanca-rusca lüğət / soraq
  • 2 I сущ. весть, известие о ком-, о чем-л. Qızının sorağı весть о его дочери, sorağı uzaqdan gəlir kimin вести доходят о к ом издалека II прил. справочный (служащий для получения справок). экон. Soraq bürosu справочное бюро, soraq qiymət справочная цена; soraq kitabçası справочник; soraq vermək сообщать, сообщить; soraq etmək спрашивать, спросить, расспрашивать, расспросить; sorağını almaq получить известие о ком-, о чём-л.; sorağında olmaq kimin, nəyin искать кого, что; расспрашивать о ком-, о чём-л. людей)

    Azərbaycanca-rusca lüğət / soraq

soraq sözünün inglis dilinə tərcüməsi

soraq sözünün fransız dilinə tərcüməsi

soraq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. суракь, жугъурун, якьурун, жузунун, къекъуьн, хабарар кьун, жузунна (хабар кьуна, къекъвена) ччирун; жузуна чирдай затӀ; хабар, малумат; sorağında olmaq суракьда (суракьдик) хьун, гьасретда хьун, къекъуьн, якьурун; soraq etmək суракь авун, къекъуьн, жугъурун, идавай-адавай жузуна чирун, хабар кьун, малумат къачун, суракьун; soraq vermək суракь гун, хабар гун, малумат гун.

    Azərbaycanca-ləzgicə lüğəti / soraq

soraq sözü azərbaycan dilinin lüğətlərində

İzahlı tərcüməşunaslıq terminləri lügəti

biblioqrafik kitabın işlənib hazırlanması - bu kitablarda tərcüməçinin nəinki xarici dili bilməsini, həm də tərcüməşünasliq üzrə olan ədəbiyyatı bilməsini, bu sahədəki əsas problemləri, onun inkişaf tendensiyasını bilməsini tələb edir. Bu tərcüməçini daim öz biliklərini dərinləşdirməyə, yeni ədəbiyyatı izləməyə, həm doğma dil də, həm də xarici dillərdə ixtisasla bağlı ədəbiyyatı mükəmməl bilməlidir ya vadar edir. Referent işində səriştəsi olmayan tərcüməçilər, hər şeydən əvvəl, soraq-biblioqrafik materialların tərtibatı qaydalarını bu növ işlərdə elementar vərdişlərin əldə olunmasını dərindən öyrənməlidir.

İzahlı tərcüməşunaslıq terminləri lügəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

axtarma, xəbər, məlumat.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"soraq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#soraq nədir? #soraq sözünün mənası #soraq nə deməkdir? #soraq sözünün izahı #soraq sözünün yazılışı #soraq necə yazılır? #soraq sözünün düzgün yazılışı #soraq leksik mənası #soraq sözünün sinonimi #soraq sözünün yaxın mənalı sözlər #soraq sözünün əks mənası #soraq sözünün etimologiyası #soraq sözünün orfoqrafiyası #soraq rusca #soraq inglisça #soraq fransızca #soraq sözünün istifadəsi #sözlük