pozmaq sözü azərbaycan dilində

pozmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pozmaq • 99.4399%
  • Pozmaq • 0.3734%
  • POZMAQ • 0.1867%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 9.25 dəfə / 1 mln.
2002 •••• 6.85
2003 •••••••••••••••••••• 40.55
2004 •••• 7.07
2005 •••••••••••• 24.29
2006 ••• 5.63
2007 •• 3.38
2008 •• 2.68
2009 ••• 4.64
2010 ••• 5.81
2011 •••• 8.06
2012 •••• 7.31
2013 •••••• 10.36
2014 ••••• 9.95
2015 ••••••• 12.76
2016 •••••• 11.11
2017 ••••• 8.45
2018 •••••• 10.49
2019 ••••••• 13.07
2020 ••••• 9.95

pozmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Yazını rezin və s. ilə silmək, yaxud üstündən xətt çəkməklə qaralamaq. Əlyazmasının bir abzasını pozmaq. – [Balarza:] Məni qana salma, poz, sənə deyirəm. C.Cabbarlı. Cəmilə yazdığını oxudu, bəyənmədi, pozdu, yenidən düzəltdi. S.Rəhimov. 2. məc. İcazə verilməyən bir iş görmək, qaydadan kənara çıxmaq. Nizam-intizamı pozmaq. Qaydanı pozduğu üçün cərimələnmək. // İcazə verilməyən, qadağan olunmuş yerdən keçmək. Sərhədi pozmaq. – [İnci:] Düşmənlər hüdudu pozmuşdur deyə; Gedirəm xanıma xəbər verməyə. A.Şaiq. 3. məc. Adi qayda ilə inkişaf etməsinə mane olmaq, qarmaqarışıqlıq törətmək, nizamsız hala salmaq, dağıtmaq. [Gənc:] Birinin işləyən, o birinin müftə yeyən olması insanların həyatını pozmuşdur. Çəmənzəminli. Amansız müharibə … [kəndlilərin] yaşayışını pozmuş, yurdlarını dağıtmış, özlərini də dilənçi halına salmışdı. T.Ş.Simurq. // məc. Mane olmaq, maneçilik törətmək, əngəl törətmək. İşin gedişini pozmaq. – Xanlar bu hərəkətilə bayram təntənəsini pozmaq istəyirdi. Mir Cəlal. [Gülxar Nərgizə:] …Gərək özgəsinin dincliyini pozmayasan. B.Bayramov. 4. məc. Nizamsız hala salmaq, qarışdırmaq, səliqədən salmaq. Əl uzadıb baş bəzəyin pozasan; Hər birin bir yana atasan dürüst. M.P.Vaqif. 5. məc. Dəyişmək, dəyişdirmək (əsasən inkarda işlədilir). Rüstəm kişi isə vəziyyətini pozmadan, soyuqqanlılıqla dedi. M.İbrahimov. Pristav camaatın arasında təmkin və vüqarını pozmamağa çalışdısa da bacarmadı. Ə.Vəliyev. 6. məc. Danışmağa başlamaq, sükuta, sakitliyə son qoymaq. Sakitliyi pozmaq. – Aralığa çökən sükutu artıq heç kəs pozmadı. Ə.Məmmədxanlı. Araya çökən sükutu pozmaq … məqsədilə dilləndim. M.Rzaquluzadə. 7. bax qarışdırmaq 3-cü mənada. Kefini pozmaq. 8. “Əhdi”, “ilqarı”, “peymanı”, “vədini” sözləri ilə – verdiyi sözdən qaçmaq, əhdinə vəfa etməmək. [Nüşabə:] Olsa yer, göy mənə qarşı əlbir; Pozmaram əhdi, sözüm birdir, bir! A.Şaiq. Unudur verdiyi əhdi, ilqarı; Pozur peymanını tez insan oğlu. Aşıq Şəmşir.

    Azərbaycan dilinin izahlı lüğəti / pozmaq

pozmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

pozmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. расстраивать, нарушать, разлаживать, перепортить; 2. стереть, вычеркивать;

    Azərbaycanca-rusca lüğət / pozmaq
  • 2 глаг. 1. стирать, стереть (уничтожить что-л. написанное, нарисованное посредством стирания, соскрёбывания и т.п.) 2. вычёркивать, вычеркнуть, зачёркивать, зачеркнуть. Adını siyahıdan pozmaq вычеркнуть имя из списка 3. нарушать, нарушить: 1) мешать течению чего-л., прерывать что-л. Rahatlığını pozmaq kimin нарушать покой чей, sakitliyi pozmaq нарушать тишину 2) не соблюдать чего-л. условного, установленного; преступать. Andı pozmaq нарушать клятву, əmək intizamını pozmaq нарушать трудовую дисциплину, qanunu pozmaq нарушать закон, müqaviləni pozmaq нарушать договор, sərhədi pozmaq нарушать границу 4. срывать (нарушать ход, течение чего-л., мешать осуществлению, выполнению чего-л.), сорвать. İşi pozmaq сорвать работу, əməliyyatı pozmaq сорвать операцию, dövlət planını pozmaq сорвать государственный план 5. портить, испортить: 1) сделать скверным, неприятным; ухудшить. Kefini pozmaq портить настроение, münəsibətləri pozmaq портить отношения 2) оказать плохое влияние, привить дурные наклонности; развратить. Uşağı pozmaq портить ребёнка 6. расстраивать, расстроить: 1) нарушить строй, порядок чего-л. Sıranı pozmaq расстроить ряд, cərgəni pozmaq расстроить шеренгу 2) помешать течению, ходу чего-л. Planlarını pozmaq расстроить планы, işi pozmaq расстроить дело 3) довести до ненормального, болезненного состояния. Mədəsini pozmaq расстраивать желудок, sağlamlığını pozmaq расстраивать здоровье; sinirlərini pozmaq расстраивать нервы 4) огорчить (привести в плохое настроение). Əhvalını pozmaq расстроить кого-л. 7. развращать, развратить: 1) приучить к разврату 2) избаловать, приучить к излишествам. Gəncləri pozmaq развращать молодёжь 8. расторгать, расторгнуть (прервать, прекратить действие какого-л. официального соглашения, договора и т.п.). Nikahı pozmaq расторгнуть брак, sazişi pozmaq расторгнуть соглашение, müqaviləni pozmaq расторгнуть договор ◊ kefini pozmadan совершенно спокойно, не принимая близко к сердцу, не обращая внимания

    Azərbaycanca-rusca lüğət / pozmaq

pozmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to disorder (d.), to disturb (d.), to throw* into confusion; cərgələri ~ to break* the ranks; 2. (yazını və s.) to blot out (d.), to rub out (d.); Xatirə heç vaxt pozulmur / silinmir Memory is never blotted out; karandaş işarəsini ~ to rub out pencil marks; 3. (silmək üstündən xətt çəkmək) to cross out (d.), to strike* out (d.); kimsənin adını siyahıdan ~ to strike* smb.’s name off the list; sözləri ~ to cross out the words; 4. (ziyan vermək) to shatter (d.); öz sağlamlığını ~ to ruin one’s health; mədəni ~ to cause indigestion; Onun əsəbləri pozulmuşdur His nerves are shattered

    Azərbaycanca-ingiliscə lüğət / pozmaq

pozmaq sözünün fransız dilinə tərcüməsi

pozmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. чӀурун; винелай цӀар чӀугун ва я чӀулаварун (кхьенвай затӀ); 2. пер. ижаза авачир са кар авун, къайдайрай къерехдиз экъечӀун; ижаза авачир, къадагъа авунвай чкадилай фин (мес. сергьятдин); 3. пер. манийвал авун, маний хьун; чӀурун (мес. кар); 4. пер. акадарун, какадарун, чукӀурун (мес. межлис); 5. пер. дегишун, дегишрун (инкар формада); 6. пер. секинвал чӀурун, рахаз авалун; 7. пер. чӀурун (мес. кефияр, кьин, договор ва мс.).

    Azərbaycanca-ləzgicə lüğəti / pozmaq

pozmaq sözünün türk dilinə tərcüməsi

"pozmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pozmaq nədir? #pozmaq sözünün mənası #pozmaq nə deməkdir? #pozmaq sözünün izahı #pozmaq sözünün yazılışı #pozmaq necə yazılır? #pozmaq sözünün düzgün yazılışı #pozmaq leksik mənası #pozmaq sözünün sinonimi #pozmaq sözünün yaxın mənalı sözlər #pozmaq sözünün əks mənası #pozmaq sözünün etimologiyası #pozmaq sözünün orfoqrafiyası #pozmaq rusca #pozmaq inglisça #pozmaq fransızca #pozmaq sözünün istifadəsi #sözlük