soymaq sözü azərbaycan dilində

soymaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • soymaq • 92.9825%
  • Soymaq • 3.5088%
  • SOYMAQ • 3.5088%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.23 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.68
2007 ••••••• 0.21
2009 •••••••••• 0.32
2010 ••• 0.09
2011 ••• 0.09
2012 •••••••••••••••• 0.52
2013 ••••••••••••• 0.44
2014 ••••••••••• 0.34
2015 •••••••••••••••• 0.51
2016 •••••• 0.17
2017 •••••••••• 0.33
2019 ••••• 0.14

soymaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Hər hansı bir şeyin üst qabığını, dərisini çıxartmaq, yapışdığı yerdən qoparmaq, aralayıb götürmək. Alma soymaq. – İt yetib, arvadın əllərinin dərisini tamam dişləri ilə soyub tökdü. Çəmənzəminli. Arvad soyduğu kartofu bir yana qoyub təəccüblə Qəribova yaxınlaşdı. S.Rəhman. // Kəsilmiş heyvanın dərisini çıxartmaq. Qoyun soymaq. – Aşpazlar erkəkləri soyub dərilərini çevirməkdə idilər. Ə.Vəliyev. 2. məc. Bütün var-yoxunu əlindən almaq; çapmaq, talamaq. [Murov Hacı Qaraya:] Bəs sən Əylis ermənilərini soyub, ipəklərini aparanların yoldaşı deyilsən? M.F.Axundzadə. ◊ Dərisini soymaq – bax dəri. [Mirzə Hüseyn Nərimana:] Hacı Bayram kimi qan içənə, camaatın dərisini soyana nökərçilik edincə öz işinə qulluq edərsən. Ə.Haqverdiyev. Soyub soğana döndərmək – bax soğan kimi (qabığını) soymaq. [Böyük oğul:] Həkimlərdə o təqsir var ki, əlinə azarlı keçəndə soyub soğana döndərirlər. Qantəmir.

    Azərbaycan dilinin izahlı lüğəti / soymaq

soymaq sözünün etimologiyası

  • 1 Heyvanın dərisini, ağacın qabığını və s. soyuruq. Bir vaxtlar dəri, qabıq yerinə soyuntu (sıyıntı) sözünü işlətmişik. Sıyırmaq və soymaq sözləri kökdaşdır. Soymaq sözü indiki soyunmaq feilinin mənasında da işlədilib, soyun sözündəki -un şəkilçisi feilin qayıdış növünü düzəldir. Aşıq Mücrüm Kərim (XVIII əsr) yazır: Soy libası, qoy kənarə, rövşən olsun xanəmiz, / Əbrdən xali olan, ol afitabın vaxtıdı... (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / soymaq

soymaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

soymaq sözünün omonimləri (çox mənalı sözlər)

soymaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. снимать, чистить (кожуру); 2. ограбить, обирать дочиста;

    Azərbaycanca-rusca lüğət / soymaq
  • 2 глаг. 1. чистить, очищать, очистить (снимать, снять, удалять, удалить с чего-л. верхний слой, кожуру и т.п.). Soğan soymaq чистить лук, kartof soymaq чистить картофель, alma soymaq чистить яблоко, qabığını soymaq чистить кожуру чего -л 2. чистить, почистить (очищать, очистить некоторое количество чего -л.). Bir neçə dənə kartof soydum я почистил несколько картошек 3. сдирать, содрать, обдирать, ободрать: 1) отделять, отделить, снимать, снять верхний слой чего-л. Qoyunun dərisini soymaq содрать шкуру с барана, ağacın qabığını soymaq содрать кору с дерева 2) перен. брать, взять, получать, получить путем вымогательства 4. обирать, обобрать (обманом, пользуясь доверчивостью кого-л., отнимать, отнять все имущество, деньги и т.п.). O, tanışını soydu он обобрал знакомого ◊ dərisini soymaq kimin сдирать, содрать шкуру с кого; soğan kimi soymaq kimi обобрать как липку кого

    Azərbaycanca-rusca lüğət / soymaq

soymaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to strip (d.), to strip off (d.); (meyvəni və s.) to peel (d.); dərini ~ to skin (d.), to strip the skin off (d.); ağacın qabığını ~ to bark a tree; heyvanın dərisini ~ to flay / to skin an animal; soğanın qabığını ~ to peel the onion; almanın qabığını ~ to peel the apple; 2. məc. to rob (d.), to fleece (d.); Mehmanxana bizi soydu The hotel fleeced us

    Azərbaycanca-ingiliscə lüğət / soymaq

soymaq sözünün fransız dilinə tərcüməsi

soymaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. аладарун, алагъарун, хам (чкалар) алудун (михьун); alma soymaq ич аладарун; kartof soymaq картуф аладарун; 2. алажун; qoyun soymaq хеб алажун; // пер. авай-авай авачир вири гъиляй къахчун; къакъудун, тарашун, таламишун; ** dərisini soymaq кил. dəri; soyub soğana döndərmək кил. soğan (soğan kimi qabığını soymaq).

    Azərbaycanca-ləzgicə lüğəti / soymaq

soymaq sözünün türk dilinə tərcüməsi

"soymaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#soymaq nədir? #soymaq sözünün mənası #soymaq nə deməkdir? #soymaq sözünün izahı #soymaq sözünün yazılışı #soymaq necə yazılır? #soymaq sözünün düzgün yazılışı #soymaq leksik mənası #soymaq sözünün sinonimi #soymaq sözünün yaxın mənalı sözlər #soymaq sözünün əks mənası #soymaq sözünün etimologiyası #soymaq sözünün orfoqrafiyası #soymaq rusca #soymaq inglisça #soymaq fransızca #soymaq sözünün istifadəsi #sözlük