* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Soruşmaq, sual etmək, xəbər almaq. Gər sual eyləsə zahid, ki nədir nəşeyimey? Degilən, get onu meyxanədə sağərdən sor. S.Ə.Şirvani. Bahadır papiros yandırıb Sultandan sordu… N.Nərimanov. Əhməd hekayəsini tamam etdi. İkimiz də bir-birimizin üzünə baxırdıq. Əhməd gözləyirdi ki, mən bir şey soracağam. T.Ş.Simurq.
Azərbaycan dilinin izahlı lüğəti / sormaq2 f. 1. Əmmək. Boynum qolunu dilər həvadan; Ləlim ləbini sorar səbadan. Füzuli. Uşaq iydən ürkən kimi olub başını buladı, lakin yenə də döşü tapıb sordu. M.İbrahimov. 2. Dil və dodaqların hərəkətilə konfet, qənd və bu kimi şeyləri ağzında yavaş-yavaş əridərək yemək. Monpası sormaq. Nabat sormaq. – [Mustafa] haradansa tapdığı çay daşını durmadan sorurdu. S.Vəliyev. 3. bax sovurmaq. Dağ üstə boran gəlir; Qarları soran gəlir. Atın dördnala çapır; Arxamda duran gəlir. (Bayatı). ◊ Qanını (şirəsini) sormaq – bax qanını sormaq (“qan”da). …Mir Yəhya ağalar avam qardaşlarımızın canına daraşıb … qanlarını sorurlar. C.Məmmədquluzadə. Nə qədər ki, [mülkədarlar] yaşayırlar, sizin şirənizi soracaqlar. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / sormaq1 Soğur, sağur, soğ formaları da mövcud olub, “içmək”, “sorub çıxarmaq, qurutmaq” mənalarını əks etdirib. Sözün arxetipi soğ kəlməsidir. Soğulmaq sözündə indi qalır (suyu soğulmuş dəyirman ifadəsini işlədirik). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sormaq1 SORMAQ I f. Soruşmaq, xəbər almaq. Durnanın qatarı keçəndə bir-bir; Soruram yurdumun halı necədir? (H.Billuri). SORMAQ II f. Əmmək, tədricən içmək. Yerin damarını sorurdu fontan; Buruğun başına vururdu fontan (M.Müşfiq).
Azərbaycan dilinin omonimlər lüğəti / sormaq1 1. сосать, высасывать; 2. спросить, опросить, допросить, расспросить, выспрашивать, осведомляться;
Azərbaycanca-rusca lüğət / sormaq2 1 глаг. 1. сосать: 1) пить, втягивая жидкость сквозь неплотно сжатые губы или через узкое отверстие, трубочку и т.п. Şirə sormaq сосать сок 2) втягивать, всасывать в себя какую-л. жидкость – воду, кровь, сок и т.п. при помощи специальных органов (о насекомых, животных). Arılar çiçəklərin şirəsini sorur пчёлы сосут нектар цветов, ağcaqanad insan qanını sorur комар сосёт кровь человека 3) вбирать воду, питательные соки из земли (о корнях растений) 4) взяв что-л. в рот и смачивая слюной, производить втягивающие движения языком и губами. Barmağını sormaq сосать палец, əmziyi sormaq сосать соску, konfeti sormaq сосать конфету 2. всасывать, всосать (засасывая, вбирать, вобрать в себя, втягивать, втянуть). Tozsoran zibili sorur пылесос всасывает сор 3. высасывать, высосать: 1) сосанием вытягивать, вытянуть, извлекать, извлечь что-л. из чего-л. Narın şirəsini sormaq высасывать сок из граната, yaradan qanı sormaq высосывать кровь из раны 2) вытягивать, вытянуть что-л. насосом, машиной и т.п. Nefti quyudan sormaq (sorub çəkmək) высасывать нефть из скважины ◊ qanını sormaq kimin сосать кровь чью (лишать сил, истощать кого-л) 2 глаг. см. soruşmaq 1
Azərbaycanca-rusca lüğət / sormaq1 f. 1. to suck (d.), to suck out (d.); barmağını ~ (uşaq) to suck one’s finger; suyu / südü ~ to suck water / milk; 2. bax soruşmaq
Azərbaycanca-ingiliscə lüğət / sormaq2 гл. 1. фитӀинун; хъун (мес. аялди мам); 2. фитӀинун (мес. къенфет); 3. кил. sovurmaq; ** qanını (şirəsini) sormaq кил. qan (qanını sormaq).
Azərbaycanca-ləzgicə lüğəti / sormaq